Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4296/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X10 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X4, 3-cü şəxs Səbail rayon Bələdiyyəsinin nümayəndəsi X3 iştirakları, İddiaçı Cavabdeh1 qarşı torpağa dair verilmiş çıxarışın, kadastr planının ləğvi və torpaq sahəsindən çıxarılması barədə ilk iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-284/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı torpağa dair verilmiş çıxarışın, kadastr planının ləğvi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh3 1398 No-li, xx.xx.2004-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Salyan şossesi, 12 ünvanda 800 kv.m. torpaq sahəsi ona ayrılaraq satılmışdır. Eyni zamanda torpağın alqı-satqısına dair akt və yer quruluşunun planı tərtib edilmişdir. Həmin ərazi ona təhvil veriləndən sonra hasara alınmış və dəmir darvaza qoyulmuşdur. 2019-cu ilin sentyabr ayında ona məlum çatmışdır ki, onun torpağı kimlərsə tərəfindən zəb edilmişdir. Gəlib torpaq sahəsinə baş çəkəndə görmüşdür ki, onun qoyduğu darvaza əvəzinə başqa bir darvaza qoyulmuş, üzərinə də ünvan kimi torpaq sahəsinin nömrəsi qaynaqlanmışdır. Bir qədər apardığı araşdırmadan sonra həmin torpaq sahəsinin zəbt etmiş şəxs Cavabdeh1 olduğu müəyyən olunmuşdur. Cavabdeh torpaq sahəsinin ona məxsus olmasını bildirərək, ona torpağa aid olan sənədlərin surətini təqdim etmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, Cavabdeh3 311 No-li, xx.xx.2005-ci il tarixli qərarı ilə ona Bakı şəhəri, Səbail şossesi, 12 ünvanda 600 kv.m. torpaq sahəsi ayrılmış və onun torpaq sahəsi öz torpaq sahəsi kimi bildirərək, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinə torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması haqqında ərizə ilə müraciət edib, həmin torpağa dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın reyestrində **********52 nömrə ilə DƏDRX-də mülkiyyət hüququnu qeydiyyata aldırıb XX seriyalı 1329 Noli çıxarış və torpaq sahəsinin kadastr planı verilmişdir. Cavabdeh1 Cavabdeh3 1398 No-li, xx.xx.2004-cü il tarixli sərəncamı ilə Səbail şossesi,12 ünvanda ona ayrılmış 800 kv.m. torpaq sahəsini zəbt edərək həmin sahəyə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tamamilə qanunsuz hesab edir. Həmin torpaq sahəsinin ona ayrılması məhkəməyə təqdim etdiyi sənədlər və şahid qismində çağırılacaq Cavabdeh3 sabiq sədri Əhməd Hüseynov, həmin Bələdiyyənin torpaq şöbəsinin müdiri olmuş İsmayıl Ağayevtorpaq sahəsini daş hasara alınmasında işləmiş şəxslər təsdiqləyəcəklər. Cavabdeh3 1398 No-li, xx.xx.2004-cü il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Səbail şossesi, 12 ünvanda 800 kv.m. torpaq sahəsi ayrılmışdır. Bələdiyyə tərəfindən ona torpaq təhvil verilərkən tərtib edilmiş planda torpaq sahəsinin yerləşdiyi yer dəqiq olaraq göstərilmişdir. Torpaq sahəsinin ona ayrılması Cavabdeh3 tərəfindən verilmiş SB/JA-5/159 saylı, xx.xx.2018-ci il tarixli arayışda ona torpaq sahəsinin ayrılması göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X5 09/5-205 saylı noyabr 2019-cu il tarixli arayışında qeyd olunur ki, Cavabdeh3 xx.xx.2004-cü il tarixli 1398 No-li qərarı (sərəncamı) ilə X8 Salyan şossesi 12 ünvanda 800 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X5 09/5-204 saylı xx.xx.2019-cu il tarixli arayışında qeyd edilir ki, Cavabdeh1 Bakı şəhəri, Salyan şossesi 12 ünvanda torpaq sahəsinin ayrılmasını təsdiq edən eskiz planının aşkar edilməmişdir. Cavabdehdə olmuş 311 Noli, xx.xx.2005-ci il tarixli qərarda isə Salyan şossesi,12 ünvanda 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Faktiki olaraq cavabdehin zəbt etdiyi torpaq sahəsi onun torpaq sahəsinin ölçüsü (800 kv.m.) qədərdir. Digər tərəfdən Cavabdeh3 tərəfindən cavabdehə torpağın yerləşdiyi yeri əks etdirən planı olmamışdır. Torpaq sahəsinin cavabdehə ayrılıb-ayrılmaması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən təsdiqlənmişdir. Torpaq sahəsi ona ayrıldıqdan sonra o, həmin sahəni mişar daşı ilə hasara aldırmış darvaza qoydurmuşdur. Həmin yerdən cavabdehə torpaq sahəsi ayrılmış olsaydı, o, həmin sahəyə gəlib gedərdi. Bu illər ərzində cavabdehi oradan görən olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail şossesi, 12 ünvanda 600 kv.m. torpaq sahəsinə Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması barədə daşınmaz əmlakın **********52 reyestr qeyd nömrəsinin və kadastr planın ləğv edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail şosesi, 12 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanılmış tarixi və nömrəsi qoyulmamış alqı-satqı müqaviləsinin (aktın) etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması barədə daşınmaz əmlakın **********52 reyestr qeyd nömrəsinin və kadastr planın ləğv edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadları ilə həm İddiaçı Cavabdeh1 qarşı cavabdehlə Cavabdeh3 arasında bağlanılmış tarixi və nömrəsi qoyulmamış alqı-satqı müqaviləsinin (aktın) etibarsız hesab edilməsi hissəsində ilk iddia tələbi, həm də iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2004-cü il tarixli Bakı şəhəri, Səbail şosesi, 12 ünvanda 800 kv.m torpaq sahəsi barədə “torpaqların alqısatqısına dair aktın” (müqavilənin) etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi üzrə işin icraatına, həmin tələblərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-284/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən, sahəsi 0,06 ha olan torpaq sahəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********52 saylı reyestr qeydi, həmin qeyd əsasında Cavabdeh1 adına verilmiş çıxarış və torpaq sahəsinə dair tərtib edilmiş kadastr planının ləğv edilməsi, Cavabdeh1 Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Cavabdeh1qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-284/2020 saylı qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində qeyd olunur ki, Cavabdeh3 311 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə mənə Bakı şəhəri, Səbail şossesi 12 ünvanda 600 kv.m. torpaq sahəsi ayrılmış və həmin torpağın dəyəri olan 2496 manat tərəfimdən Cavabdeh3nə ödənilmişdir. Bunların əsasında, aldığım toqpaq sahəsinə mülkiyyət hüquqlarımı qeydiyyatdan keçirmək üçün Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş və xx.xx.2018-ci ildə Bakı şəhəri, Səbail şossesi 12 ünvanda 600 kv.m. torpaq sahəsinə xüsusi mülkiyyət hüququm barədə mənə RX1362903 saylı çıxarış verilmişdir. Göründüyü kimi, mən tam qanuni əsaslarla Bakı şəhəri, Səbail şossesi 12 ünvanda 600 kv.m. torpaq sahəsini Cavabdeh3ndən almışam və mülkiyyət hüquqlarımı qeydiyyatdan keçirmişəm. İddiaçı isə məhkəməyə təqdim etdiyi Cavabdeh3 ona xx.xx.2004-cü ildə Bakı şəhəri, Səbail şossesi 12 ünvanda 800 kv.m. torpaq sahəsi ayırması barədə sənədlər qanunsuzdur, etibarsız hesab edilməlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.1.-Cİ maddəsinə əsasən, bələdiyyələr tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində maksimim 0,06 hektaradək torpaq sahəsi verilə bilər. İddiaçı təqdim etdiyi sənədlərə görə isə, guya ona 0.08 ha torpaq sahəsi verilmişdir. Bundan başqa, İddiaçı guya aldığı torpaq sahəsinin dəyərinin ödənilməsi ilə bağlı təqdim etdiyi qəbzdə Cavabdeh3nə aid olan imzaların həqiqiliyi də şübhə doğurur, çünki həmin qəbzdə “Rəhbər" qrafasında olan imzanın qabağında xətt qoyulmuşdur, həm də bu imzanı, İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2004-cü il tarixli Bakı şəhəri, Səbail şossesi 12 ünvanda 800 kv.m. torpaq sahəsi barədə “Torpaqların alqısatqısına dair" Aktındakı (müqavilədəki) Cavabdeh3 o vaxtki Sədri Ə.Hüseynova aid imza ilə vizual müqayisə etdikdə də, ekspert olmadan da görmək olur ki, İddiaçı torpaq sahəsinin dəyərinin ödənilməsi ilə bağlı təqdim etdiyi qəbzdəki Cavabdeh3 o vaxtki Sədri Ə.Hüseynova aid imza saxtalaşdırılmışdır. Bu isə həmin qəbzdəki imzanın məhz səlahiyyətli Cavabdeh3 Sədri tərəfindən deyil, naməlum və səlahiyyəti qeyri-müəyyən olan şəxs tərəfindən icra olunduğunu sübut edir. Əgər məhkəmə bu halları özü müəyyən edə bilməmişdisə, onda müvafiq məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməli və həm iddiaçının, həm də cavabdehin sənədlərindəki imzaların həqiqiliyi yoxlanılmalı idi.Səbail rayon məhkəməsi isə işin hərtərəfli və obyektiv baxılması üçün müvafiq ekspertizanı təyin etməmişdir. Həmçinin, İddiaçı özünə aid olan məhkəməyə təqdim etdiyi "Torpaqların alqı-satqısına dair" Aktın (müqavilənin) 1-ci bəndində onun şəxsiyyət vəsiqəsinin xx.xx.2006-cı ildə verildiyi qeyd edilib. Halbuki, yenə də İddiaçı özünə aid olan məhkəməyə təqdim etdiyi 0.08 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh3 qərarının tarixi xx.xx.2004-cü il kimi qeyd edilib, deməli İddiaçı özünə aid olan məhkəməyə təqdim etdiyi "Torpaqların alqı-satqısına dair" Akt (müqavilə) etibarsızdır, mötəbər sübut hesab edilə bilməzdi, çünki sadə məntiqə əsasən də, xx.xx.2004-cü il tarixdə hələ İddiaçı xx.xx.2006-cı il tarixli şəxsiyyət vəsiqəsi mövcud deyildi. Səbail rayon məhkəməsi işə baxarkən sübutları da hərtərəfli araşdırmamışdır. Belə ki, işə baxılan zaman məhkəmə və mən, dəfələrlə özünü Cavabdeh3 nümayəndəsi kimi təqdim edən N.L.Kazımovdan mübahisə predmeti olan Cavabdeh3 qərarlarının və müqavilələrin (aktların) müvafiq qeydiyyat kitablarını məhkəməyə təqdim etməyi tələb etsək də, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir.Həm də, N.L.Kazımovun Cavabdeh3 nümayəndəsi olmaq hüququ yox idi, çünki məhkəmə baxışı zamanı bələdiyyə seçkiləri yeni keçirilmişdi və Cavabdeh3 hələ formalaşdırılmamışdı, buna görə də, N.L.Kazımovun nümayəndə səlahiyyətlərini təsdiq edən sənədlər də tam araşdırılmayaraq, səlahiyyəti müəyyən edilməyən şəxsin izahatlarına əsasən qanunsuz qətnamə qəbul edilmişdir. Eyni ilə, hesab edirəm ki, məhkəmə baxışı zaman dindirilmiş X11nun izahatı da qeyri-mötəbər hesab edilməli, sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, i.B.Ağayev izahatında 2004-2009-cu illərdə Cavabdeh3ndə torpaq şöbəsinin müdiri işlədiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, Səbail rayon məhkəməsinin (Hakim Şahin Abdullayev) 2(009)-284/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli "arayışa" əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki, Cavabdeh3 tərəfindən İddiaçı və Cavabdeh1 verilmiş torpaq sahələri üst-üstə düşür. Amma həmin MMC-nin nümayəndələri məhkəmədə dindirilməmiş və onların ümumiyyətlə, torpaq ölçmələri ilə bağlı hər hansı ixtisaslarının olub-olmaması yoxlanılmamış, nəticədə Səbail rayon məhkəməsi sadə bir "arayış"la kifayətlənərək, mübahisəli torpaqların üst-üstə düşməsi barədə əsassız qənaətə gəlmişdir. Halbuki, "arayışıla tanış olduqda məlum olur ki, arayışı verən "xxxx" MMC faktiki heç bir ölçmə aparmamış, sadəcə olaraq internetdən GOOGLE YER proqramından çıxarış çap etməklə torpaqların üst-üstə düşməsini müəyyən etmişdir.Maraqlıdır ki, məhkəmə zamanı tərəflərin birgə iştirakı ilə hər iki torpaq sahəsinə aid sxemə baxış keçirərkən, məlum olmuşdur ki, sxemlərdə torpaqların yerləşmə koordinatları fərqlənir, onlar üst-üstə düşmür. Lakin Səbail rayon məhkəməsi bu hala ümumiyyətlə qiymət verməmişdir. Səbail rayon məhkəməsi 3-cü şəxs olan AR Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsini lazımi qaydada işdə iştirak etməyə cəlb etməmişdir. Onların işdə iştirak etməməsi isə qanunsuz və əsassız məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmişdir. Çünki, məhkəməyə də maraqlı olmalı idi ki, ən azından çıxarış alınan zaman mənim reyestr xidmətinə təqdim etdiyim sənədlər araşdırılsın. Həm də, AR Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi işə cəlb edilsəydi, torpaqların üst-üstə düşüb düşmədiyi dəqiq müəyyən edilə bilərdi. Digər maraqlı məqam ondan ibarətdir ki, əgər doğrudan da İddiaçı iddia edirsə ki, ona ayrılmış 800 kv.m. torpaq sahəsinin 600 kv.m. sahəsi mənə verilmiş 600 kv.m. torpaq sahəsi ilə üst-üstə düşür, onda nəyə görə İddiaçı digər 200 kv.m. torpağın aqibəti ilə maraqlanmır, bununla bağlı nə hər hansı 3-cü şəxsə, nə də ki, Səbail ; Bələdiyyəsinə qarşı heç bir iddia qaldırmır? Bu hal bir daha sübut edir ki, İddiaçı tamamilə əsassız olaraq mənim torpaqsahəmə aid sənədləri mübahisələndirir. Bunlardan başqa, Səbail rayon məhkəməsi bu iş üzrə öz-özlüyündə bir-birini təkzib edən, paradoksal qərarlar qəbul etmişdir. Belə ki, hələ işə mahiyyəti üzrə baxılmağa başlamazdan əvvəl, mən məhkəməyə ərizə təqdim edərək, işin aidiyyatı üzrə inzibati məhkəməyə göndərilməsini xahiş etmişdim. Lakin Səbail rayon məhkəməsinin (Hakim Şahin Abdullayev) xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizəm təmin edilməmişdi. Amma bundan sonra, Səbail rayon məhkəməsinin (Hakim Şahin Abdullayev) 2(009)- 284/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadları ilə həm İddiaçı Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanılmış Bakı şəhəri, Səbail şossesi 12 ünvanda 600 kv.m. torpaq sahəsi barədə "Torpaqların alqı-satqısına dair" müqavilənin (Aktın) etibarsız hesab edilməsi barədə əlavə iddia tələbini, həm də mənim, İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2004-cü il tarixli Bakı şəhəri, Səbail şossesi 12 ünvanda 800 kv.m. torpaq sahəsi barədə "Torpaqların alqı-satqısına dair" Aktın (müqavilənin) etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi üzrə icraata xitam verərkən, qərardadlarda qeyd etmişdir ki, həmin tələblər mülki məhkəmə icraatında deyil, inzibati məhkəmədə baxılmalıdır. Beləliklə, Səbail rayon məhkəməsinin özü bir tərəfdən işin inzibati məhkəmədə baxılmalı olduğunu müəyyən etmişdisə, digər tərəfdən inzibati məhkəmədə baxılmalı olan mübahisə üzrə necə qətnamə qəbul edə bilərdi? Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Səbail rayon Bələdiyyəsinin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etmədi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinən əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş üzrə Cavabdeh3 1398 saylı xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda Bələdiyyə ərazisinə məxsus 800 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X7 adına sənədləşdirilmişdir. İş üzrə Cavabdeh3 ilə X14 arasında bağlanılmış torpaqların alqısatqısına dair aktından görünür ki, Cavabdeh3 ərazisində yerləşən 800 kv.m. torpaq sahəsi Cavabdeh3 xx.xx.2004-cü il tarixli, 1398 saylı qərara əsasən X1. Həmin alqı-satqı müqaviləsinə əlavə olaraq ayrılmış torpaq sahəsinin planı təsdiq edilmişdir İş üzrə Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışın kserosurətindən görünür ki, Cavabdeh3 tərəfindən Salyan şossesi, 12 ünvanda xx.xx.2005-ci il tarixdə onun adına 311 saylı qərar ilə 600 kv.m. torpaq sahəsi sənədləşdirilmişdir. İş üzrə Cavabdeh3 311 saylı, xx.xx.2005-ci il tarixli sərəncamının kserosurətindən görünür ki, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında Cavabdeh1 adına sənədləşdirilmişdir. İş üzrə Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktın kserosurətindən görünür ki, Cavabdeh3 ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi Cavabdeh3 xx.xx.2005-ci il tarixli, 311 saylı qərara əsasən Cavabdeh1 satılmışdır. İş üzrə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 tərəfindən Salyan şossesi, 12 ünvanda xx.xx.2004-cü il tarixdə X7 adına 1398 saylı sərəncam ilə 800 kv.m. torpaq sahəsi sənədləşdirilmişdir. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən verilmiş noyabr 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh3 xx.xx.2004-cü il tarixli 1398 No-li qərarı (sərəncamı) ilə X8 Salyan hossesi 12 ünvanda 800 kv.m. torpaq sahəsi ayrılmışdır. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh3 xx.xx.2005-ci il tarixli 311 No-li sərəncamı ilə Cavabdeh1 Bakı şəhəri, Salyan şossesi, 12 ünvanında ayrılmış 0,06 ha torpaq sahəsinin ayrılması barədə eskiz planı aşkar olunmamışdır. İş üzrə xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinin qəbzinin əslindən görünür ki, Leyla Əhmədli tərəfindən Cavabdeh3nə 2500 manat məbləğində pul ödənilmişdir. İş üzrə “xxxx” MMC tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə xx.xx.2019-cu il tarixli müraciəti ilə bağlı tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən Nümayəndə müraciətinə əsasən Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydə alınmış Bakı şəhəri, Səbail şosesi, 12 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin Cavabdeh3 1398 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə iddiaçı X8 Bakı şəhəri, Səbail rayonu, 12 ünvanında ayrılmış 800 kv.m torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsini xahiş etmişdir .müraciət nümayəndənin iştirakı ilə sorğuya əlavə edilmiş sənədlərə əsasən yerində araşdırıldı. Naturada sözügedən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə “Google Yer” proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, sözügedən ərazi 750 kv.metrdir. həmin 750 kv.metr torpaq sahəsi Cavabdeh3 1398 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə iddiaçı X8 Bakı şəhəri, Səbail rayonu, 12 ünvanında ayrılmış 800 kv.m torpaq sahəsi ilə üst-üstə düşür və onun tərəfindən bir metrə yaxın hündürlüyündə mişar daşı ilə hasara alınmışdır. Eyni zamanda məlum oldu ki, sözügedən 750 metr torpaq sahəsinin 600 kv.metri Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydə alınmış Bakı şəhəri, Səbail şosesi ,12 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o 2004-cü ildən 2009-cu ilədək Cavabdeh3ndə torpaq şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bələdiyyədən torpaq almaq istəyən vətəndaşlar bələdiyyə sədrinə müraciət edir, torpaqların ayrılması ilə bağlı bələdiyyə sənədləri BŞİH-nə göndərilir, rəy alınır və bundan sonra ümumi yığıncaqda torpaq vətəndaşa ayrılır, torpaq vətəndaşa göstərilir, onun hüdudları müəyyən edilir, müvafiq sxem çəkilir. Torpağın Leyla xanıma satılmasından məlumatı var, həmin satılmış torpaq sahəsi 8 sotdur, Leyla xanım İsmayıl Ömərovun həyat yoldaşıdır. Hamı bilirdi ki, hazırda mübahisələndirilən torpaq sahəsinin yeri İsmayıl müəllimə məxsusdur, həmin yer hasara alınmışdır və qanuni əsaslarla sənədləşdirilmişdir. Həmin sahə hasara alınanda, ətrafda heç kim olmamışdır. Bir torpaq sahəsinin iki nəfərə satılması mümkün deyil. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o Cavabdeh1 qardaşıdır. Qardaşının aldığı torpaq sahəsinə darvaza onun tərəfindən qoyulmuşdur. Darvaza qoyularkən həmin sahə açıq olmuşdur. darvazanın quraşdırılması üçün qonşunun elektrik xəttindən istifadə edilmişdir. Lakin o, qardaşı tərəfindən həmin torpaq sahəsinin alınmasında və həmin torpaq sahəsinin hasara alınmasından məlumatsızdır. Şahid həmçinin göstərmişdir ki, darvaza quraşdırıldıqdan sonra torpaq sahəsi satılması üçün öz nəmrəsini darvazanın üstünə qeyd etmişdir Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 xx.xx.2004-cü il tarixli 1398 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 800 kv.m torpaq sahəsi Əhmədova (Əhmədli) Leyla Nazim qızına alqı-satqı müqaviləsi əsasında satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh3 xx.xx.2005-ci il tarixli 311 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi,12 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi Cavabdeh1 alı-satqı müqaviləsi əsasında satılmışdır. Həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Cavabdeh1 çıxarış verilmişdir. Həmin çıxarışda daşınmaz əmlakın ünvanı - Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,12 kimi qeyd edilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Cavabdeh1 600 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı Cavabdeh3 qeydiyyat kitabında hər hansı qeyd icra edilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli sorğuya cavab məktubunda Cavabdeh3 xx.xx.2005-ci il tarixli 311 No-li sərəncamı ilə Cavabdeh1 Bakı şəhəri, Salyan şossesi, 12 ünvanında 0,06 ha torpaq sahəsinin ayrılması barədə eskiz planı aşkar olunmamışdır. İddiaçıya isə ayrılmış torpaq sahəsinin qeydiyyatı Cavabdeh3 qeydiyyat kitabında müvafiq qeydlə rəsmiləşdirilmiş və X5 arxivində həmin torpaq sahəsinin ayrılması ilə bağlı eskiz plan mövcuddur. Digər tərəfdən iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin 750 kv.m hissəsinin 600 kv.metri Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-284/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-4296/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4296/2020
03.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver