Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4298/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X14 və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-286/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X10 və X3 qarşı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 86 saylı evin 44/45 saylı mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və çıxarılacaq qətnamənin onların yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsas olması barədə iddia tələbləri təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh, eyni zamanda xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2001-ci il təvəllüdlü X5 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 86 saylı evin 44/45 saylı mənzilindən istifadə hüququ olmayan şəxslər hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya MH 120146 saylı, xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 86 saylı evin 44/45 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğlunun arvadı olmuşdur. Onlar 1999- cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin heç bir zaman onun mülkiyyətində olan evdə yaşamamışlar. Cavabdeh 2014-cü ildə onun mənzilinə qeydiyyata düşmüşdür. 2015-ci ildə isə oğlu ilə Cavabdeh arasında nikah pozulmuşdur. Cavabdeh mübahisəli mənzildə istifadə hüququ yaranmamışdır. Onunla Cavabdeh arasında cavabdehin ona məxsus mənzildə yaşaması barədə heç bir notarial qaydada razılıq olmamışdır. Bundan əlavə, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-441/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə X15 arasında Bakı şəhəri Səadət Sarayında (Bakı Nikah Evində) xx.xx.1999-cu il tarixdə bağlanmış və 1274 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2005ci il təvəllüdlü X4 və xx.xx.2001-ci il təvəllüdlü X5 anaları Cavabdeh yanında qalması qət edilmişdir. Belə olduqda isə azyaşlı uşaqlar da ona məxsus evdən qeydiyyatdan çıxmalıdırlar, onların da ona məxsus mənzilə heç bir istifadə hüququ yoxdur. Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, onun həmin mülkiyyət üzərində sərəncam, istifadə və sahiblik hüquqlarını pozmaqla onun konstitusion hüquqlarını zərbə altında qoyur. Ona görə də o, öz mülkiyyət hüquqlarını qorumaq üçün cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını istəyir, bunun üçün isə ona qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. sab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə baxışı zamanı iş üzrə Cavabdeh mülkiyyətimdə olan mənzil üzrə qeydiyyatdan çıxmış, yetkinlik yaşına çatmayan İsmayıl Cəlilov isə yetkinlik yaşına çatmışdır. Bu səbəbdən hazırda iddia tələbinin AR MPM-nin 53-cü maddəsinə əsasən dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, qeyd etmək istəyir ki, iş üzrə cavabdehlər onun mənzilinə 2014-cü ildə qeydiyyata düşmüşlər və heç vaxt mülkiyyətində olan mənzildə yaşamamışlar. Oğlu Pərviz və Elnarə ailə qurduqdan sonra kirayədə yaşamış və sonradan qonşuluqda olan və həmin binada yerləşən 2 otaqlı 44/46 saylı mənzilə köçmüşlər. Həmin mənzilin divarı ilə mənim mülkiyyətimdə olan mənzilin divarları yan-yana olmuşdur. Həmin mənzili oğlu 2008-ci ildə Oktay Ağayevin həyat yoldaşı Nadejda Ağayevadan almışdır. Həmin mənzili aldıqdan sonra iki mənzil arasında qapı açılmışdır. Sonradan oğlu ilə Elnarə arasında münasibətlər pozulmuş və 2015-ci ildə Elnarə uşaqları, yəni hazırki cavabdehləri özü ilə götürüb çıxıb getmişdir. 2016-cı ildə oğlu ilə Elnarə arasında nikah pozulmuş və aralarında belə razılaşma əldə edilmişdir ki, Elnarə Bakı şəhəri, Səbail r-nu, Nizami küçəsində yerləşən 86 saylı evin 44/46 saylı mənzilindən Pərvizin xeyrinə imtina edir, Pərviz isə Nardaran qəsəbəsində olan bağ sahəsindən Elnarənin xeyrinə imtina edir. Eyni zamanda qeyd olunmalıdır ki, Cavabdeh 2016-cı ildə oğlu Pərvizə qarşı nikahın pozulması barədə məhkəmədə iddia qaldırarkən irəli sürdüyü tələbində birgə əmlak kimi Nardaran qəsəbəsində yerləşən bağ evinin və Bakı şəhəri, Səbail r-nu, Nizami küçəsində yerləşən 86 saylı evin 44/46 saylı mənzilin bölünməsini xahiş etmişdir. Beləliklə göründüyü kimi nə Elnarənin, nə də ki, onun uşaqlarının (cavabdehlərin) mülkiyyətimdə olan mənzilə hər hansı aidiyyəti yoxdur. Onlar bir gün belə onun mülkiyyətində olan mənzildə yaşamamışlar və həmin mənzildə onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparmamışlar. Bu səbəbdən hesab edir ki, onların həmin mənzilə qeydiyyatları olsa da, hər hansı hüquqları yaranmamışdır. Şərh olununlara əsasən iddiaçı cavabdehlər X10 və X2 Bakı şəhəri, Səbail r-nu, Nizami küçəsində yerləşən 86 saylı evin 44/45 saylı mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və çıxarılacaq qətnamənin onların yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətin təmin olunasını xahiş edən iddiaçının vəkilini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Tİ və MHQİ (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) tərəfindən verilmiş MH seriyalı 120146 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 saylı mənzili tam mülkiyyət hüququ üzrə xx.xx.1998-ci il tarixdən İddiaçı Quli oğlunun mülkiyyətindədir. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-441/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə X15 arasında Bakı şəhəri Səadət Sarayında (Bakı Nikah Evində) xx.xx.1999-cu il tarixdə bağlanmış və 1274 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2001-ci il təvəllüdlü X5 anaları Cavabdeh yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X9 hər ay hər uşağa 150 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X15 ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 59 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* No-li arayışın kserosurətinə əsasən Cavabdeh, X11, X10 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 86 saylı evin 44/45 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan Bakı şəhər 3 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4No-li arayışa əsasən xx.xx.2001-ci il tarixdə anadan olmuş X10 3 nömrəli uşaq poliklinikasında xx.xx.2002-ci il tarixdən, xx.xx.2005-ci il tarixdə anadan olmuş X11 xx.xx.2005-ci il tarixdən qeydiyyata alınmışlar. Qeydiyyata alındıqdan sonra X6 uşaq poliklinikasının həkimi və tibb bacısı tərəfindən xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2003, xx.xx.2003, xx.xx.2004, xx.xx.2005, xx.xx.2006 tarixlərdə evə gedişlər olunmuşdur. X7 xx.xx.2009-cu il tarixdə həkim çağırışı olunmuş və uşaq poliklinikasının həkimi tərəfindən evdə tibbi xidmət göstərilmişdir Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 86 saylı evin 44/45 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə cavabdehlər iddiaçının nəvələridir. İddaçının oğlu Pərviz Cəlilovla Cavabdeh arasında xx.xx.1999-cu il tarixdə nikah bağlanılmış və həmin nikahdan onların xx.xx.2005ci il təvəllüdlü X11 və xx.xx.2001-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Cavabdehlər 2014-cü il tarixdə mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlərin valideynləri 2008-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən, 86 saylı evin, 2 otaqlı, 44/46 saylı mənzilini almışlar və həmin mənzil X12 adına qeydiyyata alınmışdır. Həmin mənzil alındıqdan sonra cavabdehlərin valideynləri göstərilən mənzilə köçmüş, iddiaçının mənzili ilə həmin mənzil arasında qapı açılmış və 2015-ci il tarixədək hər iki mənzil ümumi istifadədə olmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2001-ci il təvəllüdlü X5 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 86 saylı evin 44/45 saylı mənzilindən istifadə hüququnun olmayan şəxslər hesab edilməsini xahiş etmiş və iddianın əsası kimi cavabdehlərin həmin mənzildə yaşamaması qeyd olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlərin valideynlərinin ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamamalarını iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdehlərin doğulduqdan sonra da valideynləri ilə birlikdə mübahisəli mənzildə deyil, başqa mənzildə yaşamaları faktı də öz təsdiqini tapmamış və bu halları da təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əksinə iş materiallarına əlavə olunmuş mübahisəli ünvana xidmət edən ərazi üzrə 3 saylı uşaq poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2001-ci il tarixdə anadan olmuş İsmayıl Cəlilov xx.xx.2002-ci il tarixdən, xx.xx.2005-ci il tarixdə anadan olmuş İbrahim Cəlilov isə xx.xx.2005-ci il tarixdən 3 nömrəli uşaq poliklinikasında qeydiyyata alınmışlar. Qeydiyyata alındıqdan sonra X6 uşaq poliklinikasının həkimi və tibb bacısı tərəfindən xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2003, xx.xx.2003, xx.xx.2004, xx.xx.2005, xx.xx.2006 tarixlərdə evə gedişlər olunmuşdur. X7 xx.xx.2009-cu il tarixdə həkim çağırışı olunmuş və uşaq poliklinikasının həkimi tərəfindən evdə tibbi xidmət göstərilmişdir. Göründüyü kimi, cavabdehlərin valideyni olan Pərviz Cəlilov mübahisəli mənzildə yaşadığından, onun öz uşaqlarını yaşadığı mənzilə köçürtmək ixtiyarı olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Digər tərəfdən iddiaçının özü də təsdiq etmişdir ki, 2008-ci ildə mülkiyyətində olan mənzilə bitişik olan mənzil oğlu Pərviz tərəfindən alınmış və mənzillər arasında qapı açılmışdır. Bütün bu hallar onu göstərir ki, iddiaçı və cavabdehlərin valideynləri mübahisəli mənzildən birgə istifadə etmişlər. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olması təsdiq olunur. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehlərin 2014-cü il tarixdən mübahisəli mənzilə qeydiyyata düşmələri də, onların həmin mənzildə mülkiyyətçinin razılığı ilə yaşamalarını təsdiq edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun tələblərinə əsasən yaşayış yeri üzrə qeydiyyatın hüquqi nəticəsi olmasa da, cavabdehlərin mülkiyyətçinin razılığı ilə mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması, onların həmin mənzildə yaşamasını təsdiq edən haldır. Bu səbəbdən qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq da, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları var. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən edilmişdir. Cavabdehlər iddiaçının nəvələri olduğu üçün qanunun yuxarıda göstərilən tələbinə əsasən onundigər qohumları sırasına daxildilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçının digər qohumları sırasına daxil olmaqla onun ailə üzvləri hesab olunduqlarından, yəni ailə qanunvericiliyinin tələblərin əsasən babanın nəvələrdən, nəvələrin isə babadan aliment tələb etmək hüquqları olduğundan, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları olmayan şəxslər hesab edilməsi barədə hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə, birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4298/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4298/2020
04.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver