Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-430/2019 01.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh ”Cavabdeh” MMC-yə qarşı əmrin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Nəsimi rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(006)-486/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktorunun 28 avqust 2017-ci il tarixli, 68 saylı əmrinin ləğv edilməsi və 243814,09 manat maddi və mənəvi zərərin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 01 mart 2015-ci ildən Cavabdeh MMCdə baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. Cəmiyyətdə işlədiyi 3 (üç) il ərzində ona məzuniyyət verilməmiş və bu barədə o dəfələrlə müraciət etməsinə baxmayaraq onun məzuniyyət hüququ Cəmiyyətin direktoru Kənan Məmmədov tərəfindən kobudcasına pozularaq ona məzuniyyət verilməmişdir. Axırıncı dəfə 26 iyul 2017-ci il tarixdə o, Cavabdeh MMC-yə Kənan Məmmədovun adına ona məzuniyyəıt veriməsi barədə rəsmi yazılı ərizə ilə müraciət etmiş, həmin ərizə Cəmiyyətin məsul şəxsi tərəfindən imza edilərək qəbul edilmiş, lakin Cəmiyyətin direktoru Kənan Məmmədov qanunsuzluq edərək ona məzuniyyət verməmiş və məzuniyyət verilməməsinin səbəbi barədə ona əsaslandırılmış cavab verməmişdir. Bundan sonra, o, məzuniyyət hüququnun kobud şəkildə pozulmasına etiraz əlaməti olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 295.1-ci maddəsinə əsaslanaraq təkbaşına tətilə çıxmışdır. Lakin Cavabdeh MMC-nin rəhbərliyi buna baxmayaraq ona məzuniyyət verilməsi ilə bağlı heç bir qərar qəbul etməmişdir. O, hüquqlarının pozulmaqda olduğunun davam etdiyini görüb, 27 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X14 Xidmətinə müraciət etmiş, həmin müfəttişlik tərəfindən müvafiq yoxlama aparılmış və onun məzuniyyət hüququnun pozulması müəyyən edildiyindən Cavabdeh MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. Lakin Cavabdeh MMC-nin rəhbərliyinin onun pozulmuş hüquqlarını bərpa etməyəcəyinə əmin olduqdan və həmin Cəmiyyətdə bundan sonra işləməyin mümkün olmayacağı qənaətinə gələrək təkbaşına tətilini davam etdirərək, işdən öz ərizəsi ilə azad olunması barədə 28 iyul 2017-ci il tarixdə yazılı ərizə ilə Cavabdeh MMC-nin direktoru Kənan Məmmədova müraciət etmişdir. Lakin işdən şıxmaq barədə yazılı ərizə ilə müraciət etməsinə həmin ərizənin rəsmi qəbul olunmasına baxmayaraq Cavabdeh MMC-nin direktoru Kənan Məmmədov onu 28 avqust 2017-ci il tarixli 68 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsassız və qanunsuz olaraq işdən azad etmişdir. Həmin əmr verilərkən onun izahatı alınmamış və bir daha qanunsuzluğa yol verilmişdir. Direktor əmrini heç bir tutarlı faktla əsaslandıra bilməmişdir. Onun qanunla ona verilməli olan məzuniyyət tələb etməsi və məzuniyyətin qəsdən qərəzli olaraq verilməməsinə etiraz edərək təkbaşına tətilə çıxması və nəhayət işdən öz razılığı ilə çıxması barədə ərizəsinin olması heç bir halda onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmasına əsas və səbəb ola bilməzdi. Bundan başqa cavabdeh ona verilməli olan son iki ayın əmək haqqını və verilməmiş məzuniyyətə görə kompensasiyanı ona qərəzli olaraq verməmişdir. Bundan başqa Cavabdeh MMC-də çalışdığı dövrdə əmək haqqı hesablamaları bütün işçilər üçün tərtib olunub ödənişə göstəriş verilməsi barədə Cavabdeh MMC-nin rəhbəri Kənan Məmmədova təqdim edilməsinə baxmayaraq sonuncu qanunsuzluq edərək, əmək haqlarının vaxtında ödənilməsini təmin etməmiş, onun və digər işçilərin əmək haqları mütəmadi olaraq uzun müddətə gecikdirmələrlə verilmişdir. Vergi orqanlarına və Dövlət Sosial Müdafıə fonduna da vergilər və digər ödənişlər cavabdehin təqsiri uzbatından gecikdirmələrlə ödənilmişdir. O, özünün əmək haqqının gecikdirmələrlə ödənilməsi barədə 27 avqust 2018-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dəqiqləşdirmədə ətraflı göstərmişdir. Buna görə o, cavabdeh tərəfindən ona verilmiş əmək haqqının orta illik infilyasiya həddi nəzərə alınmaqla hər gecikdirilən gün üçün 8 faiz, verilməmiş məzuniyyətə görə hər gün üçün 8 faiz təzminat, ona dəymiş mənəvi zərər üçün 15000 manat, cəmi 243814,09 manat tələb etmişdir. Audit keçirilməsi barədə tərtib olunmuş hesabatdan görünür ki, Auditin keçirilməsi 31 oktyabr 2017-ci ildə yekunlaşmış və müvafiq hesabat tərtib olunmuşdur. Lakin Audin hesabatında Auditin başlanma tarixi göstərilməmişdir. O qədər də böyük dövriyyəsi olmayan (2016-cı ildə 1.860.000, 2017-ci ildə 864.000 manat) cəmiyyətdə auditin 4 ay ərzində keçirilməsi nəinki inandırıcı, heç ağlabatan da deyil. Məhkəmə bu mühüm hala da obyektiv hüquqi qiymət verməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi rəsmi qəbul olunmuş ərizəsindən görünür ki, o, 26 iyul 2017-ci il taixdə məzuniyyətə çıxması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin ərizə rəsmi qəbul olunsa da, ona Cəmiyyətdə Audit keçirilməsi ilə bağlı məzuniyyət verilməməsi səbəbi izah olunmamışdır. Əksinə olaraq iddiaçı 26 iyul 2017-ci il tarixdə məhz ona məzuniyyət verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, həmin müraciətinə əsaslandırılmış cavab almadıqda, o, hüquqlarının pozulmaqda olduğunun davam etdiyini görüb 27 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X14 Xidmətinə müraciət etmiş, həmin müfəttişlik tərəfindən müvafiq yoxlama aparılmış və onun məzuniyyət hüququnun pozulması müəyyən edildiyindən Cavabdeh MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən inzibati Xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135.1-ci maddəsinə əsasən işə götürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında nümayəndəsi olduğu Cavabdeh MMC direktoru Kənan Məmmədovun məhkəməyə təqdim etdiyi arayışın əksinə gedərək, qanunun tələbini pozaraq göstərdi ki, iddiaçı Cavabdeh MMC-də əlavə iş yeri kimi işləmiş və bu səbəbdən də ona məzuniyyət verilməli deyildir. Cavabdeh MMC-nin direktoru X18 rayon Məhkəməsinə təqdim etdiyi 24 oktyabr 2017 ci il tarixli 30 saylı məktubunda göstərilmişdir: “28.08.2017-ci il tarixə kimi İddiaçı 2015-2017-ci illər üçün istifadə edilməmiş məzuniyyətə görə 75 (yetmiş beş) gün kompensasiya hesablanmışdır. Hesablanmış kompensasiyanın ümuni məbləği 4487 (dörd min dörd yüz səksən yeddi) manat 20 qəpik təşkil edir. Qeyd edilən məbləğdən 846 manat 80 qəpik gəlir vergisinə,134 manat 62 qəpik DSMF-ə ödənilmişdir. İddiaçı cəmi ödəniləcək məbləğ 3505 manat (üç min beş yüz beş) manat 79 qəpik təşkil edir. Bu arayışı ilə cavabdeh birincisi 2015-2017-ci illər ərzində İddiaçı məzuniyyət verilmədiyini birbaşa etiraf edir və iddiaçıya bütün vergilər və digər ödənişlər çıxıldıqdan sonra 3505 manat verilməli olduğunu göstərir. Cavabdehin təqdim etdiyi həmin sənədlər mülki işin 68-69-cu səhifələrində tikilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçıya münasibətdə son dərəcə qeyri-obyektiv, ədalətsiz və qərəzli olduğunu o fakt tam təsdiq edir ki, hətta məzuniyyətə görə cavabdehin etiraf etdiyi və kompensasiya şəklində iddiaçıya verilməli olan 3505 manat pulun da ona verilməsindən imtina etmiş, hətta bu hissədə də iddia tələbini qismən də olsa təmin etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110.2-ci maddəsində göstərilmişdir ki, əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu məcəllə ilə müəyyən edilmiş məzuniyyətdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 110.3-cü bəndində isə göstərilmişdir ki, işçilərin bu məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. İddiaçının bununla bağlı müvafiq təsdiqləyici sənədləri o cümlədən X9 iddiaçının məzuniyyət hüququnun pozulmasını təsdiq edən məktubu məhkəməyə təqdim edilsə də, məhkəmə bu mühüm faktlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Cavabdeh MMC-nin rəhbərliyinin iddiaçının pozulmuş hüquqlarını bərpa etmək niyyəri olmamış, əksinə X10 müraciət etdiyi üçün onu cazalandırmaq məqsədi güdmüşdür. Lakin iddiaçı Cavabdeh MMC-nin rəhbərliyinin onun pozulmuş hüquqlarını bərpa etməyəcəyinə əmin olduqdan sonra həmin Cəmiyyətdə bundan sonra işləməyin mümkün olmayacağı qənaətiunə gələrək təkbaşına tətilini davam etdirərək, işdən öz ərizəsi ilə azad olunması barədə 28 iyul 2017-ci il tarixdə yazılı ərizə ilə Cavabdeh MMC-nin direktoru Kənan Məmmədova müraciət etmişdir. Lakin işdən çıxmaq barədə yazılı ərizə ilə müraciət etməsinə və həmin ərizənin rəsmi qəbul olunmasına baxmayaraq Cavabdeh MMC-nin direktoru Kənan Məmmədov onu bir ay sonra yəni 28 avqust 2017-ci il tarixli 68 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləısinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsassız və qanunsuz olaraq işdən azad etmişdir. Həmin əmr verilərkən onun izahatı alınmamış və bir daha qanunsuzluğa yol verilmişdir. Direktor əmrini heç bir tutarlı faktla əsaslandıra bilməmiş və yalnız ona istinad etmişdir ki, guya iddiaçı Cəmiyyətdə Audit yoxlaması keçirildiyi halda iş yerini özbaşına tərk etmiş və işə çıxmamışdır. İddiaçının bu əsaslandırması tam əsassızdır. Belə ki, Cəmiyyətdə həmin vaxt yəni 2017-ci ilin iyul-avqust aylarında Audit yoxlaması keçirilməsi barədə heç bir rəsmi sənəd olmamış və məhkəməyə təqdim edilməmişdir. İddiaçı ona məzuniyyət verilməsi barədə ərizə ilə müraciət etdikdən və müsbət cavab almadıqda X14 Xidmətinə müraciət etdikdən sonra Cəmiyyətin rəhbərliyi öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün iddiaçıya guya Cəmiyyətdə Audit yoxlaması keçirilməsi və onun iştirakının zəruri olması barədə məktublar ünvanlamışdır. Lakin birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq bu cür təkzibedilməz faktlara qərəzli olaraq düzgün hüquqi qiymət verməmiş və iddia tələbinin tam rədd edilməsi barədə qanunun aliliyi prinsipindən yox, yalnız cavabdehin mənafeyi baxımından çıxış edərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa cavabdehin nümayəndəsi öz izahatında məhkəmə araşdırmasının predmetindən kənara çıxaraq, artıq digər məhkəmə araşdırmasının predmeti olmuş və hüquqi cəhətdən həllini tapmış məsələlər barədə geniş izahat vermiş, birinci instansiya məhkəməsi də həmin artıq hüquqi həllini tapmış məhkəmə baxışının predmeti olmayan faktları öz qətnaməsinə daxil etmiş və onlara əsaslanmışdır. Halbuki, iddiaçı məhkəməyə işdən qanunsuz çıxarılması, əmək haqqının mütəmadi olaraq gecikdirilməsi, məzuniyyət hüququnun pozulması ilə bağlı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı müraciət etmişdir. Bundan başqa cavabdehin nümayəndəsi öz izahatında göstərmişdir ki, iddiaçı Cavabdeh MMC-nin baş mühasibi kimi işçilərin əmək haqqının hesablanaraq ödənilməsinə özü cavabdeh olduğu halda iddia ərizəsində əmək haqqının gecikdirilməsinə görə pul tələb etməsi başa düşülən deyildir. Cavabdehin nümayəndəsinin bu izahatı da əsassızdır. Belə ki, mövcud qanunveiciliyə görə işçilərə əmək haqqının ödənilməsi yalnız təşkilat rəhbərinin göstərişindən sonra həyata keçirilə bilər. Bu halda isə iddiaçı baş mühasib kimi ödəniləcək əmək haqlarını hesablamış, əmək haqqı cədvəlləri tərtib egilmiş, lakin Cavabdeh MMC-nin direktoru Kənan Məmmədov ödənilməsinə göstərişi vaxtında verməmiş və məhz onun təqsiri ucbatından əmək haqları mütəmadi olaraq gecikdirmələrlə ödənilmişdir. Bu isə ciddi qanun pozuntusudur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə gecikdirilmiş hər günə görə işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddiaçı tərəfindən həm iddia ərizəsinə dəqiqləşdirmədə, həm də həmin ərizəyə əlavə olunmuş cədvəldə bütün illər üzrə gecikdirilmiş günlərin sayı və ödəniləcək təzminat barədə məhkəməyə əsaslandırılmış faktlar təqdim etsə də birinci instansiya məhkəməsi qanunsuzluq edərək bu mühüm fakta düzgün hüquqi qiymət verməmiş və iddia tələbini bu hissədə də təmin etməmişdir. Belə ki, bu iş üzrə məhkəmə baxışı uzun müddət və əsassız süründürməçiliklə keçirilmişdir. Belə ki, iddiaçının iddia ərizəsi məhkəməyə 11 sentyabr 2017-ci ildə daxil olmuş və bu iş üzrə məhkəmə tərəfindən 24 oktyabr 2017-ci il tarixdə Məhkəmə Mühasibatlıq Ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspert qarşısına aydınlaşdırılması üçün aşağıdakı sual qoyulmuşdur. “İddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi 28 avqust 2017-ci il tarixə Cavabdeh məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödənişlər nəzərə alınmaqla) məbləği nə qədər təşkil edir.” Lakin məhkəmə qanunsuzluq edərək uzun müddət öz qərardadını icraya yönəltməmiş yalnız 09 aprel 2018-ci ildə yəni 5 ay 16 gündən sonra qərardadı rəy verilməsi üçün Azərbaycan Respublikası ƏN-yi Məhkəmə Ekspertiza mərkəzinə göndərmiş və eyni zamanda qərardada rəy verilməsi üçün heç bir təsdiqləyici sənəd əlavə etməmişdir. 12 aprel 2018-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən məhkəmə qarşısında vəsatət qaldırılaraq ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi məhkəmədən tələb edilmişdir. Ekspertin vəsatətində göstərilən sənədlər İddiaçı yoxdur və ola da bilməz. Həmin sənədlər Cavabdeh MMC-nin mühasibatlığında saxlanılır. Ona görə də həmin sənədlər Cavabdeh MMC-dən tələb olunmalı idi. Cavabdeh MMC məhkəmənin ona ünvanlanmış 26 aprel 2018-ci taixli məkubunda göstərilən sənədləri məhkəməyə qəsdlə, qərəzli olaraq, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə əngəl törətmək məqsədi ilə təqdim etmədiyindən ekspertizaya təqdim edilməmiş, nəticədə Məhkəmə Ekspertiza Mərkəzi haqlı olaraq ekspertizanın keçirilməsindən imtina etmiş və bu barədə 29 iyun 2018-ci ildə Nəsimi rayon Məhkəməsinə məktub ünvanlamışdır. İddiaçı tərəf olaraq həmin ekspertizanın keçirilməsini zəruri hesab edərək 28 avqust 2018-ci il tarixdə sənədlərin Cavabdeh MMC-dən tələb olunaraq alınması, yenidən Məhkəmə Mühasibatlıq Ekspertizası keçirilməsi, məhkəmə sorğusuna baxmayaraq, sənədləri üzürsüz səbəbdən təqdim etmədiyinə görə cavabdehin Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsinə əsasən 220 manat məbləğində cərimə olunması barədə vəsatət verilmiş, həmin vəsatət ekspertiza təyin olunması hissəsində qismən təmin olunmuş, lakin bundan sonra da ekspertiza keçirilməsi üçün məhkəmə tərəfindən heç bir tədbir görülməmişdir. Mülki iş üzrə məhkəmə iclasının protokolları ilə 16 oktyabr 2016-cı il tarixdə tanış olarkən müəyyən edildi ki, məhkəmə çox ciddi qanun pozuntularına yol vermiş, yazılı vəsatət mülki işin materiallarına əlavə edilməmiş, gizlədilmişdir. Halbuki məhkəmənin 24 oktyabr 2018-ci il tarixli məhkəmə iclasında onun vəsatəti müzakirə olunmuş, vəsatət yenidən Məhkəmə Mühasibatlıq Ekspertizası təyin olunması və Cavabdeh MMC-dən sənədlərin tələb olunması hissəsində təmin edilmiş, lakin cavabdehin 220 manat cərimə olunması hissəsində təmin edilməmişdir. Bu vəsatətin müzakirəsi ilə bağlı məhkəmə müvafiq qərardad qəbul etmişdir. Lakin məhkəmə iclas protokolunda həmin vəsatətin müzakirəsi və qəbul edilmiş qərar barəsində heç bir qeydiyyat aparılmamışdır. Bu barədə onun tərəfindən məhkəmə iclas protokolları ilə tanış olarkən Azərbaycan Respublikası MPM-nin 223-cü maddəsinə əsasən müvafiq qeyd aparılmışdır. Daha bir faktı. Guya 24 sentyabr 2018-ci ildə növbəti məhkəmə iclası keçirilmişdir. Daha doğrusu tərtib edilmiş protokolda belə yazılmışdır. Həmin protokollara görə belə çıxır ki, bir gündə iki dəfə məhkəmə baxışı keçirilmişdir. Həmin iclasda o, yenidən Cavabdeh MMC-dən sənədlərin alınması və məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə şifahi vəsatət versə də, bu vəsatət də məhkəmə iclas protokoluna daxil edilməmiş, vəsatət qanunsuz olaraq müzakirə edilməmişdir. Bununla belə, məhkəmə öz təşəbbüsü ilə mühasibatlıq sənədləri olmadan tərəflərə yenidən Məhkəmə Mühasibatlıq Ekspertizası keçirilməsini təklifini etmiş və işin baxışının yenidən uzadılması niyyətində olduğunu nümayiş etdirmişdir. İddiaçı isə mühasibatlıq sənədlərinin götürülmədiyi halda Məhkəmə Mühasibatlıq Ekspertizasının keçirilməsini yenidən süründürməçiliyə gətirib çıxaracağına əmin olduğundan, belə halda ekspertiza təyin olunmasına lüzum görməmişdir. Göründüyü kimi məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqatına nail olmağa lazımı şərait yaratmamış heç buna cəhd də etməmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsi işdə birtərəfli, iddiaçının xeyrinə mövqe tutmuş, işdə olan və iddiaçının istinad etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş və bunun səbəbini öz qətnaməsində tam əsaslandıra bilməmişdir. Bu halda, cavabdeh iddiaçıya nəyə görə məzuniyyət verilməməsinin səbəblərini Əmək haqlarının geçikdirmələrlə ödənilməsinin səbəblərini əsaslandıra bilməmişdir. Cavabdehin guya Cəmiyyətdə Audit yoxlanmasının keçirilməsi ilə bağlı məzuniyyətin verilməməsi isə heç bir rəsmi sənədlə təsdiq edilmir. 2017-ci ilin iyul avqust aylarında Audit yoxlanmasını təsdiq edəcək heç bir sənəd (əmr, sərəncam, qərar) mülki işin materiallarında yoxdur və cavabdeh tərəfindəm məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə əsassız və qanunsuz olaraq bu mühüm halları və sübutları nəzərə almamışdır. Nəsimi rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(006)-486/2018 saylı qətnaməsini ləğv edərək, işə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(006)- 486/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini əsaslı hesab edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh ”Cavabdeh” MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, ekspert rəyi ilə razı deyildir. Ekspert rəyində əmrlər, tabellər, əmək haqqı cədvəllərinə istinad olunmamışdır. Bundan əlavə ekspert 1206 manat məbləğinin icraçı tərəfindən əvəzləşdirilməsini nəzərə almamışdır. Hansı ki, həmin məbləğin təkrar tutulması barədə rəy vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş olunmuş Cavabdeh 01 mart 2015-ci il tarixli, 12 saylı əmrinin surətindən görünür ki, İddiaçı 01 mart 2015-ci il tarixdən Cavabdeh MMC-də baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş X4 çıxarılmış bildirişlərin surətindən görünür ki, “Cavabdeh" MMC İddiaçı əlavə iş yeri kimi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC ilə baş mühasib İddiaçı arasında bağlanmış 01 mart 2015-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, İddiaçı Cavabdeh MMC qarşısında tam həcmdə maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin baş mühasibi İddiaçı Cavabdeh MMC-nin direktoruna ünvanladığı 28 iyul 2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı həmin ərizəsində 28 iyul 2017-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin baş mühasib İddiaçı oğluna ünvanladığı 02 avqust 2017-ci il tarixli, 05 nömrəli müraciətindən görünür ki, 04 iyul 2017-ci il tarixdən İddiaçı baş mühasib kimi fəaliyyət göstərdiyi Cavabdeh MMC-nin Maliyyə-təsərrüfat fəaliyyətinin sərbəst audit yoxlaması aparılır. İddiaçı aparılan yoxlamaya baxmayaraq, əsassız olaraq 29 iyul 2017-ci il tarixdə iş yerini tərk etmiş və bu zamana qədər bir daha iş yerinə qayıtmamışdir. Dəfələrlə şifahi müraciətlərə baxmayaraq, İddiaçı ilə borcunu yerinə yetirməklə bağlı təşəbbüs göstərmək niyyətində olmamışdır, Cavabdeh MMC-nin nizam-intizam qaydaları və Azərbaycan Respublikasının müvafiq qanunları rəhbər tutaraq, İddiaçı təcili olaraq işinə qayıtmaq və gəlməmə səbəbini bildirmək tələb edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin baş mühasib İddiaçı ünvanladığı 04 avqust 2017-ci il tarixli, 06 nömrəli müraciətindən görünür ki, 04 iyul 2017-ci il tarixdən İddiaçı baş mühasib kimi fəaliyyət göstərdiyi Cavabdeh MMC-nin Maliyyə-təsərrüfat fəaliyyətinin sərbəst audit yoxlaması aparılır. İddiaçı aparılan yoxlamaya baxmayaraq, əsassız olaraq 29 iyul 2017-ci il tarixdə iş yerini tərk etmiş və bu zamana qədər bir daha iş yerinə itməmişdir. Dəfələrlə şifahi müraciətlərə və 02 avqust 2017-ci il tarixli, 05 saylı yazılı müraciətə baxmayaraq, İddiaçı vəzifə borcunu yerinə yetirməkdən boyun qaçırır. Cavabdeh MMC-nin nizam-intizam qaydaları və Azərbaycan Respublikasının müvafiq qanunları rəhbər tutaraq, İddiaçı təcili olaraq işinə qayıtmaq və ya gəlməmə səbəbini bildirmək tələb edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin direktoru, satış direktoru, “Cavabdehengineering” MMC-nin direktoru və “Cavabdeh Service” MMC-nin direktoru tərəfindən tərtib olunmuş 08 avqust 2017-ci il tarixli, 11 saylı aktdan görünür ki, Cavabdeh MMC-nin direktorunun, satış direktorunun, “Cavabdehengineering” MMC-nin direktorunun və “Cavabdeh Service” MMC-nin direktorunun iştirakı ilə Cavabdeh MMC-nin satış meneceri X5 Cavabdeh MMC-nin kommersiya sirrlərinin və daxili məlumatlarının Məhdud Məsuliyyətli Cəmiyyətdən kənara çıxarılması və həmin məlumatların 29 iyul 2017-ci il tarixdən iş yerini tərk etmiş şirkətin baş mühasibi İddiaçı çatdırılması ilə bağlı söhbət edilmişdir. Məmmədov Elmar Məmmədoviç söhbətin əvvəlində məlumatların yayılması ilə və baş mühasiblə heç bir əlaqəsi olmadığını bildirmiş, lakin sonradan Cavabdeh MMC-yə məxsus mobil telefonlardan çıxarışlar təqdim edildikdə onun baş mühasib İddiaçı ilə şəxsi məsələ barəsində danışdığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin direktoru, satış direktoru, sərbəst auditor və sərbəst auditorun asistenti tərəfindən tərtib olunmuş 08 avqust 2017-ci il tarixli, 10 saylı aktdan görünür ki, qeyd edilən şəxslərin iştirakı ilə Cavabdeh MMC-nin baş mühasibinin istifadəsində olan kompüterin bazasından aşağıdakı adları çəkilən hüquqi və fiziki şəxslərin sənədləri çıxarılmış və aktlaşdırılmışdır: 1) “xxxx” MMC, 2) “xxxx” MMC, 3) “xxxx” MMC, 4) fiziki şəxs X3 (VÖEN **********), 5) fiziki şəxs X20 (VÖEN **********). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai rayonu 38 nömrəli Şəhər Poliklinikasının Cavabdeh MMC-yə ünvanladığı 21 avqust 2017-ci il tarixli, 184 saylı bildirişindən görünür ki, 1980-ci il təvəllüdlü İddiaçı 31 iyul 2017-ci il tarixdə evə həkim çağırmış sahə həkim terapevti Vəfa Hüseynova tərəfindən müayinə olunmuş və “Neyrosirkulyator distoniya hipotonik tipli” diaqnozu ilə xəstəlik vərəqəsi açılmışdır. 05 avqust 2017-ci il tarixdə laborator müayinələrdən keçmiş, okulistin müayinəsində olmuşdur. 07 avqust 2017-ci il tarixdə nevropatoloqun konsultasiyasına göndərilmiş və müayinə olunmuşdur. Diaqnoz bir daha öz təsdiqini tapmış və 07 avqust 2017-ci il tarixdən 19 avqust 2017-ci il tarixə qədər Həkim Məsləhət Komissiyası tərəfindən artırılmışdır. Komissiya tərəfindən 20 avqust 2017-ci il tarixdən işə yazmaq nəsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin baş mühasib İddiaçı ünvanladığı 24 avqust 2017-ci il tarixli, 17 nömrəli müraciətindən görünür ki, İddiaçı 16 avqust 2017-ci il tarixli məktubuna əsasən o, səhhəti ilə bağlı 1 (bir) aylıq xəstəlik vərəqəsi açdırmışdır. Lakin Cavabdeh MMC-yə ünvanlanmış 24 avqust 2017-ci il tarixli xəstəlik kağızına əsasən o, 21 avqust 2017-ci il tarixdən iş yerində olmalı idi. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin 28 avqust 2017-ci il tarixli, 68 saylı əmrinin surətindən görünür ki, həmin əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) 28 avqust 2017-ci il tarixdən ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin baş mühasib İddiaçı abil oğluna ünvanladığı 28 avqust 2017-ci il tarixli, 20 nömrəli müraciətindən görünür ki, İddiaçı 01 mart 2015-ci il tarixli əmək müqaviləsinin şərtlərini kobud urətdə pozduğu üçün Cavabdeh MMC-ni 28 avqust 2017-ci il tarixli, 68 saylı əmrinə sasən tutduğu vəzifədən azad edilməsi və son haqqhesabı, əmək kitabçasını götürməsi üçün Cavabdeh MMC-yə müraciət etməsi barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin İddiaçı göndərdiyi 15 sentyabr 2017-ci il tarixli, **********0 saylı məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən qanunvericiliyin tələblərinə uyğun xitam verilmişdir, Bununla yanaşı İddiaçı işlədiyi dövr ərzində iş vaxtından artıq saatlarda görülən işlərə cəlb edilmə, cəmiyyətdə işləyən işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb olunmaları və icbari sığorta olunmadıqları öz təsdiqini tapmamışdır, Eyni zamanda, İddiaçı işlədiyi dövr ərzində məzuniyyət hüququnun pozulduğu müəyyən edildiyindən X14 Xidməti tərəfindən cəmiyyətin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin baş mühasib İddiaçı ünvanladığı 20 sentyabr 2017-ci il tarixli, 23 nömrəli bildirişdən görünür ki, İddiaçı 24 avqust 2018-ci il tarixli məktubuna əsasən o, səhhəti ilə bağlı xəstəlik vərəqəsi açdırmış və həmin xəstəlik vərəqəsi ilə bağlı Cavabdeh MMC-dən ödəniş tələb edir. Xəstəlik vərəqəsinin hesablanması və ödənişi yalnız əsas iş yeri kimi əmək müqaviləsi bağlanılan müəssisənin hesabına mümkündür. Odur ki, xəstəlik vərəqəsi geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş müstəqil auditorun 31 oktyabr 2017-ci il tarixli hesabatının surətindən görünür ki, baş mühasibin işləmədiyi dövr ərzində (01.08.2017- 01.10.2017) rəhbərliyin xahişinə əsasən ilkin sənədlərin, maliyyə hesabatlarının hazırlanmasını cəmiyyət işçilərinin köməyi ilə onlar tərtib etmişdir. Təşkilatlarla aparılmış əməliyyatların qaiməfakturalarının və xidmət müqavilələrinin çatışmaması ilə rastlaşmışlar. 2016-cı ilin maddələrinin araşdırılması zamanı müəyyən olundu ki, xidmət müqavilələrinə görə fiziki şəxlərin yerinə onların DSMF ayırmalarını və 4 faiz sadələşmiş vergilərini, yəni 3366,91 manat olmaqla xərclərə daxil edilmiş və cəmiyyət tərəfindən ödənilmişdir. İşçilərə bonuslar hesablanarkən 10608,12 manat artıq ödənilmişdir, X7 2016-cı ildə 1817,64 manat 2017-ci ilin yanvar ayında 311,30 manat artıq xidmət haqqı hesablanıb və ödənilmişdir. X11 2016-cı ildə 1568,74 manat 2017-cı ilin yanvar ayında 269,80 manat artıq hesablanıb və ödənilmişdir. Baş mühasibin kompyuterində olan fayllar arasında aşağıda adları çəkilən hüquqi və fiziki şəxslərin sənədləri aşkar olunub və aktlaşdırılmışdır. Fiziki şəxs X8 və “xxxx” MMC arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli, 001/17 saylı müqavilə. Həmin müqaviləyə 01 mart 2017-ci il tarixli, “AZ 17001 ” saylı 695 manatlıq hesab faktura və eyni tarixli görülmüş işlərin aktı. Cəmiyyətin baş mühasibi Cavabdeh MMC-də işlədiyi müddət ərzində başqa hüquqi və fiziki şəxslərin sənədlərinin sənədləşməsi ilə məşğul olmuş və bununla Cavabdeh MMC-nin kommersiya ini və bağlanmış müqavilələrini başqa şirkətlərə yönətmişdir. Audit yoxlaması zamanı müəssisədə aşkar olunmuş nöqsanlar baş mühasib vəzifəsində çalışan İddiaçı öz işinə səhlənkar yanaşması və öz vəzifə funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(011)-9580/2017 saylı qətnaməsinin surətindən görünür ki, 16308 (on altı min üç yüz səkkiz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(103)-2999/2018 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(011)-9580/2017 saylı qətnaməsi iddiaçı Cavabdeh MMC-nin və cavabdeh İddiaçı apellyasiya şikayətlərinə münasibətdə, mübahisələndirdikləri hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2018ci il tarixli, 2(102)-5148/18 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(103)-2999/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərdiyi 21 sentyabr 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh MMCnin İddiaçı işlədiyi dövr üçün dəqiqləşdirilmiş və hesablanmış əmək haqqı borcu 1206 (bir min iki yüz altı) manat 68 (altmış səkkiz) qəpik qalmışdır. Lakin obyektiv səbəblərdən qeyd edilən qalıq borcu indiyənə qədər ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin prinsiplərindən birini təşkil edir. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu bəndinə görə əmək funksiyası–əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinin tələbinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcələnin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Birinci instansiya məhkəməsi əmrin ləğv edilməsi hissəsində iddianı rədd edərkən qətnaməni onunla əsaslanıdırmışdır ki, Cavabdeh 01 mart 2015-ci il tarixli, 12 saylı əmrinə əsasən İddiaçı 01 mart 2015-ci il tarixdən Cavabdeh MMC-də baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. X4 çıxarılmış bildirişlərə əsasən Cavabdeh MMC İddiaçı əlavə iş yeri kimi qeydə alınmışdır. İddiaçı 28 iyul 2017-ci il tarixdə ərizə ilə Cavabdeh MMC-nin direktoruna müraciət edərək həmin tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdeh MMC 02 və 04 avqust 2017-ci il tarixlərdə baş mühasib İddiaçı məktub göndərərək, 04 iyul 2017-ci il tarixdən Cavabdeh MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin sərbəst audit yoxlaması aparılmasına baxmayaraq, İddiaçı əsassız olaraq 29 iyul 2017-ci il tarixdə iş yerini tərk etdiyi və iş yerinə qayıtmadığı bildirilmiş, ondan işə qayıtması və ya gəlməməsinin səbəbini bildirməsi tələb edilmişdir. Cavabdeh MMC-nin direktoru, satış direktoru, “Cavabdehengineering” MMC-nin direktoru və “Cavabdeh Service” MMC-nin direktoru tərəfindən tərtib olunmuş 08 avqust 2017-ci il tarixli, 11 saylı aktda göstərilmişdir ki, Cavabdeh MMC-nin direktorunun, satış direktorunun, “Cavabdehengineering” MMC-nin direktorunun və “Cavabdeh Service” MMC-nin direktorunun iştirakı ilə Cavabdeh MMC-nin satış meneceri X5 Cavabdeh MMC-nin kommersiya sirrlərinin və daxili məlumatlarının Məhdud Məsuliyyətli Cəmiyyətdən kənara çıxarılması və həmin məlumatların 29 iyul 2017-ci il tarixdən iş yerini tərk etmiş baş mühasib İddiaçı çatdırılması ilə bağlı söhbət edilmişdir. X12 əvvəl məlumatların yayılması ilə və baş mühasiblə heç bir əlaqəsi olmadığını bildirmiş, lakin sonradan Cavabdeh MMC-yə məxsus mobil telefonlardan çıxarışlar təqdim edildikdə onun baş mühasib İddiaçı ilə şəxsi məsələ barəsində danışdığını bildirmişdir. Cavabdeh MMC-nin direktoru, satış direktoru, sərbəst auditor və sərbəst auditorun asistenti tərəfindən tərtib olunmuş 08 avqust 2017-ci il tarixli, 10 saylı akta görə qeyd edilən şəxslərin iştirakı ilə Cavabdeh MMC-nin baş mühasibinin istifadəsində olan kompüterin bazasından aşağıdakı adları çəkilən hüquqi və fiziki şəxslərin sənədləri çıxarılmış və aktlaşdırılmışdır: 1) “xxxx” MMC, 2) “xxxx” MMC, 3) “xxxx” MMC, 4) fiziki şəxs X3 (VÖEN **********), 5) fiziki şəxs X20 (VÖEN **********). Cavabdeh MMCnin 28 avqust 2017-ci il tarixli, 68 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) 28 avqust 2017-ci il tarixdən ləğv edilmişdir. Müstəqil auditorun 31 oktyabr 2017-ci il tarixli hesabatına görə, baş mühasibin işləmədiyi dövr ərzində (01.08.2017- 01.10.2017) rəhbərliyin xahişinə əsasən ilkin sənədlərin, maliyyə hesabatlarının hazırlanmasını cəmiyyət işçilərinin köməyi ilə onlar tərtib etmişdir. Təşkilatlarla aparılmış əməliyyatların qaiməfakturalarının və xidmət müqavilələrinin çatışmaması ilə rastlaşmışlar. 2016-cı ilin maddələrinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, xidmət müqavilələrinə görə fiziki şəxlərin yerinə onların DSMF ayırmalarını və 4 faiz sadələşmiş vergilərini, yəni 3366,91 manat olmaqla xərclərə daxil edilmiş və cəmiyyət tərəfindən ödənilmişdir. İşçilərə bonuslar hesablanarkən 10608,12 manat artıq ödənilmişdir. X7 2016-cı ildə 1817,64 manat 2017-ci ilin yanvar ayında 311,30 manat artıq xidmət haqqı hesablanıb və ödənilmişdir. X11 2016-cı ildə 1568,74 manat 2017-cı ilin yanvar ayında 269,80 manat artıq hesablanıb və ödənilmişdir. Baş mühasibin kompyuterində olan fayllar arasında aşağıda adları çəkilən hüquqi və fiziki şəxslərin sənədləri aşkar olunub və aktlaşdırılmışdır. Fiziki şəxs X8 və “xxxx” MMC arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli, 001/17 saylı müqavilə. Həmin müqaviləyə 01 mart 2017-ci il tarixli, “AZ 17001” saylı 695 manatlıq hesab faktura və eyni tarixli görülmüş işlərin aktı. Cəmiyyətin baş mühasibi Cavabdeh MMC-də işlədiyi müddət ərzində başqa hüquqi və fiziki şəxslərin sənədlərinin sənədləşməsi ilə məşğul olmuş və bununla Cavabdeh MMC-nin kommersiya sirlərini və bağlanmış müqavilələrini başqa şirkətlərə yönətmişdir. Audit yoxlaması zamanı müəssisədə aşkar olunmuş nöqsanlar baş mühasib vəzifəsində çalışan İddiaçı öz işinə səhlənkar yanaşması və öz vəzifə funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(011)-9580/2017 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı maddi məsul şəxs kimi tam maddi məsuliyyət haqqında müqaviləyə müvafiq olaraq işəgötürən Cavabdeh MMC-yə maddi ziyan vurması sübuta yetirildiyindən 16308 (on altı min üç yüz səkkiz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh MMCyə ödənilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(103)-2999/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(011)-9580/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(102)- 5148/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(103)- 2999/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, hazırda Cavabdeh MMC-nin İddiaçı işlədiyi dövr üçün dəqiqləşdirilmiş və hesablanmış əmək haqqı borcu 1206 (bir min iki yüz altı) manat 68 (altmış səkkiz) qəpik təşkil edir. Lakin onun 16308 (on altı min üç yüz səkkiz) manat borcu ödənilmədiyi üçün həmin əmək haqqı vəsaitinin verilməsi mümkün olmamışdır. Qeyd edilən borc ödənilən zaman həmin əmək haqqı tələbi nəzərə alınacaqdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını, həmçinin tərəflər arasında bağlanmış 01 mart 2015-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləni, müstəqil auditorun 31 oktyabr 2017-ci il tarixli hesabatını, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(011)-9580/2017 saylı qətnaməsini, Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(103)-2999/2018 saylı qətnaməsini və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(102)- 5148/18 saylı qərarını nəzərə alaraq qeyd edir ki, iddiaçı hər hansı üzürlü səbəb təqdim etmədən bir neçə gün işə çıxmadığına və təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğuna görə İddiaçı Cavabdeh 28 avqust 2017-ci il tarixli, 68 saylı saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanuni əsaslarla işdən azad edildiyi üçün hazırkı iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmrin ləğv edilməsi ilə bağlı hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi zərər kimi istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı ilə bağlı hissədə iddianı təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26 avqust 2019-cu il tarixli, 1555 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsindən göründüyü kimi, tədqiqat nəticəsində İddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi 28 avqust 2017-ci il tarixə Cavabdeh MMC tərəfindən ona ödənilməli olan son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödənişlər nəzərə alınmaqla) məbləği 6127,17 manat təşkil etdiyi müəyyən edildi. Məhkəmə kollegiyasının iclasında dindirilən ekspert X16 izahat verərək bildirdi ki, vəsatəti əsasında iddiaçı tərəfdən zəruri sənədlər tələb olunmuş, həmin sənədlər nəzərə alınmaqla, rəy verilmişdir. İddiaçı tərəfin qeyd etdiyi, sənədlərin nəzərə alınmaması ilə bağlı fikirləri əsaslı hesab oluna bilməz. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, qeyd olunan hissədə qətnamə ləğv olunmalı, cavabdehdən iddiaçının xeyrinə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödənişlər nəzərə alınmaqla) 6127,17 manat məbləğində pul tutulmalıdır. Kollegiya hesab edir ki, qətnamə cavabdehə verilmiş əmək haqqının orta illik infilyasiya həddi nəzərə alınmaqla hər gecikdirilən gün üçün 8 faiz, verilməmiş məzuniyyətə görə hər gün üçün 8 faiz təzminatın tutulmasının təmin edilməyən hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin məzmunundan göründüyü kimi əmək haqqı üçün faizin tutulması o halda mümkün hesab edilir ki, əmək haqqının məbləği əmək mübahisəsi yaratmasın. Mübahisənin məzmunundan göründüyü kimi iddiaçıların tələb etdiyi əmək haqqı məbləği əmək mübahisəsinə səbəb olmuşdur. Qanunun məzmunundan göründüyü kimi faiz tutulmalı olan əmək haqqı məbləği mübahisə predmeti olmamalıdır. Yəni faiz məbləği hesablanmış, lakin ödənilməsi işəgötürən tərəfindən yubadılmış əmək haqqı məbləğindən ödənilməlidir. Kollegiya qətnaməni dəymiş mənəvi zərər üçün 15000 manat məbləğində pulun ödənilməsinin təmin edilməyən hissəsində əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin Qeydinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi mənəvi zərərlə bağlı xüsusi norma olan Əmək Qanunvericiliyində qeyd olunan əsaslar hazırda araşdırılmış işin halları ilə müəyyən olunmur. Cavabdeh tərəfindən apellyasiya mərhələsində təqdim olunmuş Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin 24.10.2018-ci il tarixli, 17/74No182889-2018/877/17 saylı məktubundan görünür ki, Xətai rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9580/2017 saylı, 08.12.2017-ci il tarixli icra sənədinin icrası ərəfəsində təqdim etdiyinix ərizəyə əsasən borclu İddiaçı ilə əmək müqaviləsinə xitam verilən ərəfədə onunla aparılmış son haqq-hesab üzrə hesablanmış 1206 manatın icra sənədində qeyd olunan borc tələbindən çıxılaraq Sizə ödənilməli olan vəsaitin məbləği 15132 manat müəyyən edilmişdir. Cavabdeh tərəf Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin 24.10.2018-ci il tarixli, 17/74No182889-2018/877/17 saylı məktubuna istinad edərək, icra mərhələsində son haqq-hesab üzrə hesablanmış 1206 manatın nəzərə alındığını, lakin ekspert tərəfindən rəydə bu halın nəzərə alınmadığını bildirmişdir. Kollegiya cavabdeh tərəfin qeyd etdiyi halı əsassız hesab edərək, qeyd edir ki, son haqqhesabla bağlı icra sənədi mövcud olmadığından, icra mərhələsində qeyd olunan əvəzləşdirilmənin aparılması əsaslı hesab edilə bilməz. Kollegiya apellyatorun digər dəlillərini işin qeyd olunan araşdırılmış hallarına görə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.2, 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat cavabdehdən tutulub, Az.MEM, VÖEN **********, AZ43CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(006)-486/2018 saylı qətnaməsi maddi zərərin təmin edilməyən hissəsində qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh ”Cavabdeh” MMC-dən İddiaçı xeyrinə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödənişlər nəzərə alınmaqla) 6127,17 (altı min yüz iyirmi yeddi manat on yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat cavabdeh ”Cavabdeh” MMC-dən alınılb, Az.MEM, VÖEN **********, AZ43CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-430/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-430/2019
01.11.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver