Məhkəmə qərarları › İş №2(103)-4304/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4304/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4304/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin olunmamış, həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət xx xxxxxx 2021-ci il tarixli qərardadla təmin edilərək ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildə olan 107 adda əşyanın üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh1 xx xxxxxx 2021-ci il tarixli qərardaddan verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 268.2-ci maddəsinə görə isə, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. İş materiallarından görünür ki, şikayət mövzusu olan qərardad xx.xx.2021-ci il tarixdə Cavabdeh1 göndərilmiş, xx.xx.2021-ci il tarixdə icra məmuru tərəfindən bilavasitə onun özünün iştirakı ilə qərardadın icrası həyata keçirilmiş və bununla bağlı akt tərtib edilmiş, qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət xx.xx.2021-ci il tarixdə poçta təhvil verilərək xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi Cavabdeh1, qərardadın mövcudluğundan artıq xx xxxx 2021-ci il tarixdə məlumatlı olmuşdur və buna görə də şikayəti vaxtında verib-vermədiyi məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2044/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin vaxtında verilib-verilmədiyinin aydınlaşdırılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Elnur Həsənov Hakimlər imzalar: Xumar Mərdanova Fuad Babayev Əsli ilə düzdür Hakim: Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar