Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4304/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzində Notariat Ofisinə və maraqlı şəxs Yevlax Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işin aiddiyyatı üzrə məhkəməyə verilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzində Notariat Ofisinə və maraqlı şəxs Yevlax Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, miras qoyan yaxın qohumu X2 qalan Yevlax rayonu, Xanabat kəndində 0.06 ha hektar həyatyanı torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evi miras əmlakı üzrə adına verilmiş, xx.xx.2008-ci il tarixində vəsiyyətnamə əsasında miras əmlakının faktiki qəbul olunmasını, həmin miras əmlakı üzərində tam hissədə vərəsəlik hüququ tanınmaqla onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzində Notariat Ofisinə və maraqlı şəxs Yevlax Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə aidiyyatı üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1056/2023 saylı qərardadı ilə 2(039)-1056/2023 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair 2(011)-3687/2023 saylı mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarınının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerin məhkəməsinə verilir. MPM-nin 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsi iş aidiyyatı üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardadının prosessual əsası kimi Azərbaycan Respublikasının MPM-nin 37-ci mdadəsinə istinad etmişdir. Halbuki, iş materiallarına əsasən, iddiaçının tələbi hüquqi faktların müəyyən edilməsi barədə deyil, Yevlax rayonu, Xanabat kəndində 0.06 ha hektar həyatyanı torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evinin miras əmlakı üzrə adına verilmiş, xx.xx.2008-ci il tarixində vəsiyyətnamə əsasında miras əmlakının faktiki qəbul olunması, həmin miras əmlak üzrə tam hissədə vərəsəlik hüququnun tanınmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki sözügedən fərdi yaşayış evi Yevlax rayonunu ərazisində yerləşdiyindən iddia ərizəsinə də Yevlax Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 39, 307 və 309-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzində Notariat Ofisinə və maraqlı şəxs Yevlax Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə üzrə mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakimlər: Xumar Mərdanova Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4304/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4304/2023
14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver