Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4306/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-447/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “müavinətın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən əmək haqqının üçdə iki hissəsindən az olmamaqla hesablanmış pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-ci ildən fasiləsiz olaraq “xxxxxxxxxxxxxxxxxxxxx" ASC zavodunda işləmiş, işlədiyi müddətdə onun heç bir nöqsanları olmamışdır. Onun zavodda səhm payı var və bu günə qədər ona bir səhmdar kimi zavodun gəlirlərindən ayrılmamış, qanuna uyğun müavinət almalı olduğu halda rəhbərlik onu da verməyib. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. O, zavod rəhbərliyinə və üzvü olduğu X1 kompensasiya ayrılması barədə dəfələrlə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. O, 2-ci qrup əlildir və buna görə də 42 gün məzuniyyətdə olmalıdır və qanunsuz olaraq 27 gün məzuniyyətdə olub. Lakin heç bir maaş, kompensasiya ona ödənilməyib. Ona tezliklə işlərin qaydasına düşəcəyi və yenidən onları işə qaytaracaqları barədə vəd verilib, lakin 6 aydır ki heç bir xəbər verilməyib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-447/2020 saylı xx xxxxxx 2020-ci il tarixliqətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqının 2/3 hissəsi miqdarının hesablanaraq “xxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən nəyə istinad etdiyini, işin hansı hallarını əsas olaraq götürdüyünü vurğulamamış, birbaşa olaraq iddianın təmin edilməli olduğunu qeyd etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə müəssisənin Həmkarlar İttifaqı Komitəsi arasında 2017-2019-cu illər üçün xx.xx.2017-ci il tarixində Kollektiv Müqavilə bağlanmışdır. Bu müqavilənin 4.10-cu bəndinə əsasən “İşəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatının olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər.” Görüldüyü kimi, müəssisənin iradəsindən asılı olmayan səbəblərdən istehsal və satışın olmamasına görə iş dayandırılmış və işçilər ödənişsiz məzuniyyətə göndərilmişdir. Beləliklə, “xxxxxxxxxxxxxxxxxxxxx'’ ASC-nin rəhbərliyi Kollektiv Müqaviləni əsas götürərək işçiləri qrup halında ödənişsiz məzuniyyətə buraxmaq haqqında 09 saylı xx.xx.2019 tarixli əmri təsdiq etmişdir. Buna əsasən işçiyə bu müddət ərzində hər hansı ödənişin verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsi düzgün tətbiq olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsi tərəfindən müəssisə barəsində qanunsuz olaraq vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş və il yarimdir ki, müəssisənin fəaliyyəti iflic olmuşdur. Bakı İnzibatı Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vergi orqanının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, lakin həmin məhkəmə qərarı hələ qüvvəyə minməmişdir. İşçilərə hazırki vaxta kimi əmək haqqı da verilmir, çünki müəssisədə olan hər bir əmlakın üzərinə sərəncam qoyulmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verilib məhkəmə qətnaməsinin ləğv edilərək iddianın tam rədd edilməsi tələb edildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı xxxxxxxxxxxxxxxxxxxxx ASC-də xx.xx.2001ci il tarixdən nəqledən vəzifəsində işləyir. "xxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının "2017-2019-cu illər üçün kollektiv müqaviləsinin təsdiq edilməsi barədə” xx xxxxx 2017-ci il tarixli 02 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2017-2019-cu illər üçün kollektiv müqavilənin təsdiq edilməsi qərara alınmışdır. Həmin kollektiv müqavilənin məzmunundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin işəgötürəni və müəssisə həmkarlar ittifaqı komitəsi əmək, sosial-iqtisadi və istehsalat sahəsində münasibətləri tənzimləyən bu kollektiv müqaviləni bağlayırlar (1.1-ci bənd). İşəgötürən həmkarlar ittifaqı təşkilatını əmək kollektivinin vahid və səlahiyyətli nümayəndəsi kimi qəbul edir (1.2-ci bənd). Kollektiv müqavilə 3 il müddətinə (2017-2019-cu illər üçün) bağlanılır və tərəflər imzaladığı gündən qüvvəyə minir (1.3-cü bənd). Kollektiv müqavilə bütün müəssisə işçilərinə şamil edilir və onun normaları işəgötürən həmkarlar ittifaqı təşkilatı üçün məcburidir (1.4-cü bənd). Kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan işçilərə də şamil olunur və işə qəbul olunan işçilər işəgötürən tərəfindən kollektiv müqavilə ilə tanış edilir (1.5-ci bənd). Müqaviləni imzalamış tərəflər onun qüvvədə olduğu müddətdə üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə birtərəfli qaydada xitam verə bilməzlər. Yalnız bu müqavilənin hər hansı bir müddəasına təsir edən yeni bir qanunvericilik və ya normativ akt qəbul edilərsə qarşılıqlı razılıq əsasında müqaviləyə əlavə və dəyişikliklər oluna bilər (1.7- ci bənd). İşəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarinda spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər (4.10-cu bənd). "xxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin X4 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 09 saylı xx xxx 2019-cu il tarixli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. "xxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin X4 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 10 saylı xx xxxx 2019-cu il tarixli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, idarə heyətinin xx xxx 2019-cu il tarixil 10 saylı əmri ilə ödənişsiz məzuniyyətə dair verilmiş əmrin müddətinin üç ay uzadılması, 11 saylı xx xxxxxxxx 2019-cu il tarixli əmr ilə bu müddətin yenidən xx xxxxxx 2019-cu il tarixədək uzadılması əmr edilmişdir. İş üzrə müəyyən olunur ki, cavabdeh müəssisənin vergi orqanına verdiyi ərizələr nəzərə alınaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müəssisənin fəaliyyətinin dayandırılması barədə müəssisəyə müvafiq olaraq məktub və bildirişlər verilmiş, həmin bildirişlərin sonunda qeyd edilən son tarixdən obyektin fəaliyyətinin bərpa olunacağı barədə məlumat verilmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129, 169-cu maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində cavabdeh təşkilatın təqsiri ucbatından əmək haqqı verilmədiyindən iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi əsası ilə ləğv olunmalıdır. Belə ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konsitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konsitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir (28.3). Kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir (29). Kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə tərəflər bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada bilərlər (30.1). Komissiya (işçi qrupu) kollektiv müqavilənin layihəsini tərəflərin müzakirəsinə verir. Daxil olmuş təkliflər araşdırıldıqdan sonra yenidən işlənmiş layihə təsdiq olunmaq üçün həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin) ümumi yığıncağının (konfransının) müzakirəsinə verilir (30.3). Kollektiv müqavilənin layihəsi iclasda (konfransda) iştirak edənlərin səs çoxluğu ilə təsdiq edilir (30.6). Tərəflər, kollektiv müqavilə təsdiq edildikdən sonra onu üç gün ərzində imzalamalıdırlar. İmzalanmış kollektiv müqavilə və ona əlavələr yeddi təqvim günü ərzində məlumat üçün işəgötürənlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir (30.7). Kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər (31.1). Bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir (31.4). Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər (32.1). Bununla yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (maddələr 129.1 və 129.2). Əmək Məcəlləsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir (maddə 169.1 və 169.2). Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 169-cu maddəsinin hazırki mübahisəyə tətbiq olunması üçün əsaslar mövcud deyil. Belə ki, Qanunvericiliyin yuxarıda qeyd olunan mənasına görə işçi ilə işəgötürənin razılığı əsasında, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. Bu o deməkdir ki, əsaslar olduğu təqdirdə 6 ayadək ödənişsiz məzuniyyətin verilməsi qanunidir. Hazırki işdən görünür ki, Kollektiv müqavilənin 4.10-cu bəndində işəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulmuşdur. Cavabdehin xx xxx 2019-cu il tarixli 09 nömrəli əmri bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. Həmin əmrin müddəti xx xxxx 2019-cu il tarixdə 3 ay, xx xxxxxxxx 2019-cu il tarixdə isə yenidən 3 ay - xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Lakin xx xxxxxx 2019-cu il tarixdə cavabdeh “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” 12 saylı əmr vermişdir. Göründüyü kimi, işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə əmrin verildiyi xx.xx.2019-cu il tarixdən 6 ay müddətində yəni, xx.xx.2019-cu il tarixədək ödənişsiz məzuniyyətin verilməsi qanuni olmuşdur. Həmin müddət başa çatdıqda işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə əmr verilməmiş, belə ki, yuxarıda da qeyd olunduğu kimi, bu barədə əmr yalnız xx.xx.2019-cu il tarixdə verilmişdir. Buna görə də Kollegiya hesab edir ki, qanunla ödənişsiz məzuniyyətin verilmə müddəti xx.xx.2019-cu il tarixdə bitsə də, həmin müddətin 6 aydan çox, yəni xx.xx.2019-cu il tarixdən etibarən xx.xx.2019-cu il tarixədək uzadılması qanunsuz olmuşdur. Həmçinin iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində cavabdeh təşkilatın təqsiri ucbatından əmək haqqı verilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı hesablanaraq ödənilməli, iddia qalan hissədə rədd edilməli, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-447/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-4306/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4306/2020
22.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver