Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4316/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-1405/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinə qarşı “işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdehlə bağlanmış əmək müqaviləsinin bərpası, məcburi buraxılmış dövr üçün əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçıya dəymiş maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə 5000 manat, ödənilmiş mediyasiya xərcinin əvəzi olaraq 52 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə ərizə verərək Cavabdeh ASC-nin mülki iş üzrə əlavə cavabdeh qismində cəlb olunmasını və iddianın hər iki cavabdehə qarşı təmin olunmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-1405/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-nin Yasamal Rayon Su Kanal İdarəsində əvvəlki iş yeri və vəzifəsinə uyğun işlə təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, işdən azad edilmə barədə xx.xx.2021-ci il tarixli əmrdən müəyyən olunur ki, Əmək Məcəlləsinin 70-cı maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə işçi (iddiaçı) ilə əmək müqaviləsi ləğv edilmişdir. Qeyd edilən maddəyə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən və işçilərin sayı ixtisar edildikdə, ya da ştatları ixtisar edildikdə ləğv edilir. İddiaçının işdən azad edilməsinə əsas–ştat vahidinin ixtisarıdır. Məhkəmə yanlış olaraq belə bir nəticəyə gəlmişdir ki, işəgötürən tərəfindən, işçi (iddiaçı) işdən azad edilərkən AR Əmək Məcəlləsində nəzərdə tutulan normalara düzgün riayət etməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X5 apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab edərək, izahatında qeyd etdi ki, işəgötürən tərəfindən ştat ixtisarı aparılmamışdır. Ştat ixtisarı odur ki, iki ştatdan biri ixtisar olunur, biri qalır. Burada isə iddiaçının işlədiyi 14-cü dərəcə ilə şöbə rəisi ştatı ixtisar olunub, əvəzində 14-cü dərəcə ilə şöbə rəisi kimi iki ştat yaradılıb, iddiaçı işlə təmin olunmayıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunan hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddianın təmin olunmayan hissəsindən iddiaçı apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin və 3-cü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-1405/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixli, 11k nömrəli əmək müqaviləsin üzrə Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsində kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri sahəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli, 41k saylı əmrə əsasən kadrlar, əməyin təşkili, icraya nəzarət və təsərrüfat işləri şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 74-k saylı, xx.xx.2021-ci il tarixli əmrə əsasən kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri sahəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmiş, 117-k saylı, xx.xx.2021-ci il tarixli əmrə əsasən isə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin ştat cədvəlinə dəyişiklik eidlməsi barədə xx.xx.2021-ci il tarixli, 110 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixdən Yasamal rayon Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi ləğv edilmiş, bazasında Kadrlar şöbəsi və Kargüzarlıq və təsərrüfat işləri şöbəsi yaradılmışdır. Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin 2021-ci il üçün ştat cədvəlinə 14 nömrəli dəyişikliyə əsasən 14-cü dərəcə ilə şöbə rəisi və digər vəzifələri özündə ehtiva edən Yasamal rayon Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi xx.xx.2021-ci il tarixdən ləğv edilmiş, onun bazasında hər biri özündə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsi olmaqla Kadrlar şöbəsi və Kargüzarlıq və təsərrüfat işləri şöbəsi yaradılmışdır. Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin 143a saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən Komitətərəfindən Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin ləğv edilməsi və İddiaçı müqaviləsinin ləğv edilməsinə etiraz edilməmişdir. Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi barədə 117-k saylı, xx.xx.2021-ci il tarixli əmrinə əsasən Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı ixtisarla bağlı xəbərdarlıq məktubu təqdim edildi. Lakin o, məktubu qəbul etdikdən sonra qeydiyyat kitabına imza etməkdən imtina etdi. Beləliklə işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsində xx.xx.2017-ci il tarixdən şöbə rəisi vəzifəsində işləməyə başlamış, xx.xx.2021-ci ildə isə onun əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı ixtisarla bağlı xəbərdarlıq məktubu təqdim edilmiş, lakin o, məktubu qəbul etdikdən sonra qeydiyyat kitabına imza etməkdən imtina etmişdir. 117-k saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrə əsasən İddiaçı Yasamal rayon su kanal idarəsindəki əmək stajı nəzərə alınmaqla ona aylıq əmək haqqının 1.4 misli miqdarında ışdən çıxama müavinəti verilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Həmin Məcəllənin 11.1-ci maddəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – ortaaylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Birinci instansiya məhkəməsi işdən azad edilmə barədə əmri əsassız hesab edərkən qeyd etmişdir ki, işdən azad edilmə barədə xx.xx.2021-ci il tarixli əmrdən müəyyən olunur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə işçi ilə əmək müqaviləsi ləğv edilmişdir. Qeyd edilən maddəyə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən ya işçilərin sayı ixtisar edildikdə, ya da ştatları ixtisar edildikdə ləğv edilə bilər. Sözügedən əmrdə ştat vahidinin ixtisarı əsası göstərilmişdir. Lakin iş materiallarında olan Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin 2021-ci il üçün ştat cədvəlinə 14 nömrəli dəyişikliyə əsasən 14-cü dərəcə ilə şöbə rəisi və digər vəzifələri özündə ehtiva edən Yasamal rayon Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi xx.xx.2021-ci il tarixdən ləğv edilmiş, onun bazasında hər biri özündə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsi olmaqla Kadrlar və Kargüzarlıq, təsərrüfat işləri şöbələri yaradılmışdır. Yəni sözügedən ştat cədvəlindən belə görünür ki, bir şöbə olmuş, onun 14 cü dərəcə ilə şöbə rəisi ştatı olmuşdur. Sonra həmin şöbə ləğv edilmiş, onun bazasında iki şöbə yaradılmış, 14-cü dərəcə ilə şöbə rəisi ştatından biri də əlavə olunmuşdur. Belə olan təqdirdə məhkəmə iddiaçının məhz ixtisar əsası ilə işdən azad edilməsini qanuni hesab etmir. Kolleiya hesab edir ki, məhkəmə Cavabdeh ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k saylı, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əvvəlki iş yeri və vəzifəsi Yasamal rayon Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində şöbə rəisi olmuşdur. Lakin hazırda həmin şöbə ləğv edilmiş və onun bazasında yaradılmış iki ayrıca şöbə vardır. Ona görə də məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçı cavabdeh "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsində əvvəlki iş yeri və vəzifəsinə uyğun işlə təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsi “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1, 9.1.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.2-ci maddələrinə istinad edərək, Cavabdeh ASCdən 50 manat dövlət rüsumunun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun məhkəmənin Əmək Məcəlləsinin tələblərinə düzgün istinad olunmaması ilə bağlı dəlilini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, həmin hissədə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ASC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)- 1405/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4316/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4316/2022
20.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver