Məhkəmə qərarları › İş №2(103)-4316/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4316/2024

15.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4316/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/2024 nömrəli 18 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M.A.Əliyev küçəsi 37 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/2024 nömrəli 18 mart 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair 2(003)-675/2024 mülki iş üzrə icraat, iddiaçılar X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru və İddiaçı qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-1840/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda iddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiklərini və apellyasiya icraatına xitam verilməsini xahiş etmiş və göstərmişdir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işlərin bir icraatda baxılması qərara alınmışdır. Kollegiya iş materiallarını araşdıraraq hesab edir iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayətdən imtina barədə ərizə qəbul edilməli və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. MPM-nin 398.0.4-cü maddəsinə görə, Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ var. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsivəkili tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi-vəkili tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/2024 nömrəli 18 mart 2024-cü il tarixli qərardadından verilmiş şikayətdən imtina qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar