Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4319/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-59/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-59/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti baxılması üçün xx.xx.2025-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə məktubla müraciət etmiş və məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-59/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verdiyindən,Cavabdeh1 apellyasiya şikayətinə baxılması ilə bağlı yaranmış zərurətlə əlaqədar e-2(011)-59/2024 saylı mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin MPM-nin 361-cı maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması nə qədər ki, birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, hazırkı halda Cavabdeh2 apellyasiya şikayətinə baxıla bilməz. Bu səbəbdən də, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə (mümkünlüyünə) səlahiyyət həddində qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələbələrinə görə: Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Diqqətə çatdırılmalıdır ki, Məcəllənin 372.6 və 385.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam (maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə) yoxlayır. Məhkəmə aktının qanuniliyinin hansı hissədə və ya hansı əsasla (dəlillərə əsasən) mübahisələndirilməsinin qeyd edilənlər baxımından mümkünlüyü üçün əsaslar müəyyən edilmədiyindən təsbit edilmiş prosedurlara riayət edilməsi zəruridir. Qeyd edilən prosessual hərəkət və gözləntilər həyata keçirildikdən sonra cavabdehin apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər davam edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2.Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-59/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4319/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4319/2025
17.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver