Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4324/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh Sərhəd qızına qarşı “borcun ödənilməsi tələbinə dair” 2(005)-2827/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sərhəd qızına qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1634.40 manat məbləğində dəymiş ziyanın, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1664.40 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “21.08.2017-ci il tarixli, 08/35595 saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********33 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalarının tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı'’ İBnin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı dəfələrlə aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin sayğacdan kənar qanunzuz qoşulma etməklə təbii qazı talaması ilə əlaqədar 2018-ci ilin aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 2019-cu ilin yanvar, fevral,mart, aprel ayında aktlar tərtib olunmuşdur. Tərtib olunmuş aktlar əsasında və ödəniş etmədiyi istehlak etdiyi təbii qaza görə cavabdeh tərəfindən cəmi 1634,40 manat İddiaçınə ziyan dəymiş ziyan hesablanmış, borcu yaranmışdır (aktlar işə əlavə edilir). İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən qalıq borcu olan 1634,40 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 30 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona nə elektron SMS, nə də rəsmi formada bildiriş gəlməmişdir. Onun barəsində olan qətnamədən cox gec, yəni 2021-ci ilin yanvar ayında COVD-19-la əlaqədar karantin rejiminə əməl edilməsinə avtobusda yoxlanılan zaman ona məlum olmuşdur ki, o, mülki qaydada axtarışa verilmişdir. Bundan sonra "axtarışa" verilməyi barədə müvafiq orqanlarla maraqlanmış, araşdırıldıqda məlum olmuşdu ki, İddiaçı İB onu qaz sayğacına görə 2019-cu ilin iyul və 2020-ci il oktyabr ayında məhkəməyə verib. Bununla əlaqədar bildirir ki, “Ağ şəhər” layihəsi çərçivəsində Turşu küçəsi 2210 (Babək pr.21) ünvanda yerləşən və ona məxsus fərdi yaşayış evi 2017ci ilin avqust ayında kompensasiya ödənilərək sökülmüşdür. Bunu Xətai rayon İcra Hakimiyyətinin 22.01.2021-ci il tarixli cavab məktubu da təsdiq edir. Bəs necə ola bilər ki, 2017-ci ilin avqust ayında ökülmüş yaşayış binasında qaz sayğacından istifadə edilmişdir? Bununla əlaqədar olaraq, DİN-nin 102-xidmətinə də müraciət etmişdir. Müraciəti ilə əlaqədar Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-də araşdırılma aparılmış və qaz sayğacından keçmiş qonşusu X3 qanunsuz istifadə etdiyi müəyyən edilmişdir. X1 öz ifadəsində həqiqətən qaz sayqacından qanunsuz istifadə etdiyini və ona qaz sayqacını İddiaçı İB-nin Afıq adlı şəxs kimi tanıdığı işçisi tərəfindən quraşdırıldığını da təsdiq etmişdir. Beləliklə, istər İddiaçı İB-nin verdiyi iddia üzrə cavabdeh kimi əsassız və sübut olmadan göstərilməyi, istərsə də iddiaların tam və hərtərəfli araşırılmadan qəbul edildiyi aydın görünür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Qaz paylayıcısı İddiaçı İB ilə istehlakçı X2 arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 21.08.2017-ci il tarixli, 08/35595 nömrəli müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21 ünvanında yerləşən evdə qaz alqı-satqısı üçün bağlanılmışdır. Xətai rayon İcra Hakimiyyətinin 22.01.2021-ci il tarixli məktubuna əsasən, Turşu küçəsi 2210 (Babək prospekti 21) ünvanında yerləşən, Cavabdeh Sərhəd qızına məxsus fərdi yaşayış sahəsi üçün 2017-ci ilin avqust ayında kompensasiya ödənilərək sökülmüşdür. Bundan başqa, 03.02.2021-ci il tarixdə vət. Cavabdeh DİN-nin 102 xidməti-zəng mərkəzinə məumat verərək Xətai rayonu, Babək prospekti, “Ağ şəhər”-də qonşusu olan Zivər adlı şəxsin onun qaz sayğacını oğurlayaraq istifadə etməsini bildirmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş Cavabdeh Xətai RPl-nin 37-ci PŞ-nə vermiş olduğu ərizəsində bildirmişdir ki, onun adına olan qaz sayğacını X5 qanunsuz olaraq istifadə edir. Təhqiqat araşdırması zamanı vətəndaş Cavabdeh vermiş olduğu izahatında 2017-ci il tarixədək ünvan 5 ünvanında yaşadığını və daha sonra həmin ünvanda yerləşən özünə məxsus fərdi yaşayış evi aparılan yenidənqurma işləri ilə əlaqədar söküldüyündən kompensasiya alaraq oradan köçdüyünü bildirmişdir. Orada yaşadığı müddət ərzində qonşu evdə yaşayan X5 dəfələrlə qaz xəttinin olmadığını, bununla əlaqədar qonşuluq münasibətlərini nəzərə alıb həmin şəxsə özünə məxsus fərdi yaşayış evində yaşamağa icazə verdiyini, daha sonra 2017-ci il tarixdə özünə məxsus fərdi yaşayış evi söküldüyündən digər ünvana köçdüyünü bildirmişdir. Sonradan köhnə yaşadığı ünvana getdikdə orada qonşuluqda yaşayan X3 hansısa yolla qaz sayğacı əldə etdiyini və qazdan istifadə etdiyini, əlavə olaraq İddiaçı İB-nin işçisi olan Afiq adlı şəxsin qonşusu Zəbərə qaz sayğacı quraşdırdığını və həmin sayğacın onun adına olduğunu aşkar etdiyini bildirmişdir. Toplanmış materialı üzrə aparılmış zamanı X5 vermiş olduğu izahatında təxminən 14 ildir ki Turşu küçəsində yaşadığını, yaşadığı müddət ərzində qonşusu Elmiranın qaz xəttindən istifadə etdiyini, daha sonra isə Elmiranın evi plana düşdüyündən, müvafiq qaydada Elmiranın qaz sayğacını təhvil verərək oradan köçdüyünü bildirmişdir. Özünün qaz sayğacı olmadığından “İddiaçı" İB-nin işçisi kimi tanıdığı Afiq adlı şəxsin ona 250 (iki yüz əlli) manat pul müqabilində qaz sayğacı quraşdırdığını və qış aylarında Afiq adlı şəxsə qazdan istifadəyə görə 100 (yüz) manat, yay aylarında isə 20 (iyirmi) manat verdiyini bildirmişdir. Daha sonra Afiq adlı şəxsin 2021-ci ildə ondan yenidən pul istiədiyini, başı qarışıq olduğundan pul ödəmədiyini və özünün də xəbəri olmadan yenidən qaz sayğacının dəyişdirildiyini bildirmişdir. Təhqiqat araşdırması zamanı “İddiaçı" İB-nin işçisi kimi tanınan Afiq adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək izahatının alınması məqsədilə əməliyyat tapşırığı verilsə də, heç bir nəticə əldə olunmamışdır. Beləliklə, Xətai RPİ-nin 37-ci PŞ-nin 12.02.2021-ci il tarixli qərarı ilə Cavabdeh HK-1-216 sayda qeydiyyata alınaraq daxil olmuş ərizəsi əsasında toplanmış materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin İddiaçı İB-nin əməkdaşları tərəfindən 30.04.2018-ci il, 14.06.2018-ci il, 25.05.2018-ci il, 24.07.2018-ci il, 20.09.2018-ci il, 31.10.2018-ci il, 30.11.2018-ci il, 28.12.2018-ci il və 31.01.2019-cu il tarixli aktlar əsasında istehlakçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21 ünvanında yerləşən evdə "Qazdan istifadə Qaydaları"nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunmasına əsasən borc hesablanılmış və Cavabdeh tələb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı bəndinə əsasən Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, İddiaçı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21 ünvanında yerləşən evdə qaz istehlakına görə Cavabdeh Sərhəd qızından borcun tutulmasını xahiş etmişdir. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdehə məxsus fərdi yaşayış sahəsi 2017-ci ilin avqust ayında kompensasiya ödənilərək sökülmüşdür. Habelə, polis idarəsində toplanmış materialı üzrə aparılmış zamanı X5 vermiş olduğu izahatında təxminən 14 ildir ki, Turşu küçəsində yaşadığını, yaşadığı müddət ərzində qonşusu Elmiranın qaz xəttindən istifadə etdiyini, daha sonra isə Elmiranın evi plana düşdüyündən, müvafiq qaydada Elmiranın qaz sayğacını təhvil verərək oradan köçdüyünü bildirmişdir. Beləliklə, İddiaçı tərəfindən sökülmüş ünvan üzrə hesablanılmış, habelə qonşuluqda yaşayan digər şəxs tərəfindən istehlak edilmiş qaza görə borcun ödənilməsi Cavabdeh Sərhəd qızından tələb edildiyi üçün hazırkı iddia əsassızdır və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Sərhəd qızının apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 2(005)- 2827/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1634,40 manat məbləğində dəymiş ziyanın, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 1664,40 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4324/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4324/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver