Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4324/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinə hüquqların tanınması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə bağlanmış 27.06.2007-ci il tarixli müqavilənin verilməsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunması və 388 kv.m. qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilənin İddiaçı verilməsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə İddiaçı istifadə və sahiblik hüququ tanınmışdır. Daha sonra Maraqlı şəxs nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin onun maraqlarına toxunduğunu bildirmiş və iş üzrə maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Maraqlı şəxs və onun vəkili Vəkil apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(004)-6710/2018 saylı qətnaməsi ləğv edilməklə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunulan digər şəxs kimi işə cəlb edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Maraqlı şəxs vəkili Vəkil 08 fevral 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş materiallarının təqdim edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 14 fevral 2022-ci il tarixli iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətinin müraciət edən şəxs Vəkil göndərilməsi barədə müşayiət məktubu tərtib edilmiş, sonuncu, həmin məktuba imza edərək iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətini rəsmən qəbul etmişdir. Bundan sonra Maraqlı şəxs apellyasiya şikayəti ilə və maraqlı şəxs qismində işə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarında, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin Maraqlı şəxs və ya onun vəkili Vəkil tərəfindən rəsmi qaydada nə zaman əldə edildiyi barədə sübut iş materialları ilə müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan başqa, apellyator Maraqlı şəxs və onun vəkili Vəkil tərəfindən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənilmədiyi təsbit edilmişdir. Şikayətdə qeyd edilmişdir ki, yeni açılmış hallara görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə - tərəflər dövlət rüsumunun ödənilməsindən azaddır. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin, apellyasiya şikayəti qüvvədə olan MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, qüvvədə olan MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayəti verən şəxsin tələbi aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin, apellyator tərəfindən verilmiş apellyasiya şikayətində Yasamal Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(004)-6710/2018 saylı qətnaməsi ləğv edilməklə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunulan digər şəxs kimi işə cəlb edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmiş, tələblərini aydın və dəqiq şəkildə göstərməmişdir. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verimədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4324/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4324/2022
19.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver