Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4326/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və X4 qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və X4 qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-288/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh10 və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında daxil olmuş işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Sadıkhova Zahraya qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1905,27 manat, X1 682 manat, Cavabdeh4dan 1288 manat, Cavabdeh5 777 manat, Cavabdeh6 1078 manat, Cavabdeh7 567 manat, Cavabdeh81064 manat, Cavabdeh11 – 3248,43 manat, Cavabdeh9 8678,88 manat, Cavabdeh10 4054,08 manat, Cavabdeh2 1067,04 manat, Cavabdeh12 – 1269,84 manat olmaqla ümumilikdə 25679,54 manatın ayrı-ayrılıqda, eynizamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 AZN poçt xərclərinin, həmçinin ödənilmiş 168 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər X1 682 manat, Cavabdeh4dan 1357 manat, Cavabdeh5 840 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 3486,12 manat, Cavabdeh9 10410,60 manat, Cavabdeh10 6147,84 manat, Cavabdeh2 2845,68 manat, Cavabdeh12 1443 manat, X3 264,96 manat olmaqla ümumilikdə 30390,20 manatın ayrı-ayrılıqda, eyni zamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 manat poçt xərclərinin, həmçinin ödənilmiş 145 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 288/2024 nömrəli qətnaməsi ilə (Ü.B.Yusifova) iddia qismən təmin edilmiş, cavabdehlər X1 66 manat, Cavabdeh4 1357 manat, Cavabdeh5 693 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 3486,12 manat, Cavabdeh9 10410,60 manat, Cavabdeh10 6147,84 manat, Cavabdeh2 1039,56 manat, Cavabdeh12 1443 manat və X3 264,96 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi, cavabdehlər X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12 və X3 müştərək qaydada hüquqi xidmətə görə 200 manat (cavabdehlərin hər birindən ayrıayrılıqda 16,06 manat), poçt xidmətlərinə görə 42,90 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 3,57 manat) və ödənilmiş dövlət rüsumu 145 manatın (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 12,08 manat) tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
4. Həmin qətnamədən cavabdehlər Cavabdeh5, Cavabdeh10 və Cavabdeh9 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-288/2024 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduğundan mülki işin Nizami Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası mülki işin materiallarını və daxil olmuş məktubu nəzərdən keçirərək hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-ci il tarixli, 2(103)-4326/2024 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır.
8. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-ci il tarixli, 2(103)-4326/2024 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-288/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: