Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4328/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ı hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1038/2022 saylı işi üzrə 12 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh qanusuz olaraq zəbt etdiyi ona aid olan ünvan 1 ünvanında yerləşən təxmini 25 kv.m sahəsi olan bir otaqlı mənzildən özünə aid olan əşyalarla birlikdə çıxarılması və həmin otağın ona təhvil verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən Bakı şəh., 9-cu Vıyezdnoy Ev 14 ünvanıda digər şəxslərlə yanaşı İddiaçı və Cavabdeh da qeydiyyatdadır. X6 tərəfindən yazılmış xx.xx.2003-cü il tarixli iltizama əsasən X6 İddiaçı 2700 ABŞ dolları alaraq əvəzində sonuncuya Qədirli küçəsi, 9-cu Vıyezdnoy Ev 14 həyətində olan 1 otaqlı evi satmışdır. -Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 002198 nömrəli qəbzindən görünür ki, İddiaçı 9-cu keçid, ev 14 üçün 20 manat kommunal ödəniş etmişdir. İddiaçı adına olan **********8000V saylı abunə kodlu işıq qəbzinə əsasən 9-cu keçiddə yerləşən İddiaçı adına olan otaq üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi 0 manat məbləğində borc hesablanmışdır. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən Bakı şəhəri, Yasamal Rayonu, 9-cu Vıyezdnoy küçəsi, 14 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy (Qədirli) küçəsi 14 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazi torpaqların dövlət ehtiyacları üçün satın alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının təsir dairəsinə düşmədiyindən hazırda söküntü mərhələsinə düşmür; - 64 saylı MKİS-nin məktubundan görünür ki, 9-cu Vıyezdnoy (Qədirli) küçəsi 14 saylı fərdi yaşayış evi şəxsi mülkdür. Bu səbəbdən həmin evə dair texniki sənədlər mülk sahibinin özündədir. Ümumiyyətlə vətəndaşların hər hansı bir ünvana qeydiyyata alınmaları və qeydiyyatdan çıxarılmaları Pasport şöbələri və ASAN Xidmətlər tərəfindən aparılır. İş materialları ilə o da, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözü gedən ünvanda yerləşən mübahisəli evə dair MKTB-nə 10 manat ödəniş edilmiş və Azərişıq ASC-nin bildirişinə əsasən iddiaçı xx.xx.2015-ci il tarixində işıq borcuna görə 401 manat ödəniş etmiş və xx.xx.2015-ci il tarixinə işıq borcuna görə borcu olmamışdır. (iş səh. 8-11, 23, 44-48, 50). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1038/2022 saylı işi üzrə 12 aprel 2022ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildə çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 9, 14.2, 77.1, 119.1 , 217.3, 217.4, 218.1; Mülki Məcəlləsinin 152.1-ci maddələrinə; Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarına; "Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarına; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun "İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdehin barəsində iddia tələbində göstərdikləri faktların təsdiqi ilə bağlı sübut təqdim edib-etməməsindən asılı olmayaraq iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. iddiaçının iddia etdiyi ünvan 1 ünvanında yerləşən təxmini 25 kv.m sahəsi olan bir otaqlı mənzilə dair sonuncunun mənzil üzərində sahiblik və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, eləcə də, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən ümumiyyətlə sözü gedən ünvanda yerləşən mübahisəli evin reyestr xidmətində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçının sübut qismində istinad etdiyi xx.xx.2003-cü il tarixdə bağlanmış iltizamla da, iddiaçının cavabdehin anasından aldığını iddia etdiyi Qədirli küçəsi, 9-cu Vıyezdnoy küçəsi, 14 ünvanında yerləşən evin həyətindəki mübahisəli 1 otağın, həyətin hansı hissəsində yerləşməsi, otağın neçə kv.m sahədən ibarət olması müəyyən edilməməklə, iş materialları ilə evə dair naturada bölgünün mövcud olması da müəyyən edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1038/2022 saylı işi üzrə 12 aprel 2022-ci il tarixli qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1,164.2, 165.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin rədd edilməsinin əsas səbəbi kimi iddiaçının iddia etdiyi ünvan 1 ünvanında yerləşən təxmini 25 kv m sahəsi olan bir otaqlı mənzilə dair sonuncunun mənzil üzərində sahiblik və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı, eləcə də, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən ümumiyyətlə sözü gedən ünvanda yerləşən mübahisəli evin reyestr xidmətində qeydiyyatdan keçməməsi ilə bağlı məlumat aşkar edilməməsi olmuşdur. Məhkəmənin bu mövqeyi ilə razı deyil və əsassızdır, beləki, məhkəməyə təqdim edilmiş xx.xx.2003-cü il tarixdə bağlanmış iltizamla sübuta yetirilir ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı əqd bağlanmışdır və həmin yaşayış otağına sahiblik və istifadə hüququ yaranmışdır. Eyni zamanda da həmin tarixdən pasport qeydiyyatına düşərək 2015-ci ilə kimi daimi olaraq özü yaşamışdır. Daha sonra kirayə vermişdir. Mübahisəli yaşayış sahəsinin üzərinə sahiblik və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddianın rədd edilməsi üçün əsas deyil. Bundan başqa məhkəmənin iddia tələbinin rədd edilməsinin əsas səbəbi kimi, onu da bildirmişdir ki, iddiaçının sübut qismində istinad etdiyi xx.xx.2003-cü il tarixdə bağlanmış iltizamla da, iddiaçının cavabdehin anasından aldığını iddia etdiyi Qədirli küçəsi, 9-cu Vıyezdnoy küçəsi, 14 ünvanında yerləşən evin həyətindəki mübahisəli 1 otağın, həyətin hansı hissəsində yerləşməsi, otağın neçə kv m sahədən ibarət olması müəyyən edilməməklə, iş materialları ilə evə dair naturada bölgünün mövcud olması da müəyyən edilməmişdir. İş materialından göründüyü kimi, xx.xx.2003-cü il tarixdə bağlanmış iltizamla da, ünvan 4 ünvanında yerləşən bir otaqlı mənzili 2700 ABŞ dolları pul vəsaitini cavabdehin anası mərhum X4 ödəyərək almışdır. Həmin yaşayış sahəsinə aid naturada bölgüyə ona görə ehtiyac olmayıb ki, mübahisəli yaşayış sahəsi qeyd edilən ünvanda ayrı girişi olan bir otaqdır, digər yaşayış otaqlarına maneəsi yoxdur. Eyni zamanda da mübahisəli yaşayış sahəsinə sahiblik və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmağı mümkün olmamışdır. İş materialından göründüyü kimi, sübutlar yetərlidi və əsaslıdı, beləki, notarial qaydada təsdiq edilmiş xx.xx.2003-cü il tarixdə bağlanmış iltizam, məhkəmədə şahidlərin ifadələri, kommunal ödənişlərinin iddiaçı tərəfindən ödənilməsi barədə qəbzlər və s. eyni hakim eyni ünvanda və eyni qaydada alınmış iltizam əsasında alınmış mübahisəli yaşayış sahəsinə uyğun olaraq iddiaçının bacısının iddiasının təmin edilərək 2(004)-3754/2021 saylı qətnamə çıxarması və digər işi rədd etməsi başa düşülən deyildir.Təqdim edilən sənədlər, şahid ifadələri, kommunala dair ödəniş qəbzləri və s. artıq mübahisəli yaşayış sahəsinin onun sahibliyində və istifadəsində olmasını təsdiq edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmədən ona köməklik göstəriləməsini xahiş etmiş, başqa bir evinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə oxşar münasibətlər üzrə fərqli nəticəsi olan qiyabi məhkəmə qətnaməsini təqdim edərək,apellyasiya şikayətlərini müdafiə etdiklərini, həmin ərazinin plana düşmə ilə əlaqədar qeydiyyata alındığını, sonradan sorğu verilərkən Yasamal rayon İcra Hakimiyyətindən həmin ərazinin plana düşməməsi barədə cavab alındığını, iddiaçının kommunal ödənişlərə dair qəbzlərinin olduğunu, həmin ünvanda qeydiyyatda olduğunu, 2019-cu ilə qədər iddiaçının həmin mənzildə yaşadığını, evin heç bir hüquqi sənədinin olmadığını, məhkəmədə həmin mənzilin mövcudluğuna dair şübhə olduğu təqdirdə yerində müayinə aparmaq imkanının olduğunu və yaxud video çəkiliş təqdim edə biləcəklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; X7 haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Mülki Məcəllənin 139- 180, 385-390, 560; Mülki Prosesual Məcəllənin 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220, 233, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, iddiaçının apellyasiya şikyətində qeyd etdiyi dəlilləri onun istinad etdiyi mülkiyyət və ya istifadə hüquqlarına aid olduğundan, məhkəmə qərarı ilə mübahisəli mənzil üzrə bu hüquqlara dair sübutlar olmadığından (hüquqlar tanınmadığından), habelə iddianın təmin edilməsi üçün digər əsaslar müəyyən edilmədiyindən, (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi onların müzakirəsinin iş üçün artıq sübutedici əhəmiyyəti mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçı ilk olaraq mülkiyyət və ya istifadə hüquqlarının təsbit edilməsi üçün inzibati icraat çərçivəsində müvafiq qeydiyyatların aparılmasına nail olmalı və ondan sonra hər hansı hüquqların təmin edilməsinə yönəlik tələblər irəli sürməkdə mülki (prosessual) hüquqlardan yararlana bilər. Digər identik iş üzrə fərqli - qiyabi qətnamənin qəbul edilməsi hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, mülki prosessual qanunvericilik müəyyən edir ki: (MPM 82.3-cü maddə) Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (MPM 233.3-cü maddə) Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1038/2022 saylı işi üzrə 12 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4328/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4328/2022
20.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver