Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4331/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin işəgötürənin üzərinə qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin işəgötürənin üzərinə qoyulması və maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə olan xx.xx.2018-ci il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin məcburi işəgötürən cavabdehin üzərinə qoyularaq ondan 4400 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4430 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təxminən 2018-ci ilin iyul ayının axırlarında o, qohumu Famil Ələsgərovdan xahiş etmişdir ki, onu özü işlədiyi yerdə işə düzəltsin. Famil bu barədə işə götürən və adı sonradan ona məlum olan İlhamə xanımla danışıb onun razı olduğunu bildirmişdir. O, həmin ilin avqust ayının əvvəllərindən “Tekfen” şirkətinin tikinti apardığı ərazidə qaldırıcı kran avtomaşının sürücüsü kimi gecə növbəsində işə başlamışdır. Maaşı iş günləri günə 25 manatdan, bazar günləri isə 40 manatdan hesablanaraq ona verilirmiş. Familin ona dediyinə görə İlhamə tərəfindən rəsmi işə götürülmüşdür. Məvacibini ona Famil İlhamədən alaraq özü verirmiş. Bu minvalla təxminən 4 ay işlədikdən sonra gecə növbəsi ləğv olunduğu üçün İlhamə onu işdən azad etmişdir. Bir neçə ay işlədikdən sonra İlhamə Famili də işdən çıxartmışdır. Sonradan Famil ilə o, digər iş yerində işə düzəlmək istəyərkən məlum olmuşdur ki, İlhamə onları rəsmi olaraq işdən çıxarmamış və formal olaraq dayısı Çingizin işçisi kimi rəsmiləşdirmiş, işlədiyi dövrdə 200 manat məvacib hesablamışdır. Bununla əlaqədar o, və Famil 2019-cu yay aylarında İlhaməyə müraciət edərək xahiş etmişlər ki, onları rəsmi olaraq işdən azad etsin ki, digər yerdə işə düzələ bilsinlər. Lakin cavabında o, bildirmişdir ki, hazırda onlar, onun deyil, dayısı Çingizin işçiləri kimi rəsmiləşdirilmişlər və onları işdən o, azad etməlidir. Bundan sonra onlar İlhamənin dayısı Çingizə eyni xahişlə müraciət etsələr də, cavabında bildirilmişdir ki, heç kimi indiyə qədər işə götürməmiş, ümumiyyətlə bu işlərən onun xəbəri yoxdur və onlara bu barədə İlhamədən soruşmağı tövsiyyə etmişdir. Onlar yenidən İlhamə ilə telefon əlaqəsi saxlamış, ondan məsələni həll etməsini xahiş etmiş, əks təqdirdə lazımı orqanlara şikayət edəcəklərini bildirmişlər. Bundan sonra tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında X2 və Nazirliyin özünə müraciət olunmuşdur. Nazirliyin yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin onlara ünvanladığı 27 fevral 2020-ci il tarixli, **********2 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM) 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işə götürənin əsas vəzifələrindən biri olduğu üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilimiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi işə götürən tərəfindən təmin edilməlidir. Cavabdeh öz hərəkətləri ilə əmək və vergi qanunvericiliyinin müddəalarını kobud şəkildə pozmuşdur. Belə ki, onları işdən qeyri rəsmi azad edərək bunu qanunamüvafiq qaydada rəsmiləşdirməmiş və nəticədə hüquqları pozularaq digər yerdə işə düzəlmək hüququndan da məhrum olmuşlar. Dəfələrlə Cavabdeh elektron sistemə əmək müqaviləsinin ləğv edilməsi barədə bildirişin daxil etməsini xahiş etsə də, bunun müsbət nəticəsi olmamışdır. Bu müddət ərzində o, bir neçə müəssisəyə müraciət edərək işə düzəlmək istəsə də, sistemdə adına aktiv əmək müqaviləsi olduğu üçün bu mümkünsüz olmuşdur. Belə ki, 2019-cu ilin aprel ayında bilavasitə "xxxx" MMC-yə rəsmi olaraq işə götürülərkən ona bildirilmişdir ki, hazırda işəgötürən Cavabdeh adlı şəxslə arasında bağlanmış aktiv əmək müqaviləsi olduğu üçün onun rəsmi olaraq bu müəssisədə işə götürülməsi mümkün deyildir. Sonradan digər müəssisələrdə də işə düzəlmək istəyərkən eyni əsasa görə ona imtina cavabı verilmişdir. Nəticədə Cavabdeh qanunsuz hərəkətləri nəticəsində bu günə kimi faktiki olaraq işsiz qalaraq ona külli miqdarda maddi ziyan vurulmuşdur. O baxımdan ki, adı yuxarıda çəkilən şirkətə 2019- cu ilin aprel ayından işə düzəlsə idi ən azı aya minimum 180-250 manat maaş almalı idi. Belə ki, 1 sentyabr 2019-cu ildən etibarən ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmişdir. Beləliklə də, o, hesab edir ki, 2019-cu ilin aprel-avqust ayları hər ay üçün minimum əmək haqqı 180 manat olmaqla 5 ay ərzində cəmi 900 manat, 2019-cu ilin sentyabr ayının birindən bu günə kimi isə 14 ay ərzində hər aya görə minimum 250 manat məvacibdən məhrum olmaqla cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona cəmi 4400 manat maddi ziyan vurulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 aprel 2019cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsi cavabdeh (işəgötürən) Cavabdeh həvalə edilməsi, Cavabdeh İddiaçı xeyrinə 4400 manat məbləğində maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir (sədrlik edən: İlahə Abbasova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1740/2021-ci il saylı qətnaməsinin qanunsuz və əsassız olması maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi subuta yetirilir və bu səbəbdən qətnamə ləğv olunmalıdır. Birincisi cavabdehin işçisi sayılan İddiaçı nə o tanıyırır, nə də ki, o cavabdehi tanıyır. İkincisi – cavabdehin heç bir iş yeri olmayıb. Üçünçüsü- onlar arasında heç bir müqavilə yoxdur. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən X3 ünvanlanmış 27 fevral 2020-ci il tarixli məktubdan görünür ki, fiziki şəxs Cavabdeh (VÖEN **********) tərəfindən X1 və İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqvailəsi bildirişi” alt sistemində qeydiyyata alınmaması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandığı müraciətə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bununla əlaqədar fiziki şəxs Cavabdeh qeydiyyatda olduğu ünvana məktub göndərilməsinə baxmayaraq bu günədək heç bir cavab verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Qeyd olunanları nəzərə alaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin edilməlidir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 23 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, 01 aprel 2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinin bildirişi AR ƏM-nin 49-cu maddəsinə əsasən, ƏƏSMN-nin elektron informasiya sisteminə daxil edilərkən (Bu şəxsin (İddiaçı), FİN:xxxxxxx) əsas iş yeri üzrə əmək müqaviləsi bildirişi (işəgötürən:Cavabdeh, VÖEN:**********) sistemdə mövcuddur) əsas iş yerinin olması səbəbindən sistemdə qeydiyyata alınmamışdır. Ona görə də əmək müqaviləsi hüquqi qüvvəyə minməmişdir. İş materiallarında olan Sosial arayışdan görünür ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh arasında bağlanmış xxxxxxx000200 saylı müqavilə qüvvədədir. Hüquqi dəyərləndirmə: Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş 27 fevral 2020-ci il tarixli məktubuna əsaslanmışdır. Həmin məktubda bildirilmişdir ki, onun şikayəti ilə bağlı fiziki şəxs Cavabdeh qeydiyyatda olduğu ünvana məktub göndərilməsinə baxmayaraq fiziki şəxs Cavabdeh (VÖEN **********) tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmamışdır. Kollegiya qeyd edir ki, sözügedən məktub əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmaması faktını təsdiq etsə də, iddiaçının həqiqətən də işdən çıxmasını, yəni onunla olan əmək müqaviləsinə xitam verilməsini və onun işdən çıxarılması barədə işəgötürənin əmrinin mövcud olmasını təsdiq etmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının həqiqətən də işdən çıxmasını, yəni onunla olan əmək müqaviləsinə xitam verilməsini və onun işdən çıxarılması barədə işəgötürənin əmrinin mövcud olması məsələsini araşdırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə istinad etsə də, həmin normanı işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi İşəgötürən tərəfindən təmin edilməlidir. Qeyd edilən normanın mahiyyətindən görünür ki, həmin norma Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin daxil edilməsini ehtiva edir. Başqa sözlə, bildirişin sistemə daxil edilməsi əmək münasibətlərinə xitam vermənin son mərhələsi olub, daha əvvəl əmək müqaviləsinə xitam verilməsini və işdən çıxarılma barədə əmrin mövcudluğunu şərtləndirir. Lakin, iş materiallarında və məhkəmə prosesində araşdırma zamanı iddiaçının işdən çıxarılmasını göstərən əmr aşkar edilmir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının işlən çıxarılması barədə əmrinin olubolmamasını araşdırmadan, yəni-mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, iddiaçının cavabdehlə əmək münasibətinin olmasına əsaslanaraq əmək münasibətinə xitam verilməsinə dair bildirişin sistemə daxil edilməli olmasına dair nəticəyə gəlmişdir. Halbuki, məhkəmə əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron sistemə daxil edilməsi üçün əmək müqaviləsinin olmasına deyil, əmək müqaviləsinə xitam verilməsinə əsaslanmalı idi. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əmək müqaviləsinə xitam verilib-verilməməsi araşdırılmadan iddia tələbi təmin edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: İddiaçının cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi halı iş materialları ilə öz təsdiqini tapmadığından, ümumiyyətlə işdən çıxarılma barədə əmrin mövcud olması barədə iş materiallarında hər – hansı bir sübut mövcud olmadığından kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin işəgötürənin üzərinə qoyulması və maddi ziyanın ödənilməsinə dair birinci instansiya məhkəməssinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4331/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4331/2022
24.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver