Məhkəmə qərarları › İş №2(103)-4333/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4333/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4333/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, Yasamal Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin üzrlü hesab edilməsini və müddətin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-756/2025 saylı qərardadı ilə ərizə təmin edilməmiş, şikayət geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnaməni xx.xx.2025-ci il tarixdə alıb və həmin tarixdə də apellyasiya şikayəti verib. Müddəti ötürməyib. Qətnamə məhkəmənin elektron kabinetində yerləşdirilməsinə baxmayaraq, cavabdehin elektron kabinetində görünməmişdir. Bunun əksini təsdiq edən hər hansı bir başqa sənəd məhkəmə iclasında təqdim edilmədi. Həmin hal xx.xx.2025-ci il tarixli e-2(004)-756/2025 saylı qərardadla bağlı da baş vermişdir. Yenə də məhkəmənin elektron kabinetinə guya vaxtında yerləşdirilmiş qərardad barədə elektron poçta heç bir məlumat daxil olmamış və Vəkil həmin qərardadı 22 may 2025-ci il tarixdə elektron kabinetdə görüb və oxuyub. Bu barədə sənədləri məhkəməyə təqdim edib. Yəni, məhkəmə qərardadının elektron kabinetdə nə vaxt yerləşdirilməsi barədə məlumat elektron poçta daxil olmamışdır. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, onun elektron kabineti yoxdur, əgər belə bir şey varsa da o ondan istifadə etmir. Digər inzibati işlə bağlı elektron kabinetdən istifadə edilməsi də absurddur. Həmin işdə digər vəkilin elektron kabinetindən istifadə olunmuşdur. Bundan əlavə elektron kabinetə nəzarət edilməsinin guya vəkil tərəfindən də təsdiq olunması da absurddur, vəkil kimi o, ancaq öz elektron kabinetinə nəzarət edə bilər. Bundan əlavə o, cavabdehin vəkili və nümayəndəsi olmayıb. Ümumiyyətlə, məhkəmə cavabdehin məhkəmədə iştirakını təmin etməmişdir. Bu qətnamənin özündən də görünür. Bundan başqa qərardadda göstərilir ki, cavabdeh bildirir ki, o, qətnamədən xx.xx.2025-ci il tarixdə xəbər tutmuşdur, lakin, apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir. Bildirir ki, məhkəmə bu halda da haqlı deyildir. Belə ki, cavabdeh qətnamədən xəbər tutan kimi 22 mart 2025-ci il tarixdə məhkəməyə qətnaməni almaq üçün ərizə ilə müraciət etmişdir. Məhkəmə isə qətnaməni cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada təqdim etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). İşdən görünür ki, qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Apellyasiya şikayətinin verilməsinin son günü xx.xx.2025-ci il tarix olmuş, cavabdeh xx.xx.2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh qətnaməni xx.xx.2025-ci il tarixdə iş materiallarında olan qəbzə imza etməklə təkrarən qəbul etmişdir. Lakin, məhkəmə nəzərə alır ki, cavabdehin “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində elektron kabineti olmuş və qətnamə xx.xx.2025-ci il tarixdə həmin kabinetə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindəki məlumatlara əsasən cavabdehin xx.xx.2022-ci il tarixdən elektron kabineti mövcuddur və məhkəmə aktı vaxtında həmin kabinetə yerləşdirilmişdir. Məhkəmə qətnaməsinin elektron sistemə yerləşdirilməsi kifayətdir ki, elektron kabineti mövcud olan şəxs qətnaməni rəsmi qaydada əldə etmiş olsun. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara görə ərizəni əsassız sayır və hesab edir ki, ərizəyə prosessual müddətin həqiqətən üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutlar əlavə edilmədiyindən və ərizəçinin prosessual müddətin bərpası üçün irəli sürdüyü dəlillər əsassız olduğundan ərizə təmin olunmamalı və buraxılmış prosessual müddət bərpa edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq prosessual müddətin bərpası barədə ərizəni rədd etməkdə və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar