Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4334/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və şahid X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dairmülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-706/2020 saylı, xx.xx.2020-ci il tarixliqətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixində bağlanmış razılaşmaya əsasən 34338 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat, hüquqi xidmətə görə ödədiyi 100 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh işi ilə əlaqədar pula ehtiyacı olduğunu iddiaçıya bildirərək 34338 manat məbləğində borc istəmişdir. İddiaçı da onunla razılaşaraq həmin məbləğdə pulu borc verəcəyini bildirmişdir. Cavabdeh borcun alınması və müəyyən edilmiş müddətdə iddiaçıya qaytarması barədə xx xxxxxx 2019-cu il tarixində öz xətti ilə izahat (iltizam) yazmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh borc götürdüyü pulu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə tam qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borclu olduğu məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda ona qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Bundan sonra cavabdehə bir necə dəfə xəbərdarlıq barədə ərizə verilsə də cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, cavabdehin təqsiri üzündən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından hüquqi xidmətlə bağlı vəkilə müraciət etmişdir. 18 saylı Vəkil Bürosu ilə müqavilə bağlayaraq hüquqi xidmətə görə 100 manat pul ödəmişdir. Bu məbləğ də, cavabdehin iddiaçıya vurduğu zərər olduğundan həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-706/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı İlyas oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin gətirdiyi arqumentlər tam əsasızdır və yalandan ibarətdir. xx xxxxxx 2019-cu il tarixində bağlanmış razılaşmanın (iltizamın) məzmununda cavabdehin qeyd etdiyi məsələlər öz əksini tapmamışdır. Bununla bağlı məhkəmə iclasında ona razılaşmanın (iltizamın) yazılmasına hər hansı təsir olub olmamasını soruşanda o məhkəmə iclasında bildirmişdir ki, ona hər hansı təsir olmayıb. Eyni zamanda razılaşmanın (iltizamın) məzmunundan görünür ki, Cavabdeh 34 338 (otuz dörd min üç yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin götürməsini və qəbul etməsini etiraf etmişdir. xx xxxxxx 2019-cu il tarixində bağlanmış razılaşmanın (iltizamın) məzmunundan görünür ki, Cavabdeh 34 338 (otuz dörd min üç yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin işi tamamlasa həmin pul vəsaitini həmin gün 18:00-dək geri qaytarmağa öz üzərinə götürmüşdür. Cavabdeh 34 338 (otuz dörd min üç yüz otuz səkkiz) manat məbləğində pul vəsaitini götürməsini etiraf etmişdir və yuxarıda adı çəkilən şəxslərin iddiaçı ilə əlaqəsinin olmasını və qeyd edilən şəxslərin məhkəmə iclasında şahid kimi dindirmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 372.1, 372.6, 372.7, 384-cü maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi 34.338 manat pul məbləğinin iddiaçının xeyrinə cavabdehdən alınması ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş izahat ərizəsindən görünür ki, Cavabdeh iş müqabilində “xxxx” MMC-nin direktoru İddiaçı 34338 manat pul vəsaitini götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə işi (öhdəliyinə götürdüyü işi) tamamlasa həmin pul vəsaitini həmin gün geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Qaytarmadığı təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının izahatda qeyd edilən 34.338 manat məbləğində pulun cavabdehə borc kimi verilməsi və ümumiyyətlə həqiqətən cavabdehə verməsi barədə hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Kollegiya iclasında iştirak edən şahid X2 izahatında bildirmişdir ki, yazılı izahatda qeyd edilən 34.338 manat pul vəsaiti iddiaçınındır və nağd şəkildə cavabdehə ödənilmişdir. Belə ki, iş materiallarında olan yazılı izahata, şahid ifadəsinə və köçürülmənin aparılması haqqında bildirişlərə (i.v. 36-37) əsasən, cəmi 34.338 (5238+29100) manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Bundan əlavə, cavabdeh tərəf qeyd olunan məbləğin ona verilməməsinə və ya iddiaçı tərəfin öhdəsinə götürdüyü işi tamamlamamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsində kollegiya iclasında izahatda olan “...öhdəliyimə götürdüyüm işi tamamlasam...” ifadəsi cavabdehin və digər proses iştirakçılarının verdiyi izahat əsasında dəqiqləşdirilərək, “...öhdəliyimə götürdüyüm işi tamamlamasam...” şəklində olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin halları və iş materiallarında olan sübutlarla iddia tələbində qeyd olunan 43.338 manat məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi təsdiq edildiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin 34.338 manat məbləğin iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməməsinə dair qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Kollegiya iddia tələbinin 5000 manat mənəvi zərər, hüquqi xidmətə görə ödənilmiş 100 manat və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır və hesab edir ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Kollegiya iddia tələbinin 5000 manat mənəvi zərər hissəsində qeyd edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Kollegiya iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 100 manat və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissələrində qeyd edir ki, iddia tələbləridə bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün hüquqi yardıma və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 706/2020 saylı, xx.xx.2020-ci il tarixliqətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 34.338 manat pulun alınaraq İddiaçı verilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-706/2020 saylı, xx.xx.2020-ci il tarixliqətnaməsi ləğv edilsin, iddia qismən təmin edilsin. Cavabdeh 34.338 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4334/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4334/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver