Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4334/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyə Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-600/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadından İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilən şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 12.544 ABŞ dolları, faiz borcu üzrə 4.806,75 ABŞ dolları olmaqla, cəmi 17.350,75 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Geely Emqrand" minik markalı (buraxılış ili 2012, Ban – L6T7642Z7CN024496, rəngi – qara) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-600/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmışdır. Hazırda İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı şikayət ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-600/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(004)-600/2021 saylı qərardadı onunla əsaslandırılmışdır ki, tələb hüququ İddiaçı Qapalı Səhmdar cəmiyyəti ilə “X5 Edilməsi Agentliyi” MMC arasında bağlanmış Xidmət Müqaviləsi”nə əsasən iddia ərizəsi nümayəndəlik institutunda baş vermiş dəyişikliyin tələbləri pozulmaqla verildiyi üçün mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, istinad edilən əsas o vaxt nümayəndəlik ıstitutunun tələblərinə zidd hesab edilərdi ki, qeyd olunan mülki iş üzrə iddiaçı qismində X5 Edilməsi Agentliyi” MMC çıxış edə və iddia tələbini İddiaçı” QSC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş edilərdi. İş materialında olan iddia ərizəsindən göründüyü kimi, iddiaçı qismində İddiaçı QSC çıxış edir və iddıa tələbi İddiaçı QSCnin xeyrinə tutulması qeyd edilmişdir. Həmçinin, iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 74.2. maddəsnində nəzərdə tutulmuş qaydada verilmiş səlahiyyətlə imzalanmışdır. Əlavə olaraq onuda qeyd etmək istərdi ki, məhkəməyə təqdim edilən iddia ərizəsidə İddiaçı QSC-nin blankında çap edilmişdir. Bundan başqa, məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, mubahisələndirilən qərardadda məhkəmənin istinad etdiyi “Xidmət Müqaviləsi” barədə nə iddia ərizəsinin məzmununda, nə də iddia ərizəsinə əlavə edilmiş qoşma sənədlərdə istinad olunan “Xidmət müqaviləsi” əlavə edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(004)-600/2021 il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddianın nümayəndəsi şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri yasamal Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki işə baxılmasının davam etdirilməsi üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfndən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırkı işin materiallarında isə qeyd edilən şərtin mövcudluğu öz təsdiqini tapmır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlamaqla mülki prosessual qanunvericiliyin istinad edilən normalarının pozuntusuna yol vermişdir. Odur ki, kollegiya hesab edir ki, şikayət əsaslı olmaqla təmin edilməli və qərardad ləğv edilərək, işə baxılmasının davam etdirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 398.0.2.-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 398, 398.0.2. 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(004)-600/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə baxılmasının davam etdirilməsi üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Sərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4334/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4334/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver