Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4339/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “restrukturizasiyanın təmin olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-391/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Turan Bank” ASC-yə qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fərmanın qüvvəyə mindiyi günə xx.xx.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə onun vaxtı keçmiş kredit müqaviləsi üzrə kredit borcu 9942.23 ABŞ dolları (16901.79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsinin 5 illik müddətə bərpa olunması barədə Cavabdeh ASC tərəfindən icra olunması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2015ci il tarixli İKN № 719/f-15 saylı kredit müqaviləsi (19000 ABŞ Dolları məbləğində) Fərmanın təsiri altına düşür.Fərmanın qüvvəyə mindiyi günə xx.xx.2019-cu il tarixinə sözügüdən kredit müqaviləsi üzrə onun vaxtı keçmiş əsas kredit borcu 9942,23 ABŞ Dolları (16901,79) manat) təşkil etdiyindən həmin borcun restrukturizasiyası edilməsi nəzərdə tutulmuşdur. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Cavabdeh ASC isə Bakı Appelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli 2(103)-161/2019 saylı Qərardadında baxılmamış saxlanan mülki işin yenidən ərizə ilə müraciət edib təzələmək əvəzinə yeni iş kimi Nizamı rayonu Məhkəməsinə müraciət edir. Lakin, "xxxx" ASC tərəfindən qeyd edilən fərmanın tələbləri icra edilməsi məqsədi ilə restruktruzasiya aparmaq əvəzinə müxtəlif bəhanələrlə uzun müddət süründürülmüş və onun xəbəri, məlumatı olmadan “Turan Bank' ASC yenə də eyni məzmunla, yəni ona qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər, Nizami rayon Məhkəməsinə təkrarən müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-391/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə bu hissədə maddi hüquq normasını düzgün tətbiq etməməklə qərar qəbul etmişdir. Belə ki. kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə, yəni Fərmanda göstərildiyi kimi 2015-ci ilin dekabrın 21-nə kimi olan müddətdə bağlanmışdır. Həmin müqavilə üzrə kredit borcunun məbləği 9942,23 ABŞ dolları təşkil edir. Belə olan halda məhkəmə qeyd olunan hüquq normasını tətbiq edərək borcun restrukturizasiya edilməsinin 5 illik müddətə bərpa olunması barədə qərar qəbul etməli idi. Məhkəmə məsələyə belə hüquqi qiymət vermişdir ki, iddiaçının istədiyi müqavilənin bağlanması cavabdehin vəzifəsi deyil və həmin müqavilənin bağlanması vəzifəsi cavabdehin üzərinə qoyula bilməz. İddiaçı cavabdehi yeni kredit müqaviləsi bağlamağa sövq etmir. Aydındır ki, müqavilə tərəflərin sərbəst iradə ifadəsinə əsaslanır. Onun cavabdehdən tələb etdiyi Fərmana uyğun olaraq Banka olan borcunun yenidən restrukturizasiya olunmasıdır. Bir halda ki, bu cənab Prezidentin müvafiq Fərmanının 6.1.,6.2.,6.3.,7.1. bəndlərini əsas götürərək restrukrurizasiyanı həyata keçirməli idi. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həll qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən bankın vəzifəsidir ki, bunu nəzərə almaqla onunla yeni güzəştli şərtlərlə 5 illik müddətə restrukturizasiya müqaviləsi bağlasın və bunun üçün ödəmə qrafiki tərtib etsin. Əgər bu müddəalar nəzərə alınmayacaqsa, Banklar müqaviləyə müvafiq dəyişiklikləri etməyəcəksə, onda adı çəkilən Fərmanın nə əhəmiyyəti vardır. Bundan başqa məhkəmə AR MPM-in 82.3-cü maddəsinə istinad etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsi və yenidən sübut edilməməsi halını göstərmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclası barədə iddiaçıya lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən işdə olan materiallar əsasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 719/f-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən cavabdehə illik faiz dərəcəsi 20 (iyirmi) % faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 19.000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. 719/f-15 saylı, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, İddiaçı məxsus olan JEEP GRAND CHEROKEE, Ban 1C4RJFCG3EC24190U, buraxılış ili 2013-ci il olan avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ASC İddiaçı 28 iyun 2019-cu il tarixdə, 728 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, “Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banka göndərilmiş restrukturizasiya olunmalı kredit müştəriləri siyahısında sizin adınız mövcuddur. Bununla əlaqədar ətraflı məlumat almaq üçün Cavabdeh ASC-nin Binəqədi filialına yaxınlaşmağınızı xahiş edirik.” Məktub İddiaçı tərəfindən 29 iyun 2019-cu il tarixdə qəbul edilmişdir. Cavabdeh İddiaçı "xxxx" ASC-nin Binəqədi rayon filialına xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, restrukturizasiyasının aparılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. Ərizə həmin tarixdə Turan Bank” ASC-nin Binəqədi rayon filialı tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-413/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ilə iddia qismən təmin edilmiş, İddiaçı “TuranBank" ASC-nin xeyrinə 9942.23 ABŞ dolları (16901,79 manat) borcun və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan JEEP GRAND CHEROKEE, markalı ** SO *** dövlət qeydiyyat nişanlı, Ban 1C4RJFCG3EC24190U,buraxılış ili 2013-cü il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə edilən məbləğin hesabına cavabdehin Cavabdeh ASC-yə olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-413/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından müəyyən olunur ki, iş üzrə “Cavabdehə fərmanın qüvvəyə mindiyi günə xx.xx.2019cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə onun vaxtı keçmiş kredit müqaviləsi üzrə kredit borcu 9942,23 ABŞ dolları (16901,79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsinin 5 (beş) illlik müddətə bərpa olunması barədə "xxxx" ASC-yə və ya müvafiq icra hakimiyyəti orqanına qarşı iddia qaldırmaq hüququ olması izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11045/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3946/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin və cavabdeh İddiaçı kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11045/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 11 dekabr 2020-ci il tarixli, 16-04768-2020 saylı məktubunda qeyd olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKN № 719/f-15 saylı kredit müqaviləsi (19000 ABŞ Dolları məbləğində) Fərmanın təsiri altına düşür, Fərmanın qüvvəyə mindiyi günə xx.xx.2019-cu il tarixinə sözügüdən kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 9942,23 ABŞ Dolları (16901,79) manat) təşkil etdiyindən həmin borcun restrukturizasiyası edilməsi nəzərdə tutulmuşdur, qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Cavabdeh İddiaçı "xxxx" ASC-ə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, 16901.79 manat məbləğində kredit borcunun illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması barədə müqavilə bağlanmasını xahiş etmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məktubda qeyd olunur ki, fərmana əsasən kreditlərin restrukturizasiya edilməsi müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı "xxxx" ASC-yə olan 16901.79 manat məbləğində kredit borcunun restrukturizasiya edilməsi ilə bağlı banka müraciət etmiş, Bank tərəfində iddiaçının gözlədiyi və almaq istədiyi cavabı almamışdır. Bank bununla bağlı heç bir qanun pozuntusuna yol verməmişdir. İddiaçı istədiyi yeni müqavilənin bağlanması cavabdehin vəzifələrinə aid deyil və həmin müqavilənin bağlanması vəzifəsi "xxxx" ASC -nin üzərinə qoyula bilməz. Çünki, Mülki Məcəllənin 390-cu maddəsinin tələblərinə uyğun olaraq tərəflər müqavilələri azad surətdə bağlaya bilərlər, həmin şərtlər dispozitivdir və tərəflərdən heç biri həmin hərəkətləri etməyə məcbur edilə bilməz. Bundan əlavə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 413/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırda iddiaçının borc məbləğinin resturukturuzasiya olunmasını mübahisələndirdiyi kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı “TuranBank" ASC-nin xeyrinə 9942.23 ABŞ dolları (16901,79 manat) borcun və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan JEEP QRAND CHEROKEE, markalı ** SO *** dövlət qeydiyyat nişanlı, Ban 1C4RJFCG3EC24190U, buraxılış ili 2013-cü il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə edilən məbləğin hesabına cavabdehin Cavabdeh ASC-yə olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdeh İddiaçı ünvanlandığı 14 dekabr 2020-ci il tarixli məktuba istinad edərək fərmanın tətbiqi ilə əlaqədar güzəştli kreditlərin bağlanması müddətinin 2019-cu ilin 31 dekabrında başa çatdığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına və “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə istinad edərək iddiaçının kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı 2019-cu ilin dekabrın 31-dək banka müraciət etməməsi və restrukturizasiyası ilə bağlı icra müddəti bitdiyindən iddia tələbinin təmin edilməməsi barədə mövqeyi ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güdmüşdür. Bu məqsədlə də Banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. ( 6.2, 6.3 bənd) Həmin Fərmanın 7.1-ci maddəsinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat vermək öhdəliyi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına aid olmuşdur. Göründüyü kimi, şəxsin problemli kreditinin Fərmanın təsiri dairəsinə düşüb-düşmədiyinin müəyyən edilməsi, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin müəyyən edilməsi palatanın vəzifəsi olmuşdur və yalnız bundan sonra banklar bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməli idilər. İddiaçının Fərmanın ona şamil edilməsi, adının siyahıya salınması üçün xx.xx.2019-cu il tarixdə banka müraciət edildiyi göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq kredit borcunun restrukturizasiyasını tələb etdiyi müqavilə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin nəzərə alınmalı olmasını göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsində əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göründüyü kimi, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək qeyd etməyi edir ki, hazırki apellyasiya şikayətinin kredit borcunun restrukturizasiyası ilə bağlı dəlilləri iddiaçının əvvəlki məhkəmə çəkişmələri zamanı qəbul edimiş məhkəmə aktlarından verilən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə bu dəlillərə də işə baxan məhkəmələr hüquqi qiymət vermişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya instansiyası məhkəməsinin dəlillərini formal xarakter daşımaqla apellyatorun mövqeyinə əsaslanır və mahiyyəti üzrə düzgün olan birinci instasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçının dəlilləri əsaslı sayıla bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-391/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4339/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4339/2022
02.08.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver