Məhkəmə qərarları › İş №2(103)-4341/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4341/2022

16.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4341/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-166/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04R000013690 saylı kredit razılaşması üzrə 9825,12 ABŞ dolları kredit borcu, 5223,66 ABŞ dolları faiz borcu və 4720,30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19769,08 ABŞ dolları məbləğində borcun, 004R********** saylı kredit razılaşması üzrə 21027,94 ABŞ dolları kredit borcu, 11019,46 ABŞ dolları faiz borcu və 8326,22 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 40373,62 ABŞ dolları məbləğində borcun, iki kredit razılaşması üzrə, ümumilikdə 60142,70 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 75 saylı binanın 45.81 kv.m ümumi sahədən ibarət 2 otaqlı 18 saylı mənzilinə (bundan sonra – Mənzil) yönəldilməsi, Mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 60142,70 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Mənzilə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və X2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçının bağladığı xx.xx.2011-ci il tarixli 04L000003262 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 04R000013690 saylı kredit razılaşması əsasında 34 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 04R000013690S saylı, xx.xx.2016-cı il tarixli 04R000013690SA saylı, xx.xx.2017-ci il tarixli 04R000013690SB saylı, xx.xx.2017-ci il tarixli 04R000013690SC saylı, 29.03.20 Uci il tarixli 04R000013690SD saylı, xx.xx.2018-ci İl tarixli 04R000013690SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 10174.88 ABŞ Dolları ödəmiş, onun 9825,12 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 343 gün üçün hesablanma faiz borcu 5223.66 ABŞ Dolları təşkil edir. xx.xx.2020-ci il tarixə 343 gün üçün hesablanmış cərimə 472030 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 004R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 004R**********S saylı, xx.xx.2016-cı tarixli 004R**********SA saylı, 28.02,2017-ci il tarixli 004R1435.912317SB saylı, 28,083017-ci il tarixli 004R**********SC saylı, xx.xx.2018-ci il tarixli 004R**********SD saylı, xx.xx.2018-ci İl tarixli 004R**********SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25,02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 28972,06 ABŞ Dollar ödəmiş, onun 21027,94 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci İl tarixə 330 gün üçün hesablanmış faiz borcu 11019.46 ABŞ Dolları təşkil edir. xx.xx.2020-ci il tarixə 330 gün üçün hesablanmış cərimə 8326.22 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 iddiaçı ilə bağladığı xx.xx.2011-ci il tarixli 04M000001117 saylı ipoteka müqaviləsi əsasında Mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xətai Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 04R000013690 saylı Kredit razılaşması üzrə 11516,87 ABŞ dolları əsas, 51,19 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları olmaqla, cəmi 11768,06 ABŞ dolları, 004R********** Kredit razılaşması üzrə 21027,94 ABŞ dolları əsas, 2091,39 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 23419,33 ABŞ dolları, iki Kredit razılaşması üzrə, ümumilikdə 35187,39 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası manatı ilə, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum, 20 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün 17,40 manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, tələb Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 45.81 m2 ümumi sahədən ibarət yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 45.81 m2 ümumi sahədən ibarət yaşayış sahəsinin likvid dəyəri 68.000 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı QSC-yə olan 35187,39 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası manatı ilə, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum, 20 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün 17,40 manat məbləğində dövlət rüsumu ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutlaraq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinin 84,10 manat hissəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 60,9 manat hissəsi İddiaçı QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, ipoteka predmeti olan yaşayış sahəsinin qiymətləndirilməsi üçün mütəxəsis xərcinin 174 manat hissəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 126 manat hissəsi İddiaçı QSC-dən tutlaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qətnamə ilə bağlı hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 müştərək qaydada tutulması və ipoteka oğlundan və pedmeti olan mənzilə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və X2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli əlavə qətnaməsi ilə ərizə qismən təmin edilmiş, iş üzrə əlavə qətnamə çıxarılması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 45.81 m² ümumi sahədən ibarət yaşayış sahəsinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və X3 həmin mənzildən çıxarılmaları və mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ərizənin digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bankla bağlanmış kredit müqaviləsi ölkədə və dünyada baş vermiş inflyasiya, daha sonra isə pandemiya ilə bağlı ödənişlərdə bir müddət fasilə yaratsa da sonrada mütəmadi olaraq ödənişlər edilmişdir. 1-ci inistansiya məhkəməsi tərəfindən ipoteka predimeti olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhər, Xətai rayon M.Hadi küçəsi 75, mənzil 18 ünavnında yerləşən mənzilin cavabdeh Nasib İsmayılov ilə iddiaçı "xxxx" QSC arasında bağlnamış hansı kredit müqaviləsinə əsasən yüklü edilməsi araşdırılmamış və həmin kredit müqaviləsi üzrə ödənişlərin aparılıbaparılmadığı həmin kredit müqaviləsi üzrə öhdəliyin xitamına əsas ola biləcək halların olub-olmaması məsələsinə aydınlıq gətirilməmişdir. Bundan başqa 1-ci inistansiya məhkəməsi iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında 09 12 2011-ci il tarixli 04L000003262 saylı kredit xatti müqaviləsi üzrə 17 09 2014-cü il tarixdə bağlanmış 04R000013690 saylı kredit razılaşması əsasında 34 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 04R000013690S saylı, xx.xx.2016-cı 04R000013690SA saylı, xx.xx.2017-ci il tarixli 04R000013690SB saylı, xx.xx.2017-ci il tarixli 04R000013690SC saylı, xx.xx.2018-ci il tarixli 04R000013690SD saylı, xx.xx.2018-ci il tarixli 04R000013690SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Məhkəmə tərəfindən həmin dəyişikliklər imzalanarkən ona mənə məxsus olan mənzili ipoteka ilə yüklü edib etməməyinə dair razılığın olub-olmaması onunla ipoteka müqaviləsinə əlavənin bağlanıbbağlanılmaması məsələsi araşdırılmamış və iştirakları təmin edilməmişdir. Apellyasiya baxışı zamanı İddiaçı QSC-nin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını və Xətai Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni Cavabdeh3 mübahisələndirərək iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə 04L000003262 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixli 04R000013690 saylı və xx.xx.2014-cü il tarixli, 004R********** saylı Kredit razılaşmaları bağlanmış, ona birinci kredit razılaşması əsasında 34 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20 000 ABŞ Dolları məbləğində, ikinci kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Daha sonra, xx.xx.2014-cü il tarixli 04R000013690 saylı Razılaşmaya və ödəniş planına xx.xx.2016-cı il tarixli 04R000013690S saylı, xx.xx.2016-cı il tarixli 004R**********SA saylı, xx.xx.2017-ci il tarixli 004R**********SB saylı, xx.xx.2017-ci il tarixli 004R**********SC saylı, xx.xx.2018-ci il tarixli 004R**********SD saylı və xx.xx.2018ci il tarixli 004R**********SE saylı sazişlərlə dəyişikliklər edilmişdir. Həmçinin, xx.xx.2014-cü il tarixli, 004R********** saylı Razılaşmaya və ödəniş planına xx.xx.2016-cı il tarixli 004R**********S saylı, xx.xx.2016-cı il tarixli 04R000013690SA saylı, xx.xx.2017-ci il tarixli 04R000013690SB saylı, xx.xx.2017-ci il tarixli 04R000013690SC saylı, xx.xx.2018-ci il tarixli 04R000013690SD saylı və xx.xx.2018-ci il tarixli 04R000013690SE saylı sazişlərlə dəyişikliklər edilmişdir. Eyni zamanda, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.20211-ci il tarixdə 04S000005670 saylı, Cavabdeh3 arasında xx.xx.2011-ci il tarixdə 04S000005669 saylı zaminlik müqavilələrii bağlanmışdır. Onlar xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə Azərbaycan Respulikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarını nəzərə alır. Həmin qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Eyni zamanda iş materialları ilə təsdiq olunur ki, apelyatorun bütün sonrakı müqavilələr və ödəniş cədvəllərində imzaları və razılıqları var. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normaları və qərarı rəhbər tutmaqla birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyatorun şikayətində irəli sürdükləri ilə bağlı kollegiya qeyd edir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim edilməmişdir. Kollegiya, həmçinin nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-166/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar