Məhkəmə qərarları › İş №2(103)-4342/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4342/2025

07.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4342/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin X13 Xidməti” X10rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X13 Xidməti” X14rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2025-ci tarixli, 2(004)-3164/2025 nömrəli qətnaməsindən cavabdeh “İri Şəhərlərin X13 Xidməti” X12 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14 fevral 2022-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin rəis müavini vəzifəsinə işə qəbul edilmişdir.

2. “İri Şəhərlərin X13 Xidməti” X18 30 yanvar 2025-ci il tarixli 17-k nömrəli əmrinə əsasən İddiaçı - "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin rəis müavini ilə bağlanmış əmək müqaviləsi ilə “İri Şəhərlərin X13 Xidməti” X18 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən 30 yanvar 2025-ci il tarixdən ləğv edilmişdir. İddiaçı ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 9 il 4 ay 24 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxarma müavinatı verilməsi, 14 fevral 2024-cü il tarixdən 30 yanvar 2025-ci il tarixədək dövr üçün istifadə edilməmiş əsas məzuniyyətinə görə 29 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas “İri Şəhərlərin X13 Xidməti” X18 təsdiq edilmiş strukturu, ştat cədvəli və Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinin 17 iyul 2024-cü il tarizli 55 nömrəli məktubu olmuşdur.

3. “İri Şəhərlərin X13 Xidməti” X18 İddiaçı ünvanlanmış 25 iyun 2024-cü il tarixli 13- 16/2-1088/2024 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin X13 Xidməti publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X13 Xidməti X18 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi 25 iyun 2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla ağlanmış amak müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cu hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər.

4. Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinin “İri Şəhərlərin X13 Xidməti” X20 İdarə Heyətinin sədrinə ünvanladığı 09 avqust 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X11 Homkarlar İttifaqı Respublika Komitəsinə daxil olmuş 07 avqust 2024-cü il tarixli 3-53-3-2-2693//2024 saylı məktuba tərəflərindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət X6 17 iyul 2024-cü il tarixdi 55 nömrəli əmri ilə "İri şəhərlərin X13 Xidməti” X18 təsdiq edilmiş strukturu ve ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqlan vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bu zaman əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda İddiaçı- "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin rəis müavininin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddesinin "b" bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər.

5. "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin 29 yanvar 2025-ci ildən qüvvədə olan Ştat cədvəlindən görünür ki, rəis müavini vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur.

6. İri Şəhərlərin X13 Xidməti” X18in “Şirvan Sukanal” İdarəsinin 34 nömrəli 28 aprel 2025-ci il tarixli əmrinə əsasən idarə rəsinin müavini vəzifəsi xx.xx.2025-ci il tarixdən ixtisara düşmüşdür.

7. İri Şəhərlərin X13 Xidməti” X18in “Şirvan Sukanal” İdarəsinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə 22 aprel 2025-ci il tarixli cədvəldən müəyyən edilir ki, idarə rəsinin müavini ştatı həmin tarixdən ixtisar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin X13 Xidməti” X18in 30 yanvar 2025-ci il tarixli, 17-K nömrəli əmrinin ləğv edilərək əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni 30 yanvar 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.(iddia dəqiqləşdirilmişdir)

9. İddia onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin Şirvan Sukanal" idarəsinin rəis müavini vəzifəsində çalışmış, ümumilikdə 9 il 4 ay 24 gün müddətində və əmək haqqı 1634 manat təşkil etmişdir. Azərbaycan Dövlət Su X7 Şəhərlərin X13 Xidməti X18 30 yanvar 2025-ci tarixli 17-K nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Belə hesab edir ki, işdən azad edilməyilə bağlı Azərbaycan Dövlət Su X7 Şəhərlərin X13 Xidməti X18 30 yanvar 2025-ci tarixli 17-K nömrəli Əmri qanunsuz və əsassızdır, o cümlədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin pozulması ilə qəbul edilmişdir. Belə ki, o, 2019cu ildən "İri Şəhərlərin X13 Xidməti" X20 Şirvan Sukanal" İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Mübahisələndirilmiş əmrdə onu tutduğu vəzifənin ixtisar edilməsi göstərilsədə, həmin ştat ixtisar edilməmiş, hətta həmin vahidinin əmək haqqı artırılmışdır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2025-ci tarixli, 2(004)- 3164/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq, “İri Şəhərlərin X13 Xidməti” X18in 30 yanvar 2025-ci il tarixli, 17-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, 30 yanvar 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının “İri Şəhərlərin X13 Xidməti” X20 tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.

11. Qətnamə onunla əsaslandırılmışdır ki, “İri Şəhərlərin X13 Xidməti” X18 xx.xx.2025-ci il tarixli 17-k nömrəli əmrindən görünür ki, işçinin işdən çıxarılmasının əsası kimi "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin X13 Xidməti” X18 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən işçinin tutduğu vəzifənin ştat vahidinin ixtisar olunması qoyulmuşdur. Məhkəmə araşdırması zamanı qeyd edilən fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan “İri Şəhərlərin X13 Xidməti” X18in “Şirvan Sukanal” İdarəsinin xx.xx.2025-ci ildən qüvvədə olan Ştat cədvəlindən görünür ki, idarə rəisinin müavini vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. Sözügedən cədvəldən müəyyən edilmişdir ki, “İri Şəhərlərin X13 Xidməti” X18 “Şirvan şəhər Sukanal” İdarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı vəzifəsi üzrə müvafiq ştat vahidi ixtisar olunmamışdır. İri Şəhərlərin X13 Xidməti” X18in “Şirvan Sukanal” İdarəsinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli cədvəldən müəyyən edilir ki, idarə rəsinin müavini ştat ixtisar edilmişdir. Belə ki, həmin ştat İri Şəhərlərin X13 Xidməti” X18in “Şirvan Sukanal” İdarəsinin 34 nömrəli xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixdən ixtisara düşmüşdür. Göründüyü kimi iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh orqan isə iddiaçı məhkəməyə müraciət etdikdən sonra həmin ştata ixtisara salmışdır. Bu da, iddiaçıya münasibətdə qərəzli mövqenin göstəricisidir. Həmçinin, "xxxx" ASC-nin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən həmin idarənin rəis müavini İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü qeyd edilsə də, cavabdeh tərəf bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu təqdirdə, idarəs rəsinin müavini vəzifəsi üzrə mövcud olan və iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisar olunmamış, İddiaçı əsassız olaraq ştat vahidinin ixtisar olunması əsası ilə işdən çıxarılmışdır. Həmçinin Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndindən görünür ki, onun fəaliyyəti və davranışı məsələsinə baxılarkən həmkarlar ittifaqının yığıncaqlarında, həmçinin həmkarlar ittifaqı orqanlarının iclaslarında şəxsən iştirak etmək həmkarlar ittifaqı üzvünün hüquqlarından biridir. Lakin buradan görünən odur ki, Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsi üzvləri olan hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxarkən onun iştirakını təmin etməmiş, təmin etməməklə yanaşı qərəzli mövqe nümayiş etdirərək, razılıq məktubunda işçinin AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən işdən çıxarılmasını zəruri edən halları əsaslandırmamışdır. Məktubunda Azərbaycan Dövlət X6 xx.xx.2024-cü il tarixli, 55 nömrəli əmri ilə "İri Şəhərlərin X13 Xidməti" X18 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşdüyünü formal şəkildə qeyd etmişdir. Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndində işçinin hüquqlarının qorunmasını təmin etmək üçün işçinin iştirakının təmin edilməsi də əlavə olaraq normada öz yerini tapmışdır. Cavabdeh isə işçinin işdən çıxarılmasına razılıq verilməsi məsələsinə həmkarlar ittifaqında baxılması zamanı işçinin iştirakının təmini üçün zəruri tədbirlər görməmişdir. İclas keçiriləcəyi təqdirdə onun yeri və vaxtı barədə işçi məlumatlandırılmalı idi. Lakin belə bir iclasın təşkil olunması isə öz təsdiqini ümumiyyətlə tapmamışdır. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "İri Şəhərlərin X13 Xidməti" X20 İddiaçı idarə rəisinin müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlığı xx.xx.2024-cü il tarixli məktubla etmişdir. "İri Şəhərlərin X13 Xidməti" X20 İddiaçı da daxil olmaqla ştat vahidinin ixtisarı ilə bağlı işçilərin əmək müqavilələrinə ƏM-nin 70-ci maddəsinin b bəndinə müvafiq olaraq ləğv edilməsinə razılığın verilməsi ilə bağlı məktubu isə Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinə xx.xx.2024-cü il tarixdə ünvanlamışdır. Qeyd edilən hal da bir daha öz təsdiqini tapır ki, Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinin razılığının alınması formal xarakter daşımışdır. Əks təqdirdə "İri Şəhərlərin X13 Xidməti" X20 ilkin olaraq Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinin razılığını almalı, daha sonra Quli İddiaçı idarə rəisinin müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq etməli idi. Azərbaycan Su Təsərrüfatı X5, öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşələr, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyi olub və Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinin Nizamnaməsi və Qanun əsasında fəaliyyət görstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Nizamnamənin 2.2-ci bəndindən görünür ki, dövlət və təsərrüfat idarələrində, məhkəmə orqanlarında, işəgötürən və sahibkar birliklərində, ictimai təşkilatlarda öz üzvlərinin və təşkilatlarının qanuni hüquq və mənafelərini müdafiə etmək Azərbaycan Su Təsərrüfatı X2 məqsəd və vəzifələrindən biri kimi qeyd edilmişdir. Lakin qeyd edilənlərin əksi olaraq Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinin "İri Şəhərlərin X13 Xidməti" X15 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünən odur ki, həmkarlar ittifaqının üzvü olan işçinin hüquq və mənafeləri müdafiə edilməmiş, qərəzli mövqe nümayiş etdirilərək pozulmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinin "İri Şəhərlərin X13 Xidməti" X15 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunu həmkarlar ittifaqı təşkilatının razılığı kimi qəbul etmir. Buradan da görünən odur ki, iddiaçıların əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilərkən cavabdeh tərəfindən iddiaçıların üzvü olduğu Azərbaycan Su X1 İttifaqı Respublika Komitəsinin formal razılığı alınmışdır. Bununla da, İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 71.3-cü maddəsinin tələbi ciddi şəkildə pozulduğundan ““İri Şəhərlərin X13 Xidməti” X18in xx.xx.2025-ci il tarixli 17-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 76, 77, 78, 80, 83, 84, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmrə istinadən iddiaçıya xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Daha sonra iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə Azərbaycan Su təsərrüfatı X3 Respublika Komitəsinə xx.xx.2024-cü il tarixli 13-16/2- 1908/2024 nömrəli müraciət ünvanlanmış və həmkarların xx.xx.2024-cü il tarixli 55 nömrəli cavabında əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya işaxtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarların razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir. Bu faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət X6 29 may 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X13 Xidməti” X18 Şirvan Şəhər Sukanal İdarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüş, ümumilikdə yeni strukturda iddiaçının rəis müavini ştatı nəzərdə tutulmamışdır. Agentlik mərkəzi icra hakimiyyəti orqanıdır və onun ştat vahidləri müvafiq orqan tərəfindən müəyyən və təsdiq edilir. Yəni, səhmdar cəmiyyətlərdən fərqli olaraq istənilən zaman ştat vahidinin açılması və bağlanması qeyri mümkündür. Bu əsaslı faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, iddiaçı əsassız olaraq işə bərpa edilmişdir. Buna münasibət olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət X6 2024-cü il 29 may tarixli 002/f nömrəli əmr ilə təsdiq edilmiş İri Şəhərlərin X13 Xidməti X18 Şirvan Şəhər Sukanal İdarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı Şirvan Şəhər Sukanal İdarəsində tutduğu rəis müavini (vəzifəsi) ştat vahidi ixtisara düşmüş, ümumilikdə yeni strukturda iddiaçının rəis müavini ştatı nəzərdə tutulmamışdır. Bu səbəbdən iş üzrə onun peşəkarlığının olub olmaması əhəmiyyət kəsb etmir. Həmçinin, iş materiallarında olan sübutlardan göründüyü kimi idarə rəisinin müavin ştatının sayı bir ştat vahidi müəyyən edilmişdir və vəzifələr üzrə peşakarlıq səviyyəsinin daha yüksəyinə malik olan əməkdaşın seçilməsində və saxlanılmasında da heç bir öhdəlik yaranmır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı və onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdirlər.

17. Cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini uyğun izah verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğugündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 300.1. İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün əsas ştatların ixtisar olunmasıdır.

23. "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin 29 yanvar 2025-ci ildən qüvvədə olan ştat cədvəlindən görünür ki, rəis müavini vəzifəsi üzrə 1 ştat vahidi mövcud olmuş, iddiaçı ilə əmək müqaviləsinə isə 30 yanvar 2025-ci il tarixdə xitam verilmişdir. Bundan əvvəl belə bir əmrin mövcud olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Yəni, bu əmrin verilməsi üçün qannunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olmamışdır.

24. Birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi, iddiaçı tərəfindən müvafiq olaraq mediasiyaya müraciət olunduqdan sonra İri Şəhərlərin X13 Xidməti” X20 tərəfindən “Şirvan Sukanal” İdarəsinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə 22 aprel 2025-ci il tarixli cədvəl təsdiq olunmuş və idarə rəsinin müavini ştatı həmin tarixdən ixtisar edilmişdir.

25. Apellyasiya şikayəti formal olaraq əsaslandırılmış, şikayətdə qeyd olunan xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apardığı araşdırma və əsaslandırma ilə razılaşır, şikayətin dəlilləri baxımından əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2025-ci tarixli, 2(004)-3164/2025 nömrəli qətnaməsindən cavabdeh “İri Şəhərlərin X13 Xidməti” X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2025-ci tarixli, 2(004)-3164/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar