Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4349/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı Allahverdiyev arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsindən görünür ki, İddiaçı “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında Baş anbardar vəzifəsinə təyin edilmiş, işin birinci 3 (üç) ayı sınaq müddəti hesab edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: Distribyutorluqdan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərə əsasən göndərilən malların 1C də qeydiyyatının aparılması, rəhbərinə anbar qalıqları ilə bağlı hesabatların verilməsi. “SƏTƏM-sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” qaydalarına riayət etməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, işçiyə hər ay 600 manat məbləğində əmək haqqı ödənilir.
2. İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, 2008-ci ildən, Cavabdeh MMCdə işləyir, təxminən 5 il olar ki, tabeçiliyi satış meneceri vəzifəsində çalışan X3 nəzarətindədir. Onun satdığı malların müqabilində müştərilərdən aldığı pul vəsaitlərini şəxsi ehtiyaclarına xərclədiyi barədə məlumatı olmuşdur. 30 sentyabr 2024-cü il tarixində X7 ona müştərilərdən aldığı pul vəsaitlərinin miqdarını yəni 520.000 (beş yüz iyirmi min) manat borclu olduğunu bildirdi. Rəşad Ələsgərovun borcu son 1 il olar ki, yaranıb. Satış menecerinin verdiyi sifarişləri onun göstərişi əsasında sənəd əsasında müştərilərə göndərirdi. Ona deyilmişdi ki, evi şirkətə borcu olduğu üçün satıb. Rəşad Ələsgərovun bu qanunsuz hərəkəti barədə məlumatlı olsa da, rəhbərliyə məlumat verməmişdir. Səbəb o olmuşdur ki, Rəşad evini satıb borcunu bağlamağa söz vermişdi. Bəzi hallarda müştəriləri satışdan gətirilən pulları Rəşada və Orxana verə bilmirdilər. Belə ki, onlar həmin vaxtlar iş yerində olmurdular. Pulu o qəbul edir, sonra da Rəşada və Orxana verirdi. Rəşada verilən pullar sistemə vurulmurdu, Orxan isə sistemə vururdu. İzahatını özü yazmış və doğruluğunu imzası ilə təsdiq etmişdir.
3. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmrindən görünür ki, “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışan İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi və 72-ci maddənin e bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uzun müddətdir ki, "Emba Panel" aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışmışdır. Cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli K-1914 nömrəli Əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab edir. Məhkəmənin nəzərinə çatdırır ki, işlədiyi müddətdə daim əmək funksiyalarını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtı vaxtında icra etmiş, rəhbərliyin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. Cavabdeh təşkilatın onu ittiham etdiyi əməllər cinayət məsuliyyətinə səbəb ola bilən hallardır. Həmçinin AR Konstitusiyasının təqsirsizlik prezumpsiyasına əsasən barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kimi təqsrli bilib ittiham etmək olmaz. Cavabdeh təşkilat isə bütün əmrlərdə onu açıq-aşkar cinayət əməlləri törətmiş şəxs kimi qələmə vermişdir. Belə ki, o, əmək müqaviləsi üzrə əmək funksiyalarını hər zaman lazımınca icra etmişdir. Əmək müqaviləsində onun əmək funksiyalarına aid edilən heç bir vəzifə üzrə səhvə yol verməmişdir. Həmçinin onun məsuliyyətində olanlarla bağlı işdən çıxarılan zaman təhvil-təslim aparılmış və heç bir nöqsan, əyri-əksiklik aşkar edilməmişdir. Cavabdeh təşkilat onu əmrdə də qeyd edildiyi kimi ona görə işdən çıxartmışdır ki, o, başqa bir əməkdaşın etdiyi qanunsuzluqları bilib onlara xəbər verməmişdir. Qeyd edilən məsələlər cinayət əməlləri hesab olunduğu üçün cavabdeh təşkilat həmçinin X9 da şikayət etmişdir. Bununla bağlı o, həm Polis Orqanında, həm də Prokurorluq orqnalarında izahat vermişdir. Yəni o, cavabdeh təşkilata qarşı heç bir qanunsuzluq etməmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Rəşad Ələsgərov ümumi müdir vəzifəsini icra edən Azər adlı şəxsə işdə olan mənimsəmə nöqsanı barədə məlumat verib. Daxili audit bu hadisədən sonra 2 oktyabr tarixində aparılıb. 4 oktyabr tarixində isə o, anbarı təhvil vermişdir. Anbardar kimi vəzifələrinə malların anbara daxil-xaric olması, onların sayılması daxildir. Malların qarşı tərəfə çatmasına o, cavabdeh deyildir, bu, menecerin nəzarətindədir. Sayım nəticəsində təxmini 520.000-530.000 manat məbləğində kəsr müəyyən olundu. O da məsələ ilə bağlı izahat vermişdir. Kəsrlə bağlı məlumatı olmayıb. Verilən suallara cavab olaraq bildirmişdir ki, Rəşad Ələsgərovun tabeliyində işləmişdir. Onun qanunsuz əməlləri barədə məlumatı olmayıb, daxili audit nəticəsində müəyyən olunub. Malların giriş-çıxışı zamanı qeydiyyatı o aparırdı. Rəşad Ələsgərovun izahatı barədə məlumatı yoxdur. Anbardar vəzifəsində işləməyilə bağlı qüsur müəyyən olunmayıb. İzahatı yazılı şəkildə alınıb və imzalamışdır. X5 şirkət 5000 manat avans vermişdi, lakin onun müştərilərdən aldığı pul vəsaitlərini, yəni 500.000 manatdan çox pulu şəxsi ehtiyaclarına xərclədiyi barədə 30 sentyabr 2024-cü il tarixdə məlumatı olmuşdur. Bəzi hallarda müştəriləri onlar iş yerində, yəni kassada olmayanda pulları müştərilərdən alıb özü Orxana və Rəşada verirdi. Lakin müştərilərlə birbaşa əlaqədə olmadığından əvvəllər Rəşadın ara-sıra kassadan pul götürdüyünü bilmirdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, "xxxx" MMC-nin Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında 3 nəfər işçi işləyirdi. Həmin müəssisənin satış meneceri X7, müəssisənin anbarında anbardar vəzifəsində çalışan İddiaçı və müəssisənin kassa və logistika üzrə mütəxəssisi X6 olmuşdur. Aparılan audit zamanı 530000 manat məbləğdə pulun X7 tərəfindən mənimsənildiyi müəyyən edilmişdir. X7 daxili araşdırma zamanı izahatında 2022-ci ildən başlayaraq mebel məhsullarını satışını həyata keçirən zaman müştərilərdən aldığı pullar şəxsi vəsaiti üçün xərclədiyini etiraf etmiş və izahatında adlarını qeyd etdiyi müştərilərdən 318064 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini və bu əməldən digər iş yoldaşlarının da məlumatı olduğunu, lakin rəhbərliyə məlumat vermədiyini bildirmişdir. İddiaçı da verdiyi izahatın da Rəşad Ələsgərovun qanunsuz əməlini, yəni ona etibar edilmiş əmlakı qeyri-qanuni yolla mənimsəməsinə dair məlumatı olduğunu və rəhbərliyə bildirmədiyini etiraf etmişdir. Səbəb olaraq qeyd etmişdir ki, Rəşad taladığı əmlakı, yəni pulu müəyyən müddət ərzində qaytaracağını bildirmişdir. Müəssisənin kassa və logistika üzrə mütəxəssis X6 verdiyi izahatda Rəşad Ələsgərovin qanunsuz əməllərindən xəbərdar olmamış, lakin son zamanlar borcu olduğunu bilmişdir. Satılan malların pullarını müştərilərdən satış meneceri Rəşad və sürücülər Möhübbət Nurullayev və Budaqov İslam təhvil almışdır. Ona verilən pulların hamısı sistemə vurmuş, şirkətin maliyyə bölməsi ilə üzləşmə aparılarkən kassaya mədaxil olunan pullar, sürücülərin qeyd kitabçasında olan məlumatlara əsasən üzləşmə aparılmışdır. Sürücülər tərəfindən gətirilən pulların təhvil verildiyi kimi öz əksini tapmamışdır. Lakin özünün araşdırması nəticəsində müəyyən etmişdir ki, həmin pulların sistem üzərində başqa rəqəmlərlə qeyd edilmişdir. Məsələn, xx.xx.2024-cü il tarixində sürücü tərəfindən ona verilən 8472 AZN məbləğ sistemə 15000 AZN olaraq sistemə vurulmuşdur. Bunun səbəbi kimi menecerin gətirdiyi əlavə pullar olmuşdur. Bu pulları o almış, cəmləşdirərək bir yerdə vurmuşdur. Baş verən korrupsiya halı ilə bağlı cinayət işi də başlanmışdır. İddiaçı qanunsuz əməllərdən xəbərdar olmuş, aidiyyəti üzrə rəhbərliyə, hüquq-mühafizə orqanlarına və digər orqanlara məlumat verməmişdir. Onun hərəkətsizliyi şirkətə birbaşa olmasa da dolayı yol ilə maddi zərər vermişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, onun hərəkətsizliyi, yəni satış meneceri Rəşad Ələsgərovun qanunsuz hərəkətlərindən xəbərdar olub rəhbərliyə məlumat verməsi, qanunsuz əməlin törədilməsini qarşısı alınmaması əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi qiymətləndirilməlidir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 9.Məhkəmə iş materiallarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsindən görünür ki, İddiaçı “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında Baş anbardar vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür: Distribyutorluqdan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərə əsasən göndərilən malların 1C də qeydiyyatının aparılması, rəhbərinə anbar qalıqları ilə bağlı hesabatların verilməsi, “SƏTƏM-sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” qaydalarına riayyət etməlisi. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli K1914 nömrəli əmrindən görünür ki, “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışan İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi və 72-ci maddənin e bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinə əməl edilmişdir və müqaviləyə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının cavabdehin müəssisəsində çalışan digər işçinin törətdiyi qanunsuz əməlləri barədə cavabdehi məlumatlandırmaması göstərilmişdir. Bunun nəticəsində işəgötürənə külli miqdarda maddi ziyan dəymişdir. İşin hallarında görünür ki, iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək kimi vəzifələrini layiqincə yerinə yetirməmiş, digər işçinin əmək funksiyalarını və əmək qanunvericiliyini pozduğunu bildiyi halda bu barədə işəgötürənə məlumat verməmişdir. İddiaçı yazılı izahatından və onun məhkəmə iclaslarında verdiyi ifadələrindən qeyd olunan faktlar təsdiqini tapmışdır. Həmçinin iddiaçı izahatında bildirmişdir ki, Malların giriş-çıxışı zamanı qeydiyyatı o, aparırdı. Bəzi hallarda müştəriləri onlar iş yerində, yəni kassada olmayanda pulları müştərilərdən alıb özü Orxana və Rəşada verirdi. Lakin müştərilərlə birbaşa əlaqədə olmadığından əvvəllər Rəşadın ara-sıra kassadan pul götürdüyünü bilmirdi. Rəşada verilən pullar sistemə vurulmurdu, Orxan isə sistemə vururdu. Məhkəmə hesab edir ki, işçinin hərəkətsizliyi, qanunsuz əməlin törədilməsini qarşısı alınmaması nəticəsində işəgötürənə birbaşa olmasa da dolayı yol ilə maddi zərər vermişdir. Qeyd olunan hallar iddiaçı tərəfindən əmək qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasını təsdiq edir. Həmçinin Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitam edilməsi zamanı Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan əmrin (sərəncamının, qərarının) məzmunda göstərilməli olan məlumatların hər birinə əməl edilmiş, həmçinin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi “ç” bəndində işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunan qanunvericilik normaları müqavilənin ləğv edilməsini işəgötürənin səlahiyyətinə buraxır. Ona görə də məhkəmə hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin normalarına əməl olunaraq verildiyindən və işçinin işdən çıxarılması barədə kifayət qədər əsas olduğundan iddia təmin edilə bilməz. 10.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi, 68-ci maddəsinin 1-ci bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi və 3-cü bəndi, 72-ci maddəsinin “e” bəndi, 84-cü maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılımış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan yalnızca əmrdə işəgötürənin qeyd etdiyi formal mülahizələri sadalamaqla qərar qəbul etmişdir. Həmçinin məhkəmənin əmrin qanuniliyi ilə bağlı 1 abzaslıq "əsaslandırması" ümumiyyətlə başa düşülən deyil. Məhkəmənin iddiaçının xx.xx.2024-cü il tarixli izahatı əsasında iddianı rədd eləməsi qanunsuzdur. Belə ki, o, həmin izahatı psixoloji təzyiq altında yazmışdır. Əmrdə də qeyd olunduğu kimi həmin izahat ilə şirkətdə aparılan audit yoxlama rəyinin tarixi eynidir. Həmin rəyi də iddiaçıya sübut kimi göstərib bildirdilər ki, "izahatı biz necə deyirik elə yazmalısan, əks halda sən də cinayət məsuliyyətinə cəlb olunacaqsan". Həmin izahat onun sözləri deyil, çünki izahatda o necə dəqiq olaraq 520000 manat pulu qeyd edə bilərdi ki, Rəşadın şirkətdən mənsimsədiyi pulların hesabını aparmırdı. Artıq araşdırma aparılmışdı və məbləğ məlum idi, ona görə də ona da izahatı belə yazdırdılar. Məhkəmə isə iddiaçının məhkəmədə verdiyi sərbəst izahatını deyil, təzyiq altında yazdığı izahatı əldə rəhbər tutaraq iddiasını rədd eləmişdir. Maddənin (AR Əmək Məcəlləsinin 186.1cımaddəsi) tələbindən də göründüyü kimi intizam məsuliyyətinə cəlb etmək üçün 3 əsas şərt mövcuddur: 1) vəzifələrini yerinə yetirmədikdə, 2) hüquqlarından sui-istifadə etdikdə və 3) əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə. İddiaçının barəsində verilmiş əmrdəki əsaslandırmada bu 3 şərtdən hansını məhkəmə təsbit edə bildi. Yəni iddiaçı hansı vəzifəsini icra etmədi və ya hansı hüququndan sui-istifadə etdi yaxud da əmək müqaviləsi üzrə hansı öhdəliyini pozdu? Əmək müqaviləsi üzrə iddiaçının hansısa cinayət barədə məlumat verməmə vəzifəsi yoxdur. Məhkəmə hesab etmişdir ki, əmr tam qanunidir və əmək qanunvericliyinin tələblərinə riayət edilməklə tərtib olunmuşdur. O zaman əmək qanunvericiliyi maddənin tələbindən də göründüyü kimi nə üçün burada inzibati tənbehin 1 ay ərzində verilməli olduğunu qeyd etmişdir. İddiaçının izahatı 30 sentyabr 2025-ci il tarixində alınsa da əmri 05 dekabr 2025-ci il tarixində verilmişdir. Bu maddə əmrin qanunsuz olduğunu tam əks etdirir. İşəgötürənin onu işdən çıxarmasına səbəb iddiaçının baş vermiş ağır cinayət barədə məlumat verməməyi olmuşdur. Bilindiyi kimi bu əməl özü də cinayət məsuliyyəti yaradır. Yəni iddiaçını bu əməldə ittiham etmək üçün onun barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü olmalıdır. Əks halda iddiaçı təqsirsizdir və bunu ən ali qanun aktı deyir. İddiaçının bu əsasla işdən çıxarılmağı və məhkəmənin buna qanuni deməsi sadəcə Konstitusiyanın normalarının pozulmasıdır. Məhkəmə tərəfindən ümumiyyətlə araşdırma aparılmadan və sorğular edilmədən yalnız cavabdehin nümayəndəsinin şifahi məlumatlarına əsasən qərar qəbul edilmişdir. Halbuki, məhkəmə ən azından bu faktla bağlı cinayət iş mövcuddursa materiallarını araşdıra bilərdi.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, iddiası əsaslıdır. 520.000 pul vəsaitini Rəşad və Azər əlbir olub mənimsəyiblər. Onun heç nədən xəbəri olmayıb. Anbarı tam təmiz şəkildə təhvil vermişdir. Anbardar olmuşdur. Oktyabrın 1-dən müştərilərə mal buraxmayacağını dedi. İzahatları səhv edib vermişdir. Anbarı təhvil vermişdir. İddiaçıya qarşı haqsızlıq edilib. Müştərilərlə üzləşmə aktları var. Rəşad və müştərilərin üzləşmə aktları var. 15.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qey etdi ki, izahat 1 oktaybr və 18 oktyabrda alınıb, 5 dekabrda Əmr verilib. İddiaçı izahatında bildirib ki, olmayan borcu əlavə edib. Rəşad müəllimin göstərişi ilə iddiaçı 2 şəxs barəsində borc yazıb, sistemə əlavə edib. İzahatında bildirib ki, iddiaçı olanlardan məlumatı olub. 30 sentaybr 2024-cü ilə qədər yoxlama aparılıb. 1 ay müddət ötürülmə səbəbi audit rəyinin gözlənilməsidir. Audit rəyi də 28 noyabr 2024-cü ildə verilmişdir. Əmrdə 28 noyabr 2024-cü il tarixli rəy qeyd edilməyib. Barışıq mümkün deyil.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 2, 3-cü bənd: Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır; Maddə 11, 1-ci hissə: Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Maddə 11, 2-ci hissə: İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 68, 1-ci hissə: Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 68, 2-ci hissə a) bəndi: Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; Maddə 70, “ç” bəndi: İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71, 2-ci hissə: Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71, 3-cü hissə: İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 84, 1-ci, 2-ci və 3-cü hissələr:
1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinə xitam verilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsinə xitam verilən gün, ay və il; -əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Maddə 300, 1-ci bənd: Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 188.1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Maddə 190.1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
22. Kollegiya ilk olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. 23.Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. 24.Əmək qanunvericiliyində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən tərəfindən ona hüquqi məsuliyyət növü kimi intizam və ya digər məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur.
25. Hazırki işin araşdırılmış hallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında Baş anbardar vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmri ilə “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin “e” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam edilmişdir. 26.Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmri onunla əsaslandırılmışdır ki, araşdırma zamanı satış anbarının satış meneceri vəzifəsində çalışan X7 izahatında bildirmişdir ki, o, Cəmiyyətdə satış meneceri vəzifəsində çalışmışdır. 2022-ci ildən başlayaraq mebel məhsullarının satışını həyata keçirən zaman müştərilərdən aldığı pulları şəxsi vəsaiti üçün xərcləmişdir. İzahatında adlarını qeyd etdiyi müştərilərdən ümumilikdə 318064 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, bu əməldən digər iş yoldaşlarının məlumatı olmuş, lakin rəhbərliyə məlumat verməmişdir. -Araşdırma zamanı həmin müəssisənin anbarında anbardar vəzifəsində çalışan İddiaçı izahatında bildirmişdir ki, o, 2008-ci ildən şirkətdə müəyyən vəzifələr tutmuş və satış meneceri Rəşad Ələsgərovin tabeçiliyi altında fəaliyyət göstərmişdir. Belə ki, o, Rəşad Ələsgərovin göstərişi və sənəd əsasın malların müştəriyə çatmasını təmin etmişdir. Həmçinin qeyd etmişdir ki, Rəşad Ələsgərovin qanunsuz əməlini, yəni ona etibar edilmiş əmlakı qeyri-qanuni yolla mənimsəməsinə dair məlumatı olmuş və rəhbərliyə bildirməmişdir. Səbəb olaraq qeyd etmişdir ki, Rəşad taladığı əmlakı, yəni pulu müəyyən müddət ərzində qaytaracağını bildirmişdir. O, satış menecerinin dediyinə əsasən 520.000 (beş yüz iyirmi min) manat pulun mənimsəməsi ilə bağlı məlumatı olmuşdur. -Araşdırma zaman həmin müəssisənin kassa və logistika üzrə mütəxəssis X6 izahatında bildirmişdir ki, o, satış meneceri Rəşad Ələsgərovin qanunsuz əməllərindən xəbərdar olmamış, lakin son zamanlar borcu olduğunu bilmişdir. Satılan malların pullarını müştərilərdən satış meneceri Rəşad və sürücülər Möhübbət Nurullayev və Budaqov İslam təhvil almışdır. Ona verilən pulların hamısı sistemə vurmuş, şirkətin maliyyə bölməsi ilə üzləşmə aparılarkən kassaya mədaxil olunan pullar, sürücülərin qeyd kitabçasında olan məlumatlara əsasən üzləşmə aparılmışdır. Sürücülər tərəfindən gətirilən pulların təhvil verildiyi kimi öz əksini tapmamışdır. Lakin özünün araşdırması nəticəsində müəyyən etmişdir ki, həmin pulların sistem üzərində başqa rəqəmlərlə qeyd edilmişdir. Misal üçün, xx.xx.2024-cü il tarixində sürücü tərəfindən ona verilən 8472 AZN məbləğ sistemə 15000 AZN alaraq sistemə vurulmuşdur. Bunun səbəbi kimi menecerin gətirdiyi əlavə pullar olmuşdur, bu pulları o almış, cəmləşdirək bir yerdə vurmuşdur. Onun əmək funksiyalarını daxil olan pul vəsaitlərini mədaxil etmək, sistemə vurmaq, işçilərin günlük və aylıq tabellərini yazmaq, satış menecerinin gətirdiyi pulları sistemdə işlənilməsini təmin etmək olmuşdur. -"Samadov Law and Audit" müstəqil auditorun rəyinə göstərilmişdir ki, hazırkı maliyyə hesabatları 30 sentyabr 2024-cü il tarixinə maliyyə vəziyyətini və pul vəsaitlarinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından X1 Standartlarına ("MHBS") uyğun olaraq düzgün əks etdirmir. Audit təqdim edilmiş sənədlər əsasında aparılmış, sənədlərdə xx.xx.2024-xx.xx.2024-cü il dövrü üzrə nağd satışlar həyata keçirilmişdir. Lakin bəzi nağd formada satılmış malların ödənişləri şirkət kassasına mədaxil olmamışdır. Bu səbəbdən uyğunsuzluq aşkar edilmişdir. Malların satıldığı kontragentlərlə olan üzləşmə aktlarına əsasən yaranmış fərqlər müstəqil auditorun hesabatında 502194.7 (beş yüz iki min yüz doxsan dörd manat, yetmiş qəpik) qeyd olunmuşdur.
27. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinin istinad olunan normalarından göründüyü kimi intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir (§ 16).
28. İş materiallarından görünür ki, iddiaçının yol verdiyi iddia edilən pozuntu ilə əlaqədar izahatı xx.xx.2024-cü il tarixdə alınmışdır (i.v.42). 29.İddiaçının izahatında qeyd etdiyi hallarla əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr isə qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülərək xx.xx.2024-cü il tarixdə verilmişdir.
30. Kollegiya hesab edir ki, cavabdehin nümayəndəsinin əmrin gec verilməsini audit rəyinin xx.xx.2024-cü il tarixdə hazır olması ilə izah etməsi hüquqi əsas kəsb etmir. Birincisi, audit rəyinin məhz qeyd edilən tarixdə tərtib edildiyini təsdiq edən sübutlar iş materiallarında yoxdur. İkincisi və daha önəmlisi, əmrin məzmunundan aydın olur ki, işəgötürənin iddiaçıya qarşı intizam tənbehini tətbiq etməsinin əsasını onun məlumat verməməsi ilə bağlı izahatında qeyd etdiyi hallar təşkil etmişdir.
31. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. Təqdim olunmuş materiallardan və mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi, cavabdeh müəssisə tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmr tərtib edilərkən əsas götürülmüş hallardan biri onun izahatında satış meneceri Rəşad Ələsgərovun qanunsuz əməllərindən xəbərdar olduğunu, lakin bu barədə rəhbərliyə məlumat vermədiyini etiraf etməsi olmuşdur. Eyni zamanda, Rəşad Ələsgərov da öz izahatında 2022-ci ildən etibarən müştərilərdən aldığı nağd vəsaitləri şəxsi məqsədləri üçün xərclədiyini, bu yolla ümumilikdə 318.064 manat məbləğində vəsaiti çəxsi ehtiyacları üçün xərclədiyini açıq şəkildə bildirmişdir. 33.Bundan əlavə, əmrdə qeyd olunur ki, "Samadov Law and Audit" müstəqil auditorun rəyinə göstərilmişdir ki, hazırkı maliyyə hesabatları 30 sentyabr 2024-cü il tarixinə maliyyə vəziyyətini və pul vəsaitlarinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından X1 Standartlarına ("MHBS") uyğun olaraq düzgün əks etdirmir. Audit təqdim edilmiş sənədlər əsasında aparılmış, sənədlərdə xx.xx.2024-xx.xx.2024-cü il dövrü üzrə nağd satışlar həyata keçirilmişdir.
34. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, izahatı psixoloji təzyiq altında yazmışdır. İzahatı ilə şirkətdə aparılan audit yoxlama rəyinin tarixi eynidir. Həmin rəyi də iddiaçıya sübut kimi göstərib bildirdilər ki, "izahatı biz necə deyirik elə yazmalısan, əks halda sən də cinayət məsuliyyətinə cəlb olunacaqsan". Həmin izahat onun sözləri deyil, çünki izahatda o necə dəqiq olaraq 520000 manat pulu qeyd edə bilərdi ki, Rəşadın şirkətdən mənsimsədiyi pulların hesabını aparmırdı. Artıq araşdırma aparılmışdı və məbləğ məlum idi, ona görə də ona da izahatı belə yazdırdılar. 35.Kollegiya bir daha qeyd edir ki, əmrdə rəyin noyabr tarixli olması ilə bağlı qeyd yoxdur. Əmrdən 30 sentyabr 2024-cü il tarixinə maliyyə vəziyyətin yoxlanılması və bununla əlaqədar xx.xx.2024-cü il tarixdə iddiaçıdan izahat alınması müəyyən olunur. Əmrin verilməsinə əsas isə iddiaçının xx.xx.2024-cü il tarixdə verdiyi izahatında qeyd etdiyi hallar əsas götürülmüşdür. 36.Deməli, intizam tədbiri olaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin 1 aylıq müddətə əməl edilmədən verilməsi əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan əmr artıq qanunsuzdur.
37. Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmri ləvğ edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməlidir. 38.Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 40.Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi qiymətləndirilməyən iddiadır və bu növ iddialara üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. 41.Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti və iddiası təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun qalıq hissəi, yəni 40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 50 manat məbləğində pul cavabdehdən dövlət nəfinə tutulmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilsin. İddia ərizəsinin verilməsi üçün 40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 50 manat məbləğində pul cavabdehdən dövlət nəfinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Fərrux Qasımov