Məhkəmə qərarları › İş №2(103)-435/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-435/2025

07.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-435/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1374/2024 saylı, 12 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mənzilinin üzərində mülkiyyət hüququna xitam verilməsi; cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları, həmin evin tam olaraq boşaldılması və sökülməsi; sökülmüş mənzilin əvəzində İddiaçı MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,50 kv.m olan 1 ədəd 3 otaqlı yeni, tam təmirli, bütün sayğaclarla təchiz edilmiş mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; mənzil İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilənədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 550 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1374/2024 saylı, 12 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia tələbinin təmin edilərək Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mənzilinin üzərində mülkiyyət hüququna xitam verilməsi; cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları, həmin evin tam olaraq boşaldılması və sökülməsi; sökülmüş mənzilin əvəzində İddiaçı MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,50 (səksən səkkiz tam yüzdə əlli) kv.m olan 1 (bir) ədəd 3 (üç) otaqlı yeni, tam təmirli, bütün sayğaclarla təchiz edilmiş mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; mənzil İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilənədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 550 (beş yüz əlli) manat kirayə haqqının ödənilməsi; ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi; iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 (yüz) manat pulun İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi qət edilmişdir. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində bildirmişdir ki, iddiaçı və cavabdeh öz aralarında mübahisənin həlli üçün danışıqlar aparmış, tərəflər barışmış və xx.xx.2024-cü il tarixli K/218 nömrəli müqavilə bağlanılmışdır. Bu ərizə vasitəsilə məhkəməsinin diqqətinə çatdırır ki, iddiaçı iddiadan imtina edir və buna görə də iş üzrə icraata xitam verilməsi zərurəti yaranıb. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş edib. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə həqiqətən də tərəflər arasında danışıqlar aparılaraq barışıq əldə olunduğunu, xx.xx.2024-cü ildə əvəzləşmə müqaviləsi bağlandığını və mənzilin əvəzinə kompensasiya verildiyini, ona görə də iddiadan imtinaya və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini göstərmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı MMC-nin iddiadan imtinası qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1374/2024 saylı, 12 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 191.1, 191.2, 370.1, 370.2, 384.0.5, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: İddiaçı MMC-nin iddiadan imtinasına dair ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1374/2024 saylı, 12 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar