Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4351/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: evə köçürülmə, istifadə hüququ, özbaşına tikili, qanunun anologiyası) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X4 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2004-cü il tarixdə Humay, xx.xx.2006-cı il tarixdə Lamiə, xx.xx.2009cu il tarixdə Mustafa, xx.xx.2013-cü il tarixdə Əsma adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahlarının pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 27 sentyabr 2022-ci il tarixdən başlayaraq yetkinlik yaşlarına çatanadək uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 525 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
2. "xxxx" MTK (Kooperativ) ilə Cavabdeh (payçı) arasında bağlanmış 09 fevral 2008-ci il tarixli müqaviləyə əsasən Kooperativ, payçıların vəsaiti hesabına inşa ediləcək ünvan 1 ünvanında inşa ediləcək binanın 6-cı girişinin 9-cu mərtəbəsindəki 279 saylı mənzili payçıya təhvil verməyi öhdəsinə götürmüşdür.
3. "xxxx" MTK tərəfindən verilmiş 09 fevral 2008-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında MTK tərəfindən inşa ediləcək yaşayış binasında 3 otaqlı mənzilə üzv olub və mənzilin dəyərini tam ödəyib.
4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 12 ünvanında 279 saylı mənzildə X12, X15, X16, X9 və X19 olmaqla yaşayırlar.
5. Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatsız yaşayır.
6. ünvan 4rləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
7. Cavabdeh "xxxx" MMC-yə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizədə xahiş etmişdir ki, Yasamal rayonu, Ü.Əkbərov küçəsi 5 ünvanında ona məxsus fərdi yaşayış evinin qazlaşdırılmasına köməklik göstərilsin.
8. “Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli məktubunda vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, **********00001 saylı abonent kodu Cavabdeh adına təbii qaz istehlakçısı kimi İB-nin məlumatlar bazasında xx.xx.2015-ci il tarixdə qeydiyyata düşmüş, ASAN Xidmət Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə qeyd olunan abonent kodu X6 adına dəyişdirilmişdir.
9. X13 ilə “Azəriqaz” İB arasında xx.xx.2022-ci il tarixdə ünvan 4rləşən fərdi yaşayış evinə dair (abonent kodu **********00001) “Təbii qazın alqı-satqısına dair” müqavilə bağlanmışdır.
10. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Ü.Ələkbərov küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu: **********009) 2014-2022-ci illər ərzində su və kanalizasiya təchizatından istifadəyə görə ödənişlər Cavabdeh tərəfindən həyata keçirilmişdir.
11. X13 ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə Ü.Ələkbərov küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********009) dair “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri barədə” müqavilə bağlanmışdır.
12. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Səhmdar Cəmiyyətin elektron bazasında **********5001 saylı abonent kodu (Bakı şəhəri, Yasamal rayonu, Ü. Ələkbərov küçəsi ev 5) üzrə istehlakçı kimi xx.xx.2000-ci il tarixdə X3, xx.xx.2015-ci il tarixdən Cavabdeh, xx.xx.2022-ci il tarixdən 1 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat ofisində Cavabdeh tərəfindən verilmiş ərizə və etibarnamə əsasında X6 adı qeyd olunmuşdur. **********5001 saylı abonent kodu altında istehlak edilmiş elektrik enerjisinin dəyəri 2015-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək Cavabdeh adından ödənilmişdir.
13. Cavabdeh xx.xx.2022-ci il tarixdə yazdığı və "xxxx" ASC-nə ünvanladığı notarial təsdiqli ərizədə bildirmişdir ki, **********50001 saylı abonent kodunun X6 adına sənədləşdirilməsinə razıdır, etiraz etmir.
14. X13 ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə Ü.Ələkbərov küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********5001) dair “Elektrik enerjisinin təchizatı” barədə müqavilə bağlanmışdır.
15. X2 Vaqif Qabil oğlunun bacısıdır və ünvan 5 ünvanında pasport qeydiyyatındadır.
16. 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanında yaşayan xx.xx.1982-ci il təvəllüdlü İddiaçı və onun övladları - xx.xx.2006-cı il təvəllüdlü X14, xx.xx.2009-cu il təvəllüdlü X9, 2013-cü il təvəllüdlü X19 39 nömrəli Şəhər Poliklinikasının qeydiyyatında deyillər və hər hansı bir şikayətlə müraciət etməmişlər. xx.xx.2004-cü il təvəllüdlü X15 39 nömrəli Şəhər Poliklinikasında “M93.2 Ayıran osteoxondrit” diaqnozu ilə fizioterapevtik müalicə almışdır. Son müraciət xx.xx.2023-cü il tarixdə olmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
17. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, uşaqları X16, X9 və X19 ilə birlikdə ünvan 7 ünvanında yerləşən özbaşına tikilən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 02 dekabr 2003cü il tarixdə nikaha daxil olaraq ailə qurmuş, nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X16, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X19 anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan aralarındakı münasibətlər pisləşmiş, birgə yaşamaları baş tutmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun yanında qalmaları, cavabdehdən üç uşağa görə cəmi 525 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Birgə nikahları dövründə Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 5 ünvanında yerləşən yarımzirzəmi və mansard da daxil olmaqla 4 mərtəbəli fərdi yaşayış evi inşa etmiş, ev qaz, işiq və su ilə təchiz olunmuş, bununla bağlı müvafiq müqavilələr cavabdehlə bağlanmışdır. Fərdi yaşayış evinin mövcudluğunu cavabdeh nikahın pozulması tələbinə dair mülki iş üzrə məhkəmə iclasında vermiş olduğu izahatında da etiraf etmişdir. Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MİKS-nin xx.xx.2015-ci il tarixli arayışında göstərilmişdir ki, cavabdeh ünvan 8 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-2928/2022 saylı mülki iş üzrə cavabdeh izahat verərək bildirmişdir ki, “həqiqətən, keçən il birgə yaşadıqları müddətdə ailənin, uşaqların saxlanması üçün ayda təqribən 1500-2000 manat xərcləmişdir. Lakin hazırda maddi vəziyyəti çətindir, Yasamal rayonunda yerləşən evin sənədi yoxdur”. Təqdim olunmuş arayışdan və cavabdehin izahatından da məlum olmuşdur ki, cavabdeh ailə üzvləri ilə birlikdə sözügedən ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar. Lakin cavabdeh nikah pozulduqdan sonra ona və uşaqlarına həmin fərdi yaşayış evində yaşamalarına imkan vermir, evdə yerləşən ayrıayrı giriş-çıxışı olan mənzilləri icarəyə verir və əldə olunan vəsaiti özü üçün xərcləyir. Hesab edir ki, uşaqları ilə birlikdə həmin evə köçürülməlidirlər.
19. Cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə etiraz təqdim edərək etirazında göstərmişdir ki, tərəflər nikahda olduqları müddətdə heç vaxt Yasamal rayonu, Ü.Ələkbərzadə küçəsi ünvanındakı özbaşına tikilidə yaşamamışlar. Onlar birgə nikah dövründə, yəni 2008-ci ildə əldə olunmuş ünvan 10 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 107 km2 sahəsi olan 3 otaqdan ibarət (hazırda 4 otağa keçirilmişdir) 279 saylı mənzilində yaşamışlar. İddiaçı və yetkinlik yaşına çatmayan övladları X16, X9, X19 hazırda da həmin mənzildə yaşayırlar və cavabdehin buna heç bir etirazı yoxdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, Bünyadzadə küçəsi 12 ünvanında yerləşən 279 sayli mənzildə X17, X16, X9, X19 həmin ünvanda hazırda da yaşayırlar. Belə ki, X17, X20, X16, X9, X19 hazırda qeydiyyatda ünvan 11 ünvanında qeydiyyatdadırlar. ünvan 12şayış evi özbaşına tikili olmaqla cavabdehin bacısı X6 maddi vəsaiti hesabına tikilmişdir. Tikinti Cavabdeh tərəfindən həyata keçirilsə də, həmin fərdi yaşayış evi X1 və evin “Azərişiq” və "xxxx" ilə bağlanmış müqavilələrdən də bu aydın şəkildə görünür. Sadəcə olaraq cavabdehin iddiaçı ilə nikahı pozulduqdan sonra o Bünyadzadə küçəsi 12, mənzil 279 ünvanını tərk edərək yaşamaq üçün bacısının da razılığı ilə müvəqqəti olaraq həmin özbaşına tikili olan fərdi yaşayış evinə köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpq sahəsi onun mülkiyyətində olsun. Cavabdeh isə Yasamal rayonu, Ü.Ələkbərzadə küçəsi 5 ünvanında yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə mülkiyyət hüququ olmadığı halda onun ailə üzvləri ilə həmin evlə bağlı münasibətlərinin tənzimlənməsi absurddur və evin sahibi olan Xalidə Əliyevanın sahiblik hüquqlarını pozur. Göstərilən halları nəzərə alınaraq iddia tələbi təmin edilməməlidir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, cavabdehin bir evi də var və hazırda onun keçmiş ailəsi həmin evdə yaşayır, onlar nikah pozulmamışdan qısa müddət əvvəl həmin evə köçmüşlər. Köçərkən orada yaşayış üçün şərait olmamış, məqsədləri ora köçüb iddia ərizəsində qeyd olunan mənzili kirayəyə vermək olmuşdur. Hər iki əmlak birgə nikah dövründə əldə olunduğuna görə hesab edirlər ki, iddiaçı və onun ailə üzvləri məhkəmə qaydasında həmin evə köçürülməlidirlər. İddiaçı hazırda Qaradağ rayonunda qeydiyyatdadır, orada atasının evi var. Hazırda iddiaçı övladları ilə birlikdə "xxxx" MTK tərəfindən inşa edilmiş, 2008-ci ildə əldə olunmuş mənzildə yaşayır. Həmin mənzilin müqaviləsi iddiaçının keçmiş həyat yoldaşının adınadır. İddiaçı və ailə üzvləri həmin mənzilə nikahları pozulmamışdan 7-8 ay əvvəl köçmüşdür. Onlar əvvəl qanunsuz tikilidə yaşayıblar. Lakin sonradan deyiblər ki, köçək və həmin evi də kirayə verək. Hazırda cavabdeh tərəf həmin evi hostel kimi istifadə edir. Sonra cavabdeh tərəf iddiaçını məhkəməyə verib və nikahları pozulub. Qarşı tərəf qeyd edir ki, həmin tikili cavabdehin bacısının maliyyə vəsaiti hesabına tikilib və işiğın, suyun sənədləri də onun adınadır. Halbuki hər iki sənəd noyabr ayının 24-dədir, müqavilələr eyni tarixdədir. Bu günki tarixədək həmin ünvanda işığın, suyun kim tərəfindən ödənilməsi ilə bağlı abonent sənədləri var. Vaxtilə həmin fərdi yaşayış evi tikiləndə cavabdeh özü “Azəriqaz”a müraciət edib. Şəxs özü Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatdadır, müraciət edərək bildirib ki, “Yasamal rayonu, Ü.Ələkbərov küçəsi ev 5 ünvanında ona məxsus yaşayış evinin qazlaşdırılmasına köməklik göstərilsin. Mənzildə istifadə olunacaq qaz cihazları 4 gözlü qaz pilitəsi, kombi istilik sistemi su qızdırıcı”. Bu ərizə 17 sentyabr 2015-ci il tarixlidir. Bu mənzil onun bacısının idisə, rəsmi müraciətdə bu formada qeyd edərdi. Qaz idarəsi gəlib bütün layihəni çəkib və çəkilməsi ilə bağlı texniki şərtlər verib. Həmçinin iş materiallarında “Azəriqaz”a pulun ödənilməsi ilə bağlı qəbzlər var. xx.xx.2015-ci ildə Cavabdeh istifadə olunan qazın pulunu ödəyib. Abonent kodu da öz adınadır. Əgər mənzil onun istifadəsində deyildisə, nəyə görə ödənişləri o edir və abonent kodu da onun adınadır?. Ona görə də hesab edir ki, etiraz formal xarakter daşıyır. Sadəcə birgə nikah dövrüdə əldə olunmuş tikilidir, iddiaçı orada yaşayıb və ora köçmək hüququ var. Həmçinin bildirir ki, "xxxx" MTK-dan olan müqavilə iddiaçının keçmiş həyat yoldaşının adınadır. Hər iki ev birgə nikah dövründə əldə olunmuş əmlakdır, ona görə də onların bu formada etiraz verməsi əsassızdır. İddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşayıb. Şahidlər də var. Qanunsuz tikilini cavabdeh icarəyə verib. Mənzilin müqaviləsi 09 fevral 2008-ci ildə bağlanılsa da, mənzilə köçmə 2022-ci ildə olub. Qanunsuz tikiliyə köçmək də onun hüququdur. Bu gün birgə nikah dövründə əldə olunmuş qanunsuz tikiliyə köçməkdə məqsəd aydındır. Artıq gələcəkdə əmlak bölgüsü ilə bağlı iddia veriləndə bu məsələlər ortaya çıxacaq. Onlar gələcəkdəki maneələri aradan qaldırmaq üçün həmin evə köçmək istəyirlər. Həmin evin tikintisində də xanımın əziyyəti var. Birgə nikah dövründə əldə edilmiş tikiliyə iddiaçı və ailəsinin köçürülməsi təmin olunmalıdır. "xxxx", "xxxx" və “Azəriqaz”a sorğular vermişdir, həmin müddətə qədər həm "xxxx"da, həm "xxxx"da, həm də “Azəriqaz”da bütün sənədlər Cavabdeh adına olub, lakin sonradan müqavilələr bacısının adına dəyişdirilib. Tikili qanunsuz tikilidir, lakin bu qanunsuz tikili ər-arvadın birgə nikah dövründə əldə etdikləri vəsait hesabına əldə olunub və onlar həmin tikilidə yaşayıblar. Uşaqlar həmin ərazidə olan məktəbə gediblər. Vətəndaş istənilən yerdə poliklinikada qeydiyyata düşə bilər. Bu tikili birgə nikah dövründə əldə edilmiş əmlakdır. Bu da məhkəmə qətnamələrinə əsasən öz təsdiqini tapır. Sənədləri sonradan başqa şəxsin adına dəyişmək qanunsuz və əsassızdır.
22. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş, iddianın rədd olunmasını xahiş etmişdir.
23. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə verdiyi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, qanunsuz tikiliyə köçürmə o hallarda həyata keçirilir ki, tikili həmin şəxsə məxsus olur və onun yaşamağa başqa yeri olmur. İşin hallarından da görünür ki, iddiaçı və onun ailə üzvləri Yasamal rayonu ərazisində 3 otaqlı mənzildə yaşayırlar, Qaradağ rayonunda qeydiyyatdadırlar. Tikili cavabdehin bacısının maliyyə vəsaiti hesabına tikilmişdir, bütün sənədləşmə işləri də bacısının adınadır. Tərəflərin nikahı pozulub və əmlak bölgüsü həyata keçirilməyib. 2008-ci ildə "SAS” MTK-dan əldə olunmuş mənzil də birgə nikah dövründə əldə edilmiş əmlakdır. Mənzil üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq daha rahatdır, nəinki qanunsuz tikili. Kommunal ödənişlərin edilməsi şəxsin mülkiyyət hüququnu təsdiq etmir. Cavabdeh də iddiaçı ilə birlikdə nikahları pozulanadək "xxxx" MTK-da olan mənzildə yaşamışdır. Cavabdeh iddiaçının və yetkinlik yaşına çatmamış övladlarının həmin MTK-dan olan mənzildə yaşamalarına etiraz etmir. Cavabdeh özü nikah pozulandan sonra bacısının razılığı ilə qanunsuz tikilidə yaşamağa başlayıb. Həmin vaxt qanunsuz tikiliyə köçürmə əsaslı olar ki, şəxsin yaşamağa yeri olmasın. Hazırda əmlakın bölgüsü ilə bağlı hər hansı iddia verilməyib, lakin çox güman ki, cavabdeh tərəfindən belə bir iddia veriləcək. Özbaşına tikili isə mülkiyyət deyil, burada mülkiyyət hüququ yoxdur. Poliklinikadan alınmış arayış uşaqlardan birinin hazırda yaşadıqları yer üzrə poliklinikada qeydiyyatda olmasını təsdiqləyir. Digər üç uşaq digər poliklinikada qeydiyyatdan çıxarılıb, lakin ora qeydiyyata salınmayıblar. Mənzili sonradan adına keçirməyinə baxmayaraq cavabdeh özü deyir ki, iddiaçının hazırda yaşadığı "xxxx" MTK tərəfindən verilmiş Bünyadzadə 12 ünvanında yerləşən mənzil birgə nikah dövründə əldə olunmuş mülkiyyətdir. Sonradan kiminsə adına keçirilib-keçirilməməsi müzakirə olunmur. Artıq həmin əmlak bölgünün predmetidir. Cavabdeh iddiaçının həmin mənzildə yaşamasına etiraz etmir. Həmin mənzil dörd otaqdan beş otağa döndərilmiş mənzildir. Övladlarının təminatı ilə bağlı da cavabdeh hər ay 530 manata yaxın aliment ödəyir. Onlarda olan məlumata görə iddiaçı tərəf alimentin miqdarının artırılması ilə bağlı iddia irəli sürmək istəyir. Cavabdeh öz öhdəliklərinin icrasından yayınmır. Mənzilə köçürülmə o zaman tətbiq olunar ki, onların yaşamağa yeri olmasın. Özbaşına tikilinin kimə məxsusluğu özü mübahisəlidir. Cavabdeh də bildirir ki, evin tikintisi zamanı bacısının vəsaitindən istifadə olunmuşdur, iddiaçı tərəf orada bir gün belə yaşamayıb. Tərəflərin birgə nikah dövründə əldə olunmuş kifayət qədər əmlakları, torpaq sahələri var. İddiaçının hazırda yaşadığı mənzildən çıxarılması ilə bağlı cavabdehin iddiası, narazılığı yoxdur. Hazırda mübahisəli ev cavabdehin bacısına məxsusdur. Burada digər tərəfin də hüquqlarına toxunulur. Hesab edir ki, iddia rədd olunmalıdır.
24. Birinci instansiya məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1-ci, 180-ci və 228.5-ci maddələrinə istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
25.1. İş materiallarında olan sənədlərdən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulduqdan sonra hal hazıradək İddiaçı övladları ilə birgə 09 fevral 2008-ci il tarixli müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 12 ünvanında 279 saylı mənzildə yaşayırlar və cavabdehin buna hər hansı bir etirazı yoxdur. İddiaçı tərəf qanunsuz tikiliyə köçürülməsini yaşamağa yerin olmaması ilə deyil, sadəcə öz hüququ olması ilə əsaslandırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının yaşayış yerinin olmasına baxmayaraq qanunsuz tikiliyə köçürülməsinə dair iddiası əsassızdır. Belə ki, iddiaçı sözügedən qanunsuz tikilinin birgə vəsait hesabına nikah dövründə tikilməsinə istinad edirsə, bununla bağlı gələcəkdə məhkəmə qaydasında qanunsuz tikilinin tikilməsinə sərf olunmuş vəsaitin bölgüsünə dair iddia qaldırmaq hüququ mövcuddur. 25.2. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. 25.3. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb əmlak hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir. Lakin, iddiaçı mübahisə predmeti olan qanunsuz tikiliyə köçürülməsi üçün kifayətedici sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının birgə nikah dövründə 09 fevral 2008-ci il tarixli müqavilə əsasında əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 12 ünvanında 279 saylı mənzildə yaşaması müəyyən olunmuşdur. 25.4. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır.
26. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, tərəflərin mübahisəsi gedən evi nikahları dövründə inşa etməklə orada yaşadıqlarının sübuta yetirildiyini nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
“X21 haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 81. Qanuna və ya digər X21a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
40. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə tərəflərin qarşılıqlı münasibətlərinin mahiyyətini səhv qiymətləndirməsi səbəbindən gəlməklə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
41. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
42. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları).
43. Özbaşına tikililərə köçürülmə tələbi ilə bağlı mübahisələrin həlli ilə əlaqədar vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.
44. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.
45. Hazırkı işin müəyyən olunan halı odur ki, tərəflər xx.xx.2003-cü il tarixdə ailə qurmuş, ünvan 4rləşən fərdi yaşayış evi isə təxminən 2014-cü ildə inşa edilmişdir.
46. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan həmin evin yaşayış sahəsi kimi istifadə edildiyi və tərəflərin ailə münasibətlərinin pozulmasına qədər evə dair kommunal xidmətlərlə (işıq, qaz, su) əlaqədar bütün müqavilələrin tərəfinin məhz Cavabdeh olduğu da işin mübahisəsiz halıdır.
47. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə nikahın pozulması barədə iddia qaldırmış, xx.xx.2022-ci il tarixdə müvafiq qətnamə qəbul olunmuş, bundan sonra Cavabdeh ərizələri əsasında sözügedən evlə bağlı kommunal xidmət müqavilələri bacısı Xalidə Əliyevanın adına dəyişdirilmişdir.
48. Qeyd olunmalıdır ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə həmin halı irəli sürən tərəfin üzərinə düşməkdədir.
49. Bu kontekstdə nəzərə alınmalıdır ki, mübahisəsi gedən həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, əgər evin tərəflərin nikahları dövründə inşa edildiyi müəyyən olunursa, bu hal evin ümumi əmlak hesabına inşa edildiyi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakların əvəzli əldə olunduğu, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında ər-arvadın hər ikisinin iştirak etdiyi qənaətinə gəlməyə əsas yaradır.
50. Bu zaman həm də nəzərə alınmalıdır ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini, yəni şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu mənada, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qisminə, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qisminə aid olunur.
51. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.
52. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının hazırda öz övladları ilə birlikdə cavabdehlə nikahları dövründə əldə etdikləri ünvan 1ndə yerləşən 279 saylı mənzildə yaşaması, onun və uşaqlarının mübahisəsi gedən evə köçürülmələrinə maneə törədən hal kimi qəbul edilə bilməz.
53. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh inkar etsə də, işin hallarından tərəflərin 2015-ci ildən sonra münasibətlərinin pozulduğu dövrədək məhz ünvan 4rləşən fərdi yaşayış evində yaşayıb orada birlikdə təsərrüfat apardıqları məlum olur.
54. Nikahın (münasibətlərinin) pozulmasından sonra cavabdehin davranışları da o qənaətə gəlməyə əsas verir ki, o, mübahisəsi gedən fərdi yaşayış evinə dair iddiaçının tələb irəli sürməsinin qarşısını almağa cəhd etmiş, həmin evin bacısına məxsus olduğu görüntüsünü yaratmağa çalışmışdır.
55. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X22rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
56. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi isə tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır.
57. Kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında ədalətli tarazlıq iddia tələbinin təmin olunması ilə qoruna bilər.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1134/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi təmin edilsin. İddiaçı uşaqları X16, X9 və X19 ilə birlikdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 150 (yüz əlli) manat Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə