Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4351/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8rşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2025-ci il tarixli qətnamədən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil, cavabdeh X13 nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında cavabdeh X13 verdiyi xx.xx.2024-cü il tarixli, 1113-K nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ona əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vətən müharibəsi veteranı, pensiyaçı olan iddiaçı, "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli 101-K saylı əmrinə əsasən həmin tarixdən etibarən ASC-nin X10 Şöbəsində mühəndis vəzifəsində işə başlamışdır. xx.xx.2017-ci il tarixdə isə iddiaçı həmin Şöbənin rəisi vəzifəsinə təyin edilmişdir. ASC üzrə verilmiş xx.xx.2019-cu il tarixli, 389-K nömrəli əmrlə iddiaçı, ASC-nin Anbar Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya tutduğu Anbar Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşdüyü və 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçının işlədiyi ştat vahidi (Anbar Təsərrüfatı İdarəsinin rəis müavini) ixtisara düşdüyünə görə iddiaçıya PHŞ-in Binəqədi rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin rəisi vəzifəsi üzrə iş təklif edilmişdir. İddiaçı təklif olunan vəzifələrdə işləməkdən imtina etmişdir. Barəsində tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Aktı İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli, Hüquq şöbəsinin müdiri Leyla Məmmədova, İnsan resursları və kargüzarlıq şöbəsinin baş məsləhətçiləri Ayşən Əliyeva və Svetlana Şıxverdiyeva öz imzaları ilə təsdiq etmişlər. PHŞ-in xx.xx.2024-cü il tarixli, 1113-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” ştat vahidi ixtisar edildiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən ASC-də 12 il 4 ay 2 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinətinin verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 30 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/1 nömrəli əmri ilə təsdiq edilmiş cavabdeh PHŞ-in aparatının yeni ştat cədvəlində və cavabdeh PHŞ-in yeni strukturunda Anbar Təsərrüfatı İdarəsi saxlanılmışdır. Buna görə də iddiaçı hesab edir ki, “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdə ştat ixtisarının zəruriliyi əsaslandırmamışdır. Cavabdeh PHŞ-in tərkibində olan Anbar Təsərrüfatı İdarəsinin rəis müavini ştatı ləğv edilməmiş və həmin ştatlara başqa şəxslər təyin edilmişdir. Hazırda həmin vəzifədə X6 çalışır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən dərhal sonra yeni müavinin təqdim edilməsi olmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi ştat vahidinin (Anbar Təsərrüfatı İdarəsinin rəis müavini) ixtisara salınması və bununla bağlı olaraq onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi formal və qanunsuz olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 232 nömrəli qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən, xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. Lakin, hazırkı mübahisə üzrə iddiaçı, Anbar Təsərrüfatı İdarəsinin rəis müavini olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə heç bir razılaşdırma aparılmamış, idarə heyəti sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməlidir. Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin sədri Akif Məmmədov tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə heyətinin sədri Köçərli Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. X7 Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubdan aydın şəkildə görünür ki, həmin məktub Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış və araşdırma aparmadan, heç bir iclas keçirilmədən cavabdeh müəssisəyə razılıq məktubu ünvanlamışdır. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməyib. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir. xx.xx.2024-cü il tarixdə, iddiaçıya, tutduğu vəzifə - Energetika şöbəsinin rəis müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 9 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 9 həftə isə xx.xx.2024-cü il tarixdə tamam olmuş, lakin, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməmişdir. Xəbərdarlıq müddəti bitməsindən 4 aydan artıq vaxtın keçməsindən sonra (yəni xəbərdarlıq bildirişinin verilməsindən 4 ay sonra) xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, xəbərdarlıq müddəti ilə işdənçıxarma əmri arasında bu qədər uzun müddət fərqinin olması özlüyündə ştat ixtisarının qanunsuzluğundan və hüquqazidd şəkildə həyata keçirilməsindən xəbər verir. Həmçinin qeyd edilməlidir 9 təqvim həftəsi bitdikdən sonra ştat ixtisarı əmrinin verilməməsi özlüyündə ştat ixtisarı prosesinin həyata keçirilmədiyini və öz əhəmiyyətini itirdiyini sübuta yetirir. Bu səbəbdən də yenidən ştat ixtisarı ilə bağlı tədbirlər keçirilməli olduğu halda bu tədbirlər yenidən həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli, 1113-K saylı əmri qanunsuz, əsassız və qərəzli olaraq verildiyindən ləğv edilməli, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmalıdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə iştirakı və verdikləri izahatlar barədə məlumat
3. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
4. Cavabdeh PHŞ-in nümayəndəsi Lalə Seyidəliyeva iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” ləğv edilərkən PHŞ tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Buna görə də, o, iddia tələbinin təmin edilməməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın tam həcmdə təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilərkən işə götürən – cavabdeh PHŞ tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Mübahəsiləndirilən əmrdən görünən odur ki, işəgötürən tərəfindən hər hansı əsaslandırma aparılmamış, sadəcə ştat vahidinin ixtisara düşməyi göstərilməklə əmək müqaviləsi ləğv edilmişdir. Halbuki, ştat vahidinin ixtisara düşməyi ilə işçinin əmək fəaliyyətinin davam etdirməsinin qeyri-mümkünlüyü arasındakı səbəbli əlaqə şərh edilməli, işçinin işdə saxlanılması yönündə hansı tədbirlər görüldüyü göstərilməlidir. Digər tərəfdən, cavabdeh PHŞ tərəfindən ştatların ixtisarı əsası ilə iddiaçının “Əmək müqaviləsinin” ləğv edilməsi zamanı görülən və görülməli olan tədbirlər arasındakı uyğunsuzluq iş materialları ilə öz təsdiqini tapır. İddiaçının işləmiş olduğu Anbar Təsərrüfatı İdarəsi üzrə hər hansı ixtisarın aparıldığı işdəki sənədlərdən müəyyən olunmur. Cavabdeh tərəf bu halı təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Belə olan halda iddiaçının işlədiyi idarə rəisinin müavini ştatının ixtisar edildiyi əsası ilə sonradan iddiaçının əmək müqaviləsinin ləğv edilməsi anlaşılmazdır, bunun hansı zərurətdən irəli gəldiyi göstərilməmiş, cavabdeh tərəfindən hər hansı tutarlı dəlil ortaya qoyulmamışdır. d) apellyasiya şikayəti və şikayətə qarşı verilmiş etiraz barədə məlumat
7. Cavabdeh PHŞ həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X16 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/1 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturu təsdiq edilmişdir. Həmin əmrə əsasən PHŞ-in ştat vahidlərinin sayı 14.000-dən 7.700-dək azaldılmış, PHŞnin aparatının ştat vahidi isə 180 olmuşdur. Qeyd olunan əmrə istinadən iddiaçıya xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Daha sonra iddiaçının “Əmək müqaviləsinin” ləğv edilməsinə münasibət bildirilməsi barədə Azərbaycan Su təsərrüfatı X2 Respublika Komitəsinə xx.xx.2024-cü il tarixli müraciət ünvanlanmış və həmkarların xx.xx.2024-cü il tarixli 71 nömrəli cavabında “Əmək müqaviləsinin” ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya iş axtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarların razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir. Bu faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Həmkarlar təşkilatının qərar deyil, məktub formasında etiraz etməməsinə dair qeyd edir ki, Həmkarlar təşkilatı müstəqil qurumdur və cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən həmin təşkilatın fəaliyyətinə müdaxilə edə bilməz.
9. İddiaçının vəkili (nümayəndəsi) tərəfindən verilmiş və iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən “şikayətə etirazda” qeyd edilir ki, apellyasiya şikayətinin dəlilləri əsassızıdır və buna görə də Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. Cavabdeh PHŞ-in nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.
11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, “Elektron məhkəmə” İnformasiya Sistemindən görünür ki, iddiaçı müharibə veteranıdır və o bununla bağlı pensiya alır.
14. İddiaçının adına olan “Əmək kitabçasından” görünür ki, iddiaçı, "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli 101-K saylı əmrinə əsasən həmin tarixdən etibarən ASC-nin X10 Şöbəsində mühəndis vəzifəsində işə başlamışdır. xx.xx.2017-ci il tarixdə isə iddiaçı həmin Şöbənin rəisi vəzifəsinə təyin edilmişdir. ASC üzrə verilmiş xx.xx.2019-cu il tarixli, 389-K nömrəli əmrlə iddiaçı, ASC-nin Anbar Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
15. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in işçilərinin say həddi 7.700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir. "xxxx" ASC-nin Anbar Təsərrüfatı idarəsinin 2024-cü il üçün ştat cədvəlinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən idarədə 1 idarə rəisi və 2 idarə rəisinin müavini vəzifəsini mövcud olmuşdur. "xxxx" ASC-nin Aparatının tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşmüş nomenklatur işçilərinin siyahısından görünür ki, iddiaçının tutduğu vəzifə - Anbar Təsərrüfatı idarəsi üzrə idarə rəisinin müavini vəzifəsi ixtisara düşmüşdür.
16. Ştat vahidinin ixtisara düşməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi, onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə cavabdeh PHŞ tərəfindən xəbərdar edilmişdir.
17. Cavabdeh PHŞ-in sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla xahiş edilmişdir ki, məktuba əlavə edilmiş siyahıda adları göstərilən şəxslərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilsin.
18. Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 71 nömrəli məktubundan görünür ki, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir.
19. Cavabdeh PHŞ-in İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş PHŞ-in Anbar Təsərrüfatı idarəsinin 2024-cü il üçün ştat cədvəlindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdən etibarən Anbar Təsərrüfatı idarəsində 1 idarə rəisi və 1 idarə rəisinin müavini olmaqla cəmi 2 ştat mövcud olmuşdur.
20. İşdə olan xx.xx.2024-cü il tarixli akta əsasən Anbar Təsərrüfatı İdarəsinin rəis müavini – iddiaçının ştat vahidi ixtisara düşdüyünə görə ona PHŞ-in Binəqədi rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin rəisi vəzifəsi üzrə iş təklif edilmişdir. İddiaçı təklif olunan vəzifələrdə işləməkdən imtina etmişdir. Barəsində tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Aktı İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli, Hüquq şöbəsinin müdiri Leyla Məmmədova, İnsan resursları və kargüzarlıq şöbəsinin baş məsləhətçiləri Ayşən Əliyeva və Svetalana Şıxverdiyeva öz imzaları ilə təsdiq etmişlər.
21. PHŞ-in xx.xx.2024-cü il tarixli, 1113-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” ştat vahidi ixtisar edildiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, iddiaçıya Əmək Məcəlləsinin 77ci maddəsinin 3-cü hissəsinə əsasən ASC-də 12 il 4 ay 2 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinətinin verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 30 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir.
22. Qeyd edilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının “Əmək müqaviləsinə” ixtisar əsası ilə xitam verilməsi zamanı işəgötürən – cavabdeh PHŞ tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.
23. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbinə görə, işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
24. Hazırkı işin materiallarından isə görünür ki, cavabdeh PHŞ həmin maddənin tələblərinə riayət etməmişdir. Cavabdeh tərəfindən ştatların ixtisarı əsası ilə iddiaçının əmək müqaviləsinin ləğv edilməsi zamanı görülən və görülməli olan tədbirlər arasındakı uyğunsuzluq iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçıya xx.xx.2024-cü il tarixdə, həmin tarixdən tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşdüyü barədə xəbərdarlıq göndərilsə də, həmin tarixdə ştat vahidinin ixtisarı barədə əmr təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə artıq xx.xx.2024-cü il tarixdən etibarən idarədə 1 idarə rəisi və 1 idarə rəisinin müavini vəzifəsinin saxlanıldığı müəyyən olunur, idarə üzrə əvvəllər mövcud olmuş 2 idarə rəisinin müavini vəzifəsindən birinin dəqiq nə vaxt, hansı əmrlə ixtisara düşdüyü isə müəyyən deyil. Bundan əlavə, sözügedən xx.xx.2024-cü il tarixli xəbərdarlıqla iddiaçıya əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi xəbərdarlıq edilmişdir. Lakin xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçının əmək müqaviləsi ləğv edilməmiş, daha sonra xx.xx.2024-cü il tarixdən idarədə cəmi 1 idarə rəisinin müavini ştatının saxlanıldığı əmrlə təsqid edilsə də iddiaçının əmək müqaviləsi yenə də ləğv edilməmiş, bu barədə əmr xx.xx.2024-cü il tarixdə verilmişdir.
25. Bunları nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
26. İşçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə iddiaçı on ildən artıq müddət cavabdeh təşkilatda çalışmış, ixtisarlar aparılanadək “idarə rəisinin müavini” vəzifəsində işləmiş, eyni zamanda müharibə iştirakçısı olmaqla “müharibə veteranı” statusuna malik şəxsdir. Cavabdeh isə ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, sərbəstləşdirilmiş iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir.
27. Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi sadalanmışdır, işin halları ilə isə sübut olunur ki, iddiaçı bu dairədə olan şəxsdir. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda digərləri ilə yanaşı müharibə iştirakçılarına üstünlük verməlidir. İddiaçının müharibə iştirakçısı olması isə həm təqdim etdiyi vəsiqə, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə təyin olunan pensiya növünü alması ilə təsdiq olunur.
28. Apellyasiya şikayətdə göstərilmişdir ki, cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarların razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir. Bu faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Həmkarlar Təşkilatının qərar deyil, məktub formasında etiraz etməməsinə dair qeyd edir ki, Həmkarlar Təşkilatı müstəqil qurumdur və cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən onun fəaliyyətinə müdaxilə edə bilməz.
29. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. İş materiallarına Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin “ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir” məzmunlu, xx.xx.2024-cü il tarixli məktubu əlavə edilsə də, bu məktub özlüyündə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz. Ona görə ki, ilk növbədə Həmkarlar ittifaqı tərəfindən “siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir” məzmunlu məktubunun hazırkı iş üzrə iddiaçıya aidiyyəti müəyyən edilmir. Qanuna əsasən, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı və ən əsası Həmkarlar ittifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2024-cü il tarixli ümumi məzmunlu məktub göndərilərək siyahıda adları qeyd olunan şəxslərin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi xahiş edilmiş, komitə isə cəmi 2 gün sonra cavab məktubu tərtib edərək qaldırılan məsələyə etiraz etmədiklərini bildirmişdir.
30. Məhkəmə həmçinin qeyd edir ki, Həmkarlar Təşkilatının müstəqil qurum olması cavabdehin bu təşkilatdan müvafiq qərarın təqdim edilməsini istəməsinin qarşısını almır. İşin hallarından isə görünür ki, cavabdeh PHŞ həmin qərarın verilməsini Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsindən tələb etməmişdir.
31. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının işləmiş olduğu Anbar Təsərrüfatı İdarəsi üzrə hər hansı ixtisarın aparıldığı işdəki sənədlərdən müəyyən olunmur. Cavabdeh tərəf bu halı təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Belə olan halda iddiaçının işlədiyi idarə rəisinin müavini ştatının ixtisar edildiyi əsası ilə sonradan iddiaçının əmək müqaviləsinin ləğv edilməsi anlaşılmazdır, bunun hansı zərurətdən irəli gəldiyi göstərilməmiş, cavabdeh tərəfindən hər hansı tutarlı dəlil ortaya qoyulmamışdır.
32. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi
33. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
36. Bundan başqa Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığı üçün iş üzrə iddiaçı hazırkı qətnamədə kassasiya şikayəti verə bilməz, cavabdeh PHŞ isə bu kimi hüquqa malikdir.
37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.