Məhkəmə qərarları › İş №2(103)-4353/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4353/2023

16.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4353/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) “mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanında 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.metr yaşayış sahəsindən, 65.3 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini onun yeganə vərəsəsi (əri) olaraq qəbul etməsi üçün qanunla nəzərdə tutulmuş müddətin tərəfindən ötürülməsinin üzrlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadı ilə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddiaya mahiyyəti üzrə baxılıb müvafiq qətnamənin qəbul edilməsi, əks təqdirdə şikayətin işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə dövlət rüsumu 50 manat məbləğində müəyyən edilir. Həmin Qanunun 9.1 və 9.1.17-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Apelyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Halbuki yuxarıda qeyd edilən maddələrdən göründüyü kimi hazırda şikayət verilən məhkəmə aktı iş üzrə icraata xitam verilməsi haqqında qərardaddır və bu qərardaddan verilən şikayət üzrə dövlət rüsumu ödəniməlidir. Belə olan halda kollegiya hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya qanunla nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanından istifadə olunması barədə vəsatət şikayətə əlavə edilmədiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadından İddiaçı verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar