Məhkəmə qərarları › İş №2(103)-4360/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4360/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4360/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26dekabr 2019-cu il tarixli, 2(004)-7149/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 30000 ABŞ dolları məbləğində borcun (ödənildiyi günə məzənnə ilə) və 31 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2018-ci ilin mart ayının 18-də borc olaraq hal-hazırda yaşadığı evdə 30000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxt cavabdeh onun qızı Ülkərin həyat yoldaşı idi. Bir müddət keçəndən sonra o, cavabdehdən pulun qaytarılmasını tələb etmiş, lakin sonuncu ona bildirmişdir ki, həmin pulları öz dostu Anara verib. Cavabdehin dediklərinin mötəbərliyini oyrənmək üçün o, cavabdehin dostu olan Anarla bir neçe dəfə görüşmüş və ondan pulunun qaytarılmasını tələb etmiş, lakin hər-hansı bır nəticə əldə edə bilməmişdir. Anarın deməsinə görə də pulun bir hissəsini Məcidə qaytarmışdır. O, bir daha bildirir ki, pulu Anara deyil, Məcidə vermişdir. Ondan da tələb edir. O, pulunu ala bilmədiyinə görə məcbur olub Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəsmi olaraq müraciət etmiş və araşdırma nəticəsində onun müraciətində göstərdiyi xüsusatlarla bağlı yaranmış mübahisə ilə əlaqədar olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hal-hazırda qızı Ulkərin və cavabdehın arasında olan nikaha xitam verilib və cavabdehdən ona verdiyi borc pulunu geri qaytara bilmir. O, cavabdehdən verdiyi pulu ala bilmədiyindən və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənın həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26dekabr 2019-cu il tarixli, 2(004)- 7149/2019 saylı qətnaməsi ilə (hakim Emin Mehdiyev) iddia ərizəsi təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, vəsatət verməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş X1 şikayəti üzrə aparılmış araşdırma materiallarının tələb olunmamasını, halbuki həmin araşdırma materiallarında cavabdehin ondan 30000 ABŞ dolları pul götürməsi barədə izahat verməsini və s. göstərmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişlər ki, vəsatət verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının şikayəti əsasında Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil X3 aparılımış araşdırma materiallarını tələb etməmişdir. Halbuki, cavabdeh araşdırma zamanı sərbəst iradəsi əsasında yazılı izahat yazmış və izahatında iddiaçıdan 30000 ABŞ dolları pul almasını etiraf etmişdir.Hesab edir ki,cavabdehin izahatı yazılı sübut sayılır və məhkəmə tərəfindən nəzərə alınmalıdır.Cavabdeh apellyasiya baxışı zamanı həmin ərizəni yazmasını təsdiq etmiş, lakin izahatı guya iddiaçının xahişi əsasında yazmasını göstərmişdir. Halbuki, iddiaçı cavabdehdən belə bir izahat yazmasını xahiş etməmişdir. Cavabdeh pulun qaytarılmasından yayınmaq üçün hazırda belə təkzib verir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək,birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişlər ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil X3 iddiaçının şikayəti üzrə araşdırma aparılımış, araşdırma zamanı o, yazılı izahat yazmış,izahatında iddiaçıdan 30000 ABŞ dolları pul almasını göstərmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş izahat ona məxsusdur. Lakin, həmin izahatda iddiaçıdan 30000ABŞ dolları pul almasını qeyd etməsi həqiqətdə belə bir hadisənin baş verməsi demək deyildir. Belə ki, onun Anar Həsənov adlı şəxslə əvvəllər dostluq və işgüzar münasibətləri olmuş, bu istiqamətdə Anara pul vermiş, lakin sonuncu pulu qaytarmadığından pulunu tələb etmişdir. Həmin vaxtı iddiaçı olan qaynatası pulu Anardan almağın yolunu bildiyini,bunun üçün Anardan Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil X3 şikayət etməsini təklif etmiş,o isə Anarla dostluq münasibətlərinin olmasını,Anarın tutulmasını istəməməsini,ondan hüquq mühafiəzə orqanlarına şikayət etmək istəməməsini bildirmişdir.Bu səbəbdən iddiaçı özünün Anardan şikayət edəcəyini bildirmiş,lakin Anarla birbaşa işgüzar münasibətlərinin olmaması səbəbindən şikayətinin qəbul olunmayacağını demişdir.Ona görə də guya Anara verilmiş pulun 30000ABŞ dollarının ona məxsus olması barədə izahat verməli olmasını ona bildirmişdir.O,əvvəl buna razı olmasa da sonradan atasının da təkidi və xahişi ilə razılaşmışdır.Çünki,pulunun qaytarılmasını istəyirdi.İddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edəndən sonra onu da dəvət etmişlər və orada Anara verdiyi pulların 30000ABŞ dolları hissəsinin guya iddiaçıya məxsus olması,həmin pulu iddiaçıdan alaraq Anara verməsi barədə izahat vermişdir.Göründüyü kimi,izahatda iddiaçıdan 30000ABŞ dolları pul alması barədə yazdığı izahat reallığı əks etdirmir. Cavabdehin həmin vaxtı maddi vəziyyəti yaxşı olmuş,iddiaçıdan borc pul almasına hər hansı zərurət olmamışdır.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən –iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmışdır. Halbuki, iddiaçı birinci instansiya məhkəməsinə vəsatət verərək Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil X3 aparılmış araşdırma materiallarının tələb olunmasını, orada cavabdehin ondan 30000 ABŞ dolları pul alması barədə sübutun (izahatın) olmasını, həmin sənədlərin ona təqdim olunmamasını göstərmişdir. MPM-nin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. İşdə olan sənədlərdən (müraciət, teleqram və s.) görünür ki, iddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil X3 aparılmış araşdırma materiallarının təqdim olunması üçün müraciətlər etmiş, lakin həmin sənədlər ona təqdim olunmamış, yalnız mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Bu səbəbdən də,apellyasiya şikayətinin dəlillərinə tam,hərtərəfli və obyektiv hüquqi qiymət verilməsi üçün apellyasiya icraatı zamanı iddiaçının tələb etdiyi araşdırma materiallarının Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil X3n tələb olunması istiqamətində müvafiq sorğu verilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən iddiaçının şikayəti üzrə toplanmış materiallardan zəruri sənədlərin təsdiq olunmuş surətləri təqdim olunmuşdur (həmin sənədlər iddiaçının, cavabdehin, X6 və X8 izahatlarından ibarətdir). Həmin sənədlərdə olan, cavabdeh tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazılmış yazılı ərizədən görünür ki, o, X13 ilə bir məktəbdə təhsil almasını, dostluq münasibətlərinin olmasını, Anarın ondan biznesinin qurulması üçün pul almasını və qaytaracağına söz verməsini, həmin puldan 51000manat hissəsini qaynatası İddiaçı almasını, sonradan dəfələrlə qaynatasının pulu tələb etməsini, lakin qaytara bilməməsini, həmin pulu Anara verməsini göstərmişdir. Həmin sənədlərdə olan, X8 izahatından görünür ki,o,Cavabdeh ilə sinif yoldaşı olmasını,İddiaçı Məcidə görə tanımasını,2017-ci ilin may-iyun aylarında Məcidlə razılaşmışlar ki,Məcid ona pul verəcək o da maşın alveri ilə məşğul olub həm özü pul qazanacaq,həm də Məcidə xeyir verəcək. Bundan sonra Məcid ona bir neçə dəfə müxtəlif məbləğlərdə pullar vermiş, təxminən 2017-ci ilin may ayından 2018-ci ilin may ayınadək olan müddətdə hissə-hissə 103000 manat pul almış, həmin puldan 32000 manat hissəsini Məcidə qaytarmış,71000 manat hissəsini isə qaytara bilməmişdir. Çünki, maşın alverində ziyana düşmüşdür. Lakin, qalıq pulu Məcidə hissə-hissə qaytarmağa hazırdır. Sonradan Məcid ona bildirmişdir ki, verilmiş pulların içərisində həm onun,həm də qaynatası İddiaçı pulu olmuşdur. Həmin sənədlərdə olan,İddiaçı izahatından görünür ki,o,kürəkəni olan Cavabdeh müraciəti əsasında ona 30000ABŞ dolları pul vermişdir.Məcid həmin pulu X13 adlı tanışı ilə müəyyən işlər və biznes marağı naminə almasını,bunun müqavilində gəlir əldə edəcəklərini bildirmişdir.O,həmin pulu Məcidə vermiş,lakin pulun ilin sonunda ona lazım olacağını da demişdir.Sonradan ona məlum olmuşdur ki,Anar Məciddən 100000manatdan artıq pul almış,müxtəlif bəhanələrlə qaytarmamışdır.Avqust ayının 11-də Anarı çağırıb Məcidin atasının evində söhbət etmişlər və Anar söz vermişdir ki,Həm Anarın,həm də onun 30000ABŞ dolları pulunu qaytaracaq,lakin qaytarmamışdır. Həmçinin,birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, iddiaçının yaxın ailə dostudur və Cavabdeh da tanıyır. Cavabdeh əvvəl iddiaçının kürəkəni idi. İddiaçı ona 2018-ci ilin avqust ayında Cavabdeh 30000 ABŞ dollan məbləğində pul borc verdiyini bildirmişdir. Sonra iddiaçının yaxın dostu kimi cavabdeh və onun atası ilə birlikdə cavabdehin pulu verdiyi dostu Anarla görüşmüş, söhbət əsnasında məlum olmuşdur ki, Anar və Məcidə şəxsi biznes əlaqəsi üçün pul lazım olduğu üçün Məcid borc almış və qaytaracağını bildirmişdir. O, borc verilən zaman iştirak etməmişdir. Göründüyü kimi,istər iddiaçının,istər cavabdehin,istərsə də X8 izahatlarının,həmçinin şahid ifadəsinin müqayisəli təhlili onu deməyə əsas verir ki,cavabdeh iddiaçıdan həqiqətən 30000 ABŞ dolları (məzənnə üzrə 51000 manat) pul almışdır. Cavabdeh izahatı iddiaçının xahişi üzrə yazmasını, məqsədin iddiaçının X7 şikayət etməsinə zəmin yaratması olmasını bildirsə də,etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Apellyasiya icraatı zamanı cavabdehin vəsatətinə əsasən dindirilmiş şahidlərin ifadələri də vəziyyəti dəyişdirmir. Belə ki, cavabdehin vəsatətinə əsasən şahid qismində ifadə vermiş X13 göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazılmış izahatlarını təsdiq edir. İzahatları verərkən ona hər hansı təsir və ya hədə qorxu olunmamışdır. Həqiqətən Məcidlə uşaqlıq dostu olmuş və təqribən 2017-2018-ci illər arası cavabdehlə işgüzar münasibətləri yaranmış,cavabdeh ona hissəhissə təqribən 103000manat pul vermiş,o da maşın alveri ilə məşğul olmuş,pul qazanmışdır.Lakin,sonradan işləri düz gətirməmiş,cavabdehə pulun bir hissəsini qaytarmış 71000manat borcu qalmışdır.Cavabdeh ona bildirmişdir ki,ona verdiyi pulların 51000manat hissəsini qaynatası İddiaçı almışdır. Lakin, cavabdeh bir müddət sonra ona iddiaçıdan pul alıb ona verməməsini,belə bir izahatı iddiaçının xahişinə əsasən yazmasını, məqsədin isə iddiaçının ondan hüquq mühafizə orqanlarına şikayət edə bilməsi olmasını demişdir. Göründüyü kimi şahid X13 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil X3 yazılmış izahatlarını təsdiq etmiş, həqiqətən cavabdehin ona iddiaçıdan pul alaraq verməsini bildirməsini qeyd etmişdir. Şahid yalnız cavabdehin sonradan ona bildirməsinə görə cavabdehin iddiaçıdan pul almamasını,izahatı iddiaçının xahişi üzrə bu istiqamətdə yazmasını bildiyini qeyd etmişdir ki, məhkəmə kollegiyası həmin ifadəni şahidlə cavabdehin yaxın dostluq münasibətlərində olmasını, şahidin cavabdehin bildirdikləri üzrə belə ifadə verməsini nəzərə alır. Bununla yanaşı, cavabdehin vəsatətinə əsasən şahid qismində ifadə vermiş X14 göstərmişdir ki, cavabdeh onun oğlu, iddiaçı isə keçmiş qudasıdır. Oğlunun maddi imkanı həmişə yaxşı olmuş, iddiaçıdan borc pul almasına ehtiyacı olmamışdır. Həqiqətən onun evində iddiaçının, cavabdehin və X8 iştirakı ilə görüş olmuş, söhbət məhz Anarın oğlundan aldığı pulun qaytarılması istiqamətində aparılmış, Anara verilmiş pulun bir hissəsinin iddiaçıya məxsus olması barədə ifadə işlədilməmişdir. Oğlunun Baş Mütəşəkkil X3 verdiyi izahatı, yəni pulun bir hissəsinin iddiaçıya məxsus olması, iddiaçıdan 51000 manat pul alaraq cavabdehə verilməsi barədə yazdıqları həqiqətə uyğun deyildir. O, oğluna belə bir izahat yazmasını xahiş etməmişdir.Hesab edir ki,iddiaçının bildirdikləri həqiqətə uyğun deyildir, oğlu iddiaçıdan 30000 ABŞ dolları pul almamış,həmin pulu Anara verməmişdir. Şahid ifadəsindən göründüyü kimi, şahid cavabdehin atası (yaxın qohumu) olmaqla, əsasən cavabdehin ona bildirdikləri əsasında ifadə vermişdir. Eyni zamanda şahid ifadəsində dolayısı ilə iddiaçının bildirdikldərini,yəni onun evində iddiaçının,cavabdehin və X8 iştirakı ilə görüşün olmasını təsdiq etmiş,lakin həmin söhbətlər zamanı Anara verilmiş pul vəsaitlərinin bir hissəsinin iddiaçıya məxsus olması barədə fikirlərin olmamasını qeyd etmişdir. Bununla yanaşı,cavabdehlə şahid ifadəsi arasında ziddiyyətli məqamlar olmuş,cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil X3ki izahatını,həmçinin atasının təkidi və xahişi ilə yazmasını bildirsə də,şahid ifadəsində cavabdehə belə bir xahiş etməməsini qeyd etmişdir. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki,cavabdehin izahatı yazılı sübut kimi qəbul edilməlidir,çünki cavabdeh iddiaçıdan pul almasını etiraf etmişdir. Eyni zamanda,işdə olan Yasamal RPİ-nin İŞ-nin xx xxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ərizə ilə Yasamal RPİ-nə müraciət edərək, 2019-cu ilin mart ayında yaşadığı evə gələn zaman evdə olan ona məxsus seyfdən 130000 ABŞ dolları, 10000 Evro pulların və 40000 manat dəyərində qızıl-zinət əşyalarının Amil və Samir Kərimovlar tərəfındən götürülməsi barədə məlumat vermişdir. Araşdırma nəticəsində Cavabdeh bildirdiyi 130000 ABŞ dolları, 10000 avro, 40000 manat dəyərində qızıl zinyət əşylarının və özünə məxsus sənədlərin arvadı Ülkər Hacıyeva, X15, X16 və İddiaçı tərəfındən oğurlanması faktı başqa sübutlarla təsdiqini tapmamışdır. Odur ki, toplanmış material üzrə hər hansı bir cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilən qərardan həmçinin görünür ki, araşdırma zamanı izahatları alınmış İddiaçı, X11, X5 Məcid Akif oğlunun şikayətinin əsassız olmasını bildirməklə yanaşı, eyni zamanda Məcidin Anar adlı şəxsə 100000 manat pul verməsini, həmin pulun bir hissəsinin Amilə məxsus olmasını, bu istiqamətdə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil X3 araşdırma aparılmasını bildirmişlər. Göründüyü kimi, cavabdehin şikayəti üzrə digər hüquq mühafizə orqanında aparılan araşdırma zamanı da qeyd edilən hallarla bağlı analoji izahatlar verilmişdir. Beləliklə,məhkəmə kollegiyası işdə olan sübutları araşdıraraq hesab edir ki,cavabdehin iddiaçıdan 30000 ABŞ dolları alması və qaytarmaması müəyyən olunur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmşdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı,iddia təmin olunmalı,cavabdehdən iddiaçının xeyrinə 30000ABŞ dolları (ödənildiyi anda Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə)pul tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddianın təmin olunması nəticəsinə gəldiyindən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, həmin məbləğ sonuncudan iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-7149/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-7149/2019 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 30000 (otuz min) ABŞ dolları (ödənildiyi anda Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul, həmçinin ödənilmiş dövlət rüsumu ilə əlaqədar 30(otuz) manat tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar