Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4360/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi Nümayəndə, Maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı xüsusi icraat qaydasında verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(004)-1772/2022 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı xüsusi icraat qaydasında verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, X1 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(004)- 1772/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, X1 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004- cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktı müəyyən edilmişdir. Qətnamədən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxslər apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(004)-1772/2022 nömrəli qətnaməsi ləğv edilməli və işin icraatına işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi qanunvericilikdə hüquqi əhəmiyyətli faktların məhkəmə tərəfindən müəyyən edilə bilməsi halları göstərilmişdir. Ərizəçi hazırda X1 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktının müəyyən edilməsini tələb etsə də, məhkəmə qaydasında müəyyən edilməsini xahiş etdiyi hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair hər hansı sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən Kollegiya qeyd edir ki, ərizəçi hazırki məsələ ilə bağlı əvvəlcə aidiyyəti üzrə səlahiyyətli orqana, yəni Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmçinin qətnamə icra olunduğu üçün onun icrasında dönüş də həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(004)- 1772/2022 nömrəli qətnaməsi ləğv edilsin və işin icraatına işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İş üzrə icrada dönüş edilərək, adıçəkilən qətnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, 905 saylı bağ sahəsi üzərində X3 adına aparılmış dövlət qeydi ləğv edilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4360/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4360/2023
18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver