Məhkəmə qərarları › İş №2(103)-4364/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4364/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4364/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi və s tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-223/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli, 2019/00653 saylı kredit müqaviləsi üzrə 20.226,19 manat əsas, 3.290,13 faiz, 700 manat dəbbə pulu olmaqla, ümumilikdə 23.443,23 (iyirmi üç min dörd yüz qırx üç manat, iyirmi üç qəpik) manat məbləğində pul, habelə 190 manat ödənilmiş dövlət rüsumunun 133 (yüz otuz üç) manatı alınaraq iddiaçı «Kəpəz” BOKT MMC-yə ödənilməsi, tutma ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında olan, ümumi sahəsi 63,70 kv.m olan 9 nömrəli mənzilə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 130.500 (yüz otuz min beş yüz) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh qaytarılması, ipoteka predmeti hərracda satıldıqdan sonra ünvan 1 ünvanında olan, ümumi sahəsi 63,70 kv.m olan 9 nömrəli mənzili boşaldılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3492/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməsi, mülki iş Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hazırda iddiaçı «Kəpəz BOKT” MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv olunmasını və qətnamədən verilmiş şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən iddiaçı olduğu mülki iş üzrə Nəsimi rayon məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(006)-223/2023 saylı qətnaməsindən verilən apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə əsasən həmin məcəlləyə 2 saylı Əlavəyə uyğun olaraq hazırlanmış və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi rayon məhəkəməsinə göndərilmişdir. Sözügedən Qərardad xx.xx.2023cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yüklənmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardaddı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət etməmişdir. Həmçinin, Formanın 8-ci bəndində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. İddiaçı bu hissəyə ümumiyyətlə hər hansı bir qeyd aparmamaqla münasibət bildirməmişdir. Həmçinin Formanın 9-cu bəndində bəndində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər hissəsində də iddiaçı ümumiyyətlə hər hansı bir qeyd aparmamaqla münasibət bildirməmişdir. Həmçinin Formanın 10-cu bəndində birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməli və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. İddiaçı bu hissəyə də ümumiyyətlə hər hansı bir qeyd aparmamaqla münasibət bildirməmişdir. Həmçinin Formanın 11-ci bəndində birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər hissəsində qeyd edilmişdir ki, bu hissədə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar göstərilir. Həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməlidir. İddiaçı bu hissəsni də boş buraxaraq bu hissəyə ümumiyyətlə hər hansı bir qeyd aparmamışdır. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla şikayətin dəlilləri əsassızdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar