Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4366/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ədərək, Cavabdeh MMC-yə əvvəlki işinə bərpa edilməsi, iş vaxtından əlavə işlədiyi iş saatlarına görə, gecə növbəsində işləməyinə görə, istirahət günlərində işləməyinə görə pul vəsaitinin cavabdehdən tutulması, 5 il ərzində istirahət, bayram günlərində işləməyinə görə və məzuniyyət haqqının tutulması, vurulmuş mənəvi zərərə görə 5000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 sentyabr 2015-ci il tarixdə cavabdehlə əmək müqaviləsi bağlayaraq, müddətsiz olaraq aylıq əmək haqqı 300 manat olmaqla, ilməçi (fəhlə) peşəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi və müqavilənin qeydə alınmasına dair bildirişi ona veilməmişdirr. Əmək qanunvericiliyini bilmədiyindən və işi itirmək təhlükəsi olduğundan heç vaxt hüquqlarını tələb etməmişdir. Onunla işləyən digər insanlara da əmək müqavilələrini verməyiblər. 5 il ərzində onu qul kimi istismar ediblər. Həftənin 7 gününü işləmiş, heç bir istirahəti olmamışdır. Həftəlik iş saatı 62 saat təşkil edirdi. 5 il ərzində məzuniyyətə də çıxmamışdır. Etiraz etdikdə, işdən çıxarmaqla hədələyirdilər. 2 azyaşlı övladı var. 2020-ci ilin iyul ayının 9-da onlara əmək haqqı paylayan Telman Kərimov bildirdi ki, onu işdən çıxarıblar. O, işdən çıxma barədə ərizə verməmişdir. Əmək müqaviləsi müddətsizdir. Nazirlər Kabinetinin məlum qərarına əsasən müəssisənin fəaliyyəti qadağan edilməyib. Ondan heç bir ərizə alınmadan guya öz arzusu ilə işdən çıxarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-nin İddiaçı “əmək müqaviləsinə xitam verilməsi haqqında” 09 iyul 2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin lift operatoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 09 iyul 2020-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, cavabdehdən Cavabdeh MMC-dən 200 (iki yüz) manat məbləğində mənəvi zərərin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin qismən , "xxxx" MMC-nin İddiaçı "əmək müqaviləsinə xitam verilməsi haqqında" 09 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-nin lift operatoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 09 iyul 2020-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehdən "xxxx" MMC-dən 200 (iki yüz) manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilməsi, 1,20 (bir manat iyirmi qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(103)-8014/21 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004 )-659/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh MMC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1097/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8014/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında İddiaçı ərizə təqdim edərək tərəflər arasında artıq barışıq əldə olunduğunu bildirdi və məhkəmə kollegiyasından iddiadan imtina barədə ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəflər arasında barışıq əldə olunduğunu bildirdi və məhkəmə kollegiyasından ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı olduğu 2(103)-4366/2022 saylı mülki iş üzrə Cavabdeh MMC-yə qarşı hər hansı iddia tələbinin olmadığını və gələcəkdə də olmayacağını qeyd edərək, məhkəmə kollegiyasından ərizənin qəbul edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə görə apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçın iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4366/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4366/2022
13.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver