Məhkəmə qərarları › İş №2(103)-437/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-437/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-437/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Zəki Baba oğlu Babayevdən ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-284/2017 saylı, 14 fevral 2017-ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ramiz oğlu Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 05 oktyabr 2005-ci il tarixli, 334 saylı müqavilə əsasında əldə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” ünvanında yerləşən, Cavabdeh tərəfindən inşa edilən, çoxmənzilli yaşayış binasının, “B” korpusunun 12-ci mərtəbəsində ümumi sahəsi 183,80 kv.m yaşayış sahəsi, 100,33 kv.m olan 3 otaqlı mənzilə dair pay müqaviləsinin onun adına bağlanması öhdəliyin cavabdehin üzərinə qoyulması, eləcə də mənzildən istifadəyə dair maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” ünvanda yerləşən, Cavabdeh tərəfindən inşa edilən, çoxmənzilli yaşayış binasından, “B” korpusunun 12-ci mərtəbəsində ümumi sahəsi 183,80 kv.m yaşayış sahəsi 100,33 kv.m olan 3 otaqlı mənzili iş üzrə 3-cü şəxs X7 yuxarıda qeyd olunan təşkilatdan 05 oktyabr 2005-ci il tarixli, 334 saylı müqavilə əsasında əldə etmişdir. Mənzili əldə edərkən müqavilədə göstərilən bütün məbləğ tam olaraq cavabdehə ödənilmiş və binanın tikintisi artıq başa çatmışdır. Mənzili 2011-ci ildə onun payçısı olmuş iş üzrə 3-cü şəxs X3 əldə etmiş, o da öz növbəsində mənzilin onun adına sənədləşdirilməsinə notarial qaydada razılıq vermiş, eyni zamanda adına mənzili sənədləşdirmək üçün vəkalətnamə vermişdir. Cavabdeh təşkilata mənzilin pay müqaviləsinin onun adına rəsmiləşdirilməsi barədə müraciət etsə də, cavabdeh bunu etməkdən boyun qaçırmış və mənzildən istifadəyə maneçilik törədir. Hazırda mənzilin açarları onda olsa da, mənzildən istifadə edə bilmir. Hesab edir ki, cavabdehin hərəkətləri qanuna ziddir, belə ki, yuxarıda qeyd etdiyi kimi mənzil 3-cü şəxs tərəfindən qanuni əldə edilmiş, dəyəri tam ödənilmiş və o da öz növbəsində mənzilin pay haqqını ona satmışdır. Cavabdeh təşkilatın hərəkətləri onun əmlakın üzərində sahiblik və istifadə hüquqlarını pozur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(005)-284/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində Cavabdeh-nin inşa etdiyi Çoxmərtəbəli yaşayış binasının В korpusdunda, 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 183,8 kv.m yaşayış sahəsi 100,33 kv.m olan mənzillə bağlı 05 oktyabr 2005-ci il tarixli müqavilə üzrə tələb hüquqlarının İddiaçı Ramiz oğluna ötürülməsi, mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı sənədləşdirmənin aparılması öhdəliyi Cavabdeh-nin üzərinə qoyulması qət olunmuşdur. Qətnamədən Cavabdeh-nin nümayəndəsi X8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Zahir Qədirovun mübahisə predmeti olan mənzilə dair hər hansı hüququ yoxdur, çünki həmin mənzilin sahibi hal-hazırda başqa şəxsdir. Mənzil Zahir Qədirova aid olmadığından, MMC mənzili onun sahibliyinə verməkdən imtina etmişdir. Zahir Qədirov öz əməllərini ört basdır etmək etmək üçün mənzilə dair hüquqlarını ötürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5982/2017 saylı, 07 iyun 2017-ci il tarixli, qətnaməsi ilə Cavabdeh-nin apellyasiya şikayəti təmin olunaraq, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7812 saylı, 21 noyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı Ramiz oğlu tərəfindən verilmiş kassasiya şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5982/2017 saylı, 07 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, yenidən baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2018-ci il tarixli, 2(103)- 2419/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(005)- 284/2017 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İşdə iştirak etməyə cəlb olunmayan Maraqlı şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2018-ci il tarixli qətnaməsindən təqdimat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri 07 aprel 2021-ci il tarixdə 3m-90/2021 nömrəli təqdimat verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2419/2018 nömrəli iş üzrə 21 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2419/2018 saylı, 21 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərarda qeyd olunur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4224/2019 nömrəli iş üzrə 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078a ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının B korpusu, 12-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 183,80 kv.metr, yaşayış sahəsi 100,33 kv.metr olan mənzilin Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir. İcra mərhələsində qətnamənin qeyd edilən mənzilə aid hissədə icrası Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsinə görə mümkün olmamışdır. Beləliklə, qeyd edilən mənzilə dair xeyrinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi çıxarılmış Maraqlı şəxs, eyni mənzillə bağlı İddiaçı Ramiz oğlunun iddiası üzrə işdə iştirak etməyə cəlb edilməmişdir. Belə olan halda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2419/2018 saylı iş üzrə 21 fevral 2018-ci il tarixli qətnaməsinin Maraqlı şəxs maraqlarına toxunması istisna olunmur. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki işə məhkəmə aktı işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs iştirakı ilə apellyasiya qaydasında yenidən baxılmalı və iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsinin qanuniliyinə və əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. İşdə iştirak etməyə cəlb olunmayan Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-284/2017 saylı, 14 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, mübahisəli mənzili 26.12.2011-ci ildə dəyərini ödəməklə alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bundan sonra, mənzili mütəmadi olaraq nəzarətdə saxlamışlar. Daha sonra mənzilə baş çəkəndə, mənzilin qapısının kilidləndiyini görmüşdür. Cavabdeh-nin rəhbərliyi dəfələrlə onları qəbul edərək, mənzili onlara təhvil verəcəyini bildirmişdir. Satın aldıqları mənzimlin onlara təhvil verilməsi üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişlər. Binəqədi rayon Məhkəməsinin 03.07.2019-cu il tarixli, 2(001)-4224/2019 saylı qiyabi qətnaməsi ilə mənzilin ona təhvil verilməsi qət olunmuşdur. İcra mərhələsində artıq mənzilin başqa şəxslərin sahibliyində və istifadəsində olduğu müəyyən olunmuşdur. Məlum olmuşdur ki, mənzil Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12.08.2015-ci il tarixli, 2(001)-7446/2015 saylı qətnaməsi ilə X5 təhvil verilmişdir. Bakı şəhəri Nərimano rayon Məhkəməsinin 14.02.2017-ci il tarixli, 2(005)-284/2017 saylı qətnaməsi ilə həmin mənzillə bağlı tələb hüquqlarının İddiaçı Ramiz oğluna ötürülməsi, sənədlərin aparılması öhdəliyinin Cavabdeh-nin üzərinə qoyulması qət olunub. Buna görə də, qeyd olunan qətnamə onun maraqlarına toxunur. Məhkəmə kollegiyasının 01 sentyabr 2021-ci il tarixli iclasında işdə iştirak etməyə cəlb olunmayan Maraqlı şəxs müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı Ramiz oğlu, Cavabdeh-nin nümayəndəsi, 3-cü şəxslər X7 və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki tələb bölünən olmaqla, iddiaçı tərəf iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri mübahisələndirilən hissədə təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İcraçı Cavabdeh və alıcı X7 arasında bağlanmış 05 oktyabr 2005-ci il tarixli, 334 nömrəli müqaviləyə əsasən icraçı Cavabdeh Bakı şəhəri, Atatürk prospekti 3078 “A” ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının, В korpusun, 12 mərtəbəsində 3 otaqlı (ümumi sahəsi 183,8 kv.m olan) mənzilin müqavilə üzrə müəyyən edilmiş şərtlərlə alıcı X5 təhvil verməyi, alıcı X7 isə həmin mənzilin ümumi dəyərini təşkil edən 110.280 ABŞ dolları məbləğində pulu müqavilə bağlandığı gündən üç gün ərzində icraçı Cavabdeh-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. 05 oktyabr 2005-ci il tarixli, 201980 nömrəli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 tərəfindən Cavabdeh-yə 496.260.000 (AZM) manat ödənilmişdir. Cavabdeh tərəfindən 05 oktyabr 2005-ci il tarixdə verilmiş arayışın surətindən müəyyən olunur ki, 334 saylı müqavilənin sahibi olan X4 həmin müqavilə üzrə Cavabdeh-yə hər hansı borcu yoxdur. X7 tərəfindən Cavabdeh-nə ünvanlanmış ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 05.10.2005-ci il tarixli, 334 nömrəli müqavilə əsasında aldığı Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 məhəllədə, 13 korpus, 12-ci mərtəbədə, ümumi sahəsi 183,80 kv.m olan 3 otaqlı mənzili İddiaçı Ramiz oğlunun adına sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı Ramiz oğlu tərəfindən Cavabdeh-nə ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda Cavabdeh tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından, “B” korpusunun 12-ci mərtəbəsində ümumi sahəsi 183,80 kv.m olan 3 otaqlı mənzili onun adına sənədləşdirilməsini xahiş edilmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh-nin (VÖEN: ********** nömrəli) hüquqi ünvanı AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, Gənclər Meydanı 887, qanuni təmsilçisi X2r. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7446/2015 saylı, 12.08.2015-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X4 Cavabdeh-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh tərəfindən 05.10.2005-ci il tarixli müqavilə öhtəlikləri yerinə yetirilərək Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində Cavabdeh-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının В korpusdunda, 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 183,8 kv.m yaşayış sahəsi 100,33 kv.m olan mənzil Cavabdeh tərəfindən iddiaçı X5 təhil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(103)-1848/2021 saylı qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-7446/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 2(102)-5364/2021 saylı qərarı ilə hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(103)-1848/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Binəqədi rayon İcra şöbəsinin 09.10.2015-ci il tarixli İcraata başlamaq haqqında Qərarının və bildirişin surətindən görünür ki, 2(001)-7446/2015 saylı, 12.08.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin qərar 09.10.2015-ci il tarixdə qeyd edilən qərarla birlikdə Cavabdeh-yə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4224/2019 saylı iş üzrə 03 iyul 2019-cu il tarixli qiyabi qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 a ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının B korpusu, 12-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 183,80 kv.metr, yaşayış sahəsi 100,33 kv.metr olan mənzilin Maraqlı şəxs təhvil verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- MM) 5.3, 385.1, 425.1, 425.2-ci maddələrinə istinad edərək, müəyyən etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2005-ci il tarixli, 334 nömrəli müqaviləyə əsasən X7 Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində “Xudafərin" MMC-nin inşa etdiyi Çoxmərtəbəli yaşayış binasının В korpusdunda, 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 183,8 kv.m yaşayış sahəsi 100,33 kv.m olan mənzilin dəyərini təşkil edən 110.280 ABŞ dolları məbləğində pulu ödəmiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir. Lakin mənzilin ona təhvil (istifadə və sahibliyinə) verilməsi ilə bağlı Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə həmin mənzil X5 təhvil verilmişdir və hazırda onun istifadə və sahibliyindədir. Mübahisəli mənzilin X1 və isifadəsinə verilməsi barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7446/2015 saylı, 12.08.2015-ci il tarixli qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) Maraqlı şəxs tərəfindən mübahisələndirilsə də, sonunçunun apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, son nəticə olaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7446/2015 saylı, 12.08.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsinə minmişdir. MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi 3-cü şəxs X7 ilə İddiaçı Ramiz oğlu arasında olan razılaşma 05.10.2005-ci il tarixli müqavilə üzrə 3-cü şəxsin tələb hüququnun iddiaçıya güzəştindən gedir. 05.10.2005-ci il tarixli müqavilə ilə 3-cü şəxs X4 tələb hüququ isə əmlakı Cavabdeh-dən təhvil almaq və həmin əmlakı daşınmaz əmlakın dövlət reyestində qeydə aldırmaq üçün zəruri sənədləri cavabdehlərdən tələb etmək idi. MM-nin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. MM-nin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. MM-nin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Göründüyü kimi, X7 ilə İddiaçı Ramiz oğlu (iddiaçı) arasında razılıq əldə edilmiş və X7 qeyd edilən mənzilin İddiaçı Ramiz oğlunun adına rəsmiləşdirilməsi ilə bağlı razılıq verərək, bu məsələnin rəsmiləşdirilməsi üçün Cavabdeh-yə müraciət etmişdir. Eyni məsələ ilə bağlı İddiaçı Ramiz oğlu da Cavabdeh-yə müraciət etmişdir. Lakin bu müraciətlər bir nəticə verməmiş, bu səbəbdən İddiaçı Ramiz oğlu hazırda həmin mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı Cavabdeh-nin üzərinə öhdəliyin qoyulması və bu mənzildən istifadəyə dair maneənin aradan qaldırılmasını tələb edir. Kollegiya qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində Cavabdeh-nin inşa etdiyi Çoxmərtəbəli yaşayış binasının В korpusdunda, 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 183,8 kv.m yaşayış sahəsi 100,33 kv.m olan mənzillə bağlı 05 oktyabr 2005-ci il tarixli müqavilə üzrə tələb hüquqlarının İddiaçı Ramiz oğluna ötürülməsi (güzəşti), həmin mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı sənədləşdirmənin aparılmaması üçün Cavabdeh-nin hər hansı hüquqi əsası yoxdur. Mənzilin X5 məxsus olması qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunur. Mənzil hazırda hüquqi baxımdan onun istifadə və sahibliyindədir. Lakin müqavilənin tərəfi olaraq məhz Cavabdeh bu mənzilin İddiaçı Ramiz oğlunun adına rəsmiləşdirmənin həyata keçirilməsini təmin etməlidir. Kollegiya apellyator olan Cavabdeh-nin mübahisəli mənzilin X5 məxsus olmaması ilə bağlı, həmçinin 3-cü şəxs Maraqlı şəxs mənzilin ona məxsus olması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, artıq qüvvədə olan məhkəmə qətnamələri ilə mənzilin X5 məxsus olması müəyyən olunmuşdur. Kollegiya həmçinin qeyd edir ki, 3-cü şəxs Maraqlı şəxs apellyasiya mərhələsində 3-cü şəxs qismində işə cəlb edilməsi, düzgün olan hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Belə ki, iş materiallarından görünür ki, mübahisəli mənzilin 3-cü şəxs Maraqlı şəxs deyil, 3-cü şəxs X5 məxsus olması qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunduğundan, hazırki qətnamə ilə 3-cü şəxs Maraqlı şəxs hüquq və vəzifələrinə dair məsələnin onun hüquqlarının pozulması ilə nəticələnməklə həll edilməsi halı müəyyən olunmur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hisədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(005)-284/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Zəki Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar