Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4373/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, 2(004)-3510/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli qərardaddan Ərizəçi verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi faktın müəyyən olunması barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın 102,96 kv.m. sahəsi olan, 71 saylı mənzilinin ona məxsus (sahiblik və istifadədə olması) olması, mənzilin dəyərinin onun tərəfindən tam olaraq MMC-yə ödənilməsi və heç bir borcun olmaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə maraqlı şəxs kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsi göstərilmişdir. Ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə ərizəni, ərizədə göstərilmiş tələbə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə ərizənin icraata qəbul edilməsindən imtina etmişdir. Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və işə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə məhkəmə qaydasında baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, lazımi sənələri "xxxx" MMC-dən almaq mümkün deyil, çünki MMC-nin direktoru və təsisçisi vəfat edib. Ərizənin yeganə yolu bu kimi ərizə ilə məhkəməyə müraciət etmək olmuşdur. Lakin ərizənin icraata qəbulundan imtina etmiş Rayon Məhkəməsi nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülkiyyət hüququnun tanınması və qeydiyyatı müvafiq dövlət reyestrindəki qeydlər əsasında həyata keçirilir. Müvafiq qeydin verilməsi əsası qismində isə hazırkı ərizə üzrə faktın tanınması yol verilməzdir. Bu səbəbdən ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi MPM-in 153.2.1-ci maddəsinə istinad etməklə iddianın yolverilməzliyinə görə yuxarıda qeyd edilən ərizəni icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin qəbul etdiyi qərardaddan ərizəçinin verdiyi şikayət əsassız hesab edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 397, 398 və 400-cü maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4373/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4373/2024
19.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver