Məhkəmə qərarları › İş №2(103)-4374/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4374/2023

16.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4374/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Açar sözlər:( mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(002)-206/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Baki şəhəri, ünvan 1 ünvanında yerləsən mənzildə cavabdeh yaşayır və qeyd edilən mənzil cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin hal-hazırda ailə üzvü-arvadıdır. İddiaçı cavabdehlə evləndikdən sonra mübahisəli mənzildə yaşamış və həmin ünvana qeydiyyata düşmüşdür. Lakin sonradan aralarında mübahisələr olduğu üçün evdən çıxmışdır. 2.Hazırda iddiaçı mübahisəli mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış binasına məcburi qaydada köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 adlı bir övladı olub. Ailə qurduğu gündən toyundan cəmi bir neçə ay əvvəl alınmış, həyat yoldaşına məxsus olan, ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Nikah bağladığı vaxtdan aralarında narazılıqlar olsa da övladının xatirinə və valideynlərinin tövsiyyəsi ilə ailəsinin qorunub saxlanılmasına çalışmışdır. Lakin heç bir səbəb göstərilmədən məcburi şəkildə övladı ilə birlikdə həmin mənzildə yaşamağına cavabdeh və onun yaxın qohumları tərəfindən maneçilk yaradılır. Aralardakı nikahın pozulmasına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə də müraciət edilib. Lakin boşanmağa razı deyil. Belə ki, oğlan uşağı onun himayəsindədir. Hesab edir ki, gələcəkdə onun şəxsiyyət kimi formalaşmasına görə ailədə atanın roluna ehtiyac vardır. Bundan əlavə olaraq o, 2017-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamışdır. Övladı orada doğulub. Ona məxsus olan bütün məişət əşyaları həmin mənzildədir. Cavabdeh ailə qurduğu vaxt mənzili almaq üçün yaxın qohumlarından borc aldığını bildirmiş və uzun zaman işləyərək borc ödəmişdir. Həmin mənzildən istifadə etmək, öz övladı ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. Bütün əmlakı həmin mənzildə yerləşir. Onun və uşağının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Onun və uşağının təhlükəsiz və rahat yaşamağı üçün hesab edir ki, mənzildən istifadə hüququm tanınmalı və həmin evə köçürülməlidir. Lakin cavabdeh və onun yaxın qohumları tərəfindən hüquqlarım kobud şəkildə pozularaq, öz yaşayış yerindən istifadəsinə maneçilik törədilir. Buna görə də həmin mənzilə məhkəmənin qərarı əsasında məcburi köçürülməli və orada yaşama hüququnun tanınması zərurəti yaranmışdır. Göründüyü kimi iddiaçı mübahisəli mənzilə gəlin köçmüş, cehiz əmlakı aparmış və orada yaşamışdır. Bundan əlavə cavabdeh həmin mənzili alarkən yaxın qohumlarından borc pul aldığını və uzun müddət borc ödədiyini bildirmişdir. Ailə həmin müddətdə maddi sıxıntılar çəkmişdir. Gəlin köçdüyü gündən bu günə kimi o, həmin ünvanda övladı ilə birlikdə pasport qeydiyyatındadır. Hazırda o, azyaşlı övladı ilə evsiz qalmışdır. Hesab edir ki, o və azyaşlı övladı pasport qeydiyyatı ünvan 2 ünvanında olduğundan, o, həmin mənzilə gəlin kimi köçdüyündən, 2017-ci ildən orada yaşadığından, azyaşlı uşağı ilə birgə həmin ünvana köçürülməlidir. Mübahisəli mənzildə hazırda cavabdeh yaşayır və onun tərəfindən istifadə olunur. İddiaçının isə mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi yoxdur. İddiaçının hazırda azyaşlı uşağı ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi vardır. Tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzildə birlikdə yaşayıb təsərrüfat idarə etmişlər. Birgə nikahdan övladları dünyaya gəlmişdir. Ona görə də hesab edir ki, nikaha daxil olaraq cavabdehin mülkiyyətində olan sahəyə köçməklə və aralarında etibarlı ailə münasibətləri mövcud olduğundan iddiaçı mübahisəli mənzildən ailə hüquq münasibətlərinə əsaslanan istifadə hüququ əldə etmişdir. AR MPM, MM və Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. 5.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 03 may 2023-cü il tarixli, 2(002)-206/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Günay Həşimova) iddia təmin edilərək, İddiaçı azyaşlı övladı-xx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 3ənzilə köçürülməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilsini qət edilmişdir. 6.İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubu göstərilmişdir ki, Cavabdeh adına Bakı şəhəri 45 saylı DNK-nın 4Ə- 141 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 3ənzil xx.xx.2015ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir 7.İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-1217/69 nömrəli arayışdan göstərilmişdir ki, X7 xx.xx.2018-ci il tarixdə anadan olmuş və bu barədə 30 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1890 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. xx.xx.2018-ci il təvəllüdlü X3 atası- Cavabdeh, anası- İddiaçıdır. 8.İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-1221/69 nömrəli arayışdan göstərilmişdir ki, Cavabdeh ilə X2 arasında nikah xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1812 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. 9.İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın RX seriyalı ******* nömrəli çıxarışdan göstərilmişdir ki, ünvan 3ənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir. 10.İş materiallarında olan Qaradağ rayon icra şöbəsinin məktubundan göstərilmişdir ki, Qaradağ rayon Sahil qəsəbəsinin 119 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı qeydiyyatda olduğu ünvan 3ənzil ünvanında yaşamır, icra tədbirləri nəticəsində İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, massiv 5 ünvanında yaşadığı müəyyən edilmişdir. 11.İş materiallarında olan Azemis elektron məhkəmə sistemindən göstərilmişdir ki, İddiaçı ünvan 3ənzil ünvanında qeydiyyatdadır. 12.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya prosesinə xitam verilməsi protokolundan göstərilmişdir ki, tərəflər aralarında olan ailə mübahisəsi ilə bağlı mediasiya prosesi keçirilmişdir. 13.İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən göstərilmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə ilkin iddia tələbi təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1812 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2018-ci il təvəllüdlü X7 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı yanında və himayəsində saxlanılması, xx.xx.2022ci il tarixdən (müvəqqəti aliment barəsində ərizəsinin verildiyi tarixdən) başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2360/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən müvəqqəti alimentin tutulması nəzərə alınması və alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməsi qət edilmişdir. 14.İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apeliyasiya şikayəti verilmiş, hal-hazırda mülki iş Bakı Apeliyasiya Məhkəməsinin icraatındadır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdir. 15.Məhkəmə mübahisə ilə bağlı ilk növbədə qeyd etmişdir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. 16.Məhkəmə müəyyən etmişdir ki, hazırda həmin mənzildə cavabdeh yaşayır, qeyd edilən mənzil cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin hal-hazırda ailə üzvidir-arvadıdır. İddiaçı cavabdehlə evləndikdən sonra mübahisəli mənzildə yaşamış və həmin ünvana qeydiyyata düşmüşdür. Lakin sonradan aralarında mübahisələr olduğu üçün evdən çıxmışdır. Hazırda iddiaçı mübahisəli mənzilə köçürülməyini tələb edir, cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsinə dair izahatını isə həmin mənzilin tərəflərin birgə nikah dövründə əldə olunmadığından iddiaçının tələbinin qanunsuz və əsasız olması əsaslandırmışdır. 17.Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin predmeti “evə köçürülmə” barədə tələb olduğu üçün ilk öncə iddiaçının həmin mənzilə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında nikah xx.xx.2017-ci iltarixdə bağlanmış, həmin birgə nikahdan xx.xx.2018-ci il tarixdə X7 övladları olmuşdur. İddiaçı hal-hazırkı mülki iş üzrə mübahisə predmeti olan mənzilə 2017-ci il tarixdən gəlin köçmüş və həmin ünvana qeydiyyata düşmüşdür. Beləliklə tərəflər arasında hüquq münasibətləri onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2017-ci il tarixdən yarandığından və iddiaçı və onun azyaşlı uşağı (arvadı və uşağı olduğuna görə) cavabdehin ailə üzvləri hesab olunduğundan onların mübahisəli mənzilə istifadə hüquqları vardır. 18.Həmçinin məhkəmə hesab etmişdir ki, müvafiq mübahisə üzrə qətnamə qəbul edilərkən tərəflər arasındakı nikahın pozulması barədə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 91/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almadığından (apeliyyasiya məhkəməsinin icraatındadır) hazırki işə baxılarkən tərəflər arasındakı nikah xitam verilməmiş hesab olunaraq, hazırkı mülki iş üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməli, İddiaçı azyaşlı övladı- xx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 3ənzilinə köçürülməlidir. 19.Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı azyaşlı övladı- xx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 3ənzilinə köçürülməlidir, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, 27.1, 27.2, 27.3, 158.4-cü; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 2-ci maddəsinə; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30, 30.1, 30.2, 30.3-cu: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 8 oktyabr tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 43-cü; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2-cı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 21.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Qaradağ Rayon Məhkəməsi öz qətnaməsində mənzilə köçürmənin əsaslı olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamış və cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə öz qətnaməsində bu xüsusatları araşdırmamışdır. Belə ki, qətnamədə tərəflər arasında nikahın pozulması ilə bağlı mülki işin hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olması ilə bağlı əsaslandırma aparmış, lakin bu halda nikahın pozulması ilə bağlı iş üzrə yekun qətnamə qəbul edilənədək icraatı dayandırmamışdır. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qaradağ Rayon Məhkəməsi Konstitusiya Plenumu Məhkəməsinin bu qərarında qeyd olunan xüsusatları nəzərə almamış, İddiaçı ilə Cavabdeh arasında etibarlı ailə əlaqəsinin olub-olmamasını araşdırmamışdır. Belə ki, AR DİN Qaradağ RPİ 38-ci PB tərəfindən Vəkil sorğusuna cavabdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh və xx.xx.1999 –cu il təvəllüdlü İddiaçı barəsində Qaradağ RPİ–nin 38–ci PB–də 03/23 sıra sayı altında “Münaqişəli ailə” kimi qeydiyyata alınmışdır. Belə bir problemli və münaqişəli ailənin bir evdə yaşaması gələcəkdə çox ciddi təhlüklər, nəticələr yarada bilər,lakin məhkəmə tərəfindən bu faktlara fikir verilməmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçının atası X4 DİN 102 xidmətinə müraciət edərək qızı İddiaçı qayınları tərəfindən bıçaqla hədələndiyini bildirmiş, bundan sonra Qaradağ RPİ–nin 38–ci PB–də material üzrə araşdırma aparılmış və cinayət işinin rədd olunması barədə qərar qəbul edilmişdir. Qeyd edir ki, tərəflər arasında dərin və kəskin münaqişə vardır ki, iddiaçının mənzilə köçürülməsi tərəflər arasında ciddi nəticələr verə bilən koflikt yaradar və bunun nəticələri, fəsadları çox ağır ola bilər. Qeyd olunanlara əsasən bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsi öz qətnaməsində tərəflər arasında nikahın pozulması ilə bağlı mübahisəyə Bakı apellyasiya məhkəməsinin icraatında baxıldığı qeyd olunsada, işin nəticəsinin faktiki olaraq nikaha xitam verilməsi ilə bağlı qətnamə ilə nəticələnəcəyi birmənalıdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən icraatın dayandırılması barədə qərardad qəbul edilməli və belə olmadığı halda isə AR Mənzil Məcəlləsinin 30.4–cü maddəsi tətbiq edilməklə iddia təmin edilməməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verdi. 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, qanuni əsaslarla qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 26.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məəcəlləsi: 27.Maddə 30.1.Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 28.Maddə 30.2.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 29.Maddə 30.3.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 30.Maddə 23.1.Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 31.Maddə 27.1.Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 32.Maddə 27.2.On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 33.Maddə 27.3.Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 34.Maddə 158.4.Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 35.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 8 oktyabr tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindəmülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Yuxarıda sadalananlar nəzərə alındıqda, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 38.Maddə 217.4.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəməiclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Kollegiya tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(002)-206/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. 43.Belə ki, işin araşdırılmış və tədqiq olunmuş halları ilə müəyyən olunur ki, ünvan 3ənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İddiaçı Cavabdeh həyat yoldaşı, xx.xx.2018-ci il təvəllüdlü X7 isə tərəflərin birgə nikahlarından olan uşağıdır. Onlar mübahisəli mənzildə pasport qeydiyyatdadırlar və Cavabdeh ailə üzvləridirlər. İddiaçı 2017-ci ildən etibarən həmin mənzildə ailə üzvü kimi yaşayır, Cavabdeh İddiaçı mənzildən istifadəsinə maneələr yaradır, iddiaçı hazırda uşağı ilə birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli mənzildə yaşamaması Cavabdeh yaratdığı maneələrlə əlaqədardır. 44.Cavabdeh tərəfindən iddiaçının uşağı ilə birlikdə orada yaşamasına razı olmaması bir daha onu göstərir ki, iddiaçıya uşağı ilə birlikdə cavabdeh tərəfindən mənzildə yaşamasına maneələr yaradılır. 45.Kollegiya, iddia tələbinə münasibətdə hesab edir ki, tərəflər arasında hüquq münasibəti onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2017-ci il tarixdən yarandığından və onlar X3 ailə üzvü hesab olunduğundan onların qeyd olunan hüquq normalarına (xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2 maddələri) əsasən mübahisəli mənzilə istifadə hüquqları vardır və bu hüququn həyata keçirilməsi X7 tərəfindən yaradılmış maneələrlə əlaqədadır. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 46.Kollegiya apellyatorun tərəflər arasında nikahın pozulması ilə bağlı mülki işin hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olması, buna görə hazırki işin icraatının dayandırılması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən və hal-hazırda tərəflərin nikahlarına xitam verilmədiyindən, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. 47.Kollegiya qeyd edir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildikdə, cavabdeh tərəf Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edə bilər. 48.Kollegiya tərəflərin münaqişəli vəziyyətdə olması səbəbindən iddianın təmin edilməməsi ilə bağlı cavabdehin dəlilini əsassız hesab edərək, qeyd edir ki, qeyd olunan dəlil iddianın təmin edilməməsi üçün əsas deyildir. 49.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 50.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 51.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 52.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(002)-206/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar