Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4374/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 və başqalarına qarşı “borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “borcun tutulması tələbi barədə” iddiasını baxılmamış saxlamışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və mülki işə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 108-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə görə, iddianın baxılmamış saxlanması barədə qərardaddan şikayət verildikdə dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, şikayətin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Lakin birinci instansiya məhkəməsi şikayəti qaytarmamış, şikayətə mahiyyəti üzrə baxmış, şikayəti təmin etmədiyindən onu mülki işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də Məhkəmə hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 və başqalarına qarşı “borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4374/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4374/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver