Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4379/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin (nisyə) surətindən görünür ki, İddiaçı ilə X18 arasında ünvan 1 ünvanında yerləşən evi ilkin notariusun olaraq depozit hesabı vasitəsi ilə 100000,0 manat ödəməklə, qalan məbləği isə hissə-hissə ödəmək şərtilə 265000,0 manata almışdır.
2. xx.xx.2024-cü il tarixli “müqaviıənin ləğvinə dair” müqaviləsinin sürətindən görünür ki, İddiaçı ilə X18 arasında olan xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsi (nisyə) ləğv edilmişdir.
3. xx.xx.2024-cü il tarixli “borc” müqaviləsinin sürətindən görünür ki, İddiaçı Cavabdeh 100000,0 manat məbləğində borc vermişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı xx.xx.2024-cü il tarixdə X6 adına rəsmiləşdirilmişdir.
5. xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsini surətindən görünür ki, Satıcı, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Yeni qaydalarla : AZ 1044, ünvan 2 ünvanında yerləşən bir mərtəbəli, 140.7 kv.m ümumi, 65.7 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı bağ evini və həmin evin yerləşdiyi sahəsi 0.0450 ha olan torpaq sahəsini (bundan sonra yaşayış sahəsi adlandırılacaq) Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. 1.2. Satılan yaşayış sahəsi ƏMDX DƏDK və RPHŞ Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr Nesi: **********29-11301: qeydiyyat No-si: **********: qeydiyyat tarixi: xx.xx.2024-cü il) əsasən Satıcıya məxsusdur. 1.3. Satıcı təsdiq edir ki, bu Müqavilənin bağlanması anına yaşayış sahəsi onun müstəsna mülkiyyətindədir, yaşayış sahəsi üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, yaşayış sahəsinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyil, 1.4. Yaşayış sahəsinin satış qiyməti 335 000 (üç yüz otuz beş min) manatdır və həmin qiymətin 100 500 (bir yüz min beş yüz) manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 234 500 (iki yüz otuz dörd min beş yüz) manatı isə İpoteka saxlayan tərəfindən xx.xx.2024-cü il tarixli DKM/008N15A03994124 №-li Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.
6. xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı müraciət əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən və tərəflər arasında mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir.
7. ərizənin surətindən görünür ki, X18 ünvan 2 ünvanında yerləşən evdə ondan başqa heçkimin qeydiyyatda olmadığını və bununla bağlı yarana biləcək məsuliyyəti öz üzrətinə götürmüşdür.
8. ərizənin surətindən görünür ki, X18 Bakı şəhəri 29 saylı notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı və ipoteka müqaviləsini “elektron notariat” informasiya sistemi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə elektron nüsxəsini ötürülərək, adıma 15 gün müddətində yeni çıxarış və texniki pasport qeydiyyata alınmasını xahiş etmişdir.
9. ərizənin surətindən görünür ki, X8 ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və evin satılmasına və ipotekaya qoyulmasına etiraz etməmişdir.
10. Nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X9 xx.xx.2021-ci il tarixdə Səadət Sarayı (Bakı Nikah evində) rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 709 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir.
11. Nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X5 xx.xx.2014-cü il tarixdə 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 723 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Mikayılov”, arvada “Mikayılova” soyadı verilmişdir.
12. ərizənin surətindən görünür ki, X4, Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Yeni qaydalarla: AZ 1044 Baxı şəhən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 10-cu Mərdəkan küçəsi, giriş 63 ünvanında yerləşən ümumi sahəsi 0.0450 ha olan torpeq sahasi və üzərində yerləşən ümumi sahəsi 140.70 kv. m olan bağ evinin ipoteka və alqı-satqı ( qarışıq müqavilə) müqaviləsinə əsasən əri X16 tərəfindən alınmasına və "xxxx" ASC -nin xeyrinə ipotekaya qoyulmasına razıyam. Alqı-satqı və ipoteka muqavdasınin şərtlən də tanışam ve banka olan əsas faiz ve digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə razıdır və halda Bankın tələbinə əsasən yaşayış sahəsini könüllü boşaltmağı öhdəmə götürür.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4 ünvanlanmış məktubundan görünür ki, X16 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 335 000.00 (üç yüz otuz beş min manat 00 qəpik) manat məbləğində pulunun aralarında müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında 2262.60 (iki min iki yüz altmış iki manat 60 qəpik) manat vergi məbləğinin X2 və qalan 332 737.40 ( üç yüz otuz iki min yeddi yüz otuz yeddi manat 40 qəpik) X10 verilməsi üçün bankınızda olan VÖEN **********, AZ09 HAJC SCRA ZN00 8000 7269 9001 nömrəli hesaba qəbul olunmasını xahiş etmişdir.
14. Uniprice MMC-nin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən 1 mərtəbəli, 140,7 kv.m ümumi, 65,1 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı bağ evinin 2024-cü ilin aprel ayında 2000,0 manat,may ayında 3000,0 manat, iyun ayında 6000,0 manat, iyul ayında 6000,0 manat, avqust ayında 6000,0 manat, sentyabr ayında 3000,0 manat, oktyabr ayında 2000,0 manat təşkil edir.
15. CD diskdə və flash kardda olan səsyazmadan görünür ki, tərəflərin 40000,0 manat pulun İddiaçı qaytarılmaması ilə bağlı məlumat var idi və iddiaçı bu vəziyyətə etirazını bildirməmişdir, əksinə qalan 150000,0 manatın tez zamanda qaytarılmasını xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000,0 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsi və onun üzərində yerləşən evi almaq məqsədi ilə evin faktiki sahibi Cavabdeh ilə 2024-cü ilin may ayında görüşüb evin qiyməti ilə maraqlandı. Cavabdeh ona bildirdi ki, evi 365.000 manata satır. O hazırda o qədər pulunun olmadığını, yalnız 190.000 manat məbləği əvvəlcədən verib, yerdə qalan 175.000 manat məbləği avqust ayından sonra ödəyə biləcəyini dedikdə, Ceyhun dediyi şərtlərlə “Nisyə alqı-satqı müqaviləsi” bağlaya biləcəyini bildirdi və onlar razılaşdıq. Razılaşmaya uyğun olaraq xx.xx.2024-cü il tarixdə 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində görüşərkən ona məlum oldu ki, evin mülkiyyətçisi Cavabdeh tanışı X11r. Həmçinin Ceyhun ona bildirdi ki, az vergi ödəmək məqsədi ilə müqavilədə evin satış qiymətini 365.000 manat deyil, 265.000 manat yazdıracaq. Eyni səbəbə görə məndən aldığı 190.000 manat pulun yalnız 100.000 manatını ilkin ödəniş kimi müqavilədə göstərəcək və yerdə qalan 90.000 manat pulu ona müqavilədən kənar formada şəxsən verəcəyini bildirdi. İddiaçı buna etiraz etdikdə dedilər ki, başqa formada müqavilənin bağlanması mümkün deyil. Nəticədə Ceyhunun dediyi kimi oldu və onunla evin mülkiyyətçisi Nicat Quliyev arasında xx.xx.2024cü il tarixdə notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlandı. Müqaviləyə əsasən 100.000 manat pulu Notariusun bankda açılmış depozit hesabına qoydu və Nicat həmin məbləği götürdü. Daha sonra elə notariusun içində tanışı Rəvan Eminovun yanında 90.000 manat pulu Cavabdeh verdi. Müqavilənin şərtinə görə yerdə qalan 165.000 manat (əslində 175.000 manat) pulu avqust ayının 31-dək ödəməli idi. Müqavilənin şərtlərinə uyğun olaraq həmin bağ evi xx.xx.20243-cü il tarixdən ona təhvil verildi və xx.xx.2024-cü il tarixədək həmin evdə yaşadı. Avqust ayının sonunda Cavabdeh bildirdi ki, qalan pulu ödəyə bilmədiyinə görə evdən çıxır və alqı-satqı müqaviləsini ləğv etsinlər və ona verdiyi 190.000 manat pulunu ona geri qaytarsın. Ceyhun əsəbləşərək bildirdi ki, evdə 3 aydan çox qalıb Nigar, ona görə də 190.000 manat deyil, 150.000 manat pul qaytaracaq. İddiaçı ona bildirdi ki, müqavilənin şərtlərinə görə onun həmin evdə avqust ayının 31-nə qədər qalmaq hüququ var və buna görə ondan heç bir pul məbləği tuta bilməz. Daha sonra evi boşaldaraq açarları ilə birlikdə Ceyhun Ramazova təhvil verib evdən çıxdı və gedib başqa bir evdə kirayə müqaviləsi bağlayaraq yaşamağa başladı. Cavabdeh pulunu tələb edəndə Ceyhun hər dəfə bir bəhanə gətirərək gah deyirdi ki, yay mövsümü vaxtı evdə qalıb bu səbəbdən evi sata bilməmişdir, ona görə verdiyi puldan 40.000 manat kəsib 150.000 manat qaytaracaq, gah deyirdi qaldığı müddət üçün kirayə haqqı olaraq 40.000 manat pulu ümumi məbləğdən çıxacam, gah da deyirdi ki, evin dəyəri ucuzlaşdığına görə verdiyi puldan 40.000 manat çıxıb 150.000 manat qaytaracaq. Ceyhun bu sözləri dəfələrlə tanışları Rəvan Eminov, Dilarə Eminova və Əminə Abbaslının yanında şəxsən iddiaçıya demişdir. Oktyabr ayında Ceyhun ona bildirdi ki, alqı-satqı müqaviləsini bir şərtlə ləğv etməyə razıdır ki, müqavilənin ləğvi üçün depozit hesaba qoyulacaq 100.000 manat pulu çıxardıb yenidən iddiaçı ona verəcək və onlar gedib başqa notariusda 100.000 manat məbləğində onunla yeni borc müqaviləsi bağlayacaq və depozitə qoyulan həmin pulu çıxardıb ona o puldan yalnız 40.000 manat pul verəcək və 60.000 manatı özünə götürəcək. Yeni borc müqaviləsinə əsasən 100.000 manat pulu və əlavə 50.000 manat pul olmaqla, ümumilikdə 150.000 manat pulu bir yerdə borc müqaviləsini ləğv etdikləri gün iddiaçıya qaytaracaq. Nəticədə Ceyhunun dediyi şərt ilə razılaşaraq Nicatla arasında olan alqı-satqı müqaviləsini xx.xx.2024-cü il tarixdə ləğv etdilər, depozit hesabdan götürdüyü 100.000 manat pulu tanışı Rəvan Eminovun yanında Ceyhuna verdi, sonra gedib başqa notariusda Ceyhunla o, 100.000 manat məbləğində yeni borc müqaviləsi bağladılar. Ceyhun yeni borc müqaviləsinə görə depozit hesaba qoyduğu 100.000 manat pulu çıxardaraq, 40.000 manatını tanışı Rəvan Eminovun yanında iddiaçıya qaytardı, 60.000 manat pulu isə özünə götürdü. Bu o deməkdir ki, Ceyhun Nigara qaytarmalı olduğu 190.000 manat puldan həmin gün yalnız 40.000 manat pul qaytardı. Daha sonra Cavabdeh 06 noyabr 2024-cü il tarixdə aralarındakı borc müqaviləsinə xitam verərkən depozit hesab vasitəsi ilə 100.000 manat və əlavə olaraq 10.000 manat olmaqla, cəmi 110.000 manat məbləğində ona pul qaytardı. Bununla da Cavabdeh qaytarmalı olduğu 190.000 manat pul müqabilində, ona ümumilikdə 150.000 manat pul vəsaiti qaytarmışdır. Nəticədə 40.000 manat məbləğində pulunu bu günədək qaytarmamışdır. Daha sonra Cavabdeh barəsində 40.000 manat məbləğində pulumu qanunsuz mənimsəyərək qaytarmaması barədə polisə şikayət ərizəsi ilə müraciət etdi və Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarına əsasən şikayət mülki xarakterli olduğuna görə cinayət işi başlanılmadı. Həmin qərarın məzmunundan göründüyü kimi material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh öz izahatında açıq şəkildə etiraf edərək bildirmişdir ki, alqı-satqı predmeti olmuş evin əsl sahibi özüdür və həmin evi ona satarkən 100.000 manat müqavilə üzrə və 90.000 manat müqavilədən kənar olmaqla, ümumilikdə 190.000 manat ondan pul almışdır. Lakin həmin puldan 40.000 manatı özündə saxlayaraq iddiaçıya cəmi 150.000 manat pul qaytarmışdır. İddia ərizəsində göstərdiyi bütün faktları cavabdeh tam şəkildə etiraf etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, Nigarla 15 ilə yaxındır ki, yaxın qonşu olmuşlar. O Nigara ev tapmağa kömək etmişdi, amma o, öz tanışı vasitəsi ilə tapmışdı evi. Müqavilə Ceyhunun dostu Nicatla bağlanıb. Nigar bağ evi almaq istəyirdi, müqavilə onunla bağlı idi. 365.000 manata almağa razılaşdılar. Abdulla və Hacı adlı şəxslər vasitəsi ilə tanış olublar Ceyhunla. Razılıq elə olmuşdu ki, 190.000 manat nəğd verəcəkdi, geri qalan məbləği 3 aya hissə hissə ödəməli idi. Nigar ilkin 90.000 manat pul verdi, may ayında bağlandı müqavilə. Pulu düzəldə bilmədi deyə ödənişi geri istədi. Ceyhun 190.000 manat puldan 150.000 manatını qaytarıb. 40.000 manatını saxlayıb verməyib. Nigarla danışırdılar aralarında ki, əvvəl demişdi 30.000 manat saxlayacaq, sonra 40.000 manat saxladı. Demək olar ki, bu məsələ ilə bağlı bütün danışıqlarda iştirak etmişdir. 1-2 görüşdə iştirak etməmiyib. Nigar həmin bağdan sentyabr ayının ortaları idi çıxanda. 40.000 manat pulun saxlanılmasının səbəbi, bağda 3-4 ay yaşaması olub. Bağ evi bütün yayı iddiaçının istifadəsində olub. Evi qaytaranda Ceyhun dedi ki, 40.000 manat pul kəsəcək. Nigarın 45.000 manatın saxlanılmasına razılaşmasını o eşitməyib.
19. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid X13 izahatında bildirmişdir ki, Nigarı müştəri kimi tanıyıb, o bu işdə vasitəçi kimi iştirak edib. Ceyhunu da ev tikib satan kimi tanıyır. 365.000 manata razılaşdılar. 100.000 manat bank vasitəsi ilə, 90.000 manat isə əlbəəl verdi. Geri qalan məbləği hissə hissə ödəməli idi. Nigarın özü razılaşdıq ki, 45.000 manat əskik qaytarmalı idi, yay ayında evdə qalıb istifadə etdiyinə görə, ancaq Ceyhun 45.000 yox 40.000 manata razılaşdı. Nigar tərəfdən Rəvan da həmin söhbətdə iştirak edirdi. Avqust ayında Nigar çağırdı ki, pulu verə bilmir. Alqı-satqı Nicatın adına olsa da ev Ceyhunun olub, danışıqlar onunla aparılıb. 100.000 manat depozit qoyub, 90.000 manatı verəndə o orda olmayıb.
20. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 5000,0 (beş min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 21.3, 329.1, 337.2, 337.3, 337.4, 340.1, 1091.1, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 77.1, 88, 106.1, 106.3, 191.3, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 10-cu Mərdəkan küçəsi, giriş 63 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsi və onun üzərində yerləşən evi almaq məqsədi ilə özünü evin faktiki sahibi kimi təqdim edən Cavabdeh ilə görüşərək evi 365.000 manata almağa razılaşmış və ilkin olaraq 190.000 manat pul ödəyəcəyini bildirmişdir. Daha sonra notariusda alqı-satqı zamanı evin əsl mülkiyyətçisinin X18 olduğunu bilmiş və onunla xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlamışdır. Həmin müqavilədə evin satış qiyməti 365.000 manat deyil, 265.000 manat göstərilmişdir. Müqaviləyə əsasən İddiaçı 100.000 manat pulu Notariusun bankda açılmış depozit hesabına qoymuş və mülkiyyətçi Nicat Quliyev həmin məbləği götürmüşdür. Daha sonra elə notariusun içində İddiaçı tanışı Rəvan Eminovun yanında 90.000 manat pulu Cavabdeh müqavilədən kənar vermişdir. Müqavilənin şərtinə görə yerdə qalan 165.000 manat (əslində 175.000 manat) pulu avqust ayının 31-dək ödəməli idi. Müqavilənin şərtlərinə uyğun olaraq həmin bağ evi xx.xx.2024-cü il tarixdən iddiaçıya təhvil verilmiş və xx.xx.2024-cü il tarixədək həmin evdə yaşamışdır. Avqust ayının sonunda İddiaçı Cavabdeh bildirmişdir ki, qalan pulu ödəyə bilmədiyimə görə evdən çıxıram və alqı-satqı müqaviləsini ləğv edək və sənə verdiyim 190.000 manat pulumu mənə geri qaytar. Ceyhun bildirmişdir ki, evdə 3 aydan çox qalmısan, buna görə sənə 190.000 manat deyil, 150.000 manat pul qaytaracam. Nigar Ceyhuna bildirmişdir ki, müqavilənin şərtlərinə görə mənim həmin evdə avqust ayının 31-nə qədər qalmaq hüququm var və buna görə məndən heç bir pul məbləği tuta bilməzsən. Daha sonra İddiaçı evi boşaldaraq açarları ilə birlikdə Ceyhun Ramazova təhvil verib evdən çıxmış və sentyabr ayında gedib başqa bir evdə kirayə müqaviləsi bağlayaraq yaşamağa başlamışdır. Nigar sentyabr ayından başlayaraq dəfələrlə pulunu tələb etsə də, Ceyhun hər dəfə pulu olmadığını deyərək qaytarmamışdır. Nəhayət Nigar ilə Nicat Quliyev arasında olan alqı-satqı müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və müqavilənin ləğvi zamanı depozit hesabdan götürdüyü 100.000 manat pulu Nigar Ceyhuna vermiş və tərəflər arasında başqa notariusda həmin gün 100.000 manat məbləğində yeni borc müqaviləsi bağlanmışdır. Bu zaman Nigarın depozitə qoyduğu 100.000 manat pulu borc alan tərəf kimi götürən Cavabdeh həmin pulun 40.000 manatını İddiaçı vermiş və 60.000 manat pulu özündə saxlamışdır. İddiaçı ilə Cavabdeh arasındakı borc müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilərkən depozit hesab vasitəsi ilə 100.000 manat və əlavə olaraq 10.000 manat olmaqla, cəmi 110.000 manat məbləğində pul Ceyhun tərəfindən Nigara qaytarılmışdır. Nəticədə ümumilikdə Cavabdeh tərəfindən 150.000 manat məbləğində pul İddiaçı qaytarılmış, lakin 40.000 manat məbləğində pul heç bir qanuni əsas olmadan qaytarılmamışdır. Həmin məbləğin qaytarılmaması cavabdeh tərəindən etiraf edildiyindən və məhkəmədə sübut olunduğundan işin mübahisəsiz halıdır. İş materiallarında olan sənədlərdən göründüyü kim Daşınmaz əmlakın mülkiyyətçisi Nicat Quliyev olduğu halda və xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin X24 Nuriyeva arasında bağlanmasına baxmayaraq, məhkəmə əsassız olaraq Cavabdeh evin faktiki sahibi kimi tanımış və onun mülkiyyətçiyə məxsus olan hüquqlardan sui-istifadə edərək İddiaçı müqavilədən kənar heç bir əsas olmadan 90.000 manat məbləğində pul almasına haqq qazandırmışdır. Əslində evin rəsmi mülkiyyətçisi olduğu halda faktiki sahibdən söhbət gedə bilməz. Sual olunur mülkiyyətçi olmadığı halda Cavabdeh müqavilədən kənar formada İddiaçı pul almağa hüququ var idimi? Nicat Quliyev ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin 390.1-ci, 390.5-ci və 405.1-ci maddələrinin tələbinə uyğun olaraq müqavilə azadlığı prinsipinə əməl edilmiş, müqavilənin bütün mühüm şərtləri və tərəflərin hüquq və vəzifələri dəqiq şəkildə onların iradəsinə uyğun olaraq müəyyən edilmişdir. Həmin müqavilədə konkret olaraq nəzərdə tutulmuşdur ki, ev satıcı tərəfindən xx.xx.2024-cü il tarixdə alıcının sahibliyinə verilir və xx.xx.2024-cü il tarixədək alıcının orada yaşamaq hüququ vardır. Həmin müqavilədə nəzərdə tutulmamışdır ki, əgər alıcı evin dəyərini tam ödəyib almadığı təqdirdə evdə qaldığı müddətə görə ödədiyi puldan müəyyən məbləğ çıxılacaqdır. Həmçinin müqavilədə nəzərdə tutulmamışdır ki, əgər alıcı evi sonda almadığı təqdirdə qaldığı müddətə görə kirayə haqqı əvəzi kimi ödədiyi puldan müəyyən məbləğ çıxılacaqdır. Həmin müqavilədə nəzərdə tutulmamışdır ki, əgər ev alıcı tərəfindən yekunda alınmadığı təqdirdə, həmin evin sonradan ucuz satılması zamanı evin dəyərinin ucuzlaşmasının əvəzini alıcı ödəyəcək və ya evin dəyərinin ucuzlaşma məbləği həcmində pul vəsaiti alıcının ödədiyi puldan çıxılacaqdır. Qısası Cavabdeh müqavilədən kənar aldığı 90.000 manat puldan 40.000 manat məbləğində pulu özündə saxlayaraq qaytarmamasına əsas verən hər hansı bir hal müqavilədə nəzərdə tutulmamışdır. Bu barədə tərəflər arasında başqa razılaşma da olmamışdır. Məhkəmə qətnamənin 9-cu səhifəsində əvvəlcə qeyd edir ki, evin bazar dəyərinin azaldılması ehtimalı vardır. Daha sonra qeyd edir ki, məhkəmə sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçının evi istifadə etməsi nəticəsində evdə müəyyən dəyər itkiləri baş vermişdir. Hansı sübutlar əsasında müəyyən edərək bu qənaətə gəldiyini isə göstərməmişdir. İki bir-birini istisna edən cümlələrə nəzər yetirdikdə təəccüblənməmək mümkün deyil. Qətnamənin açıq-aşkar qanunsuz və əsassız olduğu göz önündədir. Məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edildikdən sonra evin mülkiyyətçisi Nicat Quliyevin evi İddiaçı təhvil aldıqdan 2 ay sonra, yəni noyabr ayında 3-cü şəxsə 335.000 manata satmasına münasibət olaraq bildirmişdir ki, mülkyyətçi evi 30.000 manat məbləğində ucuz satmaqla zərərə düşmüş və bu zərər Nigar tərəfindən vurulmuş zərərdir və onun ödədiyi puldan çıxılmalıdır. Məhkəmənin bu qədər absurd mövqeyi sadəcə başa düşülən deyil. Evin mülkiyyətçisi Nicat öz evini istədiyi qiymətə istədiyi vaxt satmaq hüququna sahibdir və əgər o evi Nigara satmaq istədiyindən ucuz satırsa, burda Nigarın təqsiri nədir? Nə üçün Nigarın Ceyhuna ödədiyi puldan həmin məbləğ çıxılmalıdır. Bunun qanuni əsası nədir? Məhkəmə hansı normaya əsasən bunu Nigarın vurduğu maddi zərər kimi qiymətləndirmişdir. Əks bir sual olunur əgər Nicat Quliyev evi Nigara satmaq istədiyindən daha baha satsa idi, həmin artıq məbləği Nigara verəcəkdir? Ev Nigar tərəfindən təhvil verildikdən 2 ay sonra satıldığı halda məhkəmə hansı əsasla müəyyən etmişdir ki, evin dəyəri Cavabdeh qaytarıldıqdan sonrakı həmin 2 ay ərzində deyil, məhz Nigarın evdə qaldığı müddətdə ucuzlaşmışdır. Halbuki Nigar həmin evdə müqavilədə göstərilən müddət ərzində qalmışdır. Artıq müddətdə qalmamışdır. Məhkəmə həmçinin göstərmişdir ki, guya Nigar evdə sentyabr və oktyabr ayında qanunsuz qalaraq iki ay ərzində həmin həmin dövr üçün kirayə haqqına uyğun olaraq 5000 manat məbləğində zərər vurmuşdur. İddiaçı sentyabr ayının ortasında evdən çıxmışdır. Bu barədə şahid Rəvan Eminov məhkəmədə öz ifadəsində göstərmişdir, həmçinin tərəflər arasında olan səs yazısında və yazışmalarda bu fakt öz əksini tapmışdır. Həmçinin yeni təqdim ediləcək kirayə müqaviləsindən də görünür ki, İddiaçı evi sentyabra ayında tərk edərək, gedib başqa yerdə kirayə müqaviləsi bağlayaraq yeni ev tutaraq yaşamışdır. Məhkəmə müqavilənin oktyabr ayında ləğv edilməsinə istinad etmişdir. Müqavilənin ləğvini və pulunun geri qaytarılmasını Nigar sentyabr ayından başlayaraq Ceyhundan tələb etsə də, Ceyhun pulu olmadığına görə bu prosesi yubatmışdır. Bu barədə səs yazıları və sms-lər vardır. Yəni fakt odur ki, Nigar evdən məhkəmənin göstərdiyi kimi oktyabr ayında deyil, sentyabrın ortasında çıxaraq evi təhvil vermişdir. Nigarın evi sentyabrda təhvil verməsi işin mübahisəsiz tərəfidir, çünki çoxsaylı sübutlarla öz təsdiqini tapmışdır. Əgər Məhkəmənin dediyi kimi Nigar sentyabr yox, oktyabr ayında evdən çıxsaydı belə, yenə məhkəmə iki aylıq kirayə haqqı hesablayarkən səhvə yol vemiş, çünki müqavilə oktyabrın 14-də ləğv edilmişdir. Bu müddət 2 ay yox, 1 ay 14 gün edir. Göründüyü kimi məhkəmə zərər anlayışına düzgün qiymət verməyərək evin ucuz satılmasını və evdə yaşamaq faktlarını əsassız olaraq vurulmuş zərər kimi qiymətləndirmişdir. Sual olunur hazırkı iş üzrə mülkiyyətçi başqa şəxs olduğu halda Cavabdeh necə maddi zərər vurulmuşdur? Məhkəmə bu mövqeyə gələrkən hansı qanunvericilik normasının tələbinə əsaslanmışdır? Müqavilə tərəfi olan Nicat Quliyevin və yaxud Cavabdeh İddiaçı qarşı maddi zərərin vurulması barədə iddia tələbi olmuşdurmu? Xeyir cavabdehin belə bir iddia tələbi olmamışdır. İş materiallarından göründüyü kimi müqavilədən kənar formada İddiaçı 90.000 manat məbləğində pul alıb onun 40.000 manatını qaytarmamaqla əsassız varlanmaya yol vermiş Cavabdeh həmin məbləği tam şəkildə geri qaytarmaq öhdəliyi yaranmışdır. İddiaçı əsassız varlanma predmeti olan 40.000 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Cavabdeh bu günədək öz öhdəliyini icra etməyərək 40.000 manat məbləğində pulu geri qaytarmamışdır. İş üzrə Cavabdeh qeyd edilən hər iki maddənin tələbini pozaraq öhdəlikdən irəli gələn 40.000 manat pulu qaytarmaq vəzifəsini vicdanla yerinə yetirməmiş və nəticədə iddiaçıya həmin məbləğdə maddi zərər vurmuşdur. İddia tələbi əsassız varlanma ilə bağlı olub cavabdehdən 40.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Belə ki, heç bir qanuni və ya müqavilə əsası olmadan cavabdeh həmin pul məbləğini alaraq qaytarmaqdan imtina etmişdir. Nticədə başqa şəxsin əmlakı hesabına əsassız varlanmışdır. Məhkəmə isə bu halda da qanunvericiliyin tələbini kobud şəkildə pozaraq əsassız varlanma predmeti olan pulun 35.000 manat hissəsini cavabdehə vurulmuş zərər hesab edərək həmin hisssədə iddianı rədd etmişdir. Halbuki, nə müqavilə tərəfi olan evin mülkiyyətçisi Nicat Quliyevin, nə də Cavabdeh iddiaçıya qarşı vurulmuş maddi zərərin ödənilməsi baradə qarşılıqlı iddiası olmamışdır. Belə bir iddia olmadığı halda məhkəmə öz səlahiyyətini aşaraq iddia tələbindən kənara çıxıb işə baxmış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Hazırki iş üzrə məhkəmə qətnamə qəbul edərkən işdə olan sübutları düzgün qiymətləndirməmişdir, belə ki, məhkəmə mülkiyyətə dair X15 adına olduğu halda Cavabdeh evin mülkiyyətçisi kimi tanımış, İddiaçı evdən sentyabr ayında çıxması barədə hər iki şahidin ifadəsini nəzərə alınmamış, Nigarla Ceyhun arasındakı səs yazılarını və yazışmaları nəzər alınmamışdır. Həmçinin daşınmaz əmlakın alqı-satqısı barədə müqavilənin şərtlərini nəzərə almamışdır. Həmçinin Nigarın faktiki evdən çıxdığı vaxtdan 2 ay sonra evin satılması faktına düzgün qiymət verməmişdir. Nəticədə iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılmamış və tərəflər arasındakı yaranmış hüquq münasibətinə tətbiq edilməli olan qanunun normaları düzgün tətbiq edilməmişdir. (MPM-in 218.1-ci maddəsi) Ən əsası məhkəmə qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilmiş imperativ tələbi pozaraq iddia tələbindən kənara çıxmışdır. Mülki işə iddiaçının tələbi daxilində baxmamış və nəticədə iddia tələbindən kənara çıxaraq cavabdehin mənafeyini müdafiə edərək qarşılıqlı iddia tələbi olmadığı halda iddiaçının tələb etdiyi 40.000 manat pulıun 30.000 manat hissəsini evin dəyərinin düşməsi səbəbindən vurulmuş zərər kimi və 5000 manat hissəsini isə iddiaçının evdə 2 ay müddətdə kirayəçi kimi artıq qalaraq zərər vurması kimi qiymətləndirərək öz başına formada iddia tələbinin məbləğindən çıxmışdır. Məhkəmənin öz qətnaməsində iddia tələbindən kənara çıxaraq qarşılıqlı iddia olmadığı halda 35.000 manat məbləğində pulu öz-özlüyündə kompensasiya etməklə cavabdehin xeyrinə iddia tələbindən kənara çıxması qanunvericiliyin tələbinin kobud şəkildə pozuntusudur. Hazırkı iş üzrə İddiaçı 40.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia qaldırarkən iddia tələbinin əsası kimi cavabdehin həmin məbləğdə pulu qaytarmaması barədə verdiyi izahatlarını, cavabdehin mülkiyyətçi olmadığı halda iddiaçıdan həmin pulu müqavildən kənar alaraq əsassız varlanmaya yol verməsi faktını, evin iddiaçı tərəfindən yekunda alınmadığı təqdirdə cavabdehə dəyəcək zərərin əvəzinin onun tərəfindən ödənilməsi barədə xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində hansı bir müddəanın olmamasını, həmin evdən sentyabr ayında çıxması barədə səs yazısını, sonradan başqa şəxsin evində qalması barədə kirayə müqaviləsini, qarşı tərəfin pulu gec qaytarmasına görə alqı-satqı müqaviləsinin oktyabr ayında ləğv edilməsini, həmçinin iddia tələbinin əsaslı olması barədə hər iki şahidin ifadələrini göstərmişdir. Cavabdeh isə iddianın əsassız olması barədə hər hansı sübut təqdim edə bilməmiş, yalnız mülkiyyətçiyə aid olan hüquqları mənimsəyərək həmin mövqedən çıxış etmiş, məhkəməyə təqdim etdiyi sənədləri əslində təqdim etməyə subyektiv hüququ belə olmamışdır. Məhkəmə hazırkı iş üzə qətnamə qəbul edərkən madi və prosessual hüquq normalarına dəqiq əməl etməmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına açıq-aşkar uyğun olmamış və işə iddia tələbi üzrə baxılmamış və iddia tələbindən kənara çıxılmışdır. Hakim iddia tələbindən kənara çıxsa da, qətnamədə bunu zəruri edən müstəsna halların nədən ibarət olmasını göstəməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi
27. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
28. 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
30. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan normalarının məzmunundan göründüyü kimi, fiziki və hüquqi şəxslər azad surətdə bağlamış olduğu və məzmununu müəyyənləşdirdikləri müqavilələr bu Məcəllədə nəzərdə tutulmamış olmasa belə, ona zidd olmamalıdır.
33. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. 448.1-ci maddəsində qeyd edilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997- ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etsə də, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 40000 manat (qırx min) məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.
45. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
47. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
48. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehin faktiki sahiblik etdiyi evdə müəyyən müddətində yaşaması, evin istismar vəziyyətinə təsir etməsi və nəticədə evin bazar dəyərinin azaldılması ehtimalı vardır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının evi istifadə etməsi nəticəsində evdə müəyyən dəyər itkiləri baş vermişdir. Cavabdeh evin dəyərinin iddiaçı ilə əvvəl razılaşdırılmış 365.000 manat əvəzinə digər şəxsə 335.000 manat qiymətə satdığını və bu fərqə görə zərər çəkdiyini əsas gətirmişdir. Bu əsasla məhkəmə cavabdehin 30.000 manat pul vəsaitini zərərin əvəzi kimi saxlamasını əsaslı hesab etmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, cavabdehə məxsus yaşayış sahəsi 5 ay müddətində iddiaçının faktiki istifadəsində olmuşdur, həmin müddətin yalnız 3 (üç) ayı qarşılıqlı razılıq və qanuni əsaslarla, qalan 2 (iki) ayı isə heç bir hüquqi əsas olmadan, yəni qanunsuz şəkildə baş vermişdir. Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla və iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında müqavilədən görünür ki, iddiaçının həmin evdə avqust ayına kimi yaşamaq hüququ var idi, lakin müqavilə oktyabr ayında ləğv edilmişdir. Beləliklə də bu hal belə qənaətə gəlməyə imkan vermişdir ki, cavabdeh faktiki olaraq 2 ay ərzində (sentyabr və oktyabr) əldə edə biləcəyi güman edilən gəlirdən məhrum olmuşdur. İş üzrə təqdim olunmuş mütəxəssis rəyindən isə müəyyən edilir ki, cavabdehə məxsus yaşayış sahəsinin aylıq icarə (bazarda kirayə) dəyəri 2024-cü ilin sentyabr ayı üçün 3.000 (üç min) manat, oktyabr ayı üçün isə 2.000 (iki min) manat təşkil etmişdir. Beləliklə, cavabdehin mülkiyyətində olan yaşayış sahəsində qanunsuz istifadəyə görə sonuncunun əmlakından əsassız istifadə nəticəsində 5.000 (beş min) manat məbləğində zərər dəymişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, maddi hüquq normalarını işin hallarını tam araşdırmadan hazırki mübahisəyə tətbiq etmiş və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir.
50. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının cavabdehə məxsus yaşayış sahəsində 2 (iki) ay müddətində əsassız və icazəsiz yaşaması və iddiaçının evi istifadə etməsi nəticəsində evdə müəyyən dəyər itkilərinin baş verməsi əsası ilə cavabdehə maddi zərər dəyməsi və həmin məbləğin iddia tələbindən çıxılmaqla kompensasiya edilməsi qənaəti əsaslı olmamışdır.
51. İş materiallarından görünür ki, alqı-satqı predmeti olan bağ evi notarial qaydada üçüncü şəxs X6 adına rəsmiləşdirilmişdir, lakin faktiki sahibi Cavabdeh olmuşdur. Tərəflər arasında faktiki münasibətlər mülki xarakter daşımaqla, daşınmaz əmlakın alqısatqısı və bu münasibətlərdən irəli gələn pul öhdəlikləri kontekstində formalaşmışdır. Hərçənd ki, notarial müqavilə Cavabdeh dostu Nicat Quliyevlə bağlanmışdır, lakin faktiki danışıqlar, ödənişlər və müqavilənin icrası Cavabdeh aid olmuşdur. Bu hal tərəflərin izahatında da təsdiqini tapmışdır.
52. İşin halları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh fərdi yaşayış evinin alınması üçün faktiki olaraq 190.000 manat pul vermiş, lakin bu məbləğin yalnız 150.000 manatı ona qaytarılmış, 40.000 manat isə cavabdeh tərəfindən saxlanılmışdır. Göstərilən hal cavabdeh tərəfindən etiraf edildiyindən və sübuta yetirildiyindən işin mübahisəsiz halıdır. Bununla belə məhkəmənin qeyd olunan xüsusatı müxtəlif əsaslarla cavabdehə maddi zərər dəyməsi kimi qiymətləndirərək bu məbləği kompensasiya etməsi maddi və prosessual hüquq normaları baxımından düzgün olmamışdır. Cavabdeh müqavilə əsasında qaytarmalı olduğu pul məbləğinə münasibətdə öhdəliyini icra etməyərək iddiaçının qanunla qorunan hüququnu pozmuşdur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı iddia tələbində haqlı olmuşdur.
53. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamədə gəldiyi nəticəni cavabdehə maddi zərər dəyməsi və həmin məbləğin iddia tələbindən çıxılaraq əvəzləşdirilməsi kimi əsaslandırsa da, müqavilə tərəfi olan Nicat Quliyev və Cavabdeh tərəfindən iddiaçıya qarşı vurulmuş maddi zərərin ödənilməsi barədə qarşılıqlı və yaxud ayrıca iddia mövud olmamışdır.
54. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
55. Mülki Məcəllənin 425.1-ci maddəsində göstərilmişdir ki, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
56. Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
57. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
58. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan normalarının məzmunundan göründüyü kimi, fiziki və hüquqi şəxslər azad surətdə bağlamış olduğu və məzmununu müəyyənləşdirdikləri müqavilələr bu Məcəllədə nəzərdə tutulmamış olmasa belə, ona zidd olmamalıdır.
59. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
60. Həmin Məcəllənin 448.1-ci maddəsində qeyd edilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997- ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
62. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
63. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
66. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 40000 manat (qırx min) məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (elektron qaydada) kassasiya şikayəti verilə bilər.