Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4381/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı (qarşılqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi və vəkili X4, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X3 nümayəndəsi və vəkili Orucov Söhrab Kərim oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6998/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh X3 nümayəndəsi və vəkili Orucov Söhrab Kərim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X5 qarşı müqavilələr üzrə yarnamış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X6 ilə cavabdeh X7 arasında xx.xx.2018-ci il tarixdə məhsulların nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən aralarında qarşılılı razılıq əldə edilmiş, heç bir təsir olmadan aşağıdakı şərtlərlə mühsulların nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə görə ümumi dəyəri 6.686,76 manat olan müxtəlif çeşdili məhuslları İddiaçı MMC-dən nisyə şəkildə qəbul edərək satmalı, məhsulların satışı pulunu 1 ay müddətində pul şəkilində İddiaçı MMC-yə ödəməyi öhdəsinə götümüşdür. Lakin cavabdeh xx.xx.2018-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktlarında göstərilən 12+12 adda məhsulları qəbul etdikdən sonra onların dəyəri qeyd olunan müddətdə İddiaçı MMC-yə ödəməmişdir. Dəfələrlə cacavadehə bu barədə xəbərdarlıq edisə də, o həmin məhsulun pulunu ödəyəcəyinə söz vermiş, lakin həmin məbləği bu günə qədər MMC-yə ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdeh İddiaçı MMC-yə dəvət edilmiş, lakin cavabdeh qəbul etməyərək şirkətə gəlməmişdir. Ona görə də məhəmədən Cavabdeh xx.xx.2018-ci il tarixli məhsulların nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 6.686,76 (altı min altı yüz səksən altı manat 76 qəpik) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6998/2018 saylı xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X2 6686.76 manat əsas və 30 manat dövlət rüsumunun cəmi 6696.79 manat İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X7 apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6998/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə aşağıda qeyd edilənlərə əsasən qanunsuz və əsassızdır. İlk növbədə, məhkəmə tərəfindən işə baxılarkən prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsinin 2-ci səhifəsinin birinci abzasında qeyd olunur ki, “iş üzrə cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir”. İş üzrə cavabdeh X7 hazırki iş üzrə iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə rəsmi qaydada təqdim edilməmişdən təxminən 7 ay əvvəl, yəni xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənara, Rusiya Federasiyası ərazisinə getmiş və hal-hazıradək də, Rusiya Federasiyası ərazisindədir. Digər tərəfdən, cavabdeh X7 məhkəməyə iddia ərizəsinin daxil olduğu xx.xx.2018-ci il tarixdən təxminən 7 ay əvvəldən hal-hazıradək Rusiya Federasiyası ərazisində olmasına baxmayaraq, ailə üzvləri cavabdehin qeydiyyatda olduğu Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində yaşamış, lakin indiyədək cavabdehin ailə üzvlərindən heç kəsə məhkəmə iclası barədə bildiriş təqdim edilməmişdir. Əgər məhkəmə bildirişi təqdim edilmiş olsaydı, cavabdeh hər gün ailə üzvləri ilə telefon vasitəsi ilə əlaqə saxladığından ona məlumat verilərdi və cavabdehə ünvanlanmış məhkəmə bildirişinin onun ailə üzvləri tərəfindən qəbul edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunardı. İş materiallarından da göründüyü kimi, məhkəmə bildirişinin cavabdehin qeydiyyatda olduğu ünvan üzrə kiməsə təqdim edilməsini təsdiq edən sənəd mövcud deyil. Göründüyü kimi, Məhkəmənin qətnaməsində (2-ci səhifə 2-ci abzas) MPM-in 185.5-ci maddəsinə istinad etməklə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər edilməsi barədə qənaəti əsassız olmuşdur. Bu isə onu deməyə əsas verir ki, məhkəmə nədənsə işə baxılarkən tərəflərin məhkəmə iclasında çəkişmə prinsipinin təmin olunmasında maraqlı olmamış, cavabdehin ona qarşı irəli sürülmüş iddiaya qarşı etirazını bildirmək, təqdim edilmiş sübutların araşdırılmasında iştirak etmək, özünün sübutlarını təqdim etmək və s. kimi prosessual hüquqlarından yararlanmaqla barəsində ədalətli məhkəmə qərarının qəbul olunmasına nail olmağa şərait yaratmamış, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmuşdur. Eyni zamanda, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsi səbəbindən Məhkəmə tərəflərin qarşılıqlı münasibəti barədə səhv nəticəyə gəlmiş, iddiaçı tərəfin təqdim etdiyi saxta sübutlar əsasında qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinə sübut kimi əlavə olunan xx.xx.2018-ci il tarixli “Məhsulların nisyə alqı-satqı müqaviləsi”, həmin tarixli “Təhvil-təslim Aktı” və yazıldığı tarixdə (gündə) qaralamaya yol verilərək “10.01.18” kimi düzəliş edilmiş cavabdeh X3 yazdığı iddia edilən borcun etirafı haqqında ərizə iddiaçı tərəfindən saxtalaşdırılmışdır. İddia ərizəsində qeyd olunanların əksinə olaraq, cavabdeh X7 ilə İddiaçı MMC arasında hər hansı mülki hüquqi müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcud olmamış, cavabdeh iddiaçı Cəmiyyətdə işləyərkən hər hansı mülki hüquqi müqavilə, təhvil-təslim aktı imzalamamış və tərəfindən borcun etirafına dair hər hansı ərizə yazılmamışdır. Əslində cavabdeh X7 ilə İddiaçı MMC arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı Cəmiyyət - işəgötürən, cavabdeh isə qeyri-rəsmi işçi - ekspeditor olmuşdur. Cavabdeh X7 xx.xx.2018-ci il tarixdə qardaşı ilə bağlı baş vermiş hadisə ilə əlaqədar təcili olaraq Rusiya Federasiyasına getməli olduğundan işəgötürən - İddiaçı MMC-nin rəhbərliyinə bu barədə məlumat vermiş və onunla həmin gün haqq-hesab edilərək ərazisində olan mağazalara cavabdeh tərəfindən paylanmış, lakin pulu alınıb İddiaçı MMC-yə çatdırılmamış mallara görə 1431 manat borcu olduğu və həmin məbləğdən 225 manat İddiaçı MMC tərəfindən ona güzəşt edildiyi və 1206 manat borcunu ödəməli olduğu bildirilərək İddiaçı MMC-nin kompyuter-məlumat bazasından cədvəl formasında haqq-hesab sənədi (həmin sənəd apellyasiya şikayətinə əlavə olunur) təqdim edilmişdir. Cavabdeh X7 İddiaçı MMC-də ekspeditor kimi işlədiyi müddətdə onun həmin Cəmiyyətə, cəmi 1206 manat borcu olmuşdur. Rusiya Federasiyasına getdikdən sonra da, İddiaçı MMC-nin rəhbərliyi ilə danışaraq 1206 manat borcunu ödəyəcəyini bildirmişdir. Hazırki apellyasiya şikayətinə baxılarkən işin əhəmiyyətli olan həqiqi halları müəyyən edilməli, tərəflərin qarşılıqlı münasibətinə uyğun qətnamə qəbul edilməlidir. Bunun üçün qeyd olunan sübutların saxta olub-olmadığının müəyyən olunması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmalı, həmin ekspertizanın rəyi əsasında saxta sübutlar təqdim etməklə əsassız və qanunsuz məhkəmə qətnaməsinin qəbul olunmasına səbəb olmuş təqsirli şəxslər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülməlidir. Apellyasiya icraatı zamanı X3 nümayəndəsi və vəkili Orucov Söhrab Kərim oğlu cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılqlı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli “məhsulların nisyə alqı-satqı müqaviləsi”, həmin tarixli “təhvil-təslim aktı” və borcun etirafı haqqında ərizə saxta olduğundan etibarsız hesab edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi eyni ilə apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı (qarşılqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə və qarşılıqlı iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X3 nümayəndəsi və vəkili Orucov Söhrab Kərim oğlu apellyasiya şikayətini və qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6998/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, X1 cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, xx xxxx 2020-cu il tarixdə məhkəmə kollegiyasının iclasında X3 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddiası icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri və qarşılıqlı iddia tələbi ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X5 6686.76 manat dəyərində müxtəlif çeşidli məhsullar satmışdır. İş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X5 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, X7 borc barədə xəbərdarlıq edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, X7 ilə kreditor İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixli, məhsulların nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh X7 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən 6686.76 manat dəyərində müxtəlif çeşitli məhsullar almış, lakin müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə üzərinə öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 6686.76 manat əsas və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə tutulması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan xx.xx.2018ci il tarixli “məhsulların nisyə alqı-satqı müqaviləsi” bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Belə ki, qarşılıqlı iddia tələbində Dilqəm Sərdarovla İddiaçı MMC arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamış olduğunu və cavabdeh Dilqəm Sərdarov hər hansı təhvil-təslim aktı imzalanmadığını qeyd etsə də, bu halda dair hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin qeyd olunan dəlili ilə bağlı vəsatət verib, iddiaçının iştirakının təmin edəcəyini və həmin dəlillərini araşdırılması üçün ekspertiza təyin edilməsini xahiş etsə də, iddiaçının iştirakını təmin etməmiş və məhkəmənin əsassız vaxt itkisinə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqaviləyə əlavənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, xx.xx.2018-ci il tarixli “məhsulların nisyə alqı-satqı müqaviləsi” etibarsızlığına səbəb olacaq hər hansı halı ilə müəyyən edilmədiyindən, qarşılıqlı iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə qarşılıqlı iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində göstərdiyi hallarla bağlı apellyasiya məhkəməsində heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6998/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, X1 cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6998/2018 saylı xx xxxxxx 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. X1 cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4381/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4381/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver