Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4382/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)-3915/2020 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak üzərində payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2000-ci il tarixli, 292 nömrəli sərəncamına əsasən Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942/D saylı məhəllədə “İnşaat” təmir-tikinti kooperativinə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış ərazidən 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində - birinci mərtəbəsində 2 otaq, dəhliz, ikinci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, üçüncü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvan üzərində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, Ağdam rayonundan məcburi köçkün kimi 1993-cü ildən Bakı şəhərində məskunlaşmışlar. 1999-cu ildə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 50 saylı evin 22 saylı mənzili atası X2 adına alaraq, Cavabdeh də daxil olmaqla, həmin evdə yaşamağa başlamış və həmin mənzilə pasport qeydiyyatına alınmışdırlar. Ailə üzvlərinin sayı çox olduğundan, qərara gəlmişlər ki, ailə üzvlərindən birinin adına torpaq sahəsi alıb orada fərdi yaşayış sahəsi inşa etsinlər. Bu məqsədlə bacısı - hazırki iş üzrə Cavabdeh adından Xətai Rayon İcra Hakimiyyətinə yazılı surətdə müraciət etmiş, müraciətə müsbət yanaşılmış, Xətai Rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2000-ci il tarixli, 292 nömrəli sərəncamına əsasən, cavabdehin adına Bakı şəhəri, General Mehmandarov küçəsi, 2942/D saylı məhəllədə “İnşaat” təmirtikinti kooperativinə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış ərazidən 0,04 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Elə həmin ilin sonlarında orada onun və Rusiyada yaşayan qardaşı Nizam Vəliyevin vəsaiti hesabına tikinti işlərinə başlamışdırlar. Cavabdeh də daxil belə razılığa gəlmişdirlər ki, tikinti işləri başa çatdıqdan sonra fərdi yaşayış evini əvvəl cavabdehin adına hüquqi qeydiyyata alınar, sonra 1/2 hissədə olmaqla, onun və 1/2 hissədə isə qardaşı Nizaminin adına qeydiyyata aldırarlar. Tikinti işləri eyni zamanda aparılsa da, tikili iki hissədən ibarət olmaqla aparılmış, ayrıca giriş qapıları, ortadan mişar daşından divar çəkilmiş, tikililər faktiki olaraq birbirindən təcrid olunmuş vəziyyətdədir. 2006-cı ilin ortalarında tikinti işləri 3-cü mərtəbə də daxil natamam başa çatmış, ona aid hissənin birinci mərtəbəsində 2 otaq, dəhliz, 2-ci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, 3-cü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvan inşa edilmiş, ailə üzvləri, həyat yoldaşı və uşaqları ilə birlikdə tikilinin sağ tərəfinə, ona aid olan hissəyə köçmüş, kommunal xidmətləri, o cümlədən su, işıq, qaz və telefon xətləri ayrıca çəkilmiş, tikilinin ona aid hissəsində kommunal xidmətləri onun adına, digər hissədə isə cavabdehin adına olmuşdur. Müraciəti əsasında özünə aid hissəyə ayrıca telefon xətti çəkilmiş, qaz sayğacı quraşdırılmış, elektrik enerjisindən istifadəyə dair adına texniki şərt tərtib edilmiş, ev elektrik enerjisi ilə tam təchiz olunmuşdur. Tikinti işləri tam başa çatmamış, cavabdeh ondan xəbərsiz adı çəkilən fərdi yaşayış evini öz adına qeydiyyata aldıraraq, mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Cavabdehə təklif etmişdir ki, razılaşmalarına uyğun olaraq tikilinin ona aid hissəsinin adına qeydiyyata alınmasına razılıq versin, lakin cavabdeh bundan imtina etdiyindən, məsələ ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X14 iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-cıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, ikinci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, üçüncü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınması və üzərində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdilər. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı və ailə üzvləri olan - X8, X10, X11, X15 və X6 xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3cü maddəsinin tələblərinə uyğun olaraq, qarşılıqlı iddia tələbi ilə bağlı X4 cavabdeh qismində işə cəlb etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, cavabdeh İddiaçı 14 dekabr 2018-ci il tarixdə bir qrup şəxslərlə birlikdə ünvan 2 ünvanında onu döyərək, sağlamlığına xəsarət yetirmişdir. Faktla bağlı 21 yanvar 2019-cu il tarixdə Xətai RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqları 14.12.2016-cı il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və həmin tarixdən ünvan 3 fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Lakin, fərdi yaşayış evi onun mülkiyyətində olsa belə, həmin evdən öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqları məhdudlaşdırılıbdır. Belə ki, cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətində olan fərdi yaşayış evində yaşamaları onun hüquqlarını pozur. Ona görə də hesab edir ki, cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətində olan fərdiyaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)-3915/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, əmlak üzərində payının müəyyən edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdehlər İddiaçı, X8 və ailə üzvləri olan - X10, X11, X15 və X6 iddiaçı Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu ilkin iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, hakim işi qeyri-obyektiv aparmış, işin hallarını araşdırmamış və yalnız cavabdehin adına olan və onun mülkiyyət hüququnu təsdiq edən çıxarışa əsaslanaraq onun tələbi rədd etmiş, cavabdehin tələbini təmin etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 20020-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən ünvan 3 evdən istifadə və sahiblik hüququnun tanınması və qarşılıqlı iddia hissəsində ləğv edilib, mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılaraq, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini qəbul etmədi, qarşılıqlı iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, kassasiya instansiyası məhkəməsinin qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-cıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, ikinci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, üçüncü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınmasının təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2020-ci il tarixli qərardadı iləBakı şəhəri Xətai rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)-3915/2020 saylı qətnaməsi qarşılıqlı iddianın cavabdehlər X8 və ailə üzvləri olan - X10, X11, X15 və X6 iddiaçı Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları hissəsində ləğv olunaraq, həmin hissədə qarşılıqlı iddianın qəbulundan imtina olunmuşdur. Belə olan halda, kollegiya qeyd edir ki, apellyasiya baxışının predmetində qalan hissə- Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)-3915/2020 saylı qətnaməsinin ilkin iddianın İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-cıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, ikinci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, üçüncü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınmasının təmin edilməyən və qarşılıqlı iddianın cavabdeh İddiaçı Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “Qəsəbədaxili ərazidə müstəsna hal kimi fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Xətai Rayonu İcra Hakimiyyəti başçısının 25.09.2000-ci il tarixli, 292 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Xətai Rayon İcra Hakimiyyətinə vətəndaşlar müraciət edərək, mənzilinin darısqal olmasını nəzərə alaraq, onlara rayonun ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasına icazə verilməsini xahiş etmişdirlər. “İnşaat” Təmir Tikinti Kooperativi özünün 01.09.2000-ci il tarixli, Ç-09 saylı məktubu ilə onlara Bakı şəhər XDS İK-nin 5/190 saylı, 16.06.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, General Mehmandarov küçəsi, 2942 D saylı məhəllədə onlar üçün fərdi yaşayış tikintisinə ayrılmış 2,2 ha sahədən torpaq sahəsi ayrılmasına razılıq vermişdir. Göstərilənlərə əsasən, ...Cavabdeh...hər birinə 0,04 ha (400 kv.m.)...General Mehmandarov küçəsi, 2942 D saylı məhəllədə “İnşaat” TTK-nə fərdi yaşayış evləri tikintisi üçün ayrılmış ərazidən... fərdi yaşayış evinin tikintisinə torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Cavabdeh ünvanladığı məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi General Şıxlinski küçəsi və General Mehmandarov küçəsi arasında yerləşən 2942 D saylı məhəllədə Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinə ünvan 5 ünvanı təyin edilir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində olan, ümumi sahəsi 372,6 kv.m. təşkil edən fərdi yaşayış evi 14.12.2016-cı il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 21.01.2019-cu il tarixli qərardan görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh ərizə ilə Xətai RPİ-nin 35-ci PB-nə müraciət edərək bildirmişdir ki, 14.12.2018-ci il tarixdə, saat 20 radələrində ünvan 9 ünvanında qardaşı Nazim, qardaşının qızı Maftuna, qardaşının kürəkəni Məmlik, qardaşı oğlu Eldar və digər qardaşı Rza onu döyərək sağlamlığına xəsarət yetirmişlər. Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğundan, fakta görə həmin maddə ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xətai rayonu İcra Hakimiyyəti başçısının 25.09.2000-ci il tarixli, 292 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh 0,04 ha torpaq sahəsi ayrılmış, Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinə Bakı şəhəri, ünvan 10 ünvanı verilmiş və fərdi yaşayış evi 14.12.2016-cı il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda mübahisəli fərdi yaşayış evində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ailəsi ilə birlikdə yaşayır və həmin fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh əmlakından öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsi ilkin iddianı apellyasiya baxışının predmeti olan hissədə rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X3 ünvan 6 saylı fərdi yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, eləcə də cavabdehlər ilə mülkiyyətçi Cavabdeh arasında yazılı razılaşma olmamışdır. Kollegiya qeyd edir ki, Cavabdeh 2016-cı ilə kimi mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli yaşayış evi 14.12.2016-cı il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tam mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması Cavabdeh mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla iddiaçı arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). MM-nin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə orada yaşayan şəxslərin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə yaşayan şəxslər arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmetində olan ilkin iddia ilə bağlı hissədə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin Cavabdeh adına tam mülkiyyət kimi dövlət qeydiyyatına məhz 14.12.2016-cı il tarixində qeydə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)-3915/2020 saylı qətnaməsi ilkin iddianın İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-cıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, ikinci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, üçüncü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınmasının təmin edilməyən hissəsində ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir. Kollegiya hesab edir ki, mülkiyyətçi hüquqları ilə əmlakın sahibi olan Cavabdeh İddiaçı ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından (yəni əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxs olması müəyyən olunmur) iddiaçı cavabdehin ailə üzvü və digər qohumu hesab edilmədiyindən, iddiaçının həmin evə istifadə hüququ yaranmamışdır. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi öz qəranında qeyd etmişdir ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də əsaslı hesab edir. Belə ki, iddia tələbinin bir hissəsini Bakı şəhəri, ünvan 11 ünvanında 0,04 ha (400 kv.metr) torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-çıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, 2ci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, 3-cü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınması təşkil etsə də, nə birinci instansiyası məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin hissəsi ilə bağlı hər hansı araşdırma aparmamış, iddiaçı və ailə üzvlərinin həmin evə köçüb orada yaşamasının əsaslarını qiymətləndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərinə əsasən qeyd olunan məsələnin xüsusi bilik tələb edən məsələ olduğunu nəzərə alaraq, işə mütəxəsis cəlb etmişdir. İşə cəlb edilmiş "xxxx" MMC-nin mütəxəsisi Rövşən Talıbzadə rəyində qeyd etmişdir ki, aparılan araşdırmalar və təhlillərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2942D-ci məhəllə, 1-ci keçiddə yerləşən 9 saylı fərdi yaşayış, ümumi sahəsi 372,6 kv.m təşkil etməklə Cavabdeh xüsusi mülkiyyətindədir. Hüquqi və texniki sənədlər faktiki vəziyyətə uyğun olaraq müqayisə edilmişdir. Reyestr nömrəsi **********110-10301, AR DƏDRX, Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportdan da göründüyü kimi fərdi yaşayış evi vahid arxitektura təşkil edir. Tikilinin sağ və sol hissəsi eyni konstruksiyaya aiddir. Eyni zamanda konstruktiv elementləri, plan və sxemindən göründüyü kimi fərdi yaşayış evi bir tərkibdən ibarətdir və vahid ünvana məxsusdur. Beləliklə nəticə olaraq müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 372,6 kv.m olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2942D-ci məhəllə, 1-ci keçiddə yerləşən 9 saylı evin sağ tərəfində yerləşən və ümumi tikilidən arakəsməsi olan hissə Cavabdeh mülkiyyətində olan evə aiddir və onun mülkiyyət sahəsinə daxildir. Kollegiya hesab edir ki, iş üzrə mütəxəsis rəyi işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq olunmaqla, mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilk iddia-İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-cıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, ikinci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, üçüncü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınması ilə bağlı hissədə əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etmişdir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir şəxsin həm təkbaşına, həm də digərləri ilə birlikdə mülkiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, cavabdeh İddiaçı mübahisəli fərdi yaşayış evindən mülkiyyətçi Cavabdeh razılığı olmadan istifadə etməsi qanunvericiliyin tələbləri baxımından mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirildiyindən, eyni zamanda hər hansı bir hüququ mövcud olmayan qarşılıqlı iddia üzrə cavabdehin mübahisəli evdə yaşaması Cavabdeh həmin evə olan istifadə hüquqlarını məhdudlaşdıran hal olduğundan, qarşılıqlı iddia İddiaçı mübahisəli evdən çıxarılması hissəsində təmin olunmalıdır. Kollegiya apellyasiya baxışının predmetində olan qarşılıqlı iddia ilə bağlı hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadə etməlidir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya mərhələsində mütəxəsisə ödənilməli olan 100 manat İddiaçı Allahverdi oğlundan alınaraq, "xxxx" MMC-nin hesabına “VÖEN:**********, HesabNoAZN: AZ69ATAZ********************, Bank:ATABANK ASC DOSTLUQ FİLİALİ, VÖEN:**********, Müxbir hesab:AZ50NABZ********************, KOD:512811; SWİFT: ATAZAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)- 3915/2020 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə- ilkin iddianın İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-cıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, ikinci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, üçüncü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınmasının təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia həmin hissədə təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)-3915/2020 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə- qarşılıqlı iddianın cavabdeh İddiaçı Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya mərhələsində mütəxəsisə ödənilməli olan 100 (yüz) manat İddiaçı Allahverdi oğlundan alınaraq, "xxxx" MMC-nin hesabına “VÖEN:**********, HesabNoAZN: AZ69ATAZ********************, Bank:ATABANK ASC DOSTLUQ FİLİALİ, VÖEN:**********, Müxbir hesab:AZ50NABZ********************, KOD:512811; SWİFT: ATAZAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-4382/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4382/2020
14.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver