Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4382/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1531/2023 nömrəli 30 may 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1531/2023 saylı qətnaməsi ilə iddia tələbininin təmin edilməsi, İddiaçı və "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, K/23-00211 saylı saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-də Biləcəri “EİSİ”nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2023cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayəti məhkəmənin 30 may 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hazırda cavabdeh həmin qərardaddan şikayət vermiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 397.1-ci maddəsinə əsasən bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən məhkəmə qərardadlarından verilmiş şikayətə əvvəlcə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılır. Baxılan iş üzrə isə birinci istansiya məhkəməsi tərəfindən verilmiş şikayətə baxılmamış, birbaşa baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Odur ki, Kollegiya hesab edir ki, hazırki şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və birinci instansiya məhkəməsi tərəfindən həmin şikayətə baxılıb əsaslı olub-olmamasına müvafiq olaraq qanunvericiliyin tələbinə əsasən qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1531/2023 nömrəli 30 may 2023-cü il tarixli qərardadından cavabdeh tərəfdən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət baxılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4382/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4382/2023
19.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver