Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4383/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icraata xitam, mübahisənin məhkəməyə aidiyyati, hüquqi müəyyənlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh 896,12 (səkkiz yüz doxsan altı manat, on iki qəpik) manat əsas, 159,31 (bir yüz əlli doqquz manat, otuz bir qəpik) manat faiz, 103,69 (bir yüz üç manat, altmış doqquz qəpik) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1189,12 (bir min yüz səksən doqquz manat, on iki qəpik) manatın alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3105/2021 saylı iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən, X1 və X4 5355,58 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir.
3. Hər iki məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasını təmin etmək üçün Cavabdeh əmək haqqına tutma yönəldilmiş və 16125 nömrəli xx.xx.2021-ci il tarixli yönəltmə qərarı icra olunması üçün borclunun iş yeri olan "xxxx" ASC-yə göndərilmişdir.
5. "xxxx" ASC-dən qeyd olunan icra sənədinin icrası ilə bağlı İddiaçı ASC-nə heç bir vəsait daxil olmamış, borclunun əmək haqqından yalnız 7% icra ödənişi tutularaq icra şöbəsinin depozit hesabına köçürülmüşdür.
6. Nəsimi rayon İcra şöbəsinin icraatında olan İddiaçı ASC-nin tələbkar olduğu digər icra sənədi olan Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3105/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnamə üzrə borclu X2 da əmək haqqına tutma yönəldilmiş və yönəltmə qərarı borclunun işlədiyi Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir.
7. Həmin yönəltmə qərarı Baş Polis İdarəsinə ünvanlanan zaman məktuba qoşma olaraq səhvən Cavabdeh bank hesab rekvizitləri əlavə edilmiş və Habil Hüseynovun əmək haqqından aparılan tutulmalar Cavabdeh hesabına köçürülərək onun borcundan silinmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsinin icrasına Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xitam verilmişdir.
9. Həmin qərardadan İddiaçı ASC-nin nümayəndəsinin verdiyi şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv olunmuş, 2(006)-1920/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnamə üzrə icra hərəkətlərinin davam etdirilməsinə göstəriş verilmişdir.
10. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqda 1227,12 manatın 5 gün müddətində banka qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları
11. “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 1227,12 manat məbləğində pul vəsaitinin və 32,27 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı 26 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 896,12 (səkkiz yüz doxsan altı manat, on iki qəpik) manat əsas, 159,31 (bir yüz əlli doqquz manat, otuz bir qəpik) manat faiz borcu, 103,69 (bir yüz üç manat, altmış doqquz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 1189,12 (bir min yüz səksən doqquz manat, on iki qəpik) manat məbləğində pulun alınaraq banka ödənilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3105/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən X1 və X4 5355,58 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hər iki məhkəmə qətnaməsi icraya yönəldilmiş, tutma borcluların əmək haqqına yönəldilmişdir. Texniki səhv səbəbdən X2 əmək haqqından tutulmuş 1465,67 manat məbləğində vəsait Cavabdeh kredit borcuna silinmişdir. Həmin vəsaitdən xx.xx.2022-ci il tarixdə 366,42 manat, xx.xx.2022-ci il tarixdə 388,97 manat, xx.xx.2022-ci il tarixdə 386,63 manat və komissiya olaraq 2,32 manat, xx.xx.2022-ci il tarixdə 10 manat və 70 manat, xx.xx.2022-ci il tarixdə isə 2,78 manat olmaqla ümumilikdə cəmi 1227,12 manat məbləğində vəsait əsassız olaraq Cavabdeh tərəfindən hesabdan məxaric olunmuşdur. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün Cavabdeh əmək haqqına yönəldilmiş və 16125 nömrəli xx.xx.2021-ci il tarixli yönəltmə qərarı icra olunması üçün borclunun iş yeri olan "xxxx" ASC-yə göndərilmişdir. Lakin "xxxx" ASC-dən qeyd olunan icra sənədinin icrası ilə bağlı Banka heç bir vəsait daxil olmamışdır. Borclunun əmək haqqından yalnız 7% icra ödənişi tutulmuş və icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Nəsimi rayon İcra şöbəsinin icraatında olan İddiaçı ASC-nin tələbkar olduğu digər icra sənədi olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3105/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X2 da əmək haqqına yönəldilmiş və yönəltmə qərarı borclunun işlədiyi Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Yönəltmə məktubu Baş Polis İdarəsinə ünvanlanan zaman məktuba qoşma olaraq səhvən Cavabdeh bank hesab rekvizitləri əlavə edilmişdir. Beləliklə, Hüseynov Habilin əmək haqqından tutma aparılaraq Cavabdeh hesabına köçürülmüş və borcundan silinmişdir. Hətta Cavabdeh Hüseynov Habilin əmək haqqından gələn vəsait hesabına borcunun bağlandığını, cari hesabda əlavə vəsaitin qalmasını və bu vəsaitin ona aid olmadığını bilə-bilə 1227,12 manat məbləğində vəsaiti öz hesabından məxaric edərək mənimsəmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh hesabdan məxaric etdiyi məbləği ödəməkdən boyun qaçırır.
13. Birinci instansiya məhkəməsinin 25 may 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş 2(006)-1920/2021 saylı 26 fevral 2021-ci il tarixli qətnaməsi mövcuddur və irəli sürülən məsələ məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələlərdir. Belə olan halda, iddiaçının sözügedən məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ vardır.
15. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci və “İcra haqqında” Qanunun 29.1-ci maddələrinə istinad etmişdir.
16. Həmin qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək onun ləğv edilməsini və işin icraatının təzələnməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, bir şəxslə bağlı kredit borcu üzrə icra vərəqəsi verilmiş və icra edilmişdir. Hazırki iş isə kredit borcu üzrə başqa bir borclunun əmək haqqına yönəldilmiş məbləğin Cavabdeh hesabına köçürülməsindən ibarətdir. Hal-hazırda icra mərhələsi üzrə icra qurumuna müraciət etmək üçün heç bir əsas yoxdur, buna səbəb isə bir kredit borcu üzrə icra vərəqəsinin artıq verilməsidir. Məhkəmə tərəfindən qərardadda sadəcə bir cümlə ilə “iş məhkəmədə baxılmalı deyilsə iş üzrə icraata xitam verilməlidir” qeydi aparılaraq icraata xitam verilməsi qanunsuz və əsassız olmuşdur.
Apellyasiya baxışı
17. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
19. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda.
21. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.
22. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.
23. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir.
24. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.
25. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.
26. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır.
27. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir.
Apellyasiya baxışının həddi
28. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
29. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının müvafiq tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi olduğundan, həmin qətnamənin icra edilməməsi ilə bağlı məsələyə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.
30. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsinin icrasına icra məmuru tərəfindən xitam verilsə də, iddiaçı bankın həmin qərardan verdiyi və hazırda qiymət verilən iddia tələbi ilə eyni qaydada əsaslandırılan şikayət məhkəmənin qərarı ilə təmin olunmuş, həmin qətnamə üzrə icra hərəkətlərinin davam etdirilməsinə göstəriş verilmişdir.
31. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbində göstərdiyi məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququna malikdir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1702/2023 saylı iş üzrə 25 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan İddiaçı ASC tərəfindən, qərardad banka rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə