Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4384/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadından İddiaçı tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən mənzilin təhvil verilməsi və ya müqavilə üzrə ödədiyi pul vəsaitinin qaytarılması, əldən çıxmış faydanın, mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin adından direktoru R.S.Qazaxlı ilə “payçı” kimi onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 46 ünvanda 558-ci məhəllədə yerləşmiş “xxxx” MMC-nin tikməkdə olduğu binasında 3-cü giriş, 5-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 149.7 kv.m olan 148 nömrəli mənzilinin dərhal ona təhvil verilməsi və ya onun mənzilin pay dəyəri kimi “xxxx” MMC-yə ödədiyi 149.700 manat pul vəsaitinin, həmçinin vurulmuş maddi zərərin əvəzi kimi 100.000 manat əldən çıxmış faydanın, mənəvi zərərin əvəzi kimi 100.000 manat, ödənilmiş 30,50 manat dövlət rüsumu, etibarnamə üçün ödənilmiş 11,50 manat rüsum və vəkilə ödənilmiş 560 manat pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 46 ünvanda 558-ci məhəllədə “xxxx” MMC-nin tikməkdə olduğu binasında 3-cü giriş, 5-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 149.7 kv.m olan 148 nömrəli mənzilin tikintisi haqqında cavabdeh “xxxx” MMC-nin adından direktoru R.S.Qazaxlı ilə “payçı” kimi onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilməsi, həmin mənzilin tikintisi üçün onun pay dəyəri kimi “xxxx” MMC-yə ödədiyi 149.700 manat pul vəsaiti, həmçinin vurulmuş maddi zərərin əvəzi kimi 100.000 manat əldən çıxmış faydanın, mənəvi zərərin əvəzi kimi 100.000 manat, ödənilmiş 30,50 manat dövlət rüsumu, etibarnamə üçün ödənilmiş 11,50 manat rüsum və vəkilə ödənilmiş 560 manat pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 46 ünvanda 558-ci məhəllədə yerləşmiş “xxxx” MMC-nin tikməkdə olduğu binasında 3-cü giriş, 5-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 149.7 kv.m olan 148 nömrəli mənzilin tikintisi haqqında cavabdeh “xxxx” MMC-nin adından direktoru R.S.Qazaxlı ilə “payçı” İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ləğv edilmiş, həmin mənzilin tikintisi üçün İddiaçı pay dəyəri kimi “xxxx” MMC-yə ödədiyi 149.700 manat pul vəsaiti, həmçinin vurulmuş maddi zərərin əvəzi kimi 100.000 manat (əldən çıxmış fayda), mənəvi zərərin əvəzi kimi 5.000 manat, ödənilmiş 30,50 manat dövlət rüsumu, etibarnamə üçün ödənilmiş 11,50 manat rüsum və vəkilə ödənilmiş 560 manat olmaqla, cəmi 255.302 (iki yüz əlli beş min üç yüz iki) manat pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İş üzrə İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli qətnaməsindən yaranan öhdəliklərin icrası üçün məsuliyyət daşıyan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmuş X13 və X14 məsuliyyətə cəlb edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi və işinə səhlənkar yanaşan icra məmuru Sahib Allahverdiyevin haqqında tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 46 ünvanda 558-ci məhəllədə yerləşmiş “xxxx” MMC-nin tikməkdə olduğu binasında 3-cü giriş, 5-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 149.7 kv.m olan 148 nömrəli mənzilin tikintisi haqqında cavabdeh “xxxx” MMCnin adından direktoru R.S.Qazaxlı ilə “payçı” İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ləğv edilməsi, həmin mənzilin tikintisi üçün İddiaçı pay dəyəri kimi “xxxx” MMC-yə ödədiyi 149.700 manat pul vəsaiti, həmçinin vurulmuş maddi zərərin əvəzi kimi 100.000 manat (əldən çıxmış fayda), mənəvi zərərin əvəzi kimi 5.000 manat, ödənilmiş 30,50 manat dövlət rüsumu, etibarnamə üçün ödənilmiş 11,50 manat rüsum və vəkilə ödənilmiş 560 manat olmaqla, cəmi 255.302 (iki yüz əlli beş min üç yüz iki) manat pul cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli qətnaməsindən yaranan öhdəliklərin icrası üçün məsuliyyət daşıyan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmuş X13 və X14 məsuliyyətə cəlb edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi və işinə səhlənkar yanaşan icra məmuru Sahib Allahverdiyevin haqqında tədbir görülməsinə dair İddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 3401/2019 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 9003/2020 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ləğv edilmiş və bu qərardadda göstərilən hallar nəzərə alınmaqla, növbəti prosessual hərəkətlər yerinə yetirlməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ilə İddiaçı ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra vərəqəsinin icrasının təmin edilməməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 hərəkətləri qanunsuz hesab edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra vərəqəsi üzrə “İcra haqqında” Qanunun tələbinə uyğun olaraq məcburi icra hərəkətlərinin davam etdirilməsi, bu barədə tələbkara və məhkəməyə mütəmadi olaraq məlumat verilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin üzərinə qoyulmuş, ərizə qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev xx.xx.2021-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadının - “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 3401/2019 nömrəli icra vərəqəsinin icrasının təmin edilməməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 hərəkətləri qanunsuz hesab edilməsi” hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı - “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 3401/2019 nömrəli icra vərəqəsinin icrasının təmin edilməməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsində ləğv edilmişdir. İddiaçı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadından şikayət verərək, qərardadının qismən ləğv edilməsini, ərizəsinin bütövlükdə təmin edilməsini, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş təsisçisi X8 və indiki təsisçisi X14 mülki, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra etmək istəmir, əsil borclunun axtarılması üçün heç bir sorğu belə verməmişdir. İcra məmuru Azərbaycan Republikası adından çıxarılmış qətnamənin icrasına belə yanaşırsa borclu ümumiyyətlə bu qətnaməni tanımayacaq və icra etməyəcəkdir. “xxxx” MMC-nin Bakı şəhəri,32 saylı Notariat Ofisində təsdiq edilmiş xx xxxx 2017-ci l tarixli alqı-satqı müqaviləsinin 4.4.4.5-ci maddəsinə əsasən “xxxx” MMC-nin bütün səlahiyyətləri “xxxx” MMC-nin nizamnamə kapitalında ona məxsus olan 100 faiz payı X3 və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadyyat Nazirlyi Yanında DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, “xxxx” MMC-nin təsisçisi X18r. Məhkəmə faktiki olaraq heç bir araşdrıma aparmadan sanki icra məmurunun müdafiəçisi kimi araşdırma aparmış, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunması üçün qanunla üzərinə qoyulmuş vəzifələrini icra etməyən icra məmurunun hərkətlərinə heç bir hüquqi qiymət verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X15 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X2 borclunun pul vəsaitinin və əmlakının axtarılması ilə bağlı zəruri icra tədbirlərini həyata keçirdiyini və hazırda da məcburi icra tədbirlərinin həyata keçirilməsini davam etdirdiyini, onun iradəsindən asılı olmayan səbəblərdən hazırkı vaxta kimi icra sənədini icra edilə bilmədiyini bildirdi. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-ci maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Kollegiya qeyd edir ki, iş materiallarından da göründyü kimi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra sənədi üzrə xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmış və borclu “xxxx” MMC-yə xx.xx.2019-cu il tarixli könüllü icra haqqında bildiriş göndərilmişdir. İcraat zamanı “Elektron icra” İnformasiya sistemindən borclu “xxxx” MMC-nin fəaliyyətini dayandırdığı, onun Bank “xxxx” ASC-də və “xxxx” İKB ASC-də bank hesablarının olduğu aşkar edilərək onların üzərinə həbs qoyulması haqqında qərar qəbul olunaraq həmin banklara göndərilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli məktubunda “xxxx” MMC-nin bankda hesablarının olmadığı, Bank “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli məktubunda isə hesabların bağlı olduğu bildirilmişdir. “Elektron icra” informasiya sistemində borclunun mülkiyyətində hər-hansı əmlakın olmadığı müəyyən edilsə də, icra sənədinin icrasını təmin etmək məqsədilə təkrarən borclu Cəmiyyətin mülkiyyətində hər-hansı daşınar və ya daşınmaz əmlakın olması ilə bağlı aidiyyatı təşkilatlara sorğular göndərilmiş və Kənd Təsərrüfatı Nazirliyinin, ƏMDK yanında DƏDRX-nin, Fövqəladə Hallar Nazirliyi yanında X6 Görülməsi və X11 Agentliyinin, Milli Depozit Mərkəzinin, Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq məktubları ilə borclunun mülkiyyətində hər-hansı əmlakın olmadığı məlum olmuşdur. Eyni zamanda, borclu “xxxx” MMC-nin rəhbəri X16 icra şöbəsinə dəvət edilərək, xx.xx.2019-cu il tarixdə izahatı alınmış və ona barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolun veriləcəyi barədə xəbərdarlıq verilmişdir. Bundan sonra borclu “xxxx” MMC-nin rəhbəri X9 barəsində xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(004)-2845/2019 nömrəli qərarı ilə “xxxx” MMC-nin rəhbəri X16 1200 manat inzibati qaydada cərimə edilmişdir. Daha sonra, Penitensiar Xidmətin xx.xx.2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, borclu “xxxx” MMC-nin rəhbəri X16 Cinayət Məcəlləsinin 178.3.2, 306, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılır. Borclu “xxxx” MMC-nin rəhbəri X9 məhkəmə qətnaməsini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq verilə bilmədiyi və həbs olunması ilə bağlı məhkəmə qərarını qərəzli şəkildə icra etməməsini əsaslandırmaq mümkün olmadığı üçün cinayət məsuliyyətinə cəlb edilmə haqqında təqdimat verilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-122/2021 nömrəli hökmü ilə “xxxx” MMC-nin rəhbəri X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 306.2-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1ci maddəsinə əsasən X16 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və ona həmin maddə üzrə cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X10 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza həmin Məcəllənin 306.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza ilə qismən toplanılması, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəzanın əsas cəzaya birləşdirilməsi və X10 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X9 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2021-ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasına daxil edilərək, həmin cəzadan çıxılması və onun üzərində 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X9 üzərində saxlanılan 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilərək, 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. X16 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. X10 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən hazırki iş üzrə hökm qanuni qüvvəyə mindiyi andan hesablanması qərara alınmışdır. Sınaq müddəti ərzində X9 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmuşdur. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Yasamal Rayon Probasiya şöbəsinə həvalə edilmişdir. Hazırda Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatında “xxxx” MMC-nin borclu qismində tərəf olduğu 32 icra sənədi üzrə “xxxx” MMC-nin rəhbəri X9 qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra emədiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülür. “xxxx” MMC-nin rəhbəri X16 barəsində olan cinayət işi üzrə 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddətdə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2021-ci tarixədək həbsdə saxlanıldığı üçün icra məmuru Sahib Allahverdiyev Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra sənədi üzrə borclu “xxxx” MMC-nin rəhbəri X16 barəsində məcburi icra hərəkətlərinin tam şəkildə həyata keçirilməsini təmin edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra sənədinin icrası üçün “xxxx” MMC-nin təsisçiləri deyil, MMC-nin qanuni təmsilçisi, yəni rəhbəri məsuliyyət daşıyır. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMCnin təsisçisi X13 “xxxx” MMC-dəki 100% pay dəyərini X4. Rəsmi sənədlərə əsasən “xxxx” MMC-nin direktoru kimi Ramiz Qazaxlı göstərilir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, icra məmuru borclunun pul vəsaitinin və əmlakının axtarılması ilə bağlı zəruri icra tədbirlərini həyata keçirmiş və hazırda da məcburi icra tədbirlərinin həyata keçirilməsini davam etdirilir, icra məmuru öz iradəsindən asılı olmayan səbəblərdən hazırkı vaxta kimi icra sənədini icra edilə bilməmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4384/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4384/2021
20.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver