Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4387/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayam Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli qətnamədən iddiaçı QSC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı QSC-nin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi (əri) X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tələb hüququnu qəbul etmiş iddiaçı QSC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1784 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 38.404 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 19.783,04 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun (QSC-nin) xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə cavabdehə məxsus **-SK-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobilə yönəldilməsini, bu məqsədlə avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, bundan sonra artıq qala biləcək pul vəsaitinin cavabdehə verilməsini, avtomobilin satışdan əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədiyi halda isə qalan borc məbləğinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla "xxxx" ASC-nin Suraxanı filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 19% dərəcəsi ilə, aybaay və hissə-hissə qaytarmaq şərti 36 ay müddətinə 39.200 ABŞ dolları məbləğində pulu borc almışdır. Həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq cavabdeh özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla əlaqədar olaraq cavabdeh ilə Bank arasında xx.xx.2013-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Avtomobilin ipoteka ilə yüklülüyü Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış və bununla bağlı xx.xx.2013-cü il tarixli, AA seriyalı, 103115 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Göstərilənlərə baxmayaraq, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun Banka 38.404 ABŞ dolları məbləğində əsas kredit borcu, 19.783,04 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Bank borcun ödənilməsini cavabdehdən tələb etsə də, borc ödənilməmiş qalmışdır. İddiaçı QSC də, onunla Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Tələb hüququnun güzəşt edilməsi barədə müqavilə” bağladıqdan sonra yuxarıda qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh borcunu ödəməmişdir. Bu səbəbdən də, QSC, hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə iddianın qismən təmin edilməsini, cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 38.404 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 17.838,51 ABŞ dolları, cəmi 56.242,51 ABŞ dolları məbləğində pulun (ödəniş gününə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun 29 manat hissəsinin cavabdehdən iddiaçı QSC-nin xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - cavabdehə məxsus avtomobilə yönəldilməsini, bu məqsəd üçün avtomobilin ilkin satış qiyməti 38.000 manat olmaqla açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, bundan sonra artıq qala biləcək pul vəsaitinin cavabdehə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 145 manatın 4 manatının iddiaçı QSC-dən, 141 manatının isə cavabdehdən Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmasını qət etmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardad qanuni qüvvəyə minmişdir. İddiaçı QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qətnamənin dəyişdirilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsinin qərardadına əsasən "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində verilmiş xx.xx.2021-ci il tarixli, H/02- PLS saylı “Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatdan” görünür ki, qiymətləndirmə aparılan tarixə avtomobilin bazar qiyməti 48.000 manat, likvid qiyməti isə 38.000 manat olmuşdur. Rayon Məhkəməsi də həmin “Hesabatı” əsas götürərək iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti 38.000 manat olmaqla açıq hərracdan satılsın. Bu nəticə səhvdir. Belə ki, avtomobilin qiyməti daha aşağıdır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, qiymətləndirici avtomobilə vizual baxış keçirməmiş, analogiya tətbiq edilməklə avtomobili qiymətləndirmişdir. İddiaçı QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətinin əsaslarına uyğun izahat verdi. Cavabdehin nümayəndəsi (əri) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi. O əlavə olaraq bildirdi ki, nə özü, nə də ki, iş üzrə cavabdeh olan arvadı avtomobilə baxış keçirilməsinə maneə törətməmişlər. Lakin buna baxmayaraq mütəxəssislər bildirmişlər ki, avtomobilə baxış keçirilmədən də avtomobilin qiymətlədirilməsi mümkündür. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, QSC verdiyi apellyasiya şikayətində qətnaməni yalnız ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh (Cavabdeh apellyasiya şikayətinin qaytarılması barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadın qanuni qüvvəyə minməsi nəzərə alınmaqla) qətnamədən apellyasiya şikayəti verməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh, onunla "xxxx" ASC-nin Suraxanı filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 19% dərəcəsi ilə, aybaay və hissə-hissə qaytarmaq şərti 36 ay müddətinə 39.200 ABŞ dolları məbləğində pulu borc almışdır. Həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq cavabdeh özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla əlaqədar olaraq cavabdeh ilə Bank arasında xx.xx.2013-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Avtomobilin ipoteka ilə yüklülüyü Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış və bununla bağlı xx.xx.2013-cü il tarixli, AA seriyalı, 103115 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Göstərilənlərə baxmayaraq, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun Banka 38.404 ABŞ dolları məbləğində əsas kredit borcu, 19.783,04 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Bank borcun ödənilməsini cavabdehdən tələb etsə də, borc ödənilməmiş qalmışdır. İddiaçı QSC də, onunla Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Tələb hüququnun güzəşt edilməsi barədə müqavilə” bağladıqdan sonra yuxarıda qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh borcunu ödəməmişdir. İş üzrə iddiaçı ASC tərəfindən doğuran hal ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin düzgün müəyyən edilib-edilməməsi ilə bağlıdır. Belə ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin keçirilməsini təyin etmiş və qiymətləndirmənin aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. Həmin MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində verilmiş xx.xx.2021-ci il tarixli, H/02-PLS saylı “Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatdan” görünür ki, qiymətləndirmə aparılan tarixə avtomobilin bazar qiyməti 48.000 manat, likvid qiyməti isə 38.000 manat olmuşdur. Rayon Məhkəməsi də həmin “Hesabatı” əsas götürərək iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti 38.000 manat olmaqla açıq hərracdan satılsın. İddiaçı QSC apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsini qeyd edilən nəticəsi səhvdir. Belə ki, avtomobilin qiyməti daha aşağıdır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, qiymətləndirici avtomobilə vizual baxış keçirməmiş, analogiya tətbiq edilməklə avtomobili qiymətləndirmişdir. Cavabdeh tərəf apellyasiya şikayətinin bu dəlili ilə razı deyil. Məhkəmə apellyasiya baxışının predmetini təşkil edən bu məsələnin həlli ilə bağlı bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 38.2.2-ci maddəsinin mənasına görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun 1.0.9-ci maddəsinin mənasına görə, ilkin satış qiyməti ipoteka predmetinin satış (likvid) qiymətidir. Rayon Məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alsa da, Azərbaycan Respublikasında formalaşmış məhkəmə təcrübəsini nəzərə almamışdır. Həmin təcrübəyə görə isə, əgər ipoteka predmeti nəqliyyat vasitəsidirsə, onda nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsi istismar zamanı amortizasiyaya uğrayır, nəqliyyat vasitəsinin qəzaya düşməsi ehtimalı mövcuddur və nəqliyyat vasitəsi istismar edilməsə belə onun amortizasiyaya uğraması təbiidir. Ona görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. Bu nəticəyə gələn Məhkəmə həmçinin nəzərə alır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinə görə əmlakın qiymətləndirilməsi məhkəmə aktının icrası mərhələsində də mümkündür. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC BOKT-un apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ipoteka predmeti olan və Cavabdeh məxsus “X5” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilmədən açıq hərraca çıxarılsın. Müəyyən edilsin ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 18 iyun 2021-ci il tarixli qətnaməsinin qalan hissəsi, yəni “Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 38.404 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 17.838,51 ABŞ dolları, cəmi 56.242 (əlli altı min iki yüz qırx iki) ABŞ dolları 52 (əlli iki) sent məbləğində pulun (ödəniş gününə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun 29 (iyirmi doqquz) manat hissəsinin Cavabdeh iddiaçı "xxxx" QSC BOKT-un xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Cavabdeh məxsus “X5” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, bu məqsəd üçün avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, bundan sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 145 manatın 4 manatının iddiaçı "xxxx" QSC BOKT-dan, 141 manatının isə Cavabdeh Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması” hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4387/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4387/2022
01.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver