Məhkəmə qərarları › İş №2(103)-439/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-439/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-439/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-394/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı “xxxxxxxxxx” BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı məhkəmədə iddia qaldıraraq, “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AZBA- 009184 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 10696,68 ABŞ dolları əsas borcun, 4320,75 ABŞ dolları faiz borcunu və 7221 ABŞ dolları dəbbə borcunun, cəmi 22238,43 ABŞ dolları kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, 5 B nömrəli binada yerləşən 58,95 kv.m ümumi, 37,04 kv.m yaşayış və 21.91 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 30000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Qəlib qızının və Cavabdeh6 Qəlib qızının həmin mənzildən hərrac keçirildikdən bir ay sonra məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-394/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, iddiaçı «xxxxxxxxxx» X5 Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AZBA- 009184 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10604,15 ABŞdolları əsas borc və 100 ABŞ dolları dəbbə borcu, cəmi 10704,15 (on min yeddi yüz dörd dollar on beş sent) ABŞ dolları (ödənildiyi zaman manata məzənnəsi ilə), bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, mülki işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı “xxxxxxxxxx” BOKT MMC-yə ödənilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 5b saylı evin, 45 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 58500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməs, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin mənzildən məcburi qaydada çıxarılması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətləri və onların dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, məhkəmə qanuna zidd olaraq faiz borcunu tam şəkildə silmişdir, eyni zamanda, ipoteka predmetinin ilkin satış qiymətinin 58500 manat müəyyən edilməsi də əsassızdır. Bu səbəbdən, qətnaməni ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmə qətnaməsi əsassızdır. Belə ki, onunla banka arasında bağlanmış kredit müqaviləsi dollarla bağlansa da, əslində ona pul manatla verilmişdir. Həmçinin onun tərəfindən edilən ödənişlər əsas borca yox, faiz borcuna silinmişdir. Bundan başqa ipoteka predmetinin dəyəri də 58500 manat hesablanmışdır ki, hesab edir ki, mənzilin hazırkı bazar dəyəri daha yüksəkdir. Borcun məbləğinin dəqiq hesablanması üçün müvafiq ekspertiza keçirilməsini də xahiş etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və işin hərtərəfli araşdırılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Eldarov apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, rayon məhkəməsi faiz borcu hissəsində iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Eyni zamanda, ipoteka predmetinin ilkin satış qiymətinin 58500 manat olması ilə də razı olmadıqlarını, həmin qiymətin şişirdildiyini, lakin hazırda işin uzanmaması üçün ipoteka predmeti ilə bağlı təkrar ekspertiza keçirilməsini istəmədiklərini qeyd etdi. Nümayəndə maliyyə arayışı təqdim edərək, qeyd etdi ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə banka borcu əsas borc üzrə 10696,42 ABŞ dolları, faiz borcu üzrə 2223,93 ABŞ dolları, dəbbə borcu üzrə 29130,53 ABŞ dolları olmaqla cəmi 42050,88 ABŞ dolları təşkil etmişdir. Onların ilkin iddia tələbində faiz borcunu əvvəlcə 1814 ABŞ dolları tələb etmələrinə səbəb cavabdehin müqavilə müddətindən sonra müəyyən qədər ödəniş etməsi və həmin məbləğin faiz borcundan silinməsi olmuşdur. Rayon məhkəməsində onlar daha sonra dəqiləşmə vermiş və faiz borcunu artıraraq 4320,75 ABŞ dolları tələb etmişlər. Göstərilənlərə əsasən, iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətləri ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Məhkəmə baxışı zamanı tədqiq olunmuş xx xxxxxx 2014-cü il tarixli AZBA-009184 saylı kredit müqaviləsindən görünür ki, kredit alan Cavabdeh1 illik 30%-dən artıq olmamaqla 120 ay müddətinə 60000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kredit verilməsi mümkünlüyü müəyyən edilmişdir. Mülki işdə olan xx xxxxxx 2014-cü il tarixli AZBA-009184-001/1 saylı razılaşmadan görünür ki, bu razılaşmaya əsasən kredit alan Cavabdeh1 illik 24 faizlə 48 ay müddətinə 4.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında olan xx xxxxxx 2014-cü il tarixli AZBA-009184-001/2 saylı razılaşmadan görünür ki, «xxxxxxxxxx» BOKT MMC tərəfindən Cavabdeh1 illik 24 faizlə 48 ay müddətinə 15500 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş qrafikindən görünür ki, Cavabdeh1 yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi 20000 ABŞ dolları əsas, 11287,16 ABŞ dolları faiz borcu olmaqla cəmi 31287,16 ABŞ dolları məbləğində pul ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunmuş xx xxxxxx 2014-cü il tarixli AZBA-009184 saylı zaminlik müqaviləsindən görünür ki, həmm zaminlik müqaviləsinə görə zamin Cavabdeh2 Flacıbala qızı, Cavabdeh3 və Cavabdeh4 Bank qarşısında borclu Cavabdeh1 ilə birlikdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icra edilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Tərəflər arasında olan xx xxxxxx 2014-cü il tarixli AZBA-009184 saylı ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Daşınmaz əmlakın dövlət reyestrində 1226 nömrəli reyestr kitabının 111482 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 1, mənzil 45 ünvanında yerləşən 58,95 kv.m ümumi sahədən, 37,04 kv.m yaşayış sahəsindən, 21,91 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 45 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.5-ci maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 35000 ABŞ dolları müəyyən edilmişdir. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR-dən RX seriyalı ******* saylı çıxarışının surətindən aydın olur ki, Cavabdeh1 məxsus ünvan 1, mənzil 45 daşınmaz əmlakın dövlət reyestrində 1226 nömrəli reyestr kitabının 111482 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2018-ci il tarixli, **********16 saylı məktubundan aydın olur ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, 5b saylı evin 45 saylı mənzilinə dair tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. Cavabdeh1 joğlunun, Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 notariat qaydasında təsdiq edilmiş ərizələrinin surətlərindən görünür ki, onlar Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, ev 5b, mənzil 45 saylı mənzilinin ipoteka ilə yüklü edilməsinə razılıq vermişlər. İpoteka predmetinə tutma yönəldiləcəyi halda mənzili tərk etməyi öhdələrinə götürmüşlər. “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli 0275/19/TBC saylı rəyindən görünür ki, ünvan 1 ünvanındakı 5 mərtəbəli köhnə tikilinin binanın 3-cü [mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 58,95 kv metr ümumi, 37,04 kv metr yaşayış və 21,91 kv metr yardımçı sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzilin hazırki bazar dəyəri 58500 manat təşkil edir. İddiaçı təşkilatın banka təqdim etdiyi xx xxxx 2019-cu il tarixli ödənişlərə dair arayışlardan nəlum olur ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan 1903,58 ABŞ dolları, faiz borcundan 11379,43 ABŞ dolları və cərimə borcundan 247,91 ABŞ dolları ödənilmiş, əsas borc üzrə 10696,42 ABŞ dolları, faiz borcu üzrə 1814,52 ABŞ dolları, dəbbə borcu üzrə 67221,72 ABŞ dolları ödənilməmiş qalmışdır. Bakı Apellyasia Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekpertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası mərkəzinin xx.xx.2019-cu il tarixli, 25895 saylı ekspert rəyinə görə xx xxxxxx 2014-cü il tarixli AZBA-009184 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya borcu əsas borc üzrə 10634,87 ABŞ dolları, faiz borcu üzrə 3752,86 ABŞ dolları təşkil edir. Bakı Apellyasia Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekpertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası mərkəzinin xx.xx.2019-cu il tarixli, 5114 saylı ekspert rəyinə görə xx xxxxxx 2014-cü il tarixli AZBA-009184 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya borcu əsas borc üzrə 10634,87 ABŞ dolları, faiz borcu üzrə 3752,86 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə banka borcu əsas borc üzrə 10696,42 ABŞ dolları, faiz borcu üzrə 2223,93 ABŞ dolları, dəbbə borcu üzrə 29130,53 ABŞ dolları olmaqla cəmi 42050,88 ABŞ dolları təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən, faiz borcuna aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Kollegiya qeyd edir ki, bütün borcun qaytarılması barədə borcluya xəbərdarlıq edildikdən sonra müqavilə ilə müəyyən olunmuş faizin tələb olunması və hesablanması qanuna görə yolverilməzdir. Belə ki, borc münasibətləri qüvvədə olan Mülki Məcəllənin XXXVİİ Fəsli (739-746-cı maddələr) ilə tənzimlənir. Məcəllənin 739-cu maddəsində borc müqaviləsinin anlayışı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırkı halda tərəflər arasında bağlanmış borc müqaviləsinin predmetinin pul məbləği olması, eləcə də iddiaçının pulun borc verməsi ilə peşə fəaliyyəti şəklində məşğul olması da işin mübahisəsiz halıdır. Bu baxımdan hazırda qanunvericiliyin borc müqaviləsi ilə bağlı normaları işin faktiki halları ilə birlikdə məhz kredit müqaviləsi konteksindən təhlil olunacaqdır. Beləliklə, istinad olunan maddənin (739), eləcə də həmin fəslin digər normalarının qarışılıqlı təhlilindən belə nəticə hasil olur: - kredit müqaviləsinə görə borc verən (kreditor) borc alana (borcluya) razılaşdırılmış faizlər üzrə və razılaşdırılmış müddətə (kredit) borc pul verir; - borclu öz ehtiyaclarının ödənilməsi üçün kreditordan aldığı puldan (kreditdən) müqavilə müddəti ərzində istifadə edir; - borclu müqavilə müddəti ərzində kreditora razılaşdırılmış faizlər ödəyir; - boclu müqavilə müddəti başa çatdıqda aldığı (krediti) pulu kreditora qaytarır. QEYD: ( bir sıra hallarda tərəflərin kredit müqavilələrində kreditin faizlərlə birlikdə hissələrlə qaytarılmasına dair razılaşması olsa da, lakin bu da qanunun və kredit miüqaviləsinin mahiyyətinə əsasən kreditin (pulun) müqavilə müddətinin sonunadək borcluda qalması prezumpsiyasını istisna etmir). Demək ki, kredit müqaviləsinə əsasən kreditor borc pul verir və verdiyi borc pulun müqabilində borc alan ona müqavilə müddətində faizlər ödəyir, müqavilə müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə isə borclu krediti (borc aldığı pulu ) kreditora qaytarır, başqa sözlə desək, kredit müqaviləsinə əsasən müqavilə müddəti ərzində borc verilmiş pul borcluda qalır, yalnız müqavilə müddəti bitdikdə və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə borclu krediti (götürdüyü borc pulu) qaytarmalıdır, daha dəqiq desək, müqavilə müddəti başa çatmadan və ya müqaviləyə vaxtından əvvəl xitam verilmədən krediti (borc verilmiş pulu) borcludan tələb etmək olmaz. Mülki işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti 48 ay nəzərdə tutulmuşdur. Belə olan halda, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Kredit müqaviləsinin müddəti bitdikdən sonra bank xx.xx.2019-cu il tarixdə faiz məbləğinin artırılması barədə iddia ərizəsinə dəqiqləşmə verməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi maliyyə arayışı təqdim etmişdir. Həmin arayışa əsasən, cavabdehin xx.xx.2018-ci il tarixə banka borcu əsas borc üzrə 10696,42 ABŞ dolları, faiz borcu üzrə 2223,93 ABŞ dolları, dəbbə borcu üzrə 29130,53 ABŞ dolları olmaqla cəmi 42050,88 ABŞ dolları təşkil etmişdir. Onların ilkin iddia tələbində faiz borcunu əvvəlcə 1814,52 ABŞ dolları tələb etmələrinə səbəb cavabdehin sonra müəyyən qədər ödəniş etməsi və həmin məbləğin faiz borcundan silinməsi olmuşdur. Kollegiya hesab edir ki, iddiaçının faiz borcu ilə bağlı iddia tələbi 1814,52 ABŞ dolları həcmində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsinin iddia tələbini faiz hisəsində təmin etməməsi qanuna uyğun olmamışdır. Bu səbəbdən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən, faiz borcuna aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə 1814,52 ABŞ dolları faiz borcu tutulmalı, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, cavabdeh öz apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən və onun dəlilləri əsaslı olmadığından şikayət təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən, faiz borcuna aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə 1814,52 ABŞ dolları faiz borcu tutulmalı, qətnamə onun apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri cavabdehlərdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxxxxxxxx” BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-394/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, cavabdehlərdən faiz borcunun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, faiz borcuna aid hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 faiz borcuna görə 1814,52 (min səkkiz yüz on dörd ABŞ dolları, əlli iki sent) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) məbləğində pul müştərək qaydada alınaraq iddiaçı “xxxxxxxxxx” BOKT MMC-yə ödənilsin. Qətnamə onun apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri (150+100) 250 (iki yüz əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar