Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-439/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı, Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh4, 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 19 saylı Dövlət Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-439/2025 (Açar sözlər: torpa sahəsi və evdən çıxarılma; pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsi və evdən çıxarılma tələbinə dair” ilkin, X8 cavabdehlər İddiaçı, Cavabdeh4, 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 19 saylı Dövlət Notariat Ofisinə qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-313/2024 nömrəli 12 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 251 nömrəli bağ evi ünvanında 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerlşən 33,8 kv metrdən ibarət olan ev paylı mülkiyyətlə ******* nömrəli Çıxarış (reyestr nömrəsi **********78-11301) əsasında X15 (evin 1/2 hissəsi və 0,126 ha torpaq sahəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014 ), X13 (evin 1/2 hissəsi və 0,065 ha torpaq sahəsi, qeydiyyat nömrəsi və qeydiyyat tarixi göstərilməmişdir) və Cavabdeh1 (0,06 torpaq sahəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) məxsus olmuşdur.
2. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Cavabdeh4 «ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 251 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 33,8 kv metr (0,2 ha torpaq sahəsi) bağ evinin ona məxsus hissəsinə» bütün əməliyyatların aparılması barədə 10 il müddətinə notarial qaydada təsdiq edilmiş AR-İ 693155 nömrəli etibarnamə vermiş, etibarnamə notarius tərəfindən 7E- 20078 nömrəsi ilə reyestrdə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir.
3. Adıçəkilən etibarnamə Cavabdeh1 tərəfindən Cavabdeh4 verilən gün, yəni xx.xx.2018-ci tarixdə, onların ikisinin arasında (digər şəxslərin iştirakı ilə) aşağıdakı məzmunda razılaşma imzalanmışdır. Əzizov X7 qəsəbəsi, 251 nömrəli bağın 5 sotunu 2 otaqlı evi ilə əvvəllər Cavabdeh1 almış və onlar halallaşmış, lakin sonradan X13 (Cavabdeh1 bacısı və torpağın payçılarından biri) 12,5 ha (məhkəmənin ehtimalına görə 12,5 sot əvəzinə 12,5 ha yazılışında texniki səhvə yol verilmişdir), üçün həmin bağ sahəsinə çıxarış almış və 6 sotunu bacısı Şirinə satmış, Cavabdeh4 ilə Cavabdeh1 5 sot barədə əvvəldən halallaşdıqlarından, Cavabdeh4 yerdə qalan 1 sotun dəyəri olan 5500 manatı Cavabdeh1 vermək barədə öhdəlik götürmüş, həmin məbləğin 4500 manat hissəsini vermiş, qalan 1000 manatı xx.xx.2018-ci il tarixədək vermək barədə öhdəlik götürmüş, Cavabdeh1 isə 6 sotu alqı-satqı yolu ilə Cavabdeh4 təhvil vermək barədə öhdəlik götürmüşdür. Aktın bu hissəsindən sonra Cavabdeh1 və digərləri imzalarını icra etmişlər.
4. Həmin razılaşma barədə akt «4500 manatı Əzizovdan aldım» qeydi ilə Cavabdeh1 tərəfindən bir daha imzalanmışdır. İmzadan sonra 1060 manatın verilməsi barədə müxtəlif qeydlər verilmiş, lakin həmin qeydləri heç kim imzası ilə təsdiq etməmişdir. Cavabdeh1 mövqeyinə görə həmin razılaşma 0,02 ha torpaq barədə olmuş, 4500 manatdan əlavə 500 manatı da almış, lakin qalan 500 manatı almamışdır.
5. Adıçəkilən etibarnamə əsasında Cavabdeh4 tərəfindən Cavabdeh1 adından ona məxsus hissə xx.xx.2018-ci il tarixdə İddiaçı satılmış, alqı-satqı Bakı şəhəri 19 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir.
6. Həmin alqı-satqı müqaviləsinə dair notairat işi qovluğundan aşağıdakılar müəyən olunur.
7. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə hər iki payçıya xx.xx.2018-ci il tarixdə ona məxsus olan 0,06 ha torpağı 5500 manat məbləğə satmaq niyyətində olduğu, 45 gün müddətində fikirlərini bildirməyi onlara təklif etməyi, əks halda torpaq sahəsini başqa şəxsə satacağı barədə xəbərdarlıq göndərmişdir. Həmin xəbərdarlıq Azərpoçt MMC tərəfindən elə həmin gün, xx.xx.2018-ci il tarixdə təhvil alınmışdır.
8. Payçılardan biri X2 Şirin Oqtay qızına məxsus 0,06 ha hisəsinin satılmsı ilə əlaqədar üstünlük hüququndan istifadə etmədiyi və həmin payın üçüncü şəxsə satılmasına razı olduğu barədə notarial qaydada imzasını təsdiq etdirməklə xx.xx.2018-ci il tarixdə ərizə vermişdir. Digər payçının razılığı notariat işi qovluğunda yoxdur.
9. xx.xx.2018-ci il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından etibarnamə əsasında onun təmsil edən Cavabdeh4 0,06 ha torpaq sahəsini İddiaçı (arvadına) 47000 manat məbləğində satmış, həmin məbləğ rəsmi qaydada "xxxx" ASC vasitəsilə ödənilmişdir.
10. Lakin, həmin məbləğ Cavabdeh4 tərəfindən Cavabdeh1 verilməmişdir (işin mübahisəsiz halı).
11. Cavabdeh4 mövqeyinə görə satılan torpağa dair onlar artıq xx.xx.2018-ci tarixdə halallaşmışlar.
12. Cavabdeh1 Cavabdeh4 xx.xx.2018-ci tarixdə verdiyi etibarnaməyə alqı-satqıdan üç ay sonra xx.xx.2019-cü il tarixdə xitam verdirmişdir.
13. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 251 nömrəli bağ evi ünvanında 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerlşən 33,8 kv metrdən ibarət olan ev paylı mülkiyyətlə (reyestr nömrəsi **********78-11301) X15 (evin 1/2 hissəsi və 0,125 ha torpaq sahəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014 ), X13 (evin 1/2 hissəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021), İddiaçı (0,06 torpaq sahəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023), X6 (0,065 ha torpaq sahəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) məxsusdur.
14. İddiaçı mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili mövcuddur və hazırda Cavabdeh1 həmin tikiliyə yerləşib.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi 251 nömrəli bağ evi ünvanında 0,06 ha torpaq sahəsi və həmin sahədə olan evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Eyni zamanda Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin və ona uyğun olaraq alınmış reyesterdən çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-4656 nömrəli qətnaməsilə müstəqil tələblər sürən 3-cü şəxs ilə iddiaçı Cavabdeh1 Bakı şəhəri 19 saylı Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası təmin olunmuş, iddiaçının apelyasiya şikayətinə əsasən qətnamə ləğv olunmuş, Cavabdeh1 verdiyi kassasiya şikayəti də təmin olunmamış və beləliklə həmin iddianın predmeti olan AN-1No ******* nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi qüvvədə qalmışdır. Nəticədə onun mülkiyyətçi kimi hüquqları sənəd üzərində olsa da bərpa olunmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsi 251 nömrəli bağ evi ünvanda 0,06 ha torpaq sahəsinin onun mülkiyyəti olması barədə çıxarış verilmişdir. Beləliklə o, əvvəllər Cavabdeh1 məxsus mülkiyyətin qanuni mülkiyyətçisidir. Lakin, Cavabdeh1 hələ də onun hüquqlarını pozmaqda davam edir, evdən və sahədən çıxmır, zorakılıq edir.
18. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, paylı mülkiyyətlə ona məxsus olmuş 0,06 ha torpaq sahəsindən 2 ha hissəsinin satılması üçün adətən bu işlərlə məşğul olduğunu bildiyi Cavabdeh4 xx.xx.2018-ci ildə 19 saylı notariat ofisində etibarnamə vermişdir. Həmin etibarnamə Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 251 nömrəli bağ evi ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsinin 0,02 hissəsinin satılması barədə olmuşdur. Sonradan məlum olmuşdur ki, həmin alqı-satqı müqaviləsini həyata keçirən Cavabdeh4 etibarnamədə 0,02 ha torpaq sahəsinin satılmasına etibarnamə verdiyi halda, indiki cavabdeh - özünün həyat yoldaşı İddiaçı adına alqı-satqı müqaviləsini rəsmiləşdirib. Daha sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi həm də paylı mülkiyyətdə olduğuna görə digər payçıların da razılığı olmadan alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin alqı - satqısı nəticəsində ona 1 manat da olsun pul ödənilməmişdir, yəni Cavabdeh4 torpaq sahəsinin qanunun tələblərinə zidd olaraq öz həyat yoldaşına guya satıldığını təşkil etmiş, guya alqı-satqıya görə haqq ödənilmiş, əslində isə Cavabdeh4 bütövlükdə onu aldatmışdır. O, bunları biləndən sonra verdiyi etibarnamənin ləğv olunması barədə ərizə vermiş və alqısatqı müqaviləsinin etibarsız hesab olunması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə iddia təmin olunmuş və alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh tərəfin vermiş olduğu apellyasiya baxışı zamanı məlum olmuşdur ki, iddia tələbi düzgün qoyulmamış və tələb əsl cavabdehə deyil, sadəcə olaraq 19 saylı notariat ofisinə yönəldilmişdir ki, bu əsasla da Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarxli qətnaməsi ləğv edilmişdir. Ali Məhkəmə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə dəyişiklik edilmədən saxlamışdır. Hələ bu fırıldaqla həyata keçirilmiş alqı-satqı müqaviləsi ilə reyesterdən Çıxarış almaq üçün İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə imtina veriləndən sonra o, Bakı İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmədə aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ondan başqa X24 əğlu, X14 payçı olduqlarından alqı-satqı üçün onların razılığı qanunla tələb edilməli olduğu halda, bu edilməmişdir. Bakı İnzibati məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 329/2021 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilməmiş, həmin qərardan da yuxarı instansiya məhkəmələrinə şikayət verilməmişdir. Onun verdiyi etibarnaməyə uyğun olaraq mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsinin satılmasına etibarnamə verdiyi halda, mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin satılması barədə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olan Cavabdeh4 notariat ofisi ilə cinayətkar əlaqəyə girib onun iradəsi əleyhinə alqı-satqı müqaviləsinin “təşkil edilməsi”nə nail olmuşdur ki, belə şəraitdə bağlanmış olan alqısatqı müqaviləsi qanunun tələblərinə uyğun hesab edilə bilməz. Bundan başqa, həmin alqı-satqı müqaviləsini “təşkil edən” zaman Cavabdeh4 bilə-bilə notariat ofisi ilə razılaşıb paylı mülkiyyətdə olan digər payçıların razılığını almadan hazırda mübahisələndirdiyi alqı-satqı müqaviləsini “təşkil etmişdir” ki, bununla da razılaşmaq mümkün deyil. Yuxarıda göstərilən bütün sadalanan qanun pozğunluqları Bakı İnzibati məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə uyğun olaraq həmin halların sübut olunmasına ehtiyac qalmamışdır. Bakı İnzibati məhkəməsinin qərarı ilə qanuni hesab edilməmiş alqı-satqı müqaviləsi ilə hansı fırıldaq yolu ilə 0,06 ha torpaq sahəsinin və guya 33,8 ky.m bağ evinin tərəfindən satılması və İddiaçı mülkiyyət hüququnun qeydiyyatdan keçməsi barədə reyester qeydiyyatı aparılmış və çıxarış verilmişdir ki, həmin çıxarışın da verilməsini qanuni hesab etmək olmaz. Bundan başqa, onun etibarnaməli nümayəndəsi digər tərəflə pis niyyətlə razılığa gəlməsi və nəticədə onun maddi cəhətdən ağır vəziyyətə düşməyi ilə nəticələndiyindən Mülki Məcəllənin 339-cu maddəsinin mənasına görə belə şəraitdə bağlanmış (təşkil olunmuş) əqd etibarsız hesab olunmalıdır.
19. Sonradan Cavabdeh1 iddia tələbini dəyişdirərək Cavabdeh4 47000 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Tələbini belə əsaslandırmışdır ki, o, paylı mülkiyyətlə ona məxsus olmuş 0,06 ha torpaq sahəsindən 2 ha (məhkəmənin ehtimalına görə iddiaçı texniki səhvə yol verərək 2 sot və ya 0,02 ha əvəzinə 2 ha qeyd etmişdir) hissəsinin satılması üçün adətən bu işlərlə məşğul olduğunu bildiyi Cavabdeh4 verdiyi xx.xx.2018-ci il tarixli etibarnamədə Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 251 nömrəli bağ evi ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsinin 0,02 hissəsini satmaq üçün Cavabdeh4 səlahiyyət vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin alqısatqı müqaviləsini həyata keçirən Cavabdeh4 etibarnamədə 0,02 ha torpaq sahəsinin satılmasına etibarnamə verdiyi halda, indiki cavabdeh - özünün həyat yoldaşı İddiaçı adına alqı-satqı müqaviləsini rəsmiləşdirib. Daha sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi həm də paylı mülkiyyətdə olduğuna görə digər payçıların da razılığı olmadan alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Eyni zamanda mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısı nəticəsində ona 1 manat da olsun pul ödənilməmiş, yəni Cavabdeh4 torpaq sahəsinin qanunun tələblərinə zidd olaraq öz həyat yoldaşına guya satıldığını təşkil etmiş, guya alqı-satqıya görə haqq ödənilmiş, əslində isə Cavabdeh4 bütövlükdə onu aldatmışdır. Cavabdeh4 İddiaçı nümayəndəsi olaraq məhkəməyə təqdim etmiş olduğu xx.xx.2018-ci il tarixdə tərtib olunmuş kassa mədaxil çeklərinin 83 nömrəli reyesterindən görünür ki, Cavabdeh4 "xxxx" ASC İnvest filialından 47000 AZN pul çıxarmışdır. Həmin məbləğin ona verilmədiyini məhkəmənin hazırlıq iclasında özü etiraf etmişdir. Bundan başqa, onun da vermiş olduğu qarşılıqlı iddia ərizəsində Cavabdeh4 ona 0,06 ha torpaq sahəsinin satılması müqabilində pul vermədiyi öz əksini tapır.
21. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Daşınmaz Əmlakın kadastrı və texniki invertarlaşdırma şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 251 saylı bağ evi üvnanında yerləşən torpaq sahəsinin bölgü sxemi ilə naturada təqdim edilən torpaq sahəsinin faktiki texniki göstəriciləri və yerləşmə mövqeyi müqayisələndirilən zaman naturada təqdim edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yuxarıda qeyd olunan bölgü sxemində X10 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 avqust 2024-cü il tarixli 2(008)-313/2024 nömrəli qətnaməsi ilə (hakim Tahirə Əsədova) ilk iddia təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi 251 nömrəli bağ evi ünvanında 0,06 ha torpaq sahəsi və həmin sahədə olan evdən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh4 500 manat pulun alınıb Cavabdeh1 verilsməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının 50 manat dəyərinin 25 manat hissəsinin ilk iddia üzrə İddiaçı, 25 manat hissəsinin ilk iddia üzrə Cavabdeh1 tutulub məhkəmə ekspertiza mərkəzi hesabına köçürülməsi qət edilmişdir.
23. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasındakı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır və onun etbarsızlığı ilə əlaqədar əsaslar möcud deyil. Cavabdeh1 iddiasını dəyişdirib pul tələb etməklə həmin alqı-satqı müqaviləsinin etibarlılığını özü də qəbul edir və sadəcə ona pulun verilməməsi səbəbindən pulun ona verilməsini istəyir. Yuxarıda qeyd edildiyi kimi, 47000 manat pulun Cavabdeh4 tərəfindən Cavabdeh1 verilmədiyi işin mübahisəsiz halıdır. Lakin, xx.xx.2018-ci il tarixdə Cavabdeh4 və Cavabdeh1 həmin altı sot barədə hallaşmışlar, bu işin təkzibedilməz halıdır, həmin məbləğin yalnız 500 manatın verlməsini təsdiq edən sübut Cavabdeh4 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Cavabdeh1 0,06 ha deyil, 0,02 ha torpağın satılmasına etibarnamə verməyi barədə dəlillərinə dair qeyd etmək istəyir ki, bu hal iş materialları ilə sübut edilmir. Əvvəla, verdiyi etibarnamədə 0,02 ha torpaq sahəsi barədə qeyd verilməmişdir. Bundan sonra alqı-satqı müqaviləsində də 0,06 ha torpaq sahəsi göstərilmişdir. Bundan sonra İddiaçı 0,06 ha torpaq sahəsinə dair çıxarış almışdır. Beş il ərzində Cavabdeh1 susması onun könüllü şəkildə 0,06 ha torpaq sahəsini satmasına və həmin torpaq sahəsinin rəsmi alqı-satqısından 47000 manat pula haqqının olmadığını bildiyinə dəlalət edir. Cavabdeh1 Cavabdeh4lə halallaşmasının 0,02 ha barədə olmasının da hər hansı bir əsası yoxdur. Cavabdeh4 47000 manatın onun tərəfindən Cavabdeh1 verilmədiyini etiraf etməsəydi həmin halın əksinin sübut edilməsi mümkün olmazdı. Cavabdeh4 alqı-satqıdan əvvəl artıq halallaşdığına görə 47000 manat pulun verilmədiyini əsaslı bilib səmimi etiraf etmişdir. Belə olan halda iddiaçı Cavabdeh1 iddiaçı qismən təmin edilməklə, yalnız 500 manat pul Cavabdeh4 onun xeyrinə tutulmalı, onun iddiası qalan hissədə rədd edilməlidır.
24. İddiaçı qız daşınmaz əmlakın qanuni mülkiyyətçisi olduğuna, Cavabdeh1 həmin torpaq sahəsinin üzərində olan evə girdiyinə görə İddiaçı ondan çıxarılmasını və əmlakın ona təhvil verilməsini istəməkdə haqlıdır.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 398.1, 425.1, 567, 597.1, 404.1, 404.2, 646.1, 674.2, 140, 148.2, 152.1, 152.5, 157.1, 157.2, 560.1, 560.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
26. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. Ona 47000 manat vəsaitin ödənilməsinin təmin edilməməsi məlum olmasına baxmayaraq yalnızca 500 manat hissəsi məkhəmə tərəfindən təmin edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
29. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
30. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Maddə 567.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
39. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Apellyasiya icraatı zamanı Cavabdeh1 bildirmişdir ki, aktdakı imza ona məxsus deyil, onun xəbəri yoxdur. Məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə etiraz etmir.
49. Qeyd edilən dəlilin yoxlanılması məqsədi ilə Kollegiyanın 26 noyabr 2024-cü il tarixli qərardadı ilə iş materiallarında olan bir tərəfdən Cavabdeh1, X9, X1, digər tərəfdən Cavabdeh4, İddiaçı, X11 iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdakı “Novruzov Ş.” Yazısının qarşısındakı imzanın, həmçinin «4500 manat Əzizovdan aldım» qeydinin qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunub-olunmaması müəyyən etmək üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
50. 21 fevral 2025-ci il tarixli 4/1972 nömrəli ekspert rəyinin tədiqat nəticəsi olaraq göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli aktdakı “Novruzov Ş.” Yazısının qarşısındakı imzanın, həmçinin «4500 manat Əzizovdan aldım» qeydinin qarşısındakı imza Cavabdeh1 tərəfindən icra edilmişdir.
51. Göründüyü kimi, Cavabdeh1 aktda adları qeyd edilən şəxsləri tanımadığını, aktdaki imzanın onun imzasına bənzədiyini, lakin onun tərəfindən imzalanmadığını və cavabdehdən pul almadığını bildirsə də, bu halı sübut edə bilməmişdir.
52. Kollegiya hesab edir ki, Cavabdeh1 iddiasını dəyişdirib pul tələb etməklə həmin alqı-satqı müqaviləsinin etibarlılığını özü də qəbul edir və sadəcə ona pulun verilməməsi səbəbindən pulun ona verilməsini istəyir.
53. Lakin qeyd edilən dəlil ekspert rəyi ilə öz təsdiqini tapmamış, inkar olunmuşdur.
54. Cavabdeh1 0,06 ha deyil, 0,02 ha torpağın satılmasına dair etibarnamə verməsi barədə dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, bu hal iş materialları ilə sübut edilmir. Əvvəla, etibarnamədə “0,02 ha” yox, “0,2 ha” göstərilmişdir ki, bu da 20 sot deməkdir. Digər tərəfdən, Cavabdeh1 öz payını satması barədə digər mülkiyyətçilərə göndərdiyi xx.xx.2018-ci il tarixli Xəbərdarlıqda da məhz mülkiyyətində olan 0,06 ha torpaq sahəsini satmaq istədiyi bildirmişdir.
55. Göstərilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 məhz 0,06 ha torpaq sahəsini iddiaçıya satmışdır.
56. Cavabdeh – iddiaçının əri Cavabdeh4 47000 manatın onun tərəfindən Cavabdeh1 verilmədiyini etiraf etməsəydi həmin halın əksinin sübut edilməsi mümkün olmazdı. Məhkəmə hesab edir ki, Cavabdeh4 alqı-satqıdan əvvəl artıq halallaşdığına görə 47000 manat pulun verilmədiyini əsaslı bilib səmimi etiraf etmişdir. Kollegiya məhkəmənin bu qənaətini əsaslı hesab edir.
57. Apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
58. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat S.Novruzovadan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, iddiaçı aktda olan imzanın və xəttin ona aid olmadığını bildirmiş, kollegiya isə həmin dəlilin yoxlanılması məqsədi ilə ekspertiza təyin etmişdir. Lakin cavabdehin dəlili öz təsdiqini tapmamışdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-313/2024 nömrəli iş üzrə 12 avqust 2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat ilk iddia üzrə Cavabdeh1 tutularaq X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.