Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4392/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-945/2024 saylı, 13 iyun 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-945/2024 saylı 06 iyun 2024-cu il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X1rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X7 Dispanserinin direktoru Məmmədova A.N qızının 05 dekabr 2023-cü il tarixli, 068 saylı əmrinin ləğv edilməsi və onun işinə bərpa olunması, işləmədiyi müddətdə əmək haqqısının cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-945/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-945/2024 saylı xx.xx.2024- cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsini və qətnamənin ləğv edilərək iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş edib. Ərizədə göstərib ki, qətnamədən apellyasiya şikayəti vermək istəmişdir. Lakin hüquqi savadı olmadığına, ağır ailə vəziyyətinə (tək qadındır, himayəsində 2 uşağı vardır, heç yerdə işləmir) görə vəkillə müqavilə bağlamaq imkan olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət tərəfindən ötürülmüşdür. Ərizə ilə müvafiq orqanlara müraciət etmiş və ona hüquqi yardım göstərilməsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-945/2024 saylı, 13 iyun 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Vəkil3) şikayət verərək ləğv edilməsini prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-945/2024 saylı, 25 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətində göstərib ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin istinad edilən xx.xx.2025-cü il tarixli, 2(007)-945/2024- cü il tarixli qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur, şikayətin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil3 şikayətini qətnamənin iddiaçıya deyil də, onun vəkilinin kabinetinə yerləşdirilməsi, maddi imkanının olmamasına görə vəkillə müqavilə bağlaya bilməməsi ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-945/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlamışdır. Həmçinin iddiaçının müraciəti əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-945/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən təkrar alınmış və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş və şikayət prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardad iddiaçı tərəfindən vəkili ilə bağlanmış hüquqi yardım ilə əlaqədar müqaviləyə xitam verilibverilməməsi barədə məlumat verilmədiyindən iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq iddiaçı verilmiş apellyasiya şikayətinə və onun nəticəsinə prosessual maraq göstərməmiş, ilkin apellyasiya şikayəti ilə məhkəməyə müraciət etdiyi tarixdən 10 ay keçdikdən sonra təkrarən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən prosessual müddət açıq-aşkar ötürülmüş və müddətin ötürülməsinin onun iradəsindən asılı olmayan hallardan irəli gəlməsi ilə bağlı məhkəməyə yetərli, inandırıcı dəlillər bildirilməmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizədə və şikayətdə göstərilən dəlillər əsaslı olmadığından şikayət təmin edilə bilməz. Çünki onun şikayət vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Bununla yanaşı, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı ilkin apellyasiya şikayəti ilə məhkəməyə müraciət etdiyi və geri qaytarıldığı tarixdən 10 ay keçdikdən sonra təkrarən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Yəni, iddiaçının həqiqətən də təkrarən apellyasiya şikayəti verməkdə hüquqi marağı olmuşdursa bunun üçün 10 ay gözləməyə də ehtiyac yox idi. Demək ki, bu hal da müddətin bərpa edilməsini istisna edir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-945/2024 saylı, 13 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-945/2024 saylı, 13 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4392/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4392/2025
21.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver