Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4393/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1491/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı Notariat Ofisi cəlb edilməklə Cavabdeh qarşı “payın müəyyən edilməsi və paylara uyğun bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1491/2025 saylı qərardadı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 2-1(102)-1641/2025 saylı iş, iddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından üçüncü şəxs İddiaçı tərəfindən verilən kassasiya şikayətinə baxılıb yekun məhkəmə aktı çıxarılana və qanuni qüvvəsini alanadək hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı Notariat Ofisi cəlb edilməklə Cavabdeh qarşı “payın müəyyən edilməsi və paylara uyğun bölünməsi" tələbinə dair 2(007)-1491/2025 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosesual qanunvericilyin tələblərini pozmuş, işdə olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bu mabahisəyə heç bir aidiyyatı olmayan hüquq normasını təbiq etməklə qanunsuz qərardad qəbul etməklə hüquqlarını pozmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1491/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlilləri maddi və prosessual hüquq normalarına uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır (maddə 254.1.4). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbinə əməl edərək qanuni və əsaslı olaraq iş üzrə icraatı dayandırmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün hər hansı əsas görmür və buna görə də hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1491/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4393/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4393/2025
28.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver