Məhkəmə qərarları › İş №2(103)-4394/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4394/2022

19.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4394/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4394/2022 (Açar sözlər: ilk tələb - “payın naturada bölünməsi”, qarşılıqlı tələb – “qarşılıqlı iddia üzrə cavabdehin hesabına mənzilin əvvəlki vəziyyətə gətirilməsi” müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan mənzilin naturada ayrılıb təhvil verilməsi” ) Bakı şəhəri 19 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə , İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(006)-92/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(006)- 485/2018 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair ilk iddiası təmin edilmiş, X8 ilə Cavabdeh arasında 12 iyul 1985-ci il tarixdə Şamaxı rayon VVAQ şöbəsində 118 nömrəsi ilə akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.1999-cu il təvəllüdlü X6 anası Cavabdeh himayəsində saxlanılmış, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və X12 qarşı Quba rayon notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.1999-cu il təvəllüdlü X2 maddi cəhətdən saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilə Cavabdeh payı 1/2 hissə, İddiaçı payı 1/2 hissə müəyyən edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamənin alimentin ödənilməsi hissəsində dərhal icra edilməsi barədə göstəriş verilmişdir.

2. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli 2(103)- 6839/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti apelyasiya baxışının predmetində qalan hissədə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(006)-485/2018 saylı qətnaməsi apelyasiya baxışının predmetində qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır.

3. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli 2(103)- 6839/2018 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(006)-485/2018 saylı qətnaməsi ilk iddianın «xx.xx.1999-cu il tarixində anadan olmuş X2 anası Cavabdeh himayəsində saxlanılmasının» təmin edilmiş hissəsində və qarşılıqlı iddianın «İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq, 29 sentyabr 1999-cu il təvəllüdlü X2 maddi cəhətdən saxlanılması üçün hər ay 100 manat məbləğində aliment tutularaq Cavabdeh ödənilməsinin» qismən təmin edilmiş hissəsində, «alimentin ödənilməsinin dərhal icra edilməsi» hissəsində ləğv edilmiş, həmin hissələrdə iş məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilmişdir. Həmçinin Cavabdeh izah edilmişdir ki, xx.xx.1999-cu il tarixində anadan olmuş X2 üzərində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəyyum təyin edildiyindən, alimentlə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəməyə müraciət oluna bilər.

4. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Akademik Mirqasımov küçəsi 14 saylı evin 8 saylı mənzili paylı mülkiyyət kimi 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2968 saylı reyestr kitabının 277054 saylı vərəqində qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Akademik Mirqasımov küçəsi 14 saylı evin 7 saylı mənzili xüsusi mülkiyyət kimi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 10/4253 saylı məktubundan və məktuba əlavə edilmiş ekspert vəsatətindən; 08 fevral 2021-ci il tarixli 10/4253 saylı məktubundan və məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan; 10 sentyabr 2021-ci il tarixli 10/4621 saylı məktubundan və tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması və əlavə materialların təşkil olunması barədə ekspert vəsatətindən; 25 noyabr 2021-ci il tarixli 10/4621 saylı məktubundan və məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmiş, lakin əlavə materiallar təqdim edilmədiyi səbəbindən müqayisəli tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(103)-4394/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 10/5056 saylı ekspert rəyindən görünür ki, Qərardadın birinci sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30-005301- 093038 reyestr nömrəli Çıxarış sənədinə əsasən ünvan 2 ünvanda ümumi sahəsi 45,0 kv.m olan mənzilin yaşayış binasının üçüncü mərtəbəsində yerləşməsini, yardımçı tikililərin və giriş-çıxış qapısının yegnə olmasını nəzərə alaraq, həmin mənzilin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01,89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında qeyd olunanlara əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Qərardadın ikinci və üçüncü sualları üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Mir Qasımov küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzili həmin evin 8 saylı mənzilinə qapı boşluğu açılması yolu ilə həmin mənzillər bir- birinə birləşdirilmişdir. Mənzillər arasında açılmış qapı boğluğunun bağlanması yolu ilə həmin mənzillərin bir-birindən ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Qərardadın dördüncü sualı üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Mir Qasımov küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilinin həmin evin 8 saylı mənzilinə birləşdirən qapı boşluğunun bağlanması zamanı görülməli olan yenidənqurma işlərinin dəyəri istifadə olunacaq inşaat materiallarının növündən asılı olaraq müəyyən oluna bilər.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı «payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilindən ona düşən payın naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cavabdeh ilə nikahları 2018-ci ildə ləğv edilmiş və birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinə hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir. Hələ nikah pozulmazdan xeyli müddət əvvəl cavabdeh onu mənzilə buraxmırdı. O, «xroniki Hepatit C virus infeksiyası» - qaraciyər serozu xəstəliyindən əziyyət çəkir. Hazırda kirayədə yaşayır, cavabdeh qeyri-rəsmi ailə sürücüsü işlədiyi müdirini və xanımını məcbur edərək onu işdən də çıxarmışdır. Cavabdehlə mənzilin paylara uyğun olaraq bölünməsinə dair razılıq əldə etmək mümkün deyil. Ona görə də, pozulmuş mülkiyyət hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edir. Qanuna görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, yalnız bu şərtlə ki, payın naturada ayrılması mümkün olsun və ya belə bölünmə mülkiyyətdə olan əşyaya zərər vurmasın.

11. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılması mümkün olmadığından həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh İddiaçı qarşı «qarşılıqlı iddia üzrə cavabdehin hesabına mənzilin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə ümumi birgə paylı mülkiyyətlərində olan Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 1985-ci ilin iyul ayının 12-də Şamaxı şəhəri VVAQ şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.1999-cu il təvəllüdlü X6 adlı övladları var. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan cavabdehin təqsiri ucbatından korlanmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-485/2018 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Eləcə də, həmin qətnamə ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Nəsimi rayonu M.Qasımov küçəsi 14 nömrəli evin 8 saylı mənzilinə hər birinin payı 1/2 hissədə müəyyən olunmuş və paylı mülkiyyət hüququ ilə onlara xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, birgə nikah dövründə yaşadıqları Bakı şəhəri Nəsimi rayonu M.Qasımov küçəsi 14 nömrəli evin 8 saylı mənzilinin qonşuluğunda cavabdeh 1995-ci ildə bacısı tərəfindən bağışlanmış 1 otaqlı mənzilə mülkiyyət hüququ əldə etmişdir. O dövrdə, birgə nikahda olarkən, 1998-2000-ci illərdə mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə cavabdeh İddiaçı mülkiyyətində olan 1 otaqlı 7 saylı mənzili ona mülkiyyət hüququ ilə məxsus olan və naturada bölgüsü mübahisələndirilən Bakı şəhəri Nəsimi rayonu M.Qasımov küçəsi 14 nömrəli evin 8 saylı mənzilini müvafiq icazələr almadan özbaşına rekonstruksiya (yenidənqurma) işləri aparmaqla birləşdirmiş və bu mənzil faktiki olaraq 1 mənzil kimi istifadələrində olmuşdur. Sonradan ona məlum olmuşdur ki, hər iki mənzildə aparılmış rekonstruksiya (yenidənqurma) işləri müvafiq icazələr alınmadan aparılmış və bu səbəbdən həmin mənzilə bu günədək vahid mülkiyyət hüququ təsdiq edən çıxarış verilməmişdir. Aparılmış rekonstruksiya (yenidənqurma) işləri nəticəsində əlavə binanın yükdaşıyıcı divarından qapı açılmış, mətbəx və sanitar qovşağının yeri dəyişdirilərək 2 mənzil 1 mənzil vəziyyətinə salınmışdır. Bildirir ki, mübahisələndirilən mənzilin hazırda naturada bölünüb istifadə edilməsi qeyrimümkündür. Belə ki, yuxarıda qeyd etdiyi kimi, aparılmış rekonstruksiya (yenidənqurma) işləri nəticəsində mətbəx və sanitar qovşağının yeri dəyişərək faktiki olaraq cavabdehin bağışlama yolu ilə əldə etdiyi 7 saylı mənzilə keçirmiş, eləcə də, 7 saylı mənzilə giriş qapısı hörülmüş, giriş qapısı yalnız 8 saylı mənzildə saxlanılmışdır. Göründüyü kimi, bu vəziyyətdə mübahisələndirilən mənzilin naturada bölünməsi qeyri-mümkündür, eləcə də, həmin mənzilin hərracdan satılması və satışdan əldə olunan pulun bölünməsi halında isə ona çatası vəsait hesabına cavabdehlə birgə nikahdan olan və «uşaq serebral iflic» xəstəliyindən əziyyət çəkən övladı ilə birlikdə xəstə uşağına qulluqla ələqadar sanitar norma qaydalarına tam şəkildə cavab verən azı 1 otaqlı ev əldə edilməsi yaşayış sahələrin mövcud bazar satış qiymətləri ilə müqayisədə mümkünsüzdür. Bununla da, hesab edir ki, hazırki vəziyyətdə ümumi birgə paylı mülkiyyətlərində olan yaşayış evində cavabdeh tərəfindən aparılmış özbaşına rekonstruksiya (yenidənqurma) işləri pay mülkiyyətçisi kimi onun hüquqlarına toxunur və bu evin naturada bölünməsi yalnız həmin evin əvvəlki vəziyyətə gətirilməsi halında mümkündür.

14. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Məryəm Hacı qızına qarşı «xüsusi mülkiyyətdə olan mənzilin naturada ayrılıb təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 7 saylı mənzilinin 8 saylı mənzilə birləşdirilmə hissəsində sökülməsi, 7 saylı mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi, 7 saylı mənzildən sərbəst istifadəyə qoyulmuş maneənin aradan qaldırılması və ayrılma zamanı təmir-bərpa işləri ilə bağlı xərclərin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 7 saylı mənzili xüsusi mülkiyyətindədir. Hazırda həmin mənzil Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 nömrəli evin 8 saylı mənzilinə bitişik halda Cavabdeh istifadəsindədir. Bu səbəbdən xüsusi mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Ona görə də, mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün hazırki iddianı qaldırmaq zərurəti yaranmışdır.

16. İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddianı və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin və mübahisə predmeti barədə müstəqil tələblə bağlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın və 3-cü şəxsin iddiasının təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

17. Cavabdeh məhkəmə iclasında ilk iddianı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın və 3-cü şəxsin iddiasının rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil hüquqlarını təmsil etdiyi iddiaçının izahatına oxşar məzmunda izahat verərək onun iddialar üzrə mövqeyini müdafiə etmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(006)- 92/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılması mümkün olmadığından həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair ilk iddiasının rədd edilməsi, Cavabdeh İddiaçı qarşı «qarşılıqlı iddia üzrə cavabdehin hesabına mənzilin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı «xüsusi mülkiyyətdə olan mənzilin naturada ayrılıb təhvil verilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya, 3-cü şəxsin iddiası üzrə ödənilmiş dövlət rüsumunun mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməsi qət olunmuşdur.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzili İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunmuşdur. Onların nikahları xx.xx.2018-ci il tarixdə pozulmaqla yanaşı məhkəmə qətnaməsi ilə həmçinin mübahisəli mənzilə münasibətdə hər birinin payı 1/2 hissədə müəyyən edilmiş, mənzilin bərabər hissələr üzrə paylı mülkiyyətdə olması 28 yanvar 2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla da təsdiq edilmişdir.

21. Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 7 saylı mənzil isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.

22. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verilməsi ilə əlaqədar ilk öncə qeyd etmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri).

23. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.

24. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.

25. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

26. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

27. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.

28. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.

29. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzili İddiaçı ilə Cavabdeh paylı mülkiyyətində olsa da, tərəflərin izahatlarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi 14 nömrəli evin 1 otaqlı 7 saylı mənzili həmin binanın 8 saylı mənzilinə müvafiq icazələr alınmadan özbaşına rekonstruksiya (yenidənqurma) işləri aparılmaqla birləşdirilmiş, binanın yükdaşıyıcı divarından qapı açılmış, mətbəx və sanitar qovşağının yeri dəyişdirilmiş, 7 saylı mənzilə giriş qapısı hörülmüş, giriş qapısı yalnız 8 saylı mənzildə saxlanılmış, beləliklə də, 2 mənzil 1 mənzil vəziyyətinə salınmış və 8 saylı mənzil faktiki olaraq 1 mənzil kimi istifadə olunur.

30. İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 1 otaqlı 7 saylı mənzili həmin binanın 8 saylı mənzilinə müvafiq icazələr almadan özbaşına rekonstruksiya (yenidənqurma) işləri aparmaqla birləşdirmə işlərinin aparılmasında qarşılıqlı iddiaçını, sonuncu isə əksinə, bu birləşdirmə işlərinin təşəbbüskarı və icraçısının ilk iddiaçı olmasını bildirir.

31. İş materiallarından görünür ki, ilk İddiaçı iddia tələbini dəyişdirməzdən əvvəl iş üzrə məhkəmənin qərardadına əsasən hər üç iddia tələbi üzrə müvafiq ekspertiza təyin edilmiş, tədqiqat obyektinə baxış keçirilmiş, lakin əlavə materiallar təqdim edilmədiyi səbəbindən müqayisəli tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır.

32. Bundan sonra ilk iddiaçı iddia tələbini dəyişdirərək Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılması mümkün olmadığından həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini xahiş etmişdir.

33. Məhkəmə ilk iddia tələblərinin dəyişdirilməsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. İlk iddiaçı tələbinin dəyişdirilməsinin əsası kimi Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılmasının mümkün olmamasını göstərsə də, bu faktı təsdiq edən heç bir sübut təqdim etməmiş və bu halı təsdiq edən sübut da (qanuni qüvvəsini almış qətnaməsi) iş materiallarında mövcud deyildir.

35. İlk iddiaçı əvvəlki tələbi üzrə təyin edilən ekspertizanın keçirilməsinin mümkün olmamasına əsaslanaraq iddia tələbini qeyd edilən əsasla dəyişdirsə də, məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin bölünməsi və mülkiyyətçilərin payının naturada bölgüsünün mümkün olub-olmaması müəyyənləşdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan onun açıq hərracdan satılması barədə tələb hazırki vəziyyətdə əsaslı sayıla bilməz.

36. Belə ki, iş materiallarından göründüyü kimi, mənzilin bölünməsi və ya ondan pay ayrılmasının mümkün olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir.

37. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı «Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılması mümkün olmadığından həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair ilk iddiası təmin edilə bilməz.

38. Məhkəmə qarşılıqlı iddiaya və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər (həmçinin ilk iddiaçı ilə də) arasında yaranmış mübahisənin sülh yolu ilə (tərəflər arasında biridigərinə pul vəsaiti verilməsi ilə bağlı) həll edilməsi səbəbi ilə məhkəmə iclası dəfələrlə təxirə salınsa da, ilk əvvəl müəyyən anlaşma olmasına baxmayaraq, sonradan biri digərindən daha çox pul istəməsi əsası ilə barışığın əldə edilməsi mümkün olmamışdır. Məhkəmə isə mübahisənin həlli baxımından öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsi məsələsinə hüquqi qiymət vermir.

39. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarından göstərildiyi kimi, əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz.

40. Bu səbəbdən də məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılaraq yaranmış mübahisənin məhkəmə yolu ilə birdəfəlik həll edilməsi məqsədi ilə dəfələrlə təklif edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

41. Belə ki, ilk iddia tələbi dəyişdirilənə qədər ilk iddiada, həmçinin də qarşılıqlı iddiada 8 saylı mənzilin əvvəlki vəziyyətinə gətirilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasinda isə 7 saylı mənzilin naturada ayrılıb təhvil verilməsi tələbi qoyulsa da, mənzilin əvvəlki vəziyyətinin (texniki göstəricilərin, parametrlərin, memarlıq üslübü və həllinin və s.) təsbit olunduğu sənədlər məhkəməyə təqdim olunmamışdır.

42. Məhkəmə qeyd eymişdir ki, bu sənədlərin təqdim edilməməsi isə xüsusi bilik tələb edildiyi sahə olaraq müvafiq ekspertizanın keçirilməsində bunu həyata keçirməli olan ekspertlərin işini tam mümkünsüz edir.

43. Belə ki, ekspertin mübahisəli mənzillərin hazırki mövcud vəziyyətini müşahidə etməsi (vizual baxış keçirməsi) və tərəflərin mənzillərin əvvəlki vəziyyətlərinə dair izahatlar verməsi ilə kifayətlənərək verdiyi rəy obyektiv olmamaqla mötəbər sayıla bilməz. Çünki, mənzillərdə aparılmış rekonstruksiya (yenidənqurma) işləri nəticəsində əlavə binanın yükdaşıyıcı divarından qapı açılması, mətbəx və sanitar qovşağının yerinin dəyişdirilərək 2 mənzilin 1 mənzil vəziyyətinə salınması faktı nəzərə alınmaqla iddia tələblərinin əsaslılığına qiymət verilməsi üçün sözügedən mənzillərin əvvəlki, yəni inşa edilib təhvil verilərkən təcrid mənzillər olmasını əks etdirən sənədlərin təqdim edilməsi zəruridir. Mənzillərin naturada bölünməsi və ayrılmasına yalnız həmin evlərin əvvəlki vəziyyətə gətirilməsinin mümkünlüyü halında hüquqi qiymət verilə bilər.

44. Göstərilən mənzillərin inşa edilib təhvil verilərkən təcrid mənzillər olmasını əks etdirən sənədlərin təqdim edilməsi vəzifəsi isə tərəflərin (qarşılıqlı iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs) üzərinə düşdüyü halda onlar bu vəzifələrini yerinə yetirməmişlər.

45. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə, 220.2–ci maddəsinə, 220.3-cü maddəsinə, 220.4-cü maddəsinə, 220.5-ci maddəsinə, 220.6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

46. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(006)-92/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ilk iddia tələbinin təmin olunaraq Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 nömrəli evin 8-ci mənzilinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünəsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

47. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(006)-92/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin olunaraq Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 nömrəli evin 7-ci mənzilinin həmin evin 8-ci mənzilinə birləşdirilmə hissəsində sökülməsi, 7-ci mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi, 7-ci mənzildən sərbəst istifadəyə qoyulmuş maneənin aradan qaldırılması və ayrılma zamanı təmir-bərpa işləri ilə bağlı xərclərin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

48. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, mübahisəli mənzilin bölünməsi və mülkiyyətçilərin payının naturada bölgüsünün mümkünsüzlüyünü məhkəmə iclasında cavabdeh tərəf də təsdiqləmişdir. Belə ki, binalarda yerləşən mənzillərin bölünməsi açıq-aşkar məqsədəuyğun (binanın konstruksiyasının pozulması və sanitar xidmətlərin bölünməsinin mümkün olmaması səbəbindən) deyildir, lakin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəflərin iştirakı ilə mənzilə baxış keçirmiş, lakin mənzilin yerləşdiyi kooperativ binanın layihə sənədləri hazırda kooperativin sədrində və Nəsimi Rayon İcraHakimiyyətində mövcud olmadığından rəy verilməsi mümkün olmamışdır. Bundan sonra xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh paylı mülkiyyətdə olan mənzilin dəyərinin 120.000 (yüz iyirmi min) AZN olduğunu bildirmiş və məhkəmədən mənzilin satılaraq pulunun yarıya bölünməsini istəmişdir. İddiaçı tərəf öz payının dəyəri olaraq ona 60.000 (altmış min) AZN ödənildiyi təqdirdə ½ hissədə payını Cavabdeh bağışlamağa razı olduğunu bildirmiş, lakin sonuncu pulu olmadığını bildirmişdir. İddiaçı tələbini dəyişdirərək Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılması mümkün olmadığından həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini xahiş etmişdir. Sədrlik edən iddiaçı tərəfə cavabdehə mənzilin dəyərinin ½ hissəsini ödəməyi təklif etmiş və iddiaçı tərəf cavabdehə payına müvafiq 60.000 (altmış min) AZN ödəməyə razı olduğunu bildirmiş və qarşı tərəf bu təkliflə razılaşmışdır. Sədrlik edən məhkəmə iclasının xx.xx.2021-ci il tarixə təxirə salındığını elan etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh fikrini dəyişdiyini və 60.000 AZN-nin zatən 8 nömrəli mənzil üzrə onun halal haqqı olduğunu, lakin 7 nömrəli mənzilə görə də ona pul ödənilməli olduğunu bildirərək 70.000 (yetmiş min) AZN tələb etmişdir. İddiaçı tərəf, o cümlədən cavabdehin vəkili ona 8-ci mənzil üzərində heç bir hüququ olmadığını və həmin mənzilə görə pul tələb etmək hüququnun da olmadığını izah etsə də sədrlik edən iddiaçı tərəfə Cavabdeh tələb etdiyi 70.000 AZN məbləğ üzərində düşünməyi təklif edərək məhkəmə iclasını xx.xx.2022-ci il tarixə təxirə salmışdır. Həmin tarixdə keçirilən məhkəmə iclasında qarşı tərəf plan təqdim edərək yenidən məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmiş, sədrlik edən vəsatəti rədd etmiş, məhkəmə çıxışlarına keçərək qətnaməni elan etmişdir. Bu səbəbdəndə ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi mümkündür. Məhkəmə, mübahisəli mənzilin bölünməsi və mülkiyyətçilərin payının naturada bölgüsünün mümkün olubolmamasının müəyyənləşdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan onun açıq hərracdan satılması barədə tələbin hazırki vəziyyətdə əsaslı sayıla bilməməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Həmin məsələ ilə bağlı nə Mülki Məcəllənin 220-ci maddəsində, nə də ki Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tələb olunmur. Digər tərəfdən, Mülki Məcəllənin 220ci maddəsində sözügedən hər qaydaya görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin tələb olunmasının məntiqi əsası da yoxdur. Belə ki, bu tələb mübahisənin həllini illərlə uzadaraq süründürməçiliyə yol açardı.

49. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəflərin iştirakı ilə mənzilə baxış keçirmiş, lakin mənzilin yerləşdiyi kooperativ binanın layihə sənədləri hazırda kooperativin sədrində və Nəsimi Rayon İcra Hakimiyyətində mövcud olmadığından rəy verilməsi mümkün olmamışdır. Sədrlik edən hakimin mübahisənin həllinə bu yanaşması ilə Cavabdeh tərəfindən onun, o cümlədən qardaşının mülkiyyət hüquqları ömrünün sonuna kimi pozulmuş halda qalmalı, cavabdehin isə 2 mənzildə yaşamalıdır. Bu yanaşma ədalətsiz olmaqla yanaşı nə qanuna, nə də ki məntiqə uyğun hesab oluna bilməz. Mən cavabdehin qanunsuz sahibliyindən öz mənzilini tələb edir. Məhkəmənin qətnamədə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” AR KonstitusiyaMəhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki; - Məhkəmə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin sülh yolu ilə həll edilməsi səbəbi ilə məhkəmə iclası dəfələrlə təxirə salınsa da, ilk əvvəl müəyyən anlaşma olmasına baxmayaraq, sonradan biri digərindən daha çox pul istəməsi əsası ilə barışığın əldə edilməsi mümkün olmamışdır. Məhkəmə isə mübahisənin həlli baxımından öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsi məsələsinə hüquqi qiymət vermir. Belə ki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarından göstərildiyi kimi, əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Qətnamənin 8-ci səhifəsinin 2-3-cü abzasları. Bu nəticə tələbinin hallarına uyğun deyildir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

50. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

51. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ilk iddia tələbinin təmin olunaraq Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 nömrəli evin 8-ci mənzilinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünəsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

52. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinin dəlillərinə istinad edərək apellyasiya şikayətlərinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər.

53. İş üzrə digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

54. 213-cü maddəsinə əsasən görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

55. 220.2–ci maddəsinə əsasən isə mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər.

56. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

57. 220.4-cü maddəsinin tələbinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

58. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

59. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı:

60. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 218.3. hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

66. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

67. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

68. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

69. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

71. Apellyasiya şikayətlərində qətnamə ilk iddia üzrə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayətlərində mübahisələndirdikləri hissədə yoxlanılır.

72. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

74. Belə ki, qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(006)-92/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ilk iddia tələbinin təmin olunaraq Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 nömrəli evin 8-ci mənzilinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünəsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

75. Həmçinin, qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(006)-92/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin olunaraq Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 nömrəli evin 7-ci mənzilinin həmin evin 8-ci mənzilinə birləşdirilmə hissəsində sökülməsi, 7-ci mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi, 7-ci mənzildən sərbəst istifadəyə qoyulmuş maneənin aradan qaldırılması və ayrılma zamanı təmir-bərpa işləri ilə bağlı xərclərin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

76. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı «qarşılıqlı iddia üzrə cavabdehin hesabına mənzilin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət olunmuş, lakin Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verməmişdir.

77. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından prosessual qənaət prinsipindən çıxış edərək işin yuxarıda sadalanan hallarına və tətbiq olunmuş hüquq normalarına təkrar qiymət verməyə zərurət görmür.

78. Məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 nömrəli evin 8-ci mənzilinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünəsi barədə iddia tələbinin və bununla bağlı apellyasiya şikayətinin təmin olunması üçün yuxarıda göstərilənlərdən əlavə də, həmçinin mübahisəli mənzilin əvvəlki vəziyyətə gətirilməsi tələbləri təmin olunmalıdır.

79. Bu tələbi isə qarşılıqlı iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 isə qarşılıqlı iddiaçı Cavabdeh qarşı irəli sürmüşdür.

80. Halbuki, həm ilk iddiaçı, həm qarşılıqlı iddiaçı mübahisəli mənzilin mülkiyyətçiləri olduğundan mənzildə baş vermiş qanunauyğun olmayan dəyişikliyə hər ikisi məsuliyyət daşıyır.Mənzildə aparılmış dəyişikliyin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən aparıldığını, qarşılıqlı iddiaçı iddia edir, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən aparıldığını isə ilk iddiaçı iddia edir.

81. Odur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mənzilin əvvəlki vəziyyətə gətirilməsi tələbi irəli sürülmədiyindən, Məhkəmə tələbdən kənara da çıxmağa da haqlı deyildir.(Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 218.3.)

82. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilməlidir.

83. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi: Hər iki apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(006)-92/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar