Azərbaycan̈Respublikası̈adından Qətnamə Bakı̈şəhəri İş̈№̈2(103)-4399/2025 07.05.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə ̈Məhkəmə̈iclasının̈katibïHəsənoväBahar̈Elxan̈qızının̈katibliyi, ̈̈̈̈̈Iddiaçı̈İddiaçı̈nümayəndəsïvə̈vəkilïvəkil1, Cavabdeh cavabdeh2̈nümayəndəsïvə̈vəkilïvəkil4̈iştirakı̈ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul̈etdi.̈̈̈ Işin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ##.##.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2 ünvanda yerləşən 0,1114 ha torpaq sahəsinin xüsusi mülkiyyət üzrə mülkiyyətçisidir.̈
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ##.##.2021-ci il tarixli çıxarışa əsasən cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, *** saylı sahədə yerləşən 0,0475 ha torpaq sahəsinin̈xüsusïmülkiyyəẗüzrə̈mülkiyyətçisidir.
3. İddiaçı Bakı Inzibati Məhkəməsinə cavabdeh DƏDKR publik hüquqi şəxsinin * saylı ünvan 1 ünvanda yerləşən ##.##.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəsi ilə cavabdeh2 adına qeydiyyata alınan 0,0475 ha ölçülü torpaq sahəsi ilə bağlı onun adına tərtib olunmuş texniki sənəddəki məkan göstəricilərinin ilkin hüquq sahiblərinin malik olmuş olduqları “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər əsasında yenidən dəqiqləşdirilməsi, çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılması, Səbail rayon Icra Hakimiyyətinin ##.##.1995-ci il tarixli 1470 No-li sərəncamı ilə ayrılmış torpaq sahəsinin hüquqi yerinin dəqiqləşdirilməsi, cavabdeh2 hüququnun dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir.̈
4. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı qeyd edilən iddiası mümkün sayılmamışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə qarşı çıxarışın, plan və ölçü sənədlərinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, *** saylı sahədə yerləşən 0.0475 ha torpaq sahəsinin cavabdeh cavabdeh2 xüsusi mülkiyyətinə verilməsinə dair ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və plan və ölçü sənədinin ləğv edilməsi, cavabdeh cavabdeh2 üzərinə sözügedən torpaq sahəsinin boşaldılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinə müraciət edərək Badamdar qəsəbəsi İ yaşayış massivində daş hasara alınmış, uzun müddət istifadə etdiyi 800,0 kvm torpaq sahəsinin alqı-satqı yolu ilə adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Badamdar Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli *** nömrəli "Bələdiyyə ərazisində olan torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə" Qərarına əsasən vətəndaş İddiaçı ərizəsinin nəzərə alınması, Badamdar qəsəbəsi İ yaşayış massivində olan 800,0 kvm torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. ## ###### 2006-cı il tarixli ****** nömrəli və ****** nömrəli kassa mədaxil orderinin qəbzlərinə əsasən onun tərəfindən sözügedən torpaq alqı-satqısına görə müvafiq olaraq 3328 və 1248 manat pul ödənilmişdir. Bundan sonra onunla Səbail rayonu Badamdar Bələdiyyə orqanının nümayəndəsinin iştirakı ilə torpaqların alqı-satqısına dair akt imzalanmışdır. Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən ona ## #### 2006-cı il tarixdə ** saylı iclasın qərarına əsasən 1-ci yaşayış massivində olan 800 kv.m torpaq sahəsinin ## ###### 2006-cı il *** saylı qərarına əsasən sənədləşdirilməsinə dair 2019-cu ilin yanvar tarixli arayış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.1114 ha torpaq sahəsi onun adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ona ##.##.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Lakin onun xüsusi mülkiyyətində olan 0.1114 ha torpab sahəsinin bir hissəsi cavabdeh cavabdeh2 tərəfindən zəbt olunmuş və cavabdeh cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa esasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, *** saylı sahədə yerləşən 0.0475 ha torpaq sahəsi cavabdeh cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Həmçinin cavabdeh cavabdeh2 ##.##.2021-ci il tarixli qeyd olunan torpaq sahəsinə dair plan və ölçü sənədi də təqdim olunmuşdur. Ona məlum olmuşdur ki, cavabdeh cavabdeh2 ona məxsus olan torpaq sahəsini zəbt etməklə qanunsuz və əsassız olaraq ona verilmiş texniki sənədlərdən istifadə edərək qanuni şəkildə ona məxsus olmayan torpaq sahəsinin alqı-satqısını həyata keçirmək niyyətindədir. Göründüyü kimi cavabdeh cavabdeh2 adına olan ************ reyestr nömrəli çıxarış verilərkən qanunsuzluğa yol verilmiş, onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasına əhəmiyyət verilməmişdir. Ona görə də həmin çıxarış və plan̈və̈ölçü̈sənədïləğv̈olunmalıdır.
7. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-751/2023 nörməli, ##.##.2023-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhəmməd oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə qarşı çıxarışın, plan və ölçü sənədlərinin ləğv edilməsi hissəsində mülki işin icraatına xitam̈verilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıyäaid̈edilməsïqəẗedilmişdir.̈
9. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2 ünvanda yerləşən 0,1114 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları ##.##.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdeh cavabdeh2 alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, *** saylı sahədə yerləşən 0,0475 ha torpaq sahəsini əldə etmiş və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları ##.##.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı Bakı Inzibati Məhkəməsinə cavabdeh DƏDKR publik hüquqi şəxsinin * saylı ünvan 1 ünvanda yerləşən ##.##.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəsi ilə cavabdeh2 adına qeydiyyata alınan 0,0475 ha ölçülü torpaq sahəsi ilə bağlı onun adına tərtib olunmuş texniki sənəddəki məkan göstəricilərinin ilkin hüquq sahiblərinin malik olmuş olduqları “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər əsasında yenidən dəqiqləşdirilməsi, çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılması, Səbail rayon Icra Hakimiyyətinin ##.##.1995-ci il tarixli 1470 No-li sərəncamı ilə ayrılmış torpaq sahəsinin hüquqi yerinin dəqiqləşdirilməsi, cavabdeh2 hüququnun dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli 2-1(112) ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı qeyd edilən iddiası mümkün sayılmamışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır. Həmin qərardadda iddianın mümkün sayılmaması əsası kimi iddiaçı İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi, həmin torpaq sahəsinə dair onun hər hansı bir hüquqmüəyyənedici sənədinin mövcud olmaması, bununla da inzibati məhkəmə icraatında mübahisəli torpaq sahəsi üzərində hüquqlarının mübahisələndirilməsi üçün subyektiv hüququnun mövcudluğunun müəyyən edilməməsi qeyd edilmişdir. Iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı cavabdehin mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarını qəbul etmir və həmin torpaq sahəsindən̈onun̈çıxarılmasını̈xahiş̈edir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hala qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş və iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi, həmin torpaq sahəsinə dair onun hər hansı bir hüquqmüəyyənedici sənədinin mövcud olmaması müəyyən edilmişdir. Beləliklə məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən halları, həmçinin qanunvericiliyinin qeyd edilən normalarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüquqlarının mövcudluğu müəyyən edilmir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin̈2-ci hissəsi, 67-ci maddəsinin 1, 3 və 4-cü maddəsləri; “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2003-cü il tarixli * saylı qərarının 6-cı bəndi və Mülki Prosessual̈Məcəllənin̈82.3,̈254.1.4,̈119.1-cïmaddələrinə̈istinadläəsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin (servitut müəyyən/təyin edilməsinə dair) təmin edilməsinə dair yeni qətnamə qəbul̈edilməsinïxahiş̈etdmişdir.̈
13. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehlər cavabdeh2 və DƏDKR publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı ,çıxarışın˝ plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması˝ tələbinə dair iddia ərizəsi ilə 2023-cü ildə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin işə Səbail Rayon Məhkəməsində baxılaraq ##.##.2023-cü il tarixdə iş üzrə qərardad qəbul edilmiş, tələbin ,çıxarışın˝ plan və ölçü sənədinin ləğv edilməsi hissəsində icraata xitam verilmiş, digər hissəsi üzrə isə icraat dayandırılmışdı. ##.##.2025-ci il tarixli qərardadla torpaq˝ sahəsinin boşaldılması˝ tələbinə dair mülki iş üzrə icraat təzələnmiş, məhkəmə baxışı ##.##.2025-ci il tarixə təyin edilmişdi. Eləcə də, bildirmək istəyir ki, cavabdeh2 verilmiş çıxarış və plan-ölçü sənədi tərəfindən Bakı Inzibati Məhkəməsində mübahisələndirilmiş, 3 instansiya məhkəməsində tələbi və şikayətləri araşdırılmışdır. Məhkəmələr, subyektiv hüququnun olmaması nəticəsinə gəlmiş, bu qənəat əsas tutulmaqla iddia və şikayətləri təmin edilməmişdir. Həmin məhkəmə instansiyalarında iddia və şikayətləri təmin olunmasa da, yol infrastrukturuna çıxışı ilə bağlı hüququnun pozulması elə hazırki işdəki cavabdehin (həmin işlərdəki 3-cü şəxs cavabdeh2) qənaət və fikirləri ilə də tam təsdiqini tapmış, bu, 1-ci instansiya məhkəməsinin qərarında əks olunmuş nəticələrində də ifadə olunmuşdu. Bununla bağlı olaraq, ##.##.2025-ci ildə Səbail Rayon Məhkəməsində baxışa təyin edilmiş ##.##.2025-ci il tarixli məhkəmə iclasından öncə iddianı dəyişdirərək, məhkəmədən, iddiaçıya məxsus olub ünvan 4 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestri orqanının ##.##.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən 00401302399 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,1114 ha ölçülü torpaq sahəsi üçün ünvan 2 ünvanında yerləşən, ##.##.2021-ci il qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə Həsənova Bahadur Məhyəddin oğlunun adına qeydiyyata alınmış 0.0475 ha ölçülü torpaq sahəsi ərazisindən yol infrastrukturuna çıxmağı üçün servitut sahəsinin ayrılmasına (servitut təyin olunmasına) və əsas nəqliyyat yoluna giriş-çıxış yolunun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmədən, servitut yolunun yerləşmə məkanının, ölçüsü və konfiqurasiyasının müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilməsini və ekspertizanın keçirilməsinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsini xahiş etmiş. Məhkəmə, iddia tələbinin dəyişdirilməsi barədə ərizəni nəzərə almayaraq və buna mahiyyəti üzrə baxılmasını təmin etməyərək, öncədən hazırlamış olduğu məhkəmə qətnaməsinin nəticəsini elan etməklə və hazır qətnamə mətnini elektron kabinetə yerləşdirməklə, maddi və prosessual hüquqlarını pozmuş, ədalətsiz və haqsız bir məhkəmə aktı qəbul etmişdir. Bildirir ki, mülki və inzibati xarakterli mübahisənin inzibati hissəsi üzrə işə 1-ci instansiya məhkəməsində- Bakı Inzibati Məhkəməsində baxılarkən məhkəmə belə bir qənaətə gəlmiş və müəyyən etmişdir ki, 3˝-cü şəxsin nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı İddiaçı iddia ərizəsindən də, görünür ki, cavabdeh2 xüsusi mülkiyyətində olan 0,0475 ha torpaq sahəsinə onun heçbir hüquqi sənədi olmamışdır. Iddiaçı sadəcə hesab edir ki, əgər onun mülkiyyətində olan 0,1114 ha torpaq sahəsinə yaxın yerləşdiyinə görə həmin torpaq sahəsi də onun olmalıdır. Göründüyü kimi, iddiaçı İddiaçın mübahisəli olan cavabdeh2 ogl ̈unun xüsusi mülkiyyətində olan 0,0475 ha torpaq sahəsinə heç bir hüququ olmamışdır. Iddiaçı İddiaçı iddia ərizəsində torpaq sahəsinə giriş- çıxış yolunu mübahisələndirmisd̈ir. Iddia ərizəsində qeyd etmisdir ki, “2018 ci il tarixində torpaq sahəsini əvvəlki hüquq sahibindən alarkən torpaq sahəsinin əvvəlki giriş-çıxış yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. 0,1114 ha sahədən əlavə faktiki istifadəsində 0,04 ha (400 kv.m) var idi ki, yol infrastrukturunada çıxış buradan idi.”Qeyd edir ki, bu məsələyə Mul ̈ki Məcəllənin “servitut” institutu ilə tənzimlənir və ümumi məhkəmələr tərəfindən baxılır, inzibati məhkəmələrə heçbir aidiyyatı yoxdur.˝. Göründüyü kimi, 3-cü şəxsin ifadələrinə istinad edən məhkəmə bildirmişdir ki, ıçaiddI˝ İddiaçı iddia ərizəsində torpaq sahəsinə giriş-çıxış yolunu mübahisələndirmişdir. Iddia ərizəsində qeyd etmişdir ki, “2018-ci il tarixində torpaq sahəsini əvvəlki hüquq sahibindən alarkən torpaq sahəsinin əvvəlki giriş-çıxış yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. 0,1114 ha sahədən əlavə faktiki istifadəsində 0,04 ha (400 kv.m) var idi ki, yol infrastrukturunada çıxış buradan idi. ”Qeyd edir ki, bu məsələyə Mülki Məcəllənin “servitut” institutu ilə tənzimlənir və ümumi məhkəmələr tərəfindən baxılır, inzibati məhkəmələrə heçbir aidiyyatı yoxdur.˝. Bildirir ki, iddiaçının yol infrastrukturuna çıxışı həqiqətən də bağlanmışdır və bu cavabdeh cavabdeh2 çıxarış verildikdən sonra baş vermişdir. Cavabdeh və nümayəndəsi bunu özləri də təsdiq və ifadə etmişlər. ünvan 2 ünvanında yerləşən, 00401302399 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,1114 ha ölçülü torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri orqanının ##.##.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyətimdədir. 2018-ci il tarixində torpaq sahəsini əvvəlki hüquq sahibindən alarkən torpaq sahəmin sərbəst giriş çıxışı, yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. 0,1114 ha sahədən əlavə faktiki istifadəsində 0,04 ha (400 kv.m.) var idi ki, yol infrastrukturuna da çıxış buradan idi. Həmin ərazi də iddiaçının 0,1114 ha sahəsi ilə bitişik idi, vahid hasar daxilində idi. Ümumi hasar içində olan torpaq sahəsinin yol tərəfdən, yəni Mikayıl Müşviq küçəsi tərəfindən darvazası da var idi. Cavabdehə məxsus torpaq sahəsi onun adına rəsmiləşdirildikdən sonra torpaq sahəsinə baş çəkməyə gedərkən məlum olmuşdur ki, torpaq sahəsinin giriş-çıxış yolu onun adamları tərəfindən hasara alınıb, yola olan çıxışı tamamilə bağlanıb. Artıq neçə müddətdir ki və hal-hazırda da, o, öz torpaq sahəsinə daxil ola, buradan istifadə edə bilmir, çünki torpaq sahəsinin giriş-çıxış yolları cavabdeh2 adına sənədləşdirilmiş torpaq sahəsi ərazisi ilə bağlanmışdır və həmin şəxs ona yol ayrılması fikrində də deyildir. Bu üzdən məsələ məhkəmədə araşdırılmalı və həllini tapmalı idi. Göstərilənlərə əsasən, iddiasını dəyişdirmək qərarına gələrək, bununla bağlı məhkəməyə ##.##.2025-ci il tarixində ərizə təqdim etmişdir. Lakin məhkəmə qərəzlilik göstərərək (bunun başqa bir adı yoxdur) və haqsızlıq edərək iddia tələbinin dəyişdirilməsini məhkəmə müzakirəsinə (mahiyyəti üzrə baxışa) çıxarmamış və yeni tələbi üzrə işə baxmaqdan faktiki olaraq imtina etmiş, bununla da qeyd edilən maddi hüquqlarını pozmuş, bu normadan irəli gələn maddi hüququnun gerçəkləşməsinin qarşısını almışdır. Bu isə,faktiki olaraq,məhkəmə müdafiəsi hüququndan məhrum olmağı deməkdir̈ki,̈büdäkonstitusion̈hüququnun̈pozulmasıdır.̈Iddiätələbinin̈dəyişdirilməsïüçün əsaslar mhəkəmə baxışı gedişində və buna qədər– işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər yaranmışdır. Belə ki,öncədən onun inzibati məhkəmələrdəki tələbi cavabdehə verilmiş qanunsuz çıxarışın və texniki sənədin ləğvi ilə bağlı idi. Düşünürdü ki, iddia təmin olunarsa, yol infrastrukturuna çıxışı avtomatik qaydada həll olunacaqdır. Lakin, məlum məhkəmə aktlarından sonra o, məcbur olub iddianı dəyişdirmək qərarına gəlmişdir. Lakin,təəssüf ki,bu,Səbail Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bildirir ki, o, iddianı dəyişdirməklə bağlı ərizəsində, paralel olaraq vəsatət verərək, məhkəmədən, servitut yolunun yerləşmə məkanının, ölçüsü və konfiqurasiyasının müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilməsini və ekspertizanın keçirilməsinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsini xahiş etmişdi. Məhkəmə nə vəsatətini qəbul etmiş, nə də bunun rədd edilməsinə dair qərardad qəbul etmişdir. Bu isə, MPM-nin 97.1-ci maddəsinin pozulması deməkdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil4 elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini,̈qətnamənin̈dəyişdirilmədən̈saxlanılmasını̈xahiş̈etmişdir.
15. Etiraz onunla əsaslandırılır ki, mülki iş materiallarından görünür ki, iddiaçı İddiaçı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası kifayət qədər uzun müddət araşdırılaraq 2 il müddət çəkmişdir. Həmin müddət ərzində dəfələrlə mülki iş üzrə məhkəmənin hazırlıq iclasları keçirilmişdir, iddiaçı vəkillə təmsil olunurdu və iddianın dəyişdirilməsini məhkəmənin hazırlıq iclasında olmasını bilirdi, lakin bu hüquqdan istifadə etməmişdir. Yalnız digər iş üzrə iddiası uğursuz olduğundan sonra təkrar məhkəmə baxışında iddiasını dəyişməsi qanunvericilikdə yolverilməzdir.
Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, mütəxəssis rəyində konkret olaraq iki suala cavab verilib. Iddiaçı və cavabdehin torpaq sahələrinin üst-üstə düşmədiyi qeyd edilmişdir. Bu məsələ onsuz da tərəflərə bəlli idi. Mübahisənin mahiyyəti torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı deyil, çıxarışlarda da hər bir torpaq sahəsinin koordinatları göstərilmişdir. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, cavabdeh 2021-ci ildə torpaq sahəsini əldə etdiyini bildirir, çıxarış alıb. Iddiaçının əsas iddiası işdə olan iki şəhadətnaməyə əlavə edilmiş cizgi planlarla çıxarış verilmiş ünvanın fərqli olmasıdır. Inzibati məhkəmədə olan iddia ərizəsi ümimiyyətlə yanlış olub, iddia tələbi fərqli qoyulmalı idi. Ona görə də iddia mümkünsüz hesab edilib. Hazırki iddiada torpaq sahəsinin boşaldılması və çıxarışın ləğv edilməsi tələbi qoyulmuşdur. Iddiaçı tərəf inzibati məhkəmədə iddia qaldırdığı üçün çıxarışın ləğv edilməsi hissəsinə xitam verilib. Ekspertizanın təyin edilməsi ilə bağlı qərardadda olan “cavabdeh2 xüsusi mülkiyyətinə olan torpaq sahəsinin sənədlərdə əks olunmuş sərhədlərdən kənara çıxma halı mövcuddursa bu hal İddiaçı xüsusi mülkiyyətinə olan torpaq sahəsinə sərbəst giriş-çıxışa maneə olurmu?” sualına ümumiyyətlə cavab verilməmişdir. Onlar mütəxəssis rəyi ilə razılaşmır. Əsas məsələ odur ki, iki torpaq sahəsi yanaşıdır, amma biri yaşayış təyinatlıdır, digəri qeyri-yaşayış təyinatlıdır. Digər məsələ ünvanla bağlıdır. İddiaçı xüsusi mülkiyyətinə olan torpaq sahəsinin ünvanı çıxarışda “Mikayıl Müşviq küçəsi 2” kimi qeyd edilib, ona yanaşı olan cavabdeh2 torpaq sahəsi isə “1-ci yaşayış massivi, *** saylı” kimi göstərilir. Bu məsələ birinci instansiya məhkəməsində araşdırılmayıb. Hesab edir ki, iş düzgün araşdırılmayıb, arxiv sənədləri tədqiq edilməli idi, həqiqətən də həmin çıxarışın köhnə cizgi plana uyğun verilib-verilməməsi aydınlaşdırılmalı idi. Buna görə apellyasiya şikayəti təmin edilməli, torpaq sahəsi boşaldılmalıdır. Iddia tələbi torpaq sahəsinin boşaldılması ilə bağlıdır. Apellyasiya şikayətinin dəlillərïqeyd̈etdikləridir,̈ünvanın̈fərqlïolması,̈şəhadətnamələrlə̈çıxarışın̈fərqlïolmasıdır.̈
17. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil4 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, birinci instasniya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Izahatında qeyd etdi ki, Iddia tələbi torpaq sahəsinin boşaldılması ilə bağlıdır. Iş materiallarında həmin torpaq sahəsinin cavabdeh2 məxsus olmasına dair çıxarış var. Mütəxəssis rəyində də qeyd edilir ki, koordinatlar yerindədir. Şikayətin dəlillərində isə servitut istənilir. Birinci instansiya məhkəməsində sonuncu məhkəmə iclasında da bu xahiş edilmişdi. Qarşı tərəf qəbul edir ki, bu torpaq sahəsi cavabdeh2 məxsusdur, lakin magistral yola çıxışı olmadığı üçün ondan yol istəyirlər. Indi isə yenidən̈torpağın̈təyinatı,̈ünvanı̈mübahisələndirilir.
18. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən digər cavabdehin̈nümayəndəsinin̈iştirakı̈olmadan̈işə̈baxılmasını̈mümkün̈hesab̈etmişdir.
Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatäkeçirməyə̈borcludurlar. Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar̈istisnäolmaqla,̈həqiqïhesab̈edilir. Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və̈qorunan̈hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar̈däəmlak̈hüquqları̈sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub̈oläbilər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə̈etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun̈məhkəmə̈üçün̈qabaqcadan̈müəyyən̈edilmiş̈qüvvəsïyoxdur. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətinïisə̈təmin̈etmədən̈saxlayäbilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. ̈ Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin̈predmetïbölünməz̈olduqdäisə̈tam̈yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə̈bilər.̈̈̈
23. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin̈və̈əsaslılığının̈tam̈yoxlanılması̈təşkil̈edir.̈
Məhkəmə kollegiyasının mövqeyi
24. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli,̈birincïinstansiyäməhkəməsinin̈qətnaməsïdəyişdirilmədən̈saxlanılmalıdır.̈
25. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ##.##.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2 ünvanda yerləşən 0,1114 ha torpaq sahəsinin̈xüsusïmülkiyyəẗüzrə̈mülkiyyətçisidir.
26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ##.##.2021-ci il tarixli çıxarışa əsasən cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, *** saylı sahədə yerləşən 0,0475 ha torpaq sahəsinin̈xüsusïmülkiyyəẗüzrə̈mülkiyyətçisidir.
27. Iddia tələbində iddiaçı onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.1114 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini iddia etmişdir. Qeyd etmişdir ki, cavabdeh cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, *** saylı sahədə yerləşən 0.0475 ha torpaq sahəsi cavabdeh cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Həmçinin cavabdeh cavabdeh2 ##.##.2021-ci il tarixli qeyd olunan torpaq sahəsinə dair plan və ölçü sənədi də təqdim olunmuşdur. Ona məlum olmuşdur ki, cavabdeh cavabdeh2 iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməklə qanunsuz və əsassız olaraq ona verilmiş texniki sənədlərdən istifadə edərək qanuni şəkildə ona məxsus olmayan torpaq sahəsinin alqı-satqısını həyata keçirmək niyyətindədir. Göründüyü kimi cavabdeh cavabdeh2 adına olan ************ reyestr nömrəli çıxarış verilərkən qanunsuzluğa yol verilmiş, onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasınäəhəmiyyəẗverilməmişdir.
28. Hazırda iddiaçı tərəfin möqeyinə görə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqları mövcud olsa da, cizgi planında göstərilən qeyd düzgün deyil, cavabdehin torpaq sahəsi onlar tərəfindən mübahisələndirilən torpaq sahəsi ərazisində deyil, başqa ərazidə yerləşir. Cavabdehə məxsus torpaq sahəsi iddiaçının mülkiyyətində olan 11 sot torpaq sahəsinin̈qarşısındäyerləşdiyïüçün̈onun̈hüquqlarınätoxunur.
29. Məhkəmə kollegiyası tərəfindən torpaq sahələrinin faktiki sərhədlərinin sənədlərdə (plan sxem, texniki pasport və s.) əks olunan sərhədləri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi, eyni zamanda cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi halının̈müəyyən̈edilməsïüçün̈iş̈üzrə̈ekspertizätəyin̈edilərək̈rəÿəldə̈edilmişdir.
30. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi Idarəsinin ## ###### 2026-cı̈il̈tarixli,̈*-**-*-**/*-****/****̈nömrəlïmütəxəssis̈rəyinə̈əsasən: -Göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.1114 ha təşkil edir. Sahənin giriş qapısı olmadığından iddiaçının iştirakı ilə hasar çölündən baxış keçirilmişdir. Sahə üzərində tikili yoxdur. Mübahisələndirilən torpaq sahəsinin və iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin koordinatlarını̈əks̈etdirən̈sxem̈rəyə̈əlavə̈olunur.̈̈ -Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahə sənəd üzrə sahə ilə eynilik təşkil edir. Sözügedən sahə 004013002399 reyestr nömrəsi ilə 0.1114 ha olaraq iddiaçı İddiaçı adına qeydiyyatdan keçmişdir. Bundan əlavə sahə ************ reyetr nömrəsi ilə cavabdeh2 xüsusïmülkiyyətində̈olan̈0.0475.0̈hätorpaq̈sahəsïilə̈üst-üstə̈düşmür. -Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki verilmiş koordinatlarla sənəd üzrə sahələr eynilik təşkil edir. Sözügedən sahə 004013002399 reyestr nömrəsi ilə 0.0114 ha olaraq iddiaçı İddiaçı adına qeydiyyatdan keçmişdir. Bundan əlavə sahə ************ reyetr nömrəsi ilə cavabdeh2 xüsusi mülkiyyətində olan 0.0475.0 ha torpaq sahəsi ilə üst-üstə düşmür.̈
31. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud̈olmağınädair̈ehtimal̈ortayäçıxır. 32.“Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68)
33. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93)
34. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq kollegiya hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə̈təqdim̈etmədiklərïfaktları̈nəzərə̈almamalıdır.
35. Mütəxəssis rəyindən göründüyü kimi tərəflərin mülkiyyətində olan torpaq sahələrinin faktiki vəziyyəti sənəd üzrə sahələrlə eynilik təşkil etməklə, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehə̈məxsus̈torpaq̈sahəsïilə̈üst-üstə̈düşmədiyïmüəyyən̈edilmişdir.
36. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun̈həqiqiliyïvə̈tamamlığı̈prezumpsiyası̈qüvvədədir.̈
37. Iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsinə cavabdeh DƏDKR publik hüquqi şəxsinin * saylı ünvan 1 ünvanda yerləşən ##.##.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəsi ilə cavabdeh2 adına qeydiyyata alınan 0,0475 ha ölçülü torpaq sahəsi ilə bağlı onun adına tərtib olunmuş texniki sənəddəki məkan göstəricilərinin ilkin hüquq sahiblərinin malik olmuş olduqları “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər əsasında yenidən dəqiqləşdirilməsi, çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılması, Səbail rayon Icra Hakimiyyətinin ##.##.1995-ci il tarixli 1470 No-li sərəncamı ilə ayrılmış torpaq sahəsinin hüquqi yerinin dəqiqləşdirilməsi, cavabdeh2 hüququnun dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə müraciəẗetmişdir.
38. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı qeyd edilən iddiası mümkün sayılmamışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır. 39.Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin (servitut müəyyən/təyin edilməsinə dair) təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etsə də apellyasiya baxışında olan izahatlarında cavabdeh tərəfindən torpaq sahəsinin boşaldılması ilə bağlı iddianın əsaslı olmasını iddia etmişdir.
40. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi üzrə̈birincïinstansiyäməhkəməsinin̈gəldiyïnəticənïqanunïvə̈əsaslı̈hesab̈edir.
41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- **/****̈nömrəli, ##.##.2025-cïil̈tarixlïqətnaməsïdəyişdirilmədən̈saxlanılmalıdır.
42. Kollegiya həmçinin prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilməlidir.̈
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
̈̈̈Iddiaçı̈İddiaçı̈apellyasiyäşikayətïtəmin̈edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsïdəyişdirilmədən̈saxlanılsın.̈ Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə̈aid̈edilsin.̈ Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
̈̈Sədrlik̈edən̈hakim̈imza: GünaÿAxundova ̈̈Hakimlər̈imzalar: FərruẍQasımov Məhəmməd̈Rüstəmli