Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4413/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı X7, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4, X1 iştirakları ilə, İddiaçı X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X3 işə cəlb olunmaqla Cavabdeh qarşı “bağışlanmış əmlaklara məcburi pay hüququnun tanınması” tələbinə dair iddiası, Cavabdeh X5rşı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-392/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X14 Cavabdeh qarşı iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, miras qoyan X13 tərəfindən Cavabdeh xx.xx.2019-cu ildə Bakı şəhər 54 saylı notariat ofisində 4Ə-283 və 4Ə-285 saylı reyestr üzrə təsdiq edilmiş bağışlama müqavilələrinə əsasən bağışlanmış: 1. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında; 2. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151a saylı evin 55 saylı mənzilində onun 1/2 hissədə (hər əmlak üzrə) məcburi pay hüququnun tanınması; ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin alğı-satqısından əldə edilmiş 300.000 manat məbləğində pulun 50% hissəsinin, yəni 150.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, çıxarılacaq qətnamənin 1 və 2-ci bəndlərdə göstərilən əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində onun adına müvafiq qeydiyyatın aparılması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh X5rşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-392/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasında və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 A saylı evin 55 saylı mənzilində iddiaçı X7 1/2 hissədə məcburi pay hüququnun tanınması, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqısından əldə edilmiş pulun 50% hissəsi, yəni 47597,90 (qırx yeddi min beş yüz doxsan yeddi manat doxsan qəpik) manat Cavabdeh iddiaçı X7 xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Eyni zamanda həmin qətnamənin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsas olması göstərilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilki iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci l tarixli qərardadı ilə iddiaçı X14 və Cavabdeh arasına bağlanmış 23 avqust 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı X14 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə iş üzrə barışıq sazişinin bağlanmasını bildirməklə, barışıq sazişinin təsdiq edilməsi və mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı tərəflə mübahisə ilə bağlı razılığa gəlmişlər və bu barədə barışıq sazişi də bağlamışlar. Qeyd olunanlara əsasən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı işə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi X10 məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X3 məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, barışıq saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:
1. X14 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsində göstərilən “Cavabdeh adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasında; Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 A saylı evin 55 saylı mənzilində iddiaçı X7 1/2 hissədə məcburi pay hüququ tanınsın; ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin alqısatqısından əldə edilmiş pulun 50% hissəsi, yəni 47597,90 (qırx yeddi min beş yüz doxsan yeddi manat doxsan qəpik) manat Cavabdeh iddiaçı X7 xeyrinə tutulsun” hissələrindən - ( Səbail rayon Məhkəməsinə təqdim etmiş iddiasından) imtina edir.
2. Cavabdeh Bakı Apellyasiya məhkəməsinə təqdim edilən apellyasiya şikayətindən imtina edir.
3. Bundan əlavə miras qoyan X6 mülkiyyətində olan və gələcəkdə vərəsələr Cavabdeh və X14 arasında bölünərkən: Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108E ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə, X7 və Cavabdeh bərabər hissədə hər birinə 1/2 hissədə pay hüququn tanınmasına, qeyri-yaşayış sahələrinin idarə edilməsinin 28 sentyabr 2022-ci ildən başlayaraq həyata keçirilməsinə və icarədən əldə olunan vəsaitin bərabər şəkildə bölünməsinə, xərclər çıxıldıqdan sonra əldə olunan gəlirin yaranmış borcun ödənilməsinə etiraz etmirlər; Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 106 ünvanında olan ümumi sahəsi 95.1 kv.m olan (27/1 saylı mağaza) (çıxarışın reyestr nömrəsi: **********37-05101-083015, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014); Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 106 ünvanında olan ümumi sahəsi 437.1 kv.m olan (çıxarışın reyestr nömrəsi: **********37- 05101-083012, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014); qeyri-yaşayış sahələri 100 % olmaqla X14, ona düşən miras payını Cavabdeh xeyrinə imtina edir və onun adına tam olaraq rəsimləşdirilməsinə etiraz etmir; Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2019 tarixli AD580433 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi **********6308 və buraxılış ili 1984 olan MERCEDES BENZ G300 MİNİK markalı 10KA200 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin; Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2005 tarixli AA758200 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 1D4HD48D75F602455 və buraxılış ili 2005 olan DODGE DURANGO MİNİK markalı 10XX200 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin; Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2006 tarixli AA944868 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDD2211711A071846, mühərrikin nömrəsi və buraxılış ili 2006 olan MERCEDES 500 MİNİK markalı 10XV200 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin; Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2001 tarixli AA387578 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi -, mühərrik nömrəsi və buraxılış ili 1986 olan MERCEDES CİP MİNİK markalı 10DG200 dövlət nömrə nişanlı nəqliyyat vasitələrdən 100 % olmaqla X15, ona düşən miras payını Cavabdeh xeyrinə imtina edir və Cavabdeh adına tam rəsmiəşdirilməsinə etiraz etmir; Bakı şəhəri Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 123, mənzil 96 ( Yeni qaydalarla : AZ 1065, ünvan 9 ünvanında olan, ümumi sahəsi 209.5 kv.m olan mənzil 100 % olmaqla Cavabdeh, ona düşən miras payından X7 xeyrinə imtina edir və X8 adına tam olaraq rəsimləşdirilməsinə etiraz etmir; ünvan 10 ünvanında olan, ümumi sahəsi 114 kv.m olan qeyri-yaşayış sahəsi 100 % olmaqla Cavabdeh, ona düşən miras payından X7 xeyrinə imtina edir və Əliyeva Fəridovnanın adına tam olaraq rəsimləşdirilməsinə etiraz etmir.
4. Tərəflər yuxarıda qeyd olunan bütün məhkəmə mübahisələrinə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən razılaşma əldə edildikdən sonra bu işlə bağlı gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbinin olmayacağı barədə öhdəlik götürmək və bu götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi daşıyır. Tərəflər bəyan edirlər ki, gələcəkdə vərəsəliklə bağlı hər hansı bir iddiaları və tələbləri olmayacaqdır, bütün iddia tələblərindən, həmçinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən apellyasiya şikayətindən imtina edilir. Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. Müqavilə tərtib olunarkən və imzalanarkən hər iki tərəfin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, ya da təsir altında bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və sazişi bağlamış şəxslər sazişi imzalamışlar. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə kollegiyası, MPM-nin 261 və 384.0.5-ci maddələrinə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Hazırki mülki iş üzrə iddiaçı X14 və Cavabdeh arasında bağladıqları aşağıdakı məzmunda olan 27 sentyabr 2022-ci il tarixli “Barışıq sazişi” təsdiq edilsin:
1. X14 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsində göstərilən “Cavabdeh adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasında; Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 A saylı evin 55 saylı mənzilində iddiaçı X7 1/2 hissədə məcburi pay hüququ tanınsın; ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin alqısatqısından əldə edilmiş pulun 50% hissəsi, yəni 47597,90 (qırx yeddi min beş yüz doxsan yeddi manat doxsan qəpik) manat Cavabdeh iddiaçı X7 xeyrinə tutulsun” hissələrindən - ( Səbail rayon Məhkəməsinə təqdim etmiş iddiasından) imtina edir.
2. Cavabdeh Bakı Apellyasiya məhkəməsinə təqdim edilən apellyasiya şikayətindən imtina edir.
3. Bundan əlavə miras qoyan X6 mülkiyyətində olan və gələcəkdə vərəsələr Cavabdeh və X14 arasında bölünərkən: Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108E ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə, X7 və Cavabdeh bərabər hissədə hər birinə 1/2 hissədə pay hüququn tanınmasına, qeyri-yaşayış sahələrinin idarə edilməsinin 28 sentyabr 2022-ci ildən başlayaraq həyata keçirilməsinə və icarədən əldə olunan vəsaitin bərabər şəkildə bölünməsinə, xərclər çıxıldıqdan sonra əldə olunan gəlirin yaranmış borcun ödənilməsinə etiraz etmirlər; Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 106 ünvanında olan ümumi sahəsi 95.1 kv.m olan (27/1 saylı mağaza) (çıxarışın reyestr nömrəsi: **********37-05101-083015, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014); Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 106 ünvanında olan ümumi sahəsi 437.1 kv.m olan (çıxarışın reyestr nömrəsi: **********37- 05101-083012, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014); qeyri-yaşayış sahələri 100 % olmaqla X14, ona düşən miras payını Cavabdeh xeyrinə imtina edir və onun adına tam olaraq rəsimləşdirilməsinə etiraz etmir; Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2019 tarixli AD580433 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi **********6308 və buraxılış ili 1984 olan MERCEDES BENZ G300 MİNİK markalı 10KA200 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin; Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2005 tarixli AA758200 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 1D4HD48D75F602455 və buraxılış ili 2005 olan DODGE DURANGO MİNİK markalı 10XX200 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin; Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2006 tarixli AA944868 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDD2211711A071846, mühərrikin nömrəsi və buraxılış ili 2006 olan MERCEDES 500 MİNİK markalı 10XV200 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin; Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2001 tarixli AA387578 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi -, mühərrik nömrəsi və buraxılış ili 1986 olan MERCEDES CİP MİNİK markalı 10DG200 dövlət nömrə nişanlı nəqliyyat vasitələrdən 100 % olmaqla X15, ona düşən miras payını Cavabdeh xeyrinə imtina edir və Cavabdeh adına tam rəsmiəşdirilməsinə etiraz etmir; Bakı şəhəri Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 123, mənzil 96 ( Yeni qaydalarla : AZ 1065, ünvan 9 ünvanında olan, ümumi sahəsi 209.5 kv.m olan mənzil 100 % olmaqla Cavabdeh, ona düşən miras payından X7 xeyrinə imtina edir və X8 adına tam olaraq rəsimləşdirilməsinə etiraz etmir; ünvan 10 ünvanında olan, ümumi sahəsi 114 kv.m olan qeyri-yaşayış sahəsi 100 % olmaqla Cavabdeh, ona düşən miras payından X7 xeyrinə imtina edir və Əliyeva Fəridovnanın adına tam olaraq rəsimləşdirilməsinə etiraz etmir.
4. Tərəflər yuxarıda qeyd olunan bütün məhkəmə mübahisələrinə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən razılaşma əldə edildikdən sonra bu işlə bağlı gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbinin olmayacağı barədə öhdəlik götürmək və bu götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi daşıyır. Tərəflər bəyan edirlər ki, gələcəkdə vərəsəliklə bağlı hər hansı bir iddiaları və tələbləri olmayacaqdır, bütün iddia tələblərindən həmçinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən apellyasiya şikayətindən imtina edilir. Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. Müqavilə tərtib olunarkən və imzalanarkən hər iki tərəfin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, ya da təsir altında bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-392/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov