Məhkəmə qərarları › İş №2(103)-4413/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4413/2025

01.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4413/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X16rşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2270/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X28 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən həmin şöbənin baş mütəxəssisi vəzifəsinə (sosial müavinətlər üzrə sosial agent) keçirilmiş, xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

2. İş materiallarında olan xx/xx/2024 tarixli çıxarışa əsasən Nuranə Nəsirli (mütəxəssis, insan resurslarının idarə edilməsi və təlim üzrə) İddiaçı mail ünvanına xitam ərizəsinin nümunəsini göndərmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X26in 24 oktyabr 2024cü il tarixli M.T.Səlifov, T.E.Quliyev, İddiaçı, T.İ.Quliyeva və S.F.Fetullayevaya töhmət verilməsi haqqında əmrinə əsasən 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin baş mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) İddiaçı töhmət verilmişdir.

4. İş materiallarında olan Dayanıqlı və Operativ Sosial Təminat X6 sədr müavini, sədr vəzifə səlahiyyətlərini müvəqqəti icra edən cənab Seymur Alıyevə 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin baş mütəxəssisi (sosial müvinətlər üzrə sosial agent) İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, onu 29 dekabr 2024-cü il tarixindən (xəbərdarlıq müddəti nəzərə alınmadan) tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X26in 24 dekabr 2024cü il tarixli B.R.Allahverdiyev və İddiaçı tutduqları vəzifədən azad edilməsi və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi haqqında əmrinə əsasən 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin baş mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) İddiaçı 2024-cü il 29 dekabr tarixindən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış 2019-cu il tarixli 27 dekabr tarixli əmək müqaviləsibə xitam verilsin.

6. İş materiallarında olan e-social.gov.az saytından çıxarışa əsasən İddiaçı xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 (3 müraciət), xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 (2 müraciət), xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər ünvanlamışdır.

7. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavab məktubuna əsasən 2024-cü ilin dekabr ayının son günlərində, həmçinin 2025-ci ilin yanvar-fevral aylarında Nazirliyinin informasiya sistemlərində texniki yenilənmələr və sistemin yeklənməsi səbəbindən müraciətlərin ötürülməsində gecikmələr baş vermişdir. Bu səbəbdən, 29 dekabr 2024-cü il tarixli müraciət sistemdə yalnız 13 yanvar 2025-ci il tarixində qeydə alınmışdır. Yeni funksionallığın tətbiqi ilə bağlı yenilənmələr həyata keçirilib yekunlaşdıqdan sonra müraciətlərin ardıcıl şəkildə qeydiyyatı aparılmış və icraya yönləndirilməsi təmin edilmişdir. Eyni məzmunlu müraciətlərə xx.xx.2025-ci il tarixli, 3-17/2-T-3245/2025 və xx.xx.2025-ci il tarixli, 3-17/2-T-2606/2025 nömrəli məktublarla müvafiq məulmatlar təqdim edilmişdir.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İddiaçı Fərid Məmmədova bu məzmunda mail ünvanlamışdır: “Cənab sədr xahiş edirəm nəzərə alın. Öhdəmdə 3 aylıq körpə uşaq var, ailədə tək işləyən mənəm. Köməklik edin işə bərpa olunum, ailəmi bayram günü sevindirə bilim məndə. Mən 5 il qüsursuz işləmişəm, imtahan nəticəm 92 %-di, 2023-cü ildə ilin sosial agenti seçildim, rüblük qiymətləndirməm A və Bdi. Maddi durumum çox pisdi, evdə uşaq hədiyyə almaq əvəzinə evə gedib deyirəm ki, işdən çıxdım. Nəinki hədiyyə heç uşağa yemək yemək belə ala bilməyəcəm. Kreditlərim var mənim. Bir ailəni bu duruma düşməyə göz yummayın xahiş edirəm sizdən”.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X26in İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-4961/2025 nömrəli müraciətin cavablandırılması haqqında məktubuna əsasən xx.xx.2019-cu il tarixində 2 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində məsləhətçi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsi üzrə işə qəbul edildiyi, xx.xx.2021-ci il tarixində 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin məsləhətçisi (sosial müavinətlər üzrə sosial agent), xx.xx.2022-ci il tarixində həmin şöbənin böyük məsləhətçisi (sosial müavinətlər üzrə sosial agent), xx.xx.2024-cü il tarixdə həmin şöbənin baş mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) vəzifələrinə keçirildiyi bildirilmiş, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xitam verilmişdir. xx.xx.2025-ci il tarixində müraciətilə bağlı DOST Agentliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə qəbulu həyata keçirilmiş, qəbul zamanı qeyd edilənlər barədə məlumat verilmişdir. Nəzərə alınması xahiş edilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X26in İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-5894/2025 nömrəli işlə təmin olunmaq haqqında məktubuna əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız hesab edilməsi haqqında müraciətilə bağlı 2024-cü il 29 dekabr tarixinədək nə kağız daşıyıcıda, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək və məşğulluq” altsisteminin DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkar olunmamışdır.

11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X26in İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-5805/2025 nömrəli müraciətin cavablandırılması haqqında məktubuna əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xitam verilmişdir. DOST Agentliyinə daxil olmuş xx.xx.2024-cü il və Nazirliyə daxil olmuş xx.xx.2025-ci il tarixli oxşar məzmunlu müraciətlərinə xx.xx.2025-ci il tarixli məktubla cavab verilmiş, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müraciətləri isə hal-hazırda DOST Agentliyinin icraatındadır və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun müddətdə baxılacaqdır. Əlavə olaraq bildirirlər ki, rəhbər vəzifəli şəxs tərəfindən qəbul edilməsi ilə bağlı Nazirliyə daxil olmuş xx.xx.2025-ci il tarixli müraciəti əsasında xx.xx.2025-ci il tarixində DOST Agentliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə qəbulu həyata keçirilmiş, qəbul zamanı qeyd edilənlər barədə məlumat verilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X26in İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-8532/2025 nömrəli işə bərpa olunmaq haqqında məktubuna əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xitam verilmişdir. Əlavə olaraq qeyd edirlər ki, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız hesab edilməsi haqqında müraciətilə bağlı 2024-cü il 29 dekabr tarixinədək nə kağız daşıyıcıda, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək və məşğulluq” altsisteminin DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkar olunmamışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17/2-M1708/2025 nömrəli işə bərpa olunmaq haqqında məktubuna əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xitam verilmişdir. Əlavə olaraq qeyd edirlər ki, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız hesab edilməsi haqqında müraciətilə bağlı xx.xx.2024-cü il tarixinədək nə kağız daşıyıcıda, nə də Nazirliyin X1 sisteminin “Əmək və məşğulluq” altsisteminin DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkar olunmamışdır.

14. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X26in İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-12495/2025 nömrəli işə bərpa olunmaq haqqında məktubuna əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız hesab edilməsi haqqında müraciətilə bağlı 2024-cü il 29 dekabr tarixinədək nə kağız daşıyıcıda, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək və məşğulluq” altsisteminin DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkar olunmamışdır. Nazirliyə daxil olmuş xx.xx.2025-ci il tarixli oxşar məzmunlu müraciətə əsasən xx.xx.2025-ci il tarixdə DOST Agentliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə qəbulu həyata keçirilmiş, qəbul zamanı müvafiq məlumatlar təqdim edilmiş və muraciət xx.xx.2025-ci il tarixli məktubla cavablandırılmışdır. İşə bərpa olunmağı ilə bağlı DOST Agentliyinə daxil olmuş xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli oxşar məzmunlu müraciətlərinə xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarla cavab verilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17/2-T2606/2025 nömrəli vətəndaş müraciətinin cavablandırılması haqqında məktubuna əsasən 2025-ci ilin yanvar-fevral aylarında Nazirliyin X1 Sistemində yenilənmələr aparıldığı üçün onlayn müraciətlərin daxil olması və emalı prosesində ləngimələr müşahidə edilmişdir. Yenilənmələr həyata keçirilib yekunlaşdıqdan sonra isə müraciətlərin ardıcıl şəkildə emalı aparılmış və icra üçün yönləndirilməsi təmin edilmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17/2-M2846/2025 nömrəli müraciətin cavablandırılması haqqında məktubuna əsasən daha əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirliyə daxil olmuş xx.xx.2024 və xx.xx.2025-ci tarixli müraciətlərinə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarla cavab verilmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X26in sorğuya cavab məktubuna əsasən

18. X10 – aparıcı mütəxəssis vəzifəsi üzrə (pensiya məsələləri üzrə sosial agent) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2025, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2025.

19. X4 – baş mütəxəssis (Sosial müdafiə üzrə xidmətlərin təşkili şöbəsi) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024.

20. X13 – mütəxəssis (insan resurslarının idarə edilməsi üzrə) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024 (növbəti iş günü).

21. X8 – böyük mütəxəssis (sosial müavinətlər üzrə sosial agent) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024.

22. X9 – sektor müdiri (evdə (səyyar) sosial xidmətlərin göstərilməsi sektoru) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024.

23. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təşəkkürnamənin surətinə əsasən İddiaçı ilin sosial agenti kimi təltif edilmişdir.

24. İş materiallarında olan 6 saylı DOST Mərkəzinin test nəticələrinə əsasən İddiaçı 92% faiz test nəticəsi göstərərək, yekun nəticə “B (84)” qiymətləndirilmişdir.

25. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən İddiaçı aylıq 1237.13 manat məbləğində kredit ödənişi mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X16rşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun işdən azad olunmağına dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa olunmağı və qərarın icra olunacağı tarixə kimi xx.xx.2024cü ildən başlayaraq əmək haqqının hesablanaraq ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.

27. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, 2008-2012-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində bakalavr təhsili almış, 2012-2013-cu illərdə hərbi xidmət keçmişdir. Xidmət zamanı təşəkkümamə və fəxri fərman almışdır. xx.xx.2016-cı il tarixdən Dövlət qulluğunun müsabiqə mərhələsindən keçmiş və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2016-xx.xx.2017 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzində Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi (kompüter proqramlarının tətbiqi üzrə) işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli fərmanı ilə Dövlət Sosial Təminat Xidməti Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmiş və o, qanunvericiliyə əsasən xx.xx.2017-ci il tarixdən yeni vəzifəyə keçirilmişdir. xx.xx.2017-xx.xx.2019 Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsində Sosial sığorta sektorunun məsləhətçisi işləmişdir. xx.xx.2019-cu ildə Nazirliyin elan etdiyi daxili müsahibədə uğur qazanaraq, daimi yaşadığı ünvana yaxın Sumqayıt DSMF-yə təyin olunmuşdur. xx.xx.2019-xx.xx.2019 Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Mühasibat uçotu sektorunun məsləhətçisi kimi fəaliyyət göstərmişdir. xx.xx.2017-ci il tarixdə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2019-cu ildə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Daha sonra 2 saylı “DOST” Mərkəzinin açılışı ilə bağlı DOST Agentliyinin elan etdiyi vakant vəzifələrə müsahibə elanına uyğun olaraq müsahibədə uğur qazanmışdır. xx.xx.2019-cu il tarixdən 2 saylı Bakı DOST Mərkəzində xidmətlər şöbəsində məsləhətçi (sosial müavinətlər üzrə sosial agent) fəaliyyətə başlamışdır. Qeyd edir ki, 2 saylı Bakı DOST Mərkəzinin fəaliyyətinin ilk günlərindən fəaliyyətə başlamışdır. Struktur yeni formalaşdığı üçün və bəzi işçilərə nisbətən təcrübəsi olduğuna görə digər şöbələrə də kömək etmişdir. Mərkəz daxilində Monitorinq şöbəsi yeni yaradılmışdır və şöbə müdürü olmadığına görə bir neçə ay şöbənin işinin qurulmasına dəstək olmuşdur və qeyri formal şöbə müdürü vəzifəsinin funksiyalarını icra etmişdir. Şöbəyə nəqliyyat vasitəsi təhkim olunmadığından öz nəqliyyat vasitəsi ilə əməkdaşları əraziyə aparır və ailələrin maddi-məişət şəraitinin monitorinqini həyata keçirirmişlər. İşlədiyi müddət ərzində vəzifə funksiyalarının icrası ilə bağlı bir neçə təlimə qoşulmuş və təlimlərin sonunda qiymətləndirmə test imtahanlarında yüksək nəticə göstərmişdir. Nəticələr hal-hazırda da DOST Agentliyinin məlumat bazasında mövcuddur. Hər gün Sumqayıt şəhərindən Bakı şəhərinin Şüvəlan qəsəbəsinə gedib-gəldiyinə baxmayaraq, heçvaxt gecikmə halı və ya hər hansısa intizamsızlığı olmamışdır. Rəhbərlik daim haqqına müsbət fikirdə olmuşdur. Yaşadığı yerə yaxın olan Abşeron DOST Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar xx.xx.2021-ci il tarixdən sözügedən mərkəzə rotasiya qaydasında eyni vəzifəyə təyin olunmuşdur. Mərkəz yeni fəaliyyətə başladığından rəhbərliyin göstərişi ilə yeni əməkdaşlara vəzifə funksiyalarının icrasında köməklər göstərmişdir. Burada da eyni qaydada öz vəzifəsindən əlavə monitorinq şöbəsinə dəstək olmuş və lazım gəldikdə öz nəqiliyyat vasitəsilə belə ərazilərə çıxmışdır. Vəzifə funksiyalarını qüsursuz icra etdiyinə görə xx.xx.2022-ci il tarixdə ona böyük mütəxəssis vəzifəsi verilmişdir. Vəzifə funksiyalarının icrası, test imtahan qiymətləndirmələri, təşəbbüskarlığı və digər amillər sayəsində yenidən xx.xx.2024-cü il tarixdə həmin şöbənin baş mütəxəssisi təyin olunmuşdur. 2020-ci ildə Aprel-May aylarında pandemiya dövründə isə karantin ilə əlaqədar olaraq gecə növbəsində 142 çağrı mərkəzinin fəaliyуətində iştirak etmiş, daha sonra müharibə dövründə gecə növbələrində növbətçi olaraq qalmışdır. 2023cü ildən başlayaraq Əmək Bazarı və Sosial Müdafiə Məslələri üzrə Milli Observatoriyanın təşkilatçılığı ilə DOST Agentliyinin və Mərkəzlərinin əməkdaşlarının bilik və təcrübəsinin qiymətləndirilməsi məqsədi ilə hər il imtahanlar keçirilmişdir. 2023-cü ildə keçirilən ilk imtahanda bir çox işçidən fəqli olaraq yüksək nəticə göstərmişdir. Bu Mərkəzdə təcrübəçilərin mentoru kimi fəaliyyəti olmuş və 15-dən çox təcrübəçinin ixtisaslı kadra çevrilməsində fəaliyyəti vardır və bu barədə sənədlər hal- hazırda agentlikdədir. Daha sonra DOST təşəbbüs layihəsində “DOST PARK” layihəsi belə qəbul olunmuşdur. Abşeron DOST Mərkəzinin fəaliyyətə başladığı dövrdən Xidmətlər şöbəsinin mütəxəssisi vəzifəsindən əlavə Monitorinq şöbəsində maddi-məişət şəratinin yoxlanılması funksiyası ilə yanaşı şöbəyə təhkim olunmuş nəqliyyat vasitələrinin sürücülərinin say azlığı ilə bağlı mütəxlif dövrlərdə sürücü vəzifəsini belə icra etmişdir. Rəhbərlik daim haqqında müsbət fıkirdə olmuş və 2023-cü ildə ilin sosial agenti seçilərək, fəxri fərmana layiq görülmüşdür. İşçilərin səriştə qiymətləndirilməsi ilə bağlı 2024-cü ildən başlayan rüblük qiymətləndirilmələri daim yüksək kateqoriyada olub (A və B). Yekun illik qiymətləndirməsi də eyni qaydada yüksək olub. Bütün bu nəaliyyətləri ilə digər işçilərdən çox fərqlənmişdir. İşlədiyi dövrdə 2024-cü ilin noyabr-dekabr aylarında daha bir digər vəzifəni də, evdə səyyar xidmətlərin göstərilməsinin monitorinqini də icra etmişdir. Qeyd edir ki, icra etdiyi digər vəzifələrlə bağlı heçvaxt əlavə əmək haqqı hesablanmamışdır. xx.xx.2016-cı il tarixdən işdən azad olunduğu günə qədər haqqında vətəndaş şikayəti olmamışdır. 9 il ərzində yalnız bir dəfə, keçən il haqqında intizam tənbehi tətbiqi görülərək töhmət verilmişdir. Başqa hər hansı bir hal və haqqında şikayət olmamışdır. 2022-ci ildən Agentlik səbəbsiz olaraq hərkəsin müddətsiz əmək müqaviləsini müddətli əmək müqavilələri ilə əvəz edərək Əmək məcəlləsinə zidd olaraq 6 aylıq müqavilələr bağlamışdır. Halbuki, Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda müddətli əmək müqaviləsi bağlana bilməzdi. Təbii ki, heç bir işçi bunu arzulamaz. Dəfələrlə müqaviləsi 6ay-6ay artırılmışdır. Daha sonra 5 il fəaliyyət göstərən işçilərin əmək müqaviləsi əmək məcəlləsinin 45.5-ci maddəsinə uyğun olaraq avtomatik müddətsiz keçməsi səbəbindən hər bir işçidən 5 il tamam olana yaxın və ya tamam olandan sonra öz arzusu ilə işdən çıxma haqqında ərizə alırdılar. Daha sonra yenidən işə qəbul olunması haqqında ərizə alaraq, yenidən yeni işçi kimi işə qəbul edirdilər və yenidən 6ay-6ay əmək müqaviləsi bağlama başladılar. Bu oxşar təcrübə artıq 1 saylı Bakı DOST Mərkəzində baş tutmuşdur. Eyni qaydada, onun da xx.xx.2024-cü ilin dekabrında 5 il tamam olmaq üzrə imiş, xx.xx.2024-cü il tarixdə səhər 08:30-09:00 aralığında işə gələrkən Mərkəzə daxil olduqdan sonra 1-ci mərtəbə liftin qarşısında kadrlar şöbəsinin mütəxəssisi Nuranə Nəsirli ona bildirmişdir ki, “Sizin 5 iliniz tamam olmaq üzrədir və öz arzunuzla ərizə yerləşdirməlisiz”. O, bunun oxşar təcrübə olduğunu bilmişdir. O, xidməti masasında fəaliyyətə başlamış və Nuranə xanım yenidən daxili telefonla zəng edərək, onun korporativ “email”nə göndərdiyi ərizəni elektron sənəd dövriyyəsinə yerləşdirməyini və elektron imza ilə təsdiqləməyinin lazım olduğunu bildirmişdir. O, Nuranə xanımdan niyə tək ondan ərizə istədiklərinin və hal-hazırda 2 saylı Bakı DOST Mərkəzində 5 ili onunla eyni vaxtda tamam olacaq çoxsaylı işçidən heç birindən ərizə istəmədiklərini soruşmuşdur. Ona cavabında “sənin razılığının gəldiyini bildirdi və buna görə agentlik sizdən ərizə yerləşdirməyinizi istəyir” demişdir. Lakin o şübhələnmiş və əyləşdiyi otağa yaxınlaşaraq bir daha üz-üzə danışmışdır və bir daha bildirmişdir ki, bu tam şübhəli məqamdır. Əgər Agentlik dəqiq onu yenidən işə götürəcəksə, onların bu şifahi göstərişini yerinə yetirəcəyini bildirmişdir. Nuranə xanım yenidən ona bildirmiş ki, “razılığınız gəlib, hərkəs bu qaydada ərizə yerləşdirir və əmri gələndən sonra yenidən işə qəbul olunması haqqında ərizə yerləşdirir”. Bir sözlə onu inandırmışdır. O, xx.xx.2024-cü il tarixdə Nuranə xanımın formalaşdırdığı ərizəni elektron sistemə yerləşdirmiş və imzalamışdır. Ərizədə xx.xx.2024-cü il tarixdən xəbərdarlıq müddəti nəzərə alınmadan onu işdən azad edilməyi qeyd olunmuşdur. Ərizəni yerləşdirdikdən sonra təbii ki, narahat və şübhəli qalmışdır. xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdən işdən azad olunmağı barədə əmri verilmişdir. Artıq sistemə yenidən işə qəbulla bağlı ərizə yerləşdirmək barədə göstərişin verilməsini gözləmişdir. xx.xx.2024-cü il tarixdə Nuranə xanım ona daxili telefona zəng edərək, “Nazirlik sizin yenidən işə götürülməsinə razılıq verməyib” bildirmişdir. Təbii ki, onun halı çox pisləşmiş və onun aldadıldığını bildirmişdir. Eyni zamanda Agentliyin İnsan resusları departamentinin əmək münasibətləri şöbəsinin müdiri Aysel xanıma zəng edərək, etirazını bildirmişdir. Ərizəni təsir altında və aldadılaraq yazdığını bildirmişdir. Daha sonra şöbə müdürü Vüqar Əliyevə, direktor müavini İsmayıl Mirhəşimliyə və İnqilab Fərzəliyevə bu barədə etirazını bildirmişdir. Eyni zamanda artıq bir çox işçi bunun şahidi olmuşdur. xx.xx.2024-cü il tarixdə artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kadrlar şöbəsinin müdiri Nərmin Bayramovun korporativ emailinə (narmin.bayramovansosial.gov.az) öz emilindən məktub göndərmiş və baş verənləri bildirmişdir. Eyni zamanda təhlükəsizliyini sığortalamaq üçün manitorun ekran görüntülərini telefonunda qeyd etmişdir. Daha sonra o, İsmayıl müəllimə bildirmişdir ki, agentliyə rəhbər şəxslərin qəbuluna getmək istəyir. Bu qayda ilə xx.xx.2024-cü il tarixdə Agentliyin insan resusları şöbəsinin departament müavini Tural müəllimlə görüşmüş və olanları danışmışdır. Tural müəllim qərarın Nazirlik tərəfindən verildiyini bildirmişdir. O, sədr Fərid Məmmədova bu barədə məlumat vermək istədiyini bildirmiş və qəbuluna girmək istədiyimi bildirmişdir. Tural müəllim bu barədə mərkəzinin rəhbər şəxslərdən birinin agentliyin vətəndaşlarla iş və sənədlərin qəbul şöbəsinin müdiri İlkin Zərbəliyevə bu barədə məlumat verilməsinin lazım olduğunu bildirmiş və o, İsmayıl Mirhəşimliyə zəng edərək bunu bildirmişdir. Bir qədər sonra İsmayıl müəllim ona geri dönüş edərək, Agentliyin sədri deyil, amma sədr müavini Seymur Alıyev qəbul edə biləcəyi bildirilmişdir. O, mərkəzə qayıtmışdır. Ona bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə nahar fasiləsindən sonra Agentliyə getməlidir, sədr müavini onu qəbul edəcək, eyni zamanda əmək kitabçası təqdim olunacaq və təhvil təslim edəcəkdir. Özünü yaxşı hiss etmədiyini kifayət qədər mənəvi zərbə aldığını və həkimə getmək üçün icazə istədiyini bildirmişdir. Ərizə yazaraq icazə almış və getmişdir. Növbəti gün xx.xx.2024-cü il tarixdə Mərkəzə işə gəlmiş, tabeli imzalamış və həmişəki qaydada iş fəaliyyətinə başlamışdır. Bir qədər sonra elektron imzası, korporativ emaili və işçi masasındakı kompüter bloklanmışdır. Artıq agentliyə yola düşmüş, Sədr müavinin qəbuluna girmiş və olanları danışmışdır. Maddi durumunun çətin olduğunu, öhdəsində 3 aylıq körpə uşağın olduğunu, yeni ailə qurduğunu və ailədə tək işləyən onun olduğunu, yoldaşının sosial məzuniyyətdə olduğunu bildirmişdir. Tək gəlir yeri onun və kifayət qədər kreditlərinin olduğunu bildirmişdir. Eyni zamanda işçinin bu formada işdən uzaqlaşdırılmasının qanuna ziddi olduğunu bildirmişdir. Sədrə işə davam etmək istədiyini bildirmişdir. Eyni zamanda İlkin Zərbəliyev də orada idi və bunları dinləmişdir. Seymur müəllim dediklərini Sədrə bildirəcəyini və nəticənin nə olacağını ona bildirəcəyini demiş və qəbul yekunlaşmışdır. O, həyətdə 30-40 dəqiqə gözlədikdən sonra kadrların işçisi ona zəng edərək yaxınlaşıb əmək kitabçasını götürməyini və təhvil-təslim edəcəyini bildirmişdir. Yaxınlaşmış və Seymur müəllimin ona nəticə barədə geri dönüş etmədiyini bildirmişdir. İlkin Zərbəliyevə yaxınlaşmalı olduğunu bildirmişlər və yaxınlaşmışdır. İlkin Zərbəliyev sədrin Nazirlik razılıq vermədiyini və onlarlıq heçnə olmadığı bildirdiyini demişdir. O artıq son çarə olaraq xx.xx.2024-ü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə nazirinə teleqram vurmuş və olanları qeyd etmişdir. Eyni zamanda Agentliyin sədri Fərid Məmmədovun korporativ emailinə xx.xx.2024-cü il tarixli ərizəsinin nəzərə alınmaması ilə bağlı müraciət ərizəsi göndərmişdir və kadrlar şöbəsinin müdiri Leyla xanımı da nüsxəni alan şəxs kimi qeyd eləmişdir. Əlavə olaraq e-sosial.az portalında da eyni ərizəsi yerləşdirmiş və qeydə alınmışdır. Bütün qanuni hüququndan istifadə etməsinə baxmayaraq işə bərpa etməmişlər və hətta xx.xx.2024-cü il tarixinədək bu barədə müraciətinin olmadığının göndərdikləri cavab məktubunda qeyd etmişlər. Halbuki, xx.xx.2024-cü il tarix onun iş günü olmuş, tabelə qol çəkmiş, əmək haqqısı hesablanmışdır. xx.xx.2024-cü il tarixədək də kadrlar şöbəsinin mütəxəssisindən tutmuş agentliyin sədr müqavininə və nazirliyin kadrlar şöbəsinin müdürünə qədər olanlar barədə məlumat vermiş və işə davam etmək niyyətinin olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli Əmrin qəbul edilməsi üçün əsas kimi onun ərizəsi göstərilmişdir. Halbuki, bu ərizəsi onu aldadaraq, həmişəki praktikaya uyğun olduğu üçün yazılmışdır. Bu hallar deməyə əsas verir ki, işəgötürən onun hüquqlarını kobud şəkildə pozmuşdur. Araşdırma aparıldığı müddətdə cavabdehin bir çox əməkdaşlar barəsində əmək fəaliyyətinin müqavilə üzrə 5 ili tamam olana yaxın ərizələrinin alındığını və bu şəxslərin sonradan yenə həmin vəzifəyə təyin edildiyini aşkar etmək mümkündür. Bu hal cavabdehin praktikada eyni addımlar atdığını, onun buna inanıb ərizə yazdığını sübut etmək çox asandır. Aldadılma yolu ilə alınan etibarsız ərizə əsasında qəbul edilmiş əmr isə ləğv edilməlidir.

28. Cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X28 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı cavabdeh DOST Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi”nə dair 2(004)-2270/2025 nömrəli mülki iş üzrə iddia tələbi əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir.

29. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı, onunla xx.xx.2019-cu il tarixində DOST Agentliyi arasında keçirilmiş müsahibədən keçmiş və xx.xx.2019-cu il tarixində “2 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində məsləhətçi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə işə qəbul edilməsi" ilə bağlı ərizəsini təqdim etmişdir. Beləliklə, onunla DOST Agentliyi arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanılmış və iddiaçı qeyd olunan vəzifəyə işə qəbul edilmişdir. Əmək müqaviləsinə müxtəlif tarixlərdə edilmiş dəyişikliklərə əsasən əmək haqqının məbləği artırılmış, iş yeri dəyişdirilmiş, vəzifə artımı həyata keçirilmişdir. etiraz-ci il tarixində müqaviləyə edilmiş dəyişikliklə İddiaçı və DOST Agentliyi arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin T bəndinə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) əsasən 6 aylıq müddətə müddətli əmək müqaviləsi bağlanmışdır. Bundan sonra əmək müqaviləsi hər dəfə 6 ay müddətə uzadılmış və sonuncu dəfə xx.xx.2024-cü il tarixindən əmək müqaviləsi xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. İddiaçı əmək müqaviləsinin sonuncu uzadılma müddətinin (xx.xx.2025-ci il) qurtarmasını gözləmədən öz istəyi ilə xx.xx.2024-cü il tarixində ərizə yazaraq xx.xx.2024-cü il tarixindən (xəbərdarlıq müddəti nəzərə alınmadan) tutduğu vəzifəsindən azad olunmasını xahiş etmiş və ərizəsi əsas götürülməklə DOST Agentliyinin 24 12.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən tərəflər arasındakı əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində iş yeri olan 6 saylı DOST Mərkəzində rəhbərliyin göstərişi ilə yeni əməkdaşlara vəzifə funksiyalarının icrasında köməklik göstərdiyini, hər gün işə vaxtında gəldiyini və heç vaxt gecikmə hallarının olmadığını, şöbə müdirinin ona verdiyi əlavə işləri yerinə yetirdiyini və bu işlərin sanki onun əmək funksiyaları olmadığı halda icra etməli olduğunu iddia etmişdir. Etiraz olaraq bildirirlər ki, şəxsin öz iddia ərizəsində istinad edərək yerinə yetirdiyi əmək funksiyaları onunla bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçinin öhdəsinə götürdüyü əmək funksiyalarıdır və hüquqi baxımdan bu öhdəliklərin yerinə yetirilməsi əsaslı və qanunidir. Bundan əlavə, iddiaçı əmək fəaliyyətini həyata keçirdiyi dövrdə haqqında heç bir qurum və vətəndaşdan şikayət daxil olmadığını iddia etsə də, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən daxil olmuş məlumat əsasında araşdırma aparılmış və İddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına çoxsaylı şikayət və iradların ünvanlanması və müvafiq olaraq onların iş ahəngini pozması və eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DOST Agentliyinin nüfuzunu aşağı sala biləcək hərəkətlər ilə yol verdiyi nöqsanlara görə barəsində xx.xx.2024-cü ıl tarixində 3-17-7/3-4-3776/2024 nömrəli əmrlə töhmət verilmişdir. İddiaçı 2022-ci ildən DOST Agentliyinin səbəbsiz olaraq işçilərlə bağlanmış müddətsiz əmək müqavilələrini müddətli əmək müqavilələri ilə əvəz edərək Əmək Məcəlləsinə zidd olaraq 6 aylıq müqavilələr bağlanıldığını və iddiaçı ilə də eyni şəkildə müddətli müqavilə bağlanıldığını, halbuki əmək müqaviləsini yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda müddətli əmək müqaviləsinin bağlanıla bilməyəcəyini iddia etmişdir. Etiraz olaraq bildirirlər ki, şəxsin öz iddia ərizəsində istinad etdiyi əmək funksiyalarına, Agentliyin Nizamnaməsinə və DOST mərkəzlərinin Nümunəvi Nizamnaməsinə nəzər yetirdikdə aydın olur ki, "DOST" mərkəzi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir və Mərkəzin fəaliyyət istiqamətləri müvafiq sahədə xidmətlərin "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik. məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi və təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi kimi davamlı inkişafa yönəlmiş mexanizmləri əhatə edir. Bu fəaliyyətin spesifikası nəzərə alındıqda, göstərilən xidmətlərin həcmi və işçi ehtiyacı müəyyən dəyişkənliyə məruz qala bilər. Belə ki, xidmətlərin elektronlaşdırılma səviyyəsi, vətəndaş axımının dinamikası və digər obyektiv amillər “DOST" mərkəzlərində işçi qüvvəsinə olan tələbatın dəyişməsinə səbəb ola bilər. Bu isə öz növbəsində, işəgötürənə əmək qanunvericiliyində nəzərdə tutulan hüquqlar çərçivəsində işçi ehtiyacını çevik tənzimləmək imkanı yaradır. Bu məqsədlə, əmək qanunvericiliyində işəgötürən üçün təsbit olunmuş müstəsna hüquqdan irəli gələrək Agentlikdə yeni işə qəbul edilən işçilərlə müddətli əmək müqaviləsi bağlanılması qanunvericiliyə tam uyğundur. Həmçinin “Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi və 35-ci maddəsinin l-V və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli Plenum Qərarının təsviri-əsaslandıncı hissəsinə nəzər yetirdikdə, qeyd olunmuşdur ki, “Əmək qanunvericiliyində müddətli əmək müqavilələrinin bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki. tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndi əməyin azadlığı, əmək müqaviləsinin bağlanmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Eyni zamanda, iddiaçı iddia ərizəsində bu halı deyil, öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müddəaları mübahisələndirmişdir ki, müddətli əmək müqaviləsi bağlanarkən, eyni zamanda müddətli əmək müqaviləsinin müddəti bitdikdə müqavilə uzadılarkən bunu mübahisələndirməmiş və etirazını bildirməmişdir. İddiaçı, həmçinin iddia ərizəsində xx.xx.2024-cü ildə əmək müqaviləsi müddətinin 5 ilinin tamam olacağını, bu səbəbdən xx.xx.2024-cü il tarixdə iş yeri olan 6 saylı DOST Mərkəzinin İnsan resursları şöbəsi tərəfindən onun 5 ilinin tamam olmaq üzrə olduğunu və öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yerləşdirməli olduğu bildirildiyini, həmçinin işçilərin bu qaydada sistemə ərizə yerləşdirdiyini və yenidən işə qəbul prosesi keçməsi barədə tapşırıq aldığını, buna inandırıldığı üçün ərizə yazdığını və daha sonra Əmək və Əhalinin Müdafiəsi Nazirliyində onun yenidən əvvəlki iş yerində işə qəbul edilməsinə razılıq verilmədiyini, ərizəsinin təsir altında və aldadılaraq yazdığını qeyd etmişdir. Bildirirlər ki, Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmə (“a" bəndi) bu əsaslardan biridir. O cümlədən, şəxsin əmək müqaviləsinin 9.1-ci bəndində də göstərilmişdir ki. “Bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Eyni zamanda Əmək Məcəlləsinin 69-cu maddəsi ilə Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası müəyyənləşdirilmişdir, iddiaçının xx.xx.2024-cü ildə əmək müqaviləsi müddətinin 5 ilinin tamam olacağı üçün əmək müqaviləsinə işəgötürənin təsiri ilə məcburi olaraq ərizə yazıb işdən çıxması ilə bağlı qeyd etdikləri tamamilə əsassız və qanunsuzdur. İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində edilmiş dəyişiklikdən görünür ki, əmək müqaviləsi xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Belə ki, işəgötürən iddiaçının qeyd etdiyi kimi işçi ilə əmək münasibətlərini davam etdirmək istəməsə idi, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində müddətin bitməsi ilə xitam verə bilərdi. Lakin müqaviləyə edilmiş dəyişiklikdən görünür ki, işəgötürən iddiaçı ilə əmək münasibətlərini davam etdirmək istəmiş və müddətin sonunda müqavilənin müddətsiz olacağını bildiyi halda müqaviləyə xitam verməmiş, bu barədə hər hansı bildiriş təqdim etməmişdir. Yalnız İddiaçı öz istəyi ilə xx.xx.2024-cü il tarixində ərizə yazaraq xx.xx.2024-cü il tarixdən (xəbərdarlıq müddəti nəzərə alınmadan) tutduğu vəzifəsindən azad olunmasını xahiş etmiş və ərizəsi əsas götürülməklə DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla belə qənaətə gəlmək olur ki, işəgötürən işçiyə hər hansı təsir göstərməmişdir. Belə ki, işəgötürənin işçi ilə bağlanmış müqaviləni uzatmaq niyyəti olmasa idi, müqavilə müddəti bitdikdə bu əsası rəhbər tutaraq müqaviləyə xitam verə bilərdi. İddiaçı xx.xx.2024cü il tarixində e-sosial.az portalına “xx.xx.2024-cü il tarixli ərizəsinin nəzərə alınmaması’’ ilə bağlı ərizə yerləşdirdiyini, bununla belə işə bərpa edilmədiyini iddia etmişdir. Qeyd olunan hala etiraz olaraq bildirirlər ki, iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin geri götürülməsi və ya etibarsız hesab edilməsi haqqında nə kağız daşıyıcıda müraciət ünvanlanmış, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin əmək və məşğulluq alt sistemində DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkarlanmışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində onun xx.xx.2024-cu il tarixdə xəbərdarlıq müddəti nəzərə alınmadan əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı irəli sürdüyü tələbləri sübut etmək üçün məhkəməyə bir-biri ilə uyğunluq təşkil edən və qanunvericiliyin tələblərini təhrif etməyən hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində istər faktiki hallar kimi istinad etdiyi xüsusatlar, istərsə də iddiasının hüquqi əsası kimi istinad etdiyi hüquq normalarının təsviri yalnız onun formal və subyektiv mülahizələrinə əsaslanır, iddia ərizəsində hüquq pozuntusu kimi göstərilən halların heç bir hüquqi və faktiki əsası olmadığından işəgötürənə qarşı irəli sürülmüş iddia tamamilə əsassızdır.

30. Cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X28 dəftərxana vasitəsilə məhkəməyə etiraza əlavə ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdeh DOST Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi”nə dair 2(004)-2270/2025 nömrəli mülki iş üzrə iddia tələbi əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir.

31. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində “işdən azadolunma barədə" ərizəni könüllü şəkildə yazmadığını, cavabdeh tərəfindən ona təsir edildiyini və aldadıldığını bildirsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə müəyyən edilən iddia irəli sürən tərəf üçün müəyyən edilmiş istinad edilən halların sübut edilməsi şərtini yerinə yetirməmiş, bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, iddiaçının iddia etdiyi əsasla işəgötürənin əmri o halda ləğv edilə və əvvəlki vəzifəsinə bərpa oluna bilər ki, işəgötürənin hərəkətlərində Azərbayan Respublika Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən hallar (işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır) olmuş olsun. Belə ki, hazırkı iş üzrə müvafiq ərizə şəxsin özü tərəfindən kağız daşıyıcıda imzalanmış, daha sonra sistemə yerləşdirilərək gücləndirilmiş elektron imzası ilə yenidən təsdiq edilmişdir. Yəni, ərizənin iddiaçının özü tərəfindən imzalanması işin mübahisəsiz halıdır. Digər tərəfdən iddiaçı tərəfindən adıçəkilən insan resurslarının idarə edilməsi üzrə mütəxəssislə iddiaçı arasında hər hansı xidməti asılılıq mövcud olmadığından xidməti asılılığı olmayan şəxsin iddiaçıya təsir edərək onu aldatması nəticəsində iddiaçının işdən çıxmasına dair ərizə yazması inandırıcılıq keyfiyyəti baxımından yetərli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər işçi kağız daşıyıcıda öz iradə ifadəsini imzası ilə təsdiq etməklə yanaşı onu yenidən gücləndirilmiş elektron imzası ilə təsdiq edərək işəgötürənə təqdim edirsə və sonradan bunun aldadılmanın təsiri altında icra edildiyini bəhanə gətirərək mübahisələndirirsə, bu, hüquqdan sui-istifadə kimi qiymətləndirilməli və hüquqi nəticə yaratmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə nəzər yetirsələr, müvafiq normanın məzmunundan göründüyü kimi işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Bununla yanaşı, əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir, işin mübahisəsiz hallarından da, göründüyü kimi, iddiaçı işdən çıxma barədə verdiyi ərizəsində işdən çıxma gününü dəqiqliklə göstərmiş, cavabdeh tərəf isə sonuncunun ərizəsi ilə razılaşdığından müvafiq işdən çıxma barədə əmri imzalamışdır. Mübahisələndirilən əmrin məzmununa əsasən, işəgötürən tərəfindən qanunvericilik normalarına əməl edilmiş, tələb olunan məlumatlar göstərilməklə əmr qəbul edilmişdir. Eyni zamanda, etirazın əsasına dair sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh tərəfindən mübahisə predmeti olan – DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmrinin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu təsdiq edən sənədlər - İddiaçı 2024cü il 19 dekabr tarixli 3-17-7/3-9-9327/2024 nömrəli ərizəsi və İddiaçı tutduğu vəzifədən azad edilməsinin razılaşdırılması haqqında 2024-cü il 20 dekabr tarixli 3-17-7/3-1- 28174/2024 nömrəli xidməti məruzə iş materiallarına əlavə edilmişdir. İddiaçı tərəfindən işəgötürənə xx.xx.2024-cü il tarixli ərizənin nəzərə alınmaması ilə bağlı müraciətin edildiyi iddia edilsə də, iş materiallarına bu barədə hər hansı təsdiqedici sənəd əlavə edilməmiş, həmçinin xx.xx.2024-cü il tarixinədək işəgötürənə elektron və ya yazılı müraciət ünvanlanmamışdır, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən e-sosial platformasının “işəgötürən və işçilər arasında rəsmi yazışmalar" bölməsinə hər hansı müraciət təqdim edilməmişdir. Vahid məhkəmə təcrübəsinin təmin edilməsi baxımından qeyd edilməlidir ki, Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən analoji işlər üzrə qəbul edilmiş 27 dekabr 2024-cü il tarixli 2(102)-3897/2024 nömrəli, 11 iyul 2023-cü il tarixli 2(102)-2263/2023 nömrəli, habelə Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 23 noyabr 2021-ci il tarixli 2- 1(102)-1787021, 2-1(102)-1983/2021 nömrəli qərarlarında Ali Məhkəmə tərəfindən əks olunan hüquqi mövqeyə əsasən iddiaçılar tərəfindən irəli sürülən mövqelər (ərizənin könüllü yazılmadığı, ona bu istiqamətdə təsir oluduğu və s.) hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən və cavabdeh qurumlar tərəfindən müvafiq əmrlərin qəbul edilməsini zəruri edən şərtlərin mövcudluğu sübut edildiyindən iddiaçıların kassasiya şikayətləri təmin edilməmişdir.

32. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Aydan Oruclu) ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X26in xx.xx.2024-cü il tarixli, 3-17- 7/3-4-5236/2024 nömrəli əmrinin İddiaçı hissəsində ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin baş mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X28 tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 45-ci maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinin 4-cü hissəsinə, 45-ci maddəsinin 5-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə, 69-cu maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 7-ci hissəsinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 83-cü maddəsinə, 292-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

34. Qətnamədən cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X28 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə nəzər yetirsək, müvafiq normanın məzmunundan göründüyü kimi işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Bununla yanaşı, əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. İşin mübahisəsiz hallarından da göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində edilmiş dəyişiklikdən görünür ki, əmək müqaviləsi xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Belə ki, işəgötürən işçi ilə əmək münasibətlərini davam etdirmək istəməsə idi, Əmək Məcəlləsinin 73- cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində müddətin bitməsi ilə xitam verə bilərdi. Lakin müqaviləyə edilmiş dəyişiklikdən görünür ki, işəgötürən iddiaçı ilə əmək münasibətlərini davam etdirmək istəmiş və müddətin sonunda müqavilənin müddətsiz olacağını bildiyi halda müqaviləyə xitam verməmiş, bu barədə hər hansı bildiriş təqdim etməmişdir. Yalnız İddiaçı öz istəyi ilə xx.xx.2024-cü il tarixində ərizə yazaraq xx.xx.2024-cü il tarixdən (xəbərdarlıq müddəti nəzərə alınmadan) tutduğu vəzifəsindən azad olunmasını xahiş etmiş və ərizəsi əsas götürülməklə DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Məhkəmə isə qətnaməsində qeyd edir ki, “İddiaçı bütün qanuni hüququndan istifadə etməsinə baxmayaraq işə bərpa edilməmişdir”. Əgər iddiaçı işəgötürənin təsiri altında iradəsi əleyhinə ərizə yazmışsa nə üçün bu zaman ərzində işəgötürənə müraciət etməmişdir? Halbuki iddiaçı artıq 24 dekabr 2024-cü il tarixindən etibarən 29 dekabr 2024cü il tarixindən əmək münasibətlərinə xitam veriləcəyi barədə məlumatlı olmuşdur. İddiaçının sonradan işə geri qayıtmaq düşüncəsi işdənçıxma barədə ərizənin işəgötürənin diqtəsi ilə yazılması kimi şərh edilə və əmək münasibətlərinə xitam verilməsi qanunsuz hesab edilə bilməz. Ərizə əsasında qəbul edilmiş mübahisələndirilən əmrin məzmununa əsasən, işəgötürən tərəfindən qanunvericilik normalarına əməl edilmiş, tələb olunan məlumatlar göstərilməklə əmr tərtib edilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsi ilə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası müəyyənləşdirilmişdir. İddiaçının xx.xx.2024-cü ildə əmək müqaviləsi müddətinin 5 ilinin tamam olacağı üçün əmək müqaviləsinə işəgötürənin təsiri ilə məcburi olaraq ərizə yazıb işdən çıxması ilə bağlı qeyd etdikləri tamamilə əsassız və qanunsuzdur. Belə ki, qeyd olunan hissədə işəgötürənin təsiri ilə məcburi şəkildə ərizə yazıb çıxmasını əsaslandıran hər hansı sübut təqdim edilməmiş, əksinə işəgötürən tərəfindən təqdim edilən sənədlər dəyərləndirilməmişdir. Məhkəmə isə ümumilikdə iddia predmeti olan əmrə münasibətdə hər hansı mövqe bildirməmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2270/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “DOST” Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbi üzrə mülki işə baxılma müddəti 2 (iki) ay müddətinə uzadılmışdır. Həmin qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.2-ci maddəsinə istinad olunmuşdur. Lakin bu qərar qanunvericiliklə müəyyən edilmiş müddət norması ilə ziddiyyət təşkil edir. Belə ki, hazırkı mülki iş üzrə əsas iddia predmeti əmək münasibətləri çərçivəsində işə bərpa tələbi ilə bağlıdır, digər tələblər isə “əmrin ləğvi” və “məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” işə bərpa iddiasından törəmə və nəticə xarakterli əlavə tələblərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 272.1.1-ci maddəsinə əsasən işə bərpa ilə bağlı işlərə məhkəmə tərəfindən iki ay müddətində baxılmalıdır. Bu norma xüsusi sürətlə baxılan işlərin kateqoriyasına daxildir və məhkəmə tərəfindən bu müddətə riayət olunması ]məcburidir. Mülki Prosessual Məcəllənin 172.2-ci maddəsində göstərilir ki, “işdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər”. Lakin bu norma ümumi (digər mübahisələrə dair) işlərə aiddir və işə bərpaya dair məhkəmə işlərinə münasibətdə tətbiq edilə bilməz. Normativ hüquqi yanaşma və məhkəmə təcrübəsində xüsusi baxılma müddəti müəyyən edilmiş işlərin ümumi qaydada uzadılması yolverilməz hesab olunur, çünki bu hal əmək hüquqlarının müdafiəsini ləngidir və pozur. Hazırki işdə isə nə işdə iştirak edən şəxslərin sayının çoxluğu, nə də sübutların toplanmasının xüsusilə mürəkkəb olması sübuta yetirilməmişdir. Bununla yanaşı, ədalətli məhkəmə araşdırması və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı prinsipləri (Konstitusiyanın 60cımaddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cımaddəsi) da işlərə “ağlabatan müddət ərzində baxılması” tələbinin təmin olunmasını zəruri edir. Nəticə etibarilə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə baxılma müddətinin uzadılması qanunvericiliyə ziddir, hüquqi əsaslardan məhrumdur və işə bərpa kimi sosial əhəmiyyətli iddiaların operativ və təcili baxılmasına dair qanunvericilik müddəalarını pozur. 2 Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217-ci maddəsi: Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsində yalnız tərəflərin mövqeyi (iddia ərizəsi və ona etiraz), hakim tərəfindən verilən sorğu üzrə məlumatlar və iş materiallarına əlavə edilmiş sənədlər ümumi şəkildə qeyd edilmiş, lakin qeyd olunanlarla bağlı hakim tərəfindən hər hansı hüquqi qiymətləndirilmə aparılmamış və hüquqi mövqe əks olunmamışdır. Qətnamədə Əmək Məcəlləsi və Plenum Qərarlarına istinad edilsə də, qanun normalarının tətbiqi və konkret işə münasibətdə təhlili verilməmişdir. Misal olaraq qeyd edək ki, əmək müqaviləsinin müddətinin ümumilikdə iddia predmeti olmadığı və iddiaçı tərəfindən mübahisələndirilmədiyi halda məhkəmə qətnaməsində Azərbayan RespublikasıƏmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan RespublikasıKonstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-V və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Plenumunun 31 yanvar 2024-cü il tarixli Plenum Qərarına işin halları ilə bağlı hər hansı əlaqələndirmə aparmadan istinad etmişdir. Ümumiyyətlə, istinad edilən həmin qərarların mövcud məhkəmə işinə tətbiq edilməsi belə sual doğurur. Qətnamə ilə tanış olduqda müəyyən olunur ki, cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş rəsmi sənədlərdəki məlumatlar məhkəməyə təqdim olunduğu halda, məhkəmə həmin məlumatları təhrif edərək və ya qeyri-dəqiq şərh edərək qətnamədə əks etdirmişdir. Belə ki, məhkəmə qətnaməsində cavabdehin verdiyi rəsmi sorğu cavabına istinad edərək, guya “X4” adlı şəxsin əmək müqaviləsinə dair məlumatların təqdim edildiyini qeyd etmişdir. Lakin iş materiallarında bu adda şəxsin cavabdeh qurumla əmək münasibətində olduğuna dair heç bir sənəd və ya məlumat mövcud deyil. Əksinə, təqdim olunmuş sənədlərdən açıq şəkildə görünür ki, belə bir şəxs ümumiyyətlə real əməkdaş olmayıb. Bu isə məhkəmə tərəfindən faktların təhrif olunaraq qətnaməyə daxil edilməsi kimi qiymətləndirilməli, məhkəmənin dezinformasiya xarakterli məlumata istinadla hüquqi nəticə çıxardığını göstərir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş siyahıda əks olunan və real əmək münasibətlərində olan əməkdaşlardan biri “X11” ilə bağlı məlumatlar cavabdeh tərəfindən tam şəkildə təqdim olunduğu halda, məhkəmə bu faktı ümumiyyətlə qətnamədə nəzərə almamışdır. X2 xx.xx.2019-cu il tarixindən cavabdeh qurumda müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərir və bu hal cavabdehin təqdim etdiyi sübutların obyektivliyini təsdiq edir və məhkəmənin bu faktı qətnamədə nəzərə almaması mühüm əhəmiyyətli faktiki halın araşdırılmaması kimi qiymətləndirilməlidir. Eyni zamanda qətnaməyə nəzər yetirdikdə müəyyən edilir ki, məhkəmə cavabdeh qurumun əmək münasibətlərinin qiymətləndirilməsi ilə bağlı ümumiləşdirilmiş nəticəyə gəlib, lakin bu nəticə yalnız 6 nəfər əməkdaşla bağlı təqdim olunmuş ümumi sorğu əsasında müvafiq məlumatlara əsaslanmışdır (baxmayaraq 6 nəfərlə bağlı təqdim edilən məlumatlar da məhkəmə tərəfindən təhrif edilərək qeyd edilmişdir). Halbuki məlumdur ki, DOST Agentliyi məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan RespublikasıPrezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin “DOST” mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli 387 nömrəli Fərmanına nəzər yetirdikdə DOST Agentliyinin aparatının işçilərinin say həddinin 312 ştat vahidi olması müəyyən edilir. Eyni zamanda DOST Agentliyinin tabeliyində Bakıda və regionlarda olmaqla 7 “DOST” mərkəzi fəaliyyət göstərir ki, əməkdaşlarının sayı kifayət qədərdir. Məhkəmə tərəfindən yalnız iddiaçı tərəfindən adları çəkilən 6 nəfərin əmək müqavilələrinin şərtlərinə və ya onların əmək fəaliyyəti ilə bağlı hallara əsaslanaraq bütün qurum üzrə əmək münasibətləri ilə bağlı ümumi hüquqi mövqe formalaşdırılması, selektiv və natamam təhlil kimi qiymətləndirilməlidir. Məhkəmənin 6 nəfərlə məhdudlaşan bu yanaşması, digər əməkdaşlarla bağlı ümumi praktikanın və sənədlərin mövcudluğunu araşdırmadan qərar qəbul etməsi, Mülki Prosessual Məcəllənin 14 və 88-ci maddələri ilə müəyyən edilən tam, hərtərəfli və obyektiv araşdırma prinsipinin pozulmasıdır. Əmək münasibətlərinin hüquqi qiymətləndirilməsi fərdi yanaşma tələb edən, konkret sübutlara əsaslanan məsələdir. Bu səbəbdən yalnız məhdud sayda işçilərin təqdim etdiyi subyektiv məlumatlara istinadla və həmin işçilərin əmək müqavilələrinin şərtlərinə əsaslanaraq bütün qurumun praktikasına dair ümumiləşdirilmiş hüquqi nəticə çıxarılması qanunla nəzərdə tutulan obyektivlik və əsaslılıq tələbləri ilə ziddiyyət təşkil edir. Bu yanaşma nəticəsində qətnamədə iş üzrə təsirli hüquqi nəticəyə malik olan mühüm halların nəzərdən qaçırıldığı, cavabdehin təqdim etdiyi sənədlərin və izahatların isə yetərincə qiymətləndirilmədiyi görünür. Beləliklə, qətnamənin faktiki əsaslarının zəifliyi və hüquqi qiymətləndirmənin qeyri-dolğunluğu qətnamənin ləğvi üçün əsaslar yaradır. Qeyd edilən hallar göstərir ki, məhkəmə qərarımühüm əhəmiyyətli faktların araşdırılmadan və ya təhrif olunmuş şəkildə qiymətləndirilməsi nəticəsində qəbul edilmiş, nəticədə qətnamənin həm hüquqi əsaslandırılması, həm də faktiki təhlili baxımından zəruri tələblərə cavab vermədiyi ortaya çıxmışdır. Bu səbəbdən qətnamənin əsaslı və qanuni hesab edilməsi mümkün deyil. Beləliklə, iş materiallarından açıq şəkildə görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bütün tələb olunan hüquqi sənədlər cavabdeh tərəfindən müvafiq qaydada hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Bu sənədlər işəgötürənin əmək qanunvericiliyinin tələblərinə riayət etdiyini və xitam prosedurunu qanunauyğun şəkildə həyata keçirdiyini sübuta yetirən mühüm dəlillərdir. Lakin məhkəmə təqdim olunmuş bu sənədlərin faktiki və hüquqi məzmununa lazımi diqqət yetirməmiş, əvəzində iş üzrə mübahisə predmeti ilə birbaşa əlaqəsi olmayan digər şəxslərin əmək münasibətlərinə dair məlumatlara istinad edərək qətnamə qəbul etmişdir. Əlavə olunmuş sənədlərdən aydın olur ki, işəgötürən əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 69.1-ci maddəsində nəzərdə tutulan əsaslara riayət etmiş, müvafiq əmr verilmiş, bu əmr işçiyə təqdim olunmuş, son haqq-hesab qanunvericiliyə uyğun şəkildə aparılmış və əmək kitabçası təqdim edilmişdir. Məhkəmə bu sübutlara hüquqi qiymət vermədən, yalnız təqdim edilməyən və ya əlaqəli olmayan şəxslərlə bağlı mülahizələrə əsaslanmaqla qətnamə çıxarmışdır. Mülki-Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə yalnız iş üzrə müəyyən edilmiş faktiki hallara və düzgün hüquqi norma tətbiqinə əsaslanmalıdır. Həmçinin, sübutların natamam araşdırılması və ya düzgün qiymətləndirilməməsi qətnamənin ləğvini şərtləndirən hallardandır. Məhkəmə tərəfindən çıxarılan qətnamə yalnız formal hüquqi akt olmaqla kifayətlənməməli, o, həm qanunvericiliyin müddəalarına uyğun olmalı(qanuni), həm də toplanmış sübutların məntiqi və hüquqi təhlilinə əsaslanmalıdır. Lakin konkret halda məhkəmə təqdim olunmuş sübutları ya ümumiyyətlə nəzərə almamış, ya da onların hüquqi mahiyyətinə qiymət verməmişdir. Nəticədə qətnamə təqdim edilməyən, hüquqi baxımdan əsassız və faktiki mövcudluğu təsdiqlənməmiş mülahizələrə əsaslandırılmış və bu səbəbdən də qanunsuz və əsassız hesab olunmalıdır. Məhkəmə iddiaçının heç bir sübutla təsdiq edilməyən subyektiv izahatına əsaslanaraq qətnaməsində qeyd edir ki, “İddiaçı öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəsi könüllü şəkildə deyil, işəgötürənin göstərişi, təsiri və diqtəsi ilə yazılmış, iddiaçının həqiqi və azad iradəsini ifadə etməmişdir”. Qeyd olunan yanaşma hüquqi baxımdan əsaslandırılmamışdır. Belə ki, hazırki iş üzrə müvafiq ərizə şəxsin özü tərəfindən kağız daşıyıcıda imzalanmış, daha sonra X1 Sisteminin Sənəd dövriyyəsi altsisteminə yerləşdirilərək gücləndirilmiş elektron imzası ilə yenidən təsdiq edilmişdir. Yəni, ərizənin iddiaçının özü tərəfindən imzalanması işin mübahisəsiz halıdır. Digər tərəfdən iddiaçı tərəfindən adıçəkilən insan resurslarının idarə edilməsi üzrə mütəxəssislə iddiaçı arasında hər hansı xidməti asılılıq mövcud olmadığından xidməti asılılığı olmayan şəxsin iddiaçıya təsir edərək onu aldatması nəticəsində iddiaçının işdən çıxmasına dair ərizə yazması inandırıcılıq keyfiyyəti baxımından yetərli hesab edilə bilməz. Eyni zamanda işçi özü könüllü olaraq işdən çıxmaq niyyəti ilə müraciət etdiyini bildirdiyindən, müvafiq əməkdaş tərəfindən texniki olaraq istifadə olunan tipik ərizə forması təqdim edilmişdir. Bu sənəd işçinin iradəsini əks etdirməklə yanaşı, onun sərbəst şəkildə imzaladığı sənəddir. Ərizə işçinin şəxsən özü tərəfindən, öz əlyazması ilə imzalanmış, hər hansıməcburiyyət və ya təzyiq olmadan təqdim olunmuşdur. Əgər işçi kağız daşıyıcıda öz iradə ifadəsini imzası ilə təsdiq etməklə yanaşı onu yenidən gücləndirilmiş elektron imzası ilə təsdiq edərək işəgötürənə təqdim edirsə və sonradan bunun aldadılmanın təsiri altında icra edildiyini bəhanə gətirərək mübahisələndirirsə, bu, hüquqdan sui-istifadə kimi qiymətləndirilməli və hüquqi nəticə yaratmamalıdır. Məhkəmə tərəfindən iddiaçının yazdığı ərizənin formal xarakter daşıması və işçinin həqiqi iradə ifadəsini əks etdirmədiyinə dair qənaətin formalaşdırılması üçün qanunvericiliklə müəyyən olunmuş sübutların təqdim olunması və qiymətləndirilməsi zəruridir. Qeyd olunanlar isə iddiaçının əsassız və heç bir sübutla öz təsdiqini tapmayan subyektiv mülahizələrinə əsaslanan yanaşmalardır. Əlavə olaraq, vahid məhkəmə təcrübəsinin təmin edilməsi baxımından qeyd edilməlidir ki, Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən analoji işlər üzrə qəbul edilmiş 27 dekabr 2024cü il tarixli 2(102)-3897/2024 nömrəli, 11 iyul 2023-cü il tarixli 2(102)-2263/2023 nömrəli, habelə Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 23 noyabr 2021-ci il tarixli 2-1(102)-1787021, 2-1(102)-1983/2021 nömrəli qərarlarında Ali Məhkəmə tərəfindən əks olunan hüquqi mövqeyə əsasən iddiaçılar tərəfindən irəli sürülən mövqelər (ərizənin könüllü yazılmadığı, ona bu istiqamətdə təsir olunduğu və s.) hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən və cavabdeh qurumlar tərəfindən müvafiq əmrlərin qəbul edilməsini zəruri edən şərtlərin mövcudluğu sübut edildiyindən iddiaçıların kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulub-pozulmadığı hallar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmalı, sübutları düzgün qiymətləndirməli və yalnız bu əsasda qətnamə çıxarmalıdır. Lakin iş üzrə qətnamənin məzmununda əmək münasibətlərinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin müddəalarının tətbiq edilib-edilmədiyi, konkret olaraq xitam prosedurunun qanunvericiliyə uyğun həyata keçirilib-keçirilmədiyi məsələləri araşdırılmamış, sübutlarla dəstəklənən faktlara hüquqi qiymət verilməmişdir. Bu isə qətnamənin əsaslandırılmamasına, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların aydınlaşdırılmadan nəticə çıxarılmasına gətirib çıxarmışdır. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə uyğun olaraq, qətnamədə iş üzrə müəyyən olunmuş faktiki halların düzgün hüquqi qiymətləndirilməsi və əsaslandırılması tələb olunur. Bu tələb yerinə yetirilmədiyindən, qətnamənin həm hüquqi, həm də faktiki əsasları şübhə doğurur. Halbuki, iş materiallarından açıq şəkildə görünür ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona təqdim edilmiş, son haqq-hesab tam şəkildə aparılmış və əmək kitabçası təqdim olunmuşdur. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmalı və əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin müvafiq maddələri kontekstində qiymətləndirilməli idi. Əmək hüquqlarının effektiv müdafiəsi prinsipi tələb edir ki, məhkəmə mübahisəyə baxarkən yalnız formal deyil, həm də mahiyyəti üzrə araşdırma aparsın, tərəflərin təqdim etdiyi sübutları hərtərəfli və obyektiv qiymətləndirsin. Bu edilmədiyi üçün qətnamə hüquq və ədalət prinsiplərinə zidd olaraq qəbul edilmiş sayılmalıdır. Məhkəmə cavabdeh tərəfindənəmək müqaviləsinin qanuni əsaslarla xitam verildiyinə dair təqdim edilmiş sənədlərin etibarlılığı, hüquqi nəticələri və işə təsiri barədə hər hansı təhlil aparmadan qənaət formalaşdırmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədləri nəzərə almayaraq iddiaçı tərəfindən səsləndirilən subyektiv mülahizələr əsasında işəgötürənin iddiaçının iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməsi qənaətinə gələrək hesab etmişdir ki, əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu isə obyektiv sübutlara deyil, fərdi mülahizələrə əsaslanan yanaşmadır və qətnamənin əsaslılıq tələblərini pozur. Bu hallar sübutların düzgünqiymətləndirilməməsi, cavabdeh tərəfin arqumentlərinin nəzərə alınmaması, həmçinin iddiaçının sübutsuz bəyanatlarına, fikirlərinə əsaslanmaqla qətnamənin obyektivliyinə və qanuniliyinə ciddi zərbə vurur. Qətnamənin qanuniliyinin və əsaslılığının təmin edilməsi, ədalətli məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsidir. Belə ki, məhkəmə tərəfindən qəbul edilən hər bir qətnamə yalnız və yalnız maddi və prosessual hüquq normalarına uyğun şəkildə, obyektiv şəkildə toplanmış və qiymətləndirilmiş sübutlara əsaslanaraq qəbul edilməlidir. Qətnamədə həm hüquqi mövqe, həm də faktiki halların düzgün və tam təhlili öz əksini tapmalı, nəticə hüquqi arqumentlərlə əsaslandırılmalıdır. Əks halda bu, məhkəmə aktının qanunsuz və əsassız olması ilə nəticələnə bilər ki, bu da hüquq və ədalət prinsiplərinə, eyni zamanda Konstitusiyada təsbit edilmiş məhkəmə müdafiəsi hüququna ziddir. Hüquqi nəticə yalnız sübutlarla təsdiqlənmiş faktlara və düzgün tətbiq olunmuş hüquqi normalara əsaslanmalıdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları düzgün şəkildə araşdırmayaraq sübutlarla öz təsdiqini tapmayan mülahizələri əsas götürərək ciddi hüquqi təhlil aparmamış, məlumatları təhrif edərək sadə və səthi yanaşma ilə əsassız qətnamə qəbul etmişdir. Nəticə etibarilə, məhkəmənin qətnaməsi obyektiv sübutlara deyil, subyektiv mülahizələrinə əsaslandığı üçün, qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığı açıq şəkildə görünür. Qeyd edilənlər qətnamənin obyektivliyinə, hüquqi əsaslılığına və ədalətliliyinə ciddi xələl gətirir və qətnamənin ləğvini və işin yenidən baxılmasını zəruri edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olması barədə məhkəmə iş üzrə təqdim olunmuş bütün sübutları və tərəflərin izahatlarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmışdır. Ərizənin alınma şəraiti və işəgötürənin sonrakı hərəkətləri əsaslı qiymətləndirilmiş, iddiaçının hüquqlarının pozulduğu sübut olunmuşdur. 1-ci instansiya məhkəməsi prossesində verilən sorğunun nəticəsi də göstərir ki, 5 illik müddət tamam olanda sistemli şəkildə işçilərdən ərizə alınır və yenidən işə götürmə prosesi həyata keçirilir. Bu praktika əmək hüququnun pozulması və aldadıcı təcrübədir. Qeyd edir ki, mediasiya prosesini başlatmağı ilə işəgötürən bu praktikanın tətbiqini dayandırdı. Belə çıxır ki, bunun qanuna zidd olduğunu artıq başa düşüb. xx.xx.2024-cü il tarixində həm e-sosial.az portalı vasitəsilə, həm də Agentliyin sədri Fərid Məmmədovun (Elektron ünvan 1) və Kadrlar Departamentinin müdiri Leyla Hüseynovanın (Elektron ünvan 2) rəsmi elektron poçt ünvanlarına işdən çıxma ərizəsinin ləğvi barədə rəsmi ərizə ilə elektron müraciət təqdim etmişdir. Qarşı tərəf bu müraciətləri qəbul etməsinə baxmayaraq, onların icrasını təmin etməmiş və müraciətinə hüquqi qiymət verməmişdir. Eyni zamanda bugünə kimi bu barədə qanuna əsaslanan heç bir rəsmi açıqlama verməyib. xx.xx.2024 tarixində sonuncu iş günündə kompüterə girişi Agentlik tərəfindən bloklanmış və bu hal müraciət imkanlarının süni şəkildə məhdudlaşdırıldığını göstərmişdir. Qeyd edir ki, xx.xx.2024 tarixində isə günün ikinci yarsından sonra səhhətinin pisləşməsi ilə bağlı rəsmi icazə ərizəsi ilə müraciət edib icazə almışdır. Əlavə olaraq bildirir ki, xx.xx.2025 tarixli 3-17-7/2-M-169xx/xx/2025 saylı məktubda sonuncu iş günü qeyd olunub, halbuki əmək münasibətlərinin davam etdiyi gündə müraciət hüququnun məhdudlaşdırılmasına baxmayaraq müxtəlif qanuni üsullarla şifahi və elektron müraciətlər etmişdir. Hətta xx.xx.2024 tarixində kamera görüntülərinə baxılsa belə müşahidə olunacaq ki , işdən çıxmaq barədə ərizəsinin ləğv olunması ilə bağlı kağız formasında ərizə vermək istəməyinə baxmayaraq ərizəni qəbul etmirlər. Eyni zamanda xx.xx.2024 tarixindən-xx.xx.2024 tarixinə qədər görüntülərdə hətta kadrlar üzrə mütəxəssis Nuranə Nəsirlinin otaqında ağlamağını belə görmək olar. Qarşı tərəf yalnız elektron imza ilə təsdiqlənmiş ərizə təqdim edərək ərizənin könüllü olduğunu sübut etməyə çalışır. Halbuki bu formalar Agentliyin özünün hazırladığı şablon sənədlərdir və işçilər sadəcə onu imzalayırlar. Əlavə olaraq göndərilən tipik ərizə formasını şablon olaraq çap edib formal olaraq imzalayıb özlərinə təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, ərizənin könüllü olduğunu sübut etmək vəzifəsi işəgötürənin üzərindədir. Bu öhdəlik yerinə yetirilməmişdir. Portal görüntüləri göstərir ki, digər müraciətləri dərhal qeydiyyata alındığı halda, yalnız xx.xx.2024-cü il tarixli müraciəti guya texniki səbəbdən gecikmiş kimi göstərilib. Bu, həm texniki, həm hüquqi baxımdan şübhəli və ziddiyyətlidir. Halbuki müraciət və qeydiyyat tarixləri xx.xx.2024 göstərir. Üstəlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST Agentliyi öz rəsmi məktublarında “xx.xx.2024 tarixli müraciət” ifadəsini işlətməklə müraciətin mövcudluğunu və tarixini bir daha rəsmi şəkildə təsdiqləmişlər. Qanunvericiliyə əsasən, elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxslərinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət hesab olunur (Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanunu, maddə 3.0.12). Mənim həm Agentliyin sədrinin və insan resusları departamentinin müdirinin rəsmi iş elektron ünvanına, həm də portal üzərindən etdiyi müraciət bu tələblərə tam uyğundur. Qarşı tərəfin "Əmək və məşğulluq alt sistemində işəgötürənlə işçi arasında rəsmi yazışma bölməsində hər hansı müraciətin qeydə alınmaması" iddiası isə hüquqi əsas daşımır. Həmin sistem Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili inzibati texniki proqram təminatıdır və qanunvericilikdə vətəndaşın yalnız bu sistem vasitəsilə müraciət etməli olduğuna dair heç bir norma mövcud deyil. Əksinə, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 3.0.12, 6.7 və 7.6cı maddələrinə əsasən, vətəndaş istənilən halda müraciətə baxan subyektin və ya onun vəzifəli şəxslərinin elektron ünvanına müraciət göndərə bilər. Texniki platforma hüquqi hüququ məhdudlaşdıra bilməz. Ümumiyyətlə nazirlik özü etiraf edir ki, dekabr ayının son günlərin, yanvar və fevral aylarında sistemlərində texniki problem olub. Bu etirafa baxmayaraq nazirliyə tabe olan qurumun gətirdiyi heç bir qanuna əsaslanmayan guya ki esosial.az pltaforması üzrə əmək və məşğulluq alt sistemi üzrə işəgötürənlə işçilər arasında rəsmi yazışmalar bölməsində müraciəti qeydə alınmayıb bəhanəsi özü-özlüyündə nazirliyin məktubuna qarşı ziddiyətlidir. Əlavə olaraq bildirir ki, işəgötürənin yazdığı cavab məktubları belə bir-birilə ziddiyətlidir. xx.xx.2025 tarixli 3-17-7/2-M-189xx/xx/2025 tarixli məktubda Əmək məcəlləsinə əsaslanıb qeyd edirlər ki, ərizə kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsi ilə verilə bilər. Sonrakı cümlədə isə qanunvericilikdə olmayan bir cümləni qeyd edirlər, guya ki müraciət Əmək və Məşqulluq alt sisteminin işəgötürənlə işçilər arasında rəsmi yazışmalar bölməsindən edilməlidir. Bu barədə heç bir rəsmi qayda yoxdur. Faktiki olaraq xx.xx.2024-ə kimi şifahi müraciətləri, xx.xx.2024 tarixində isə həm elektron poçt ünvanı, həm e-sosial.az portal həm də telegram vurmaqla müraciətləri olub. Qarşı tərəf yalnız texniki forma və prosedurlara əsaslanır. Halbuki məhkəmə ərizənin verilmə şəraitini araşdıraraq, onun aldatma və məcburiyyətlə verildiyini müəyyən etmişdir. Sorğu nəticəsindən də məlum olduğu kimi, 5 illik müqavilə müddəti başa çatdıqda sistemli şəkildə işçilərdən ərizə toplanaraq yeni müqavilə bağlanır. Bu, aldadıcı və hüquqazidd bir təcrübədir. Qeyd edir ki, məhkəmə hazırlığı və mediasiya prosesi başladıqdan sonra işəgötürənin bu praktikaya son verməsi də onların özlərinin bu üsulun qanunazidd olduğunu başa düşdüklərinin bir göstəricisidir. Mənə qarşı edilən təzyiqlər, sistem bloklanması və müraciətinin gec qeydə alınması könüllü prosesin deyil, idarə olunan, planlı şəkildə həyata keçirilən prosesin göstəricisidir. Müraciətinin texniki səbəblərlə gec qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixində e-sosial.az portalı, şəxsi emaili və xidmət emaili vasitəsilə ərizənin ləğvi üçün rəsmi müraciətlər etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il tarixli cavab məktubunda bu müraciətin həmin gün göndərildiyi, lakin texniki nasazlıq səbəbindən yalnız xx.xx.2025 tarixində qeydiyyata alındığı bildirilmişdir. Başqa rəsmi cavabda isə xx.xx.2025-ci il tarixli məktubda isə xx.xx.2025 qeydiyyat tarixi göstərilmişdir – bu, özlüyündə ziddiyyət təşkil edir. Halbuki təqdim etdiyi sistem çıxarışlarında xx.xx.2024 tarixində müraciətin qeydə alındığı görünür. Bu isə texniki nasazlığın hüquqi nəticə doğura bilməyəcəyini göstərir. Müraciətin qeydiyyat gecikməsi və sistem bloklanması işəgötürənin məsuliyyətidir və bu, işçinin hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. Təqdim etdiyi yeni sübutda (xx.xx.2025) isə https://dost.gov.az/ saytında müraciət et və məktub yaz bölməsi aktiv olsa da, müraciət etdikdən sonra və ya məktub yaz bölməsini seçdikdən sonra yönləndirilir esosial.az portalına, daha sonra isə müraciət zamanı seçilən heç bir alt bölmlərində DOST Agentliyinə müraciət etmək olmur. Məsələn işlədiyi dövrə aid hər hansı bir arayış və ya digər sənəd üçün müraciət etmək istəyir (xasiyyətnamə, maliyyə arayışı və.s.) Videodan görünür ki, sistemdə olan texniki xəta düzəlmək əvəzinə əksinə daha da vətəndaşların müraciət hüququ məhdudlaşdırılıb. İddiaçının ərizənin ləğvi ilə bağlı konkret addımları iddiaçı xx.xx.2024 tarixindən əvvəl və sonra aşağıdakı **ardıcıl və hüquqi əsaslı addımları atmışdır: e-sosial.az portalı vasitəsilə elektron müraciət; Agentlik rəhbəri Fərid Məmmədova (Elektron ünvan 1) və Kadrlar Departamentinin müdiri Leyla Hüseynovaya (Elektron ünvan 2) yazılı email müraciətlər; xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kadrlar Şöbəsinin müdiri Nərmin Bayramovanın rəsmi korporativ email ünvanına xidmət emaili vasitəsilə rəsmi müraciət – bu, həm subordinasiyaya, həm də prosedura tam uyğundur; Rəhbərliklə – Seymur Əliyev, İlkin Zərbəliyev, Tural müəllim və b. – telefon və canlı görüşlərdə ərizənin könüllü olmadığını bildirmişdir; 26–29 dekabr 2024-cü il tarixləri arasında şöbə müdiri də daxil olmaqla bir neçə rəhbərlə qəbulda olmuş, xx.xx.2024-cü il tarixində isə Agentliyin sədr müavini tərəfindən qəbul edilmişdir. Həmin qəbulda ərizənin ləğvini tələb etmişdir; Telegram vurmaqla həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də Prezident Administrasiyasına məlumat xarakterli müraciət göndərilmişdir. Bu addımlar göstərir ki, iddiaçı təkcə formal deyil, real, ardıcıl və israrlı şəkildə müraciət etmişdir. Hüquqi əsaslar: Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinə görə, əmək müqaviləsinə yalnız işçinin azad və könüllü iradəsi ilə xitam verilə bilər. Aldatma və təzyiq nəticəsində verilmiş ərizə hüquqi nəticə doğurmur. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Birinci instansiya məhkəməsi bu öhdəliyi layiqincə yerinə yetirmişdir. MPM 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz mövqeyini sübut etməlidir. Ərizənin könüllü verildiyini sübut etmək öhdəliyi işəgötürənin üzərindədir. MPM 217-ci maddəsinə əsasən, qətnamə yalnız etibarlı sübutlara və düzgün hüquqi qiymətləndirməyə əsaslanaraq qəbul olunmalıdır. Yasamal Rayon Məhkəməsinin qətnaməsi bu tələblərə tam cavab verir. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.0.12-ci maddəsinə əsasən, elektron müraciət elektron ünvan və ya rəsmi internet sayt vasitəsilə təqdim edilə bilər; 6.7 və 6.8-ci maddələrinə əsasən, elektron imzasız müraciətlər də hüquqi nəticə doğurur; 7.6cı maddəsinə əsasən, elektron müraciətə cavab mütləq qaydada verilməlidir. Əlavə izah və zərərin nəticələri İddiaçı olaraq bildirir ki, cavabdeh tərəfin qanunsuz davranışı və hüquqlarını pozması nəticəsində o və ailəsi son 7 ay ərzində ciddi psixoloji və maliyyə çətinlikləri ilə üz-üzə qalmışlar. Xüsusilə azyaşlı övladının gündəlik ehtiyaclarını təmin etmək (baxmayaraq ki psixoloji gərginlik boşanma mərhələsinə qədər gəlib çatmışdır və artıq 4 aydan çoxdur ki həyat yoldaşı övladı ilə birlikdə ata evində yaşayır və övladını gec gec görürəm), mənim, ailə üzvlərinin həkim müayinələri və müalicə xərclərini qarşılamaq, banka olan kredit öhdəliklərini yerinə yetirmək və evin kirayəsini ödəmək üçün əmlakını dəyər dəyməzinə satmaq məcburiyyətində qalmışdır. Halbuki bu kreditlərinin yarısını bağlamağa belə kifayət etmədi. Xüsusilə etmək istəyir ki, anası X5 xx.xx.2025-ci ildə əməliyyat olundu. Ailədə olan stress artıq şəkərli diabet xəstəsi olan anasının səhhətinə ciddi ziyan verib, orqanizmində törəmələr yaradıb. Öz səhhətində kifayət qədər ağır zərbələr almışdır. İşəgötürən bu hərəkəti ilə yeni qurulmuş gənc ailəyə ağır maddi və mənəvi zərbələr vurmuş, 3 aylıq yeni doğulmuş körpə uşağı sosial müdafiədən məhrum etmişdir. Bütün bu tədbirlərə baxmayaraq, kirayə haqqını müəyyən aylarda vaxtında ödəyə bilməmiş, bu səbəbdən ailəvi stress və hüquqi risklərlə qarşılaşmışdır. Mövcud vəziyyət yalnız hüquqi baxımdan deyil, həm də sosial-məişət səviyyəsində həyat keyfiyyətinə ciddi təsir göstərmişdir. Bu itkilər və zərər birbaşa olaraq cavabdeh tərəfin hüquqa zidd hərəkətləri və onun apellyasiya şikayəti vasitəsilə ədalətin təxirə salınmasına yönəlmiş fəaliyyəti ilə bağlıdır. Yalnız hüquqi deyil, faktiki olaraq da əmək hüquqlarının pozulması özünü açıq şəkildə göstərmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin tam əsaslı və ədalətli olduğu, və apellyasiya şikayətinin yalnız prosesi uzatmaq məqsədi daşıdığı bütün təqdim olunan sübutlarla birlikdə bir daha aydın olur Yeni təqdim olunan sübutlar: telefon xarab olduğundan təqdim edə bilməmişdir. Yeni telefonda isə köhnə hesabının şifrəsini təzəlikcə tapmışdır. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X26 apellyasiya şikayətinin təmin edilməməsini və Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir.

37. Cavabdeh apellyasiya şikayətinə etiraza qarşı etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, icraatınızda olan 2(103)-4413/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixində elektron məhkəmə sistemi üzərindən təqdim edilən apellyasiya şikayətinə dair etiraza Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində baxılmışdır. Bildirir ki, qeyd olunan mülki iş üzrə apellyasiya şikayəti DOST Agentliyi tərəfindən elektron məhkəmə sistemi üzərindən tərəflərə təqdim edilmişdir. İddiaçı əmək münasibətlərinə xitam verilməsinin səbəbləri ilə bağlı etiraz məktubunda yer alan iddialara tərəflərindən məhkəməyə təqdim edilmiş apellyasiya şikayətində ətraflı şəkildə cavab verilmiş və qanuni şəkildə əsaslandırılmışdır. Bundan əlavə iddia tərəfi xx.xx.2024-cü il tarixində e-sosial.az portalına “xx.xx.2024-cü il tarixli ərizəsinin nəzərə alınmaması” ilə bağlı ərizə yerləşdirdiyini, həmçinin xx.xx.2024- cü il tarixində işdən çıxmaq barədə ərizəsinin ləğv edilməsi ilə bağlı kağız formada ərizə təqdim etdiyini və işəgötürən tərəfindən ərizəsinin qəbul edilmədiyini iddia etmişdir.Qeyd olunan hala etiraz olaraq bildirir ki, iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin geri götürülməsi və ya etibarsız hesab edilməsi haqqında nə kağız daşıyıcıda müraciət ünvanlanmış, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra- Nazirlik) X1 sisteminin “Əmək və Məşğulluq” altsistemində DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkarlanmışdır. Bundan əlavə, iddia tərəfinin işəgötürənin vəzifəli şəxsinin rəsmi elektron poçt ünvanına işdən çıxma ərizəsinin ləğvi barədə rəsmi ərizə ilə müraciət etməsi ilə bağlı qeyd edir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.12- ci yarımbəndinə əsasən elektron müraciət müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət hesab olunur. Belə ki, DOST Agentliyinin rəsmi internet saytında əlaqə məlumatları bölməsində rəsmi elektron poçt ünvanı olaraq Elektron ünvan 3 qeyd edilmiş, həmçinin Nazirliyin rəsmi saytının əlaqə məlumatları bölməsində Nazirliyə tabe qurumların siyahısında DOST X6 sədrinin rəsmi elektron poçt ünvanı Elektron ünvan 3 qeyd edilmişdir. Belə ki, qeyd edilən rəsmi elektron poçt ünvanlarına iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin geri götürülməsi ilə əlaqədar ərizəsi daxil olmamışdır. İddia tərəfinin müxtəlif vaxtlarda (xx.xx.2025, xx.xx.2025 (2 müraciət), xx.xx.2025, xx.xx.2025) Elektron ünvan 3 elektron poçt ünvanına göndərdiyi müraciətlərə elektron sistem tərəfindən avtocavab göndərilmiş, həmçinin xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində ünvanlanan müraciətlər birbaşa DOST Agentliyinə ünvanlandığından qanunvericiliyə uyğun olaraq qeydiyyata alınmış və hər biri cavablandırılmışdır. Digər müraciətlər isə Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkilinin (Ombudsmannın) Aparatına və Nazirliyə ünvanlanmışdır. Bundan əlavə iddiaçının “e-sosial.az“ portalı üzərindən ünvanladığı müraciətlər də qanunvericiliyin müddəaları nəzərə alınmaqla qeydiyyata alınmış, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət ərzində baxılmış və cavablandırılmışdır. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçının müraciətlərinin qeydiyyata alınmaması, göndərilməsinin mümkün olmaması, həmçinin cavablandırılmaması barədə etirazını əsassız hesab edir. İddia tərəfinin 5 illik müqavilə müddəti başa çatdıqdan sonra sistemli şəkildə işçilərdən ərizə toplanaraq yeni müqavilə bağlanması ilə bağlı qeyd etdiklərinə etiraz olaraq bildirir ki, iddiaçı ilə əmək müqaviləsinə müddətin bitməsi ilə deyil, iddiaçının öz ərizəsi ilə xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsini (xəbərdarlıq müddəti gözlənilmədən) istəməsi əsas olmuşdur. Belə ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində bitməsini və müqaviləsinin avtomatik olaraq müddətsiz olacağını gözləmədən öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsini istəmişdir. Eyni zamanda Agentlikdə bir çox əməkdaşlarla bağlanılmış müddətli əmək müqavilələrinin 5 ilin tamamında müddətsiz statusuna keçməsi ilə bağlı kifayət sayda əməkdaşlar mövcuddur ki, bu hal 1-ci instansiya məhkəməsində araşdırılmamış və yalnız iddia tərəfinin təqdim etdiyi şəxslərin məlumatları əsasında faktların təhrif olunaraq qətnaməyə daxil edilməsi ilə nəticələnmişdir (Qeyd edilən iddiaya cavab apellyasiya şikayətində ətraflı və qanuni şəkildə əsaslandırılmışdır.) Məhkəmənin nəzərinə çatdırır ki, iddia tərəfinin psixoloji çətinlikləri və ailə vəziyyəti ilə bağlı irəli sürdüyü arqumentlər hazırkı işin predmeti olan “əmrin ləğvi, işə bərpa və məcburi işdən azad olunmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi ilə əlaqəsi yoxdur. Buna görə də, iddiaçının etirazında yer alan digər hallar mübahisənin predmetini təşkil etmir və işin həllinə təsir göstərmir. Bundan əlavə bildirir ki, iddiaçının vəkili olduğunu bildirən və etirazı imzalayan Vəkil tərəfindən elektron məhkəmə sisteminə İddiaçı apellyasiya instansiyasında vəkili olmasını təsdiqləyən müvafiq sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Həmin Məcəllənin 367.3-cü maddəsinə əsasən etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanmış etiraza və ya izahata onların işini aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməli, belə ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmçinin vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilməlidir. Yuxarıda qeyd edilənləri və qanunvericiliyin istinad edilmiş müddəalarını nəzərə alaraq, 2(103)-4413/2025 nömrəli mülki iş üzrə iddiaçının nümayəndəsinin səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədiyi və müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilmədiyindən etirazın məhkəmə tərəfindən qəbul edilməməsini, işin vaxtında və qanunvericiliyə uyğun araşdırılması üçün bu pozuntunun da nəzərə alınmasını xahiş edir.

c) Proses iştirakçılarının izahatı

38. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

39. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

40. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

41. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

42. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

43. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

44. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

45. 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

46. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

47. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

48. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (yeni redaksiyada - müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur).

49. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

50. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

51. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.

52. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.

53. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

61. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində məsləhətçi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 59cu maddəsinə əsasən 6 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində məsləhətçi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə həmin şöbədə böyük mütəxəssis (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə həmin şöbədə baş mütəxəssis (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən İddiaçı tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə).

64. Hazırda cavabdeh apellyasiya şikayəti verərək iddiaya münasibətdə iddiaçının xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi müddətinin 5 ilinin tamam olacağı üçün əmək müqaviləsinə işəgötürənin təsiri ilə məcburi olaraq ərizə yazıb işdən çıxması ilə bağlı qeyd etdiklərinin tamamilə əsassız və qanunsuz olduğunu, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin xx.xx.2025-ci il tarixinədək uzadıldığını, işəgötürənin iddiaçının qeyd etdiyi kimi işçi ilə əmək münasibətlərini davam etdirmək istəməsə idi, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində müddətin bitməsi əsası ilə xitam verə biləcəyini, lakin işəgötürənin iddiaçı ilə əmək münasibətlərini davam etdirmək istədiyini və müddətin sonunda müqavilənin müddətsiz olacağını bildiyi halda müqaviləyə xitam vermədiyini, bu barədə hər hansı bildiriş təqdim etmədiyini, yalnız İddiaçı öz istəyi ilə xx.xx.2024-cü il tarixində ərizə yazaraq xx.xx.2024-cü il tarixdən (xəbərdarlıq müddəti nəzərə alınmadan) tutduğu vəzifəsindən azad olunmasını xahiş etdiyini və ərizəni əsas götürülməklə DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4- 5236/2024 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a" bəndinə əsasən əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verildiyini, işəgötürənin işçiyə hər hansı təsir göstərmədiyini, işəgötürənin işçi ilə bağlanmış müqaviləni uzatmaq niyyəti olmasa idi, müqavilə müddəti bitdikdə bu əsası rəhbər tutaraq müqaviləyə xitam verə biləcəyini bildirmişdir.

65. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti ilə işəgötürən tərəfindən bir çox əməkdaşlar barəsində əmək fəaliyyətinin müqavilə üzrə 5 il tamam olana yaxın və ya tamam olandan sonra ərizələrinin alındığını və bu şəxslərin sonradan yenə həmin vəzifəyə təyin edildiyini aşkar etmək məqsədilə adları vəsatətdə qeyd olunmuş işçilərin əmək müqavilələrinin bağlanma və xitam verilmə tarixləri, səbəbləri, yenidən işə qəbul olunduqları təqdirdə yeni əmək müqaviləsinin bağlanma tarixlərinin təqdim edilməsi üçün DOST agentliyinə sorğu göndərilmiş və sorğuya cavab olaraq aşağıdakı məlumatlar göndərilmişdir: X10 – aparıcı mütəxəssis vəzifəsi üzrə (pensiya məsələləri üzrə sosial agent) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2025, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2025. X4 – baş mütəxəssis (Sosial müdafiə üzrə xidmətlərin təşkili şöbəsi) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024. X13 – mütəxəssis (insan resurslarının idarə edilməsi üzrə) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024 (növbəti iş günü). X8 – böyük mütəxəssis (sosial müavinətlər üzrə sosial agent) əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2024. X9 – sektor müdiri (evdə (səyyar) sosial xidmətlərin göstərilməsi sektoru) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024.

66. Göründüyü kimi, əmək müqaviləsinin müddəti 5 il 1 ay, 5 il 2 ay, 5 il 4 ay olan işçilərin AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqavilələrinə xitam verilmiş və növbəti iş günü onlarla yeni əmək müqaviləsi bağlanmışdır.

67. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, cavabdeh iddiaya etirazda və şikayətdə mahiyyət etibarilə iddiaçının xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi müddətinin 5 ilinin tamam olacağı üçün əmək müqaviləsinə işəgötürənin təsiri ilə məcburi olaraq ərizə yazıb işdən çıxması ilə bağlı qeyd etdiklərinin tamamilə əsassız və qanunsuz olduğunu bildirsə də, iş materiallarından göründüyü kimi, İddiaçı öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəsi könüllü şəkildə deyil, işəgötürənin göstərişi, təsiri və diqtəsi ilə yazılmış, iddiaçının həqiqi və azad iradəsini ifadə etməmişdir. Qeyd olunan hallardan belə nəticəyə gəlmək olur ki, iddiaçı tərəfindən yazılmış ərizə formal xarakter daşıyır və işçinin həqiqi iradə ifadəsini əks etdirmir. Buna baxmayaraq, işəgötürən tərəfindən həmin ərizə əsasında işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilmişdir. Belə ərizə könüllü verilmiş iradə ifadəsi kimi qiymətləndirilə bilməz və bu əsasla əmək münasibətlərinə xitam verilməsi qanuni hesab edilə bilməz. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən ərizənin geri götürülməsi ilə bağlı müxtəlif vaxtlarda şifahi və elektron müraciətlər edilmişdir.

68. Həmçinin, apellyasiya şikayətinə etiraza qarşı cavabdeh tərəfindən etiraz verilmiş və qeyd edilmişdir ki, İddiaçı apellyasiya instansiyasında vəkili olmasını təsdiqləyən müvafiq sənədlər təqdim edilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında 28 fevral 2025-ci il tarixli 7E-9136 nömrəli etibarnamə və 18 iyul 2025-ci il tarixli N EO-1883VK-28652/25 nömrəli vəkil orderi mövcuddur.

69. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

70. AR Mülki-Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda əmək müqaviləsinə xitam üçün qanuni əsasın mövcudluğunu sübutetmə vəzifəsi işəgötürənin üzərinə düşür. Belə ki, əmək müqaviləsinin tərəfi kimi formal olaraq bərabər olmasına baxmayaraq, faktiki münasibətlər, işəgötürənin üstün səlahiyyətləri (sərəncam hüququ, texniki, maddi, maliyyə, kadr imkanlarının üstünlüyü və s.) baxımından işçi və işəgötürən bərabər deyildir, işəgötürən üstün (güclü) tərəfdir. İşçinin barəsində tətbiq edilən intizam tədbirinin qanuniliyi və əmələ münasibətdə proporsionallığı sübuta yetirilməlidir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan cavabdehin üzərindədir.

71. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X26in xx.xx.2024-cü il tarixli, 3-17- 7/3-4-5236/2024 nömrəli əmri İddiaçı hissəsində ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə, yəni 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin baş mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə bərpa edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X28 tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X28 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar