Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4414/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2118/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh BOKT ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2118/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbinin təmin edilərək Bərdə şəhəri Nizami küçəsində yerləşən 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8 kv.metr ümumi, 453.8 kv.metr əsas sahədən ibarət qeyriyaşayış binasının xx.xx.2015-ci il tarixli, 033-15B saylı kredit müqaviləsi üzrə ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh BOKT ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki iş apellyasiya icraatında olarkən dəftərxana vasitəsilə məhkəməyə təqdim edilən Cavabdeh BOKT ASC tərəfindən verilmiş ərizədə hazırki apellyasiya şikayətindən imtina etmələri nəzərə alınaraq qaytarılması xahiş edilmiş və ərizədə qeyd edilmişdir ki, tərəflər arasında razılıq əldə edildiyindən mübahisə aradan qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh BOKT ASC-nin apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı : Cavabdeh BOKT ASC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2118/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4414/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4414/2025
29.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver