Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4416/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X6 qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 3713/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixində X5 Sisteminə əlavə edilmiş 03 saylı xx.xx.2020-ci il tarixli əmr ləğv edilmiş və İddiaçı “Məhəllə market”- də satıcı vəzifəsində işə bərpa olunması cavabdeh X4 üzərinə vəzifə kimi qoyulmuş, iddiaçıya məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmuş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. İddiaçı ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-3713/2020 saylı qətnaməsində əmək haqqının ödənilməsi hissəsində izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X6 qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, həmin qətnaməyə əsasən cavabdeh X4 üzərinə İddiaçı Məhəllə market-də satıcı vəzifəsinə işə bərpa olunmasını icra etmək vəzifəsi qoyulmuş və həmin Qətnaməyə əsasən ona məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmuşdur. Cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsinin müvafiq Qətnaməsindən 25 fevral 2021-ci tarixdə apelyasiya şikayəti verilmiş, həmin apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5952/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(005)- 3713/2020 nömrəli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bütün bu olanlardan sonra Nərimanov rayon Məhkəməsinin qətnaməsi qanuna müvafiq qaydada icra edilməsi üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında Qərarının olmasına baxmayaraq cavabdeh, X2 rayon Məhkəməsinin müvafiq Qətnaməsinin ona aydın olmadığını əsas gətirərək qətnamənin qanuna müvafiq qaydada icrasını təmin etməkdən yayınmış, icra məmurunun müvafiq təqdimatına əsasən Nərimanov rayon Məhkəməsinin inzibati binasında xx.xx.2022-ci tarixdə həmin təqdimata baxılmış və X7 məhkəmənin qərarı ilə 1200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bütün bu sadalanan hallara və xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə prosesində Sədrlik edən hakim cənab Vüsal Qurbanovun 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməni cavabdehə izah etməyinə baxmayaraq, cavabdeh X7 qətnamənin orta aylıq əmək haqqı ödənilməsi hissəsini yenə də anlamadığını əsas gətirərək və bu səbəbdən qətnamənin icrasını yubandırmaq da davam edir. Halbuki, cavabdeh X7 iddia ərizəsi üzrə Nərimanov rayon Məhkəməsində keçirilən məhkəmə proseslərində hakimin, İddiaçı aylıq əmək haqqının nə qədər olması barəsində X6 verdiyi suala cavab olaraq, X7, İddiaçı hər ay üçün 400 manat məbləğində hətta daha da artıq əmək haqqı verdiyini dəfələrlə özü etiraf etmişdir. Bundan başqa cavabdeh X4 apelyasiya şikayəti üzrə Apelyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə prosesində cavabdeh X4 həyat yoldaşı, X8, Sədrlik edən hakim Cənab Rəşad Həsənovun İddiaçı aylıq əmək haqqının nə qədər olması barədə verdiyi suala cavab olaraq bildirmişdi ki, iddiaçıya işlədiyi müddət ərzində hər ay üçün aylıq əmək haqqı 400 manat məbləğində müəyyən edilərək ödənilmişdir. Bundan sonra apelyasiya instansiyası məhkəməsi Nərimanov rayon Məhkəməsinin müvafiq Qətnaməsini dəyişdirilmədən qüvvəsində saxlamışdır. Bütün bu qeyd edilən hallar məhkəmə prosesləri zamanı qeydə alınan audio səs yazılarında da öz əksini tapmışdır. Habelə Nərimanov rayon İcra Şöbəsinin İcra Məmuru Rafael X1 İddiaçı aylıq əmək haqqının nə qədər olması barəsində verdiyi suala cavab olaraq X3 Günel Famil qızına hər ay üçün 400 manat məbləğində aylıq əmək haqqının onun tərəfindən ödənilməsini təkrarən etiraf etmişdir. Bütün bu sadalanan hallara və xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə prosesində görülmüş tədbirlərə baxmayaraq X7 hal-hazırki günə qədər məhkəmənin qərarını icra etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizənin təmin edilməməsi qərara alınmışdır (hakim: Kəmalə Əmirxanova). İddiaçı şikayət ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi qətnaməyə izah verilməsi barədə ərizədən görünür ki, iddiaçı cavabdeh tərəfindən ona aylıq 400 manat əmək haqqı verildiyini, lakin qətnamənin məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi hissəsində cavabdeh tərəfindən icranın qəsdən gecikdirildiyini iddia edərək, qətnaməyə izah verilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X5 Sistemindən çıxarılmış iş yerinə dair arayışdan müəyyən olunur ki, “İşçi” İddiaçı aylıq əmək haqqının məbləği 200 manat təşkil etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qətnaməyə orta aylıq ödəniş məbləğinin hesablanaraq verilməsi barədə izah verilməsinə dair iddiaçının ərizəsinin əsassız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Eyni zamanda, məhkəmə xx.xx.2020-ci il tarixli 2(005)- 3713/2020 nömrəli qətnamə ilə iddiaçıya məcburi iş buraxmaya görə aylıq əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalı olduğunu qət etmiş, lakin qətnamənin nəticə hissəsində “aylıq əmək haqqı” sözləri yanlışlıqla “orta aylıq əmək haqqı” kimi qeyd edilmiş və bu qətnamənin icrasına çətinlik yaratmışdır. Kollegiya hesab edir ki, qətnamədə buraxılmış yanlışlıq aşkar texniki səhv olduğundan qətnaməyə izah verilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, qətnaməyə izah verilməsinə dair ərizənin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4416/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4416/2022
17.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver